Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-3491/2025 19.06.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Babazadə Gülnar Vidadi qızının sədrliyi, X13 oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə1, Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə2 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “alimentin azaldılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı “alimentin azaldılması” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2025-ci il tarixdə məhkəməyə müraciət edərək, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-6460/2017 nömrəli, xx.xx.2017-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş xx.xx.2016-cı il təvəllüdlü X2 üçün onun əmək haqqından (bütün qazancından) cavabdehin xeyrinə tutulan alimentin miqdarını azaldaraq, alimentin əmək haqqının (bütün qazancının) yeddidə bir hissəsində tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə xx.xx.2015-ci il tarixdə rəsmi nikaha girərək ailə qurmuşlar. Cavabdehlə birgə nikahdan xx.xx.2016-cu il təvəllüdlü X9 bir övladı var. Tərəflər arasındakı rəsmi nikah Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli qətnaməsinə əsasən pozulmuş, azyaşlı uşağının cavabdehin himayəsində qalması, eləcədə uşağın saxlanması üçün ondan alimentin sabit pul məbləğində tutularaq Cavabdeh verilməsi müəyyən edilmişdir. Lakin cavabdeh alimentin sabit pul məbləğində tutulması ilə razılaşmayaraq, alimentin onun əmək haqqının və qazancının ¼ hissəsi miqdarından tutulması tələbi ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə ərizə ilə müraciət etmiş və ərizəsi təmin edilərək xx.xx.2017-ci il tarixdən aliment ¼ hissədə tutulmağa başlamışdır. Qeyd etmişdir ki, alimentin tutulmasına dair son məhkəmə qətnaməsinin çıxarıldığı vaxtdan 8 ildən çox bir müddət keçmişdir. Belə ki, aliment əmək haqqından tutulmağa başladığı xx.xx.2017-ci il tarixdə onun əmək haqqısı 2600 manat olmaqla alimet məbləği 650 manat civarında idi. Azərbaycan Respublikasında 2018-ci il üçün yaşayış minimumu haqqında qanuna əsasən 2018-ci il üçün yaşayış minimumu uşaqlar üçün 154 manat təşkil edirdi. Sonrakı dövrlərdə əmək haqqı mərhələ-mərhələ olaraq artmış və hazırda 7000 (yeddi min) manat civarındadır ki, ona nisbətdə də əmək haqqından tutulan alimentin məbləğı 1750 (bir min yeddi yüz əlli) manat təşkil edir. Azərbaycan Respublikasında 2025-ci il üçün yaşayış minimumu haqqında qanuna əsasən 2025-ci il üçün yaşayış minimumu uşaqlar üçün 246 manat təşkil edir. Hesab edir ki, azyaşlı uşağı Nihanın saxlanılmasında, onunla cavabdeh eyni həcmdə vəzifə və məsuliyyət daşımalıdır. Belə ki, Cavabdeh AR İqtisadiyyat Nazirliyinin yanında Dövlət Vergi Xidmətində məsul vəzifədə çalışır, o da yüksələn stabil əmək haqqıya və gəlirə malikdir və hazırda əmək haqqısı 4000 manat civarındadır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 55.1-ci maddəsinə əsasən uşaq öz valideynlərindən və ailənin digər üzvülərindən məcəllənin beşinci bölməsində müəyyən olunmuş qaydada və miqdarda vəsait almaq hüququna malikdir. Hesab edir ki, xx.xx.2016-cı il doğum tarixli X1, onunla tələbkar eyni həcmdə vəzifə və məsuliyyət daşımalıdır. Belə ki, uşağın saxlanılması üçün tərəflər birgə və bərabər məsuliyyət daşıdıqlarından, bütün xərclərin də iddiaçıya həvalə edilməsi əsaslı hesab edilə bilməz. Belə olan halda uşağın saxlanması yükünün bütövlüklə onun üzərinə yönəldilməsi və müvafiq olaraq cavabdehin bu xərclərdə