Məhkəmə qərarları › İş №e-2(004)-3503/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-3503/2024

03.10.2024 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-3503/2024 03.10.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xudayev Kərim Bahəddin oğlunun sədrliyi, Almasova Aytən Asəf qızının katibliyi, İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil, Cavabdeh, Müstəqil tələb irəli sürməyən üçüncü şəxs X2 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı (X6 müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “torpağın icarə hüququnun alqı-satqısı müqaviləsinin ləğv edilməsi və pul” tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “torpağın icarə hüququnun alqı-satqısı müqaviləsinin ləğv edilməsi və pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Abşeron rayon 2 saylı Notariat ofisində bağlanmış xx.xx.2023-cü il tarixli torpağın icarə hüquqlarının alqı-satqı müqaviləsinin ləğv edilməsi, tərəfindən ödənilmiş 7600 manat məbləğində pulun, eyni zamanda, tərəfindən məhkəmə üçün ödənilmiş 96 manat məbləğində dövlət rüsumununun Cavabdeh alınaraq onun xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra, İddiaçı iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Abşeron rayon 2 saylı Notariat ofisində bağlanmış xx.xx.2023-cü il tarixli torpağın icarə hüquqlarının alqı-satqı müqaviləsinin ləğv edilməsi, tərəfindən cavabdehə ödənilmiş 7600 manat məbləğində pulun, hüquqi yardımın göstərilməsinə görə ödənilmiş 500 manat məbləğində vəkil xidmət haqqının, məhkəmə üçün ödənilmiş 96 manat məbləğində dövlət rüsumununun Cavabdeh alınaraq onun xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəfindən Cavabdeh ilə bağlanmış xx.xx.2023-cü il tarixli torpağın icarə hüquqlarının alqı-satqı müqaviləsinə əsasən AR Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş ********** qeydiyyat nömrəli,xx.xx.2013-cü il tarixli, **********89 reyestr nömrəli Çıxarışla Cavabdeh icarəsində olan Abşeron rayonu, 1 nömrəli Hövsan Zeytunçuluq sovxozu ərazisində yerləşən ümumi sahəsi 2.9878 ha olan torpaq sahəsinin icarə hüquqlarından 0.021 ha torpaq sahəsinin icarə hüquqları 6300 manat məbləğə ona satılmışdır. Bundan başqa tərəfindən müqavilədə göstərilən məbləğdən əlavə sənədlərin hazırlanması ilə əlaqədar 1300 manat məbləğində nağd pul ödəniş edilmişdir. Hazırda, cavabdeh müqavilə üzrə öz üzərinə götürdüyü öhdəliyini lazımi qaydada yerinə yetirilməmiş, müqavilə şərtləri tərəflərindən pozulmuşdur. Belə ki, müqavilə predmeti olan torpaq sahəsi ona hələ də təhvil verilməmişdir. Belə ki, o ümumiyyətlə icarəyə götürdüyü torpağın harada yerləşdiyini belə bilmir. Bununla bağlı olaraq tərəfindən müraciət edilən zaman hər dəfə fərqli bəhanələrlə gah əmlakın düzgün yerləşməməsi, gah əmlakın başqa şəxlərin sənədi üzrə torpaq sahəsi ilə üst-üstə düşməsi bəhanəsiylə ona icarə hüququ satılmış torpağın təhvil verilməsindən yayınılır. Məhz bu səbəbdən sözügedən aralarında bağlanmış xx.xx.2023-cü il tarixli torpağın icarə hüquqlarının alqı-satqı müqaviləsinin ləğv edilməsi, tərəfindən ödənilmiş 7600 manat məbləğində nağd pulun geri qaytarılmasını qanunauyğun hesab edir. Daha sonra, Cavabdeh məhkəməyə iddia ərizəsinə etiraz təqdim edərək, etirazında qeyd etmişdir ki, İddiaçı iddia edir ki, xx.xx.2023-cü il tarixində Abşeron rayonu 2 saylı Notariat ofisində torpağın icarə hüquqlarının alqı-satqı müqaviləsinin bağlanmasında iştirak etmişdir. Lakin bu yalandır. Nə pul almış, nə müqavilənin bağlanmasında iştirak etmiş, nə də həmin qadını görmüşdür. 