heç bir iştirakının olmaması, iddiaçının öz valideynlik vəzifələrindən yayınması kimi dəyərləndirlməlidir. Qeyd edir ki, 2022-ci ildə yeni nikaha daxil olaraq ailə həyatı qurmuş və həmin nikahdan da övladı xx.xx.2023-ci il təvəllüdlü X10 var. Ailə tərkibi üç nəfərdən ibarətdir, həyat yoldaşı işləmir və azyaşlı uşağa baxır. Digər tərəfdən onun öz valideynləri ahıl yaşdadırlar, atası - təqaüdçü, anası isə evdar qadındır, onlara maddi köməklik etmək onun övlad olaraq borcudur. AR Ailə Məcəlləsinin 82.1-ci maddəsinə əsasən əmək qabiliyyəti olan yetkinlik yaşına çatmış övladlar maddi yardıma ehtiyacı olan əmək qabiliyyəti olmayan valideynlərini saxlamağa və onlara qayğı göstərməyə borcludurlar. Bundan başqa o, ipoteka krediti ürə xərclərdə iştirak edir. Göründüyü kimi alimentin ödəyən tərəf olaraq onun sonradan ailə və ya maddi vəziyyətində dəyişiklik olmuş və beləliklə xərcləri də həmin nisbətdə artımışdır. Belə olan halda qeyd edilənlərə əsasən məhkəmə onun tələbi üzrə ödədiyi alimentin müəyyən olunmuş miqdarını dəyişdirərək azaldılmaqda haqlı olardı. O, hazırkı iddia tələbi ilə bağlı mediasiya prosesinin keçirilməsi üçün ilkin olaraq mediasiya təşkilatına müraciət etmiş, cavabdeh yalnız mediasiya sessiyasının yalnız bir iclasında iştirak etmiş, sonrakı iclaslarda iştirak etməməsi səbəbindən yekunda, “prosessin davam etdirilə bilməməsi barədə Arayış” verilmişdir. Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə2 18 iyun 2025-ci il tarixdə iddia tələbinə etiraz verərək bildirmişdir ki, İddiaçı məhkəmənin müəyyən etdiyi alimentin miqdarının dəyişdirilməsinə (azaldılmasına) dair iddia ərizəsi ilə məhkəmə müraciət etmişdir. İddianı onunla əsaslandırmışdır ki, tərəflər arasında rəsmi nikah pozulduqdan sonra, azyaşlı övladının cavabdehin himayəsində qalması, eləcədə uşağın saxlanması üçün ondan alimentin sabit pul məbləğində tutularaq Cavabdeh verilməsi müəyyən edilmişdir. Lakin Cavabdeh alimentin sabit pul məbləğində tutulması ilə razılaşmayaraq, alimentin onun əmək haqqının və qazancının 1/4 hissəsi miqdarından tutulması tələbi ilə Bakı şəhəri Qaradağ rayon məhkəməsinə ərizə ilə müraciət etmiş və ərizəsi təmin edilərək xx.xx.2017-ci il tarixdən aliment 1/4 hissəd tutulmağa başlamışdır. İddiaçı qeyd edir ki, alimentin tutulmasına dair son məhkəmə qətnaməsinin çıxarıldığı vaxtdan 8 ildən çox bir müddət keçmişdir. Belə ki, aliment əmək haqqıdan tutulmağa başladığı xx.xx.2017-ci il tarixdə onun əmək haqqı 2600 manat olmaqla alimet məbləği 650 manat civarında idi. Azərbaycan Respublikasında 2018-ci il üçün yaşayış minimumu haqqında qanuna əsasən 2018-ci il üçün yaşayış minimumu uşaqlar üçün 154 manat təşkil edirdi. Sonrakı dövrlərdə əmək haqqı mərhələ-mərhələ olaraq artmış və hazırda 7000 (yeddi min) manat civarındadır ki, ona nisbətdə də əmək haqqıdan tutulan alimentin məbləğı 1750 (bir min yeddi yüz əlli) manat təşkil edir. Azərbaycan Respublikasında 2025-ci il üçün yaşayış minimumu haqqında qanuna əsasən 2025-ci il üçün yaşayış minimumu uşaqlar üçün 246 manat təşkil edir. İddiaçı, hesab edir ki, azyaşlı uşağı xx.xx.2016-cu il təvəllüdlü X3, cavabdeh eyni həcmdə vəzifə və məsuliyyət daşımalıdır. Belə ki, Cavabdeh AR İqtisadiyyat Nazirliyinin yanında Dövlət Vergi Xidmətində məsul vəzifədə çalışır, o da yüksələn stabil əmək haqqıya və gəlirə malikdir və hazırda əmək haqqısı 4000 manat civarındadır. Həmçinin, iddiaçı əsassız olaraq bildirir ki bütün xərclərin ona həvalə edilmiş, uşağın saxlanması yükünün bütövlüklə onun üzərimə yönəlmiş və müvafiq olaraq cavabdehin bu xərclərdə heç bir iştirakının yoxdur. Lakin, belə bir əsassız mülahizələr həqiqəti əks etdirmir və yalnız iddiaçının aliment ödəməkdən yayınmaq məqsədi göstərir, belə ki iddiaçı xx.xx.2016-cu il təvəllüdlü X4 ilə demək olar ki, vaxt keçirmir, onun mənafeləri və həyatı ilə maraqlanmır və tərbiyəsində iştirak etmir. X4 onunla yaşayır və onun himayəsindədir. Belə olan halda iddiaçı həm uşağın ehtiyacları ilə, həm də onun çəkdiyi xərclər ilə tanış deyil. Uşağının hərtərəfli və tam inkişafını təmin etmək, onun mənafelərinə uyğun lazımlı şərait yaratmaq, uşağın təhsil səviyyəsinin təmin edilməsinə çalışır. İddiaçı nəzərə alınmalıdır ki, övladından ayrı yaşasa da bir ata kimi yanında olan övladına yaratdığı şəraitin eynisini təmin etməlidir. Bundan başqa iddiaçı, qeyd edir ki, 2022-ci ildə yeni nikaha daxil olaraq ailə həyatı qurmuş və həmin nikahdan da övladı xx.xx.2023-ci il təvəllüdlü X10 var. Onun ailə tərkibi üç nəfərdən ibarət olduğunu, həyat yoldaşı işləməməsi və azyaşlı uşağa baxdığını göstərir. Digər tərəfdən iddiaçı öz valideynləri ahıl yaşda, atası təqaüdçü, anası isə evdar qadın olduğunu, onlara maddi köməklik etmək övlad olaraq borcu olduğunu bildirir. Bundan başqa ipoteka krediti üzrə xərclərdə iştirak edir. İddiaçı alimentin ödəyən tərəf olaraq sonradan onun ailə və ya maddi vəziyyətində dəyişiklik olduğunu və beləliklə xərclərin də həmin nisbətdə artımış olduğunu göstərmişdir. İddiaçı alimentin miqdarının dəyişdirilməsinə (azaldılmasına) dair iddia ərizəsində belə əsaslar göstərərək, xx.xx.2016-cı il təvəllüdlü X4nın yaşla əlaqədər artırılan ehtiyacları və xərcləri; həmçinin cavabdehdə olan xərclərini nəzərə almamışdır. Belə ki, yaşla əlaqədər X4nın yeni xərcləri yaranır (nəqliyyat, əyləncə, istirahət, asudə, təhsil və hazırlıq, idman və digər xərclər). Bundan başqa, iddiaçı göstərdiyi kimi, onun əmək haqqı mərhələ-mərhələ olaraq artmış və gələcəkdə də əmək haqqının dəyişəcəyi istisna olunmur. Bundan başqa iddiaçının digər övladı qarşısında aliment öhdəliyi yoxdur. Olsa belə iddiaçının əmək haqqı həmin tələbləri qarşılamağa yetərlidir. İddiaçını iddiada göstərdiyi hallar alimentin yeddidə bir hissəsində azaldıması üçün əsas hesab edilə bilməz. Yuxarıda göstərənləri və uşağın mənafeyini nəzərə alaraq, iddia təlləbinin rədd olunması barədə qətnamə qət olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının İddiaçı nümayəndəsi və vəkili Nümayəndə1 iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq izahatında bildirdi ki, tərəflər 2015-ci ildə rəsmi nikaha daxil olaraq ailə qurmuş, 2016-cı ildə isə məhkəmə qaydasında nikahları pozulmuşdur. Tərəflərin birgə nikahından 1 uşaqları olduğu üçün iddiaçının əmək haqqı və gəlirlərinin ¼ miqdarında aliment tutulması qət edilmişdir. İddiaçı yenidən ailə qurmuş və yeni ailəsindən də bir uşağı dünyaya gəlmişdir. Bundan başqa yaşlı valideynlərinə də o, baxır. Bundan başqa cavabdeh DVX-də şöbə rəisi vəzifəsində işləyir və kifayət qədər gəliri və əmək haqqısı var. Buna görə də o, iddiaçının əmək haqqının 1/7 hissəsində aliment tutulmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə2 iddia tələbini qəbul etməyərək, etiraz ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq izahatında bildirdi ki, iddiaçının valideynlərinin sosial təminatları var və iddiaçının öz gəlirini müstəqil