6-7 il bundan əvvəl Toqrul adlı bir nəfərə etibarnamə vermişdir. İddiada göstərilən telefon nömrələri ona aid deyil. Ola bilsin etibarnamə verdiyi şəxsə aiddir. Ondan pulu kim alıbsa, müqaviləni kimlə bağlayıbsa iddianı ona qaldırsın. Ona qarşı qaldırılan iddianın isə təmin edilməməsini xahiş edir. Bundan sonra, X6 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil izahatında bildirmişdir ki, iddianı müdafiə edir. İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli torpağın icarə hüquqlarının alqı-satqı müqaviləsinə əsasən Cavabdeh icarəsində olan Abşeron rayonu, 1 nömrəli Hövsan Zeytunçuluq sovxozu ərazisində yerləşən ümumi sahəsi 2.9878 ha olan torpaq sahəsinin icarə hüquqlarından 0.021 ha torpaq sahəsinin icarə hüquqlarını 6300 manat məbləğə iddiaçıya satmışdır. Bundan başqa iddiaçı tərəfindən müqavilədə göstərilən məbləğdən əlavə sənədlərin hazırlanması ilə əlaqədar 1300 manat məbləğində nağd pul cavabdehin nümayəndəsinə ödəniş edilmişdir. Hazırda müqavilə üzrə cavabdeh tərəfindən götürülmüş öhdəlik lazimi qaydada yerinə yetirilməmiş, müqavilə şərtləri onun tərəfindən pozulmuşdur. Belə ki, müqavilə predmeti olan torpaq sahəsi iddiaçıya hələ də təhvil verilməmişdir. Belə ki, iddiaçı ümumiyyətlə icarəyə götürdüyü torpağın harada yerləşdiyini bilmir. Bununla bağlı olaraq iddiaçı tərəfindən müraciət edilən zaman hər dəfə fərqli bəhanələrlə gah əmlakın düzgün yerləşməməsi, gah əmlakın başqa şəxlərin sənədi üzrə torpaq sahəsi ilə üst-üstə düşməsi bəhanəsiylə iddiaçıya icarə hüququ satılmış torpağın təhvil verilməsindən yayınılır. Cavabdehlə razılıq əldə edilmədiyindən bu gün hazırki mübahisənin məhkəmə müstəvisində mübahisələndirilməsi zərurəti yaranmışdır. Cavabdeh məhkəmə iclasında olduğu kimi onlara torpağın ona məxsus olmadığını, alqı-satqının onun tərəfindən həyata keçirilmədiyini bildirmişdir. Sorğuya cavablardan görünür ki, həmin torpaq sahəsi cavabdehin mülkiyyətində olmuşdur. Torpağın faktiki əldə edilməsi mümkün olmamışdır. Cavabdeh məhkəmə iclasında həmin torpağın ona məxsus olmadığını, həmin torpaq sahəsini satdığını bildirmişdir. Cavabdeh tərəfindən üçüncü şəxsə verilmiş etibarnamə hələ də qüvvədədir. Odur ki, iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş edir. 1300 manatın verilməsi ilə sübutları yoxdur. Məhkəmə iclasında iştirak edən İddiaçı izahatında bildirmişdir ki, iddianı müdafiə edir. Nümayəndə və vəkilinin dedikləri ilə razıdır. Əlavəsi yoxdur. Odur ki, iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahatında bildirmişdir ki, iddianı qəbul etmir. Onun bir şəxsə borcu olmuş, həmin borcun əvəzində həmin torpaq sahəsinin satılması ilə bağlı müstəqil tələb irəli sürməyən üçüncü şəxsə etibarnamə vermişdir. Torpağın alqısatqısında iştirak etməmişdir. Torpaq sahəsinin yerini belə bilmir. İddianın rədd edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən müstəqil tələb irəli sürməyən üçüncü şəxs X6 izahatında bildirmişdir ki, cavabdehin başqa bir şəxsə borcu olmuşdur. Həmin şəxsin nümayəndəsi olmuşdur. Həmin borcun qarşılığında cavabdeh ona torpağın alqı