olaraq hissələrə bölünməsi kimi bir təcrübə yoxdur. Sədrlik edənin sualına cavab olaraq bildirir ki, cavabdeh AR İqtisadiyyat Nazirliyinin yanında Dövlət Vergi Xidmətində çalışır və cavabdehin ona yazdığı məlumata əsasən təxminən 2000 manatdır. Göstərilənləri nəzərə alıb iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə proses iştirakçılarını dinləyərək, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-6460/2017 saylı, xx.xx.2017-ci il tarixli qətnaməsinə əsasən iddia təmin edilərək, Səbail Rayon Məhkəməsinin 2(009)-456/2017 saylı, xx.xx.2017-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilərək cavabdeh İddiaçı əmək haqqına yönəldilməklə hər ay qazancının və (və ya) başqa gəlirinin dörddə bir hissəsi miqdarında alimentin tutulub 11 yanvar 2016-cı il tarixdə doğulmuş X5 yetkinlik yaşına çatana kimi saxlanılması üçün iddiaçı Cavabdeh ödənilməsi, alimentin tutulmasının əvvəlinin 01 noyabr 2017-ci il tarixdən hesablanması qət edilmişdir. - 2 saylı Bakı “Asan Xidmət” Mərkəzi Qeydiyyat şöbəsinin AZ-İİ № 519033 saylı, 07 iyun 2022-ci il tarixli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı ilə X11 arasında 07 iyun 2022-ci il tarixdə nikah bağlanmış və həmin nikah 948 saylı akt qeydi ilə rəsmiləşdirilmişdir. Nikahdan sonra ərə “Mayılov”, arvada “Qasımova” soyadı verilmişdir. - 2 saylı Bakı “Asan Xidmət” Mərkəzi Qeydiyyat şöbəsinin AZ-İV № 853745 saylı, 11 mart 2023-cü il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X12 15 fevral 2023-cü il tarixdə anadan olmuşdur. Atası İddiaçı, anası isə X6r. - AZEMİS çıxarışına əsasən cavabdeh İddiaçı "xxxx" MMC-də bölmə rəhbəri vəzifəsində çalışır və aylıq əmək haqqı 7984 manat təşkil edir. Beləliklə məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçı ilə cavabdehin birgə nikahından 11 yanvar 2016-cı il təvəllüdlü X9 anadan olmuş, daha sonra Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-456/2017 saylı, xx.xx.2017-ci il tarixli qətnaməsi ilə iddiaçı ilə cavabdeh arasında bağlanmış nikah pozulmuş, birgə nikahdan doğulmuş 11 yanvar 2016-cı il təvəllüdlü X5 anasının yanında qalması və onun yetkinlik yaşına çatana kimi saxlanılması üçün xx.xx.2016-cı il tarixdən xx.xx.2017-ci il tarixədək dövr üçün hər ay 117 manat, xx.xx.2017-ci il tarixdən isə hər ay 150 manat sabit pul məbləğində alimentin tutulub X8 verilməsi qət edilmişdir. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-6460/2017 saylı, xx.xx.2017-ci il tarixli qətnaməsinə əsasən iddia təmin edilərək, Səbail Rayon Məhkəməsinin 2(009)-456/2017 saylı, xx.xx.2017-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilərək cavabdeh İddiaçı əmək haqqına yönəldilməklə hər ay qazancının və (və ya) başqa gəlirinin dörddə bir hissəsi miqdarında alimentin tutulub 11 yanvar 2016-cı il tarixdə doğulmuş X5 yetkinlik yaşına çatana kimi saxlanılması üçün iddiaçı Cavabdeh ödənilməsi, alimentin tutulmasının əvvəlinin 01 noyabr 2017-ci il tarixdən hesablanması qət edilmişdir. Halhazırda iddiaçı ikinci dəfə ailə qurduğunu, həmin nikahdan 15 fevral 2023-cü il təvəllüdlü X7 anadan olduğunu, həmçinin himayəsində ahıl atası – təqaüdçü və anası – evdar qadının olduğunu bildirərək, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)- 6460/2017 nömrəli, xx.xx.2017-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş xx.xx.2016-cı il təvəllüdlü X2 üçün onun əmək haqqından (bütün qazancından) cavabdehin xeyrinə tutulan alimentin miqdarını azaldaraq, alimentin əmək haqqının (bütün qazancının) yeddidə bir hissəsində tutulmasını tələb edir, cavabdeh isə iddia tələbinə etiraz edir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər. Valideynlər bu Məcəllənin 16-cı fəslinə uyğun olaraq yetkinlik yaşına çatmayan uşaqlarını saxlamaq barədə saziş (aliment ödənilməsi barədə saziş) bağlamaq hüququna malikdirlər. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 76.1.1-ci və 76.1.2-ci maddələrinə əsasən aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay 1 uşağa görə qazancının və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi, 2 uşağa görə—qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi miqdarda aliment tutulur. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. İşin mübahisəsiz halıdır ki, hazırda iddiaçının ailə vəziyyətinə dəyişiklik baş vermiş, onun ikici uşağı anadan olmuşdur. Məhkəmə qeyd edir ki, ailə qanunvericiliyinin tələbinə əsasən, iki uşağa görə qazancın (başqa gəlirlərin) 1/3 hissəsində aliment tutulur. Həmin alimenti iki uşaq arasında böldükdə hər birinə 1/6 məbləğində aliment düşür. Məhkəmə qeyd edir ki, alimentin miqdarının dəyişdirilməsi tələblərinin qanuni əsasını Ailə Məcəlləsinin 112.1-ci maddəsi təşkil edir və hazırkı işdə həmin maddənin dispozitiv şərtləri mövcuddur. Azərbaycan Respublikası Konstitusiyasının 17.2-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. “Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsinə əsasən isə uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Dəyişdirilmiş alimentin tutulması qətnamə qanuni qüvvəyə mindiyi tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 28 mart 2016-cı il tarixli Qərarında qeyd edilir ki, aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericilklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Beləliklə, məhkəmə qeyd edir ki, cavabdehin 2000 manatdan artıq əmək haqqı alması, iddiaçının ailə vəziyyətində dəyişikliyin olmasını nəzərə alaraq, iddia qismən təmin edilməli, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-6460/2017 saylı, xx.xx.2017-ci il tarixli qətnaməsi ilə xx.xx.2016-cı il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdeh İddiaçı qazancının və başqa gəlirlərinin ¼ hissəsində iddiaçı Cavabdeh xeyrinə tutulan alimentin miqdarı dəyişdirilməli, cavabdeh İddiaçı xx.xx.2016-cı il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay əmək haqqının (başqa gəlirlərinin) 1/6 hissəsi miqdarında aliment tutularaq iddiaçı Cavabdeh ödənilməli, dəyişdirilmiş alimentin tutulması qətnamə qanuni qüvvəyə mindiyi tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-6460/2017 saylı, xx.xx.2017-ci il tarixli qətnaməsi ilə xx.xx.2016-cı il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdeh İddiaçı qazancının və başqa gəlirlərinin ¼ hissəsində iddiaçı Cavabdeh xeyrinə tutulan alimentin miqdarı dəyişdirilsin. Cavabdeh İddiaçı xx.xx.2016-cı il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay əmək haqqının (başqa gəlirlərinin) 1/6 hissəsi miqdarında aliment tutularaq iddiaçı Cavabdeh ödənilsin. Dəyişdirilmiş alimentin tutulması qətnamə qanuni qüvvəyə mindiyi tarixdən hesablansın. Ödənilmiş dövltət rüsumu iddiaçıya aid edilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gülnar Babazadə
Məhkəmə qərarları › İş №e-2(004)-3491/2025
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-3491/2025
19.06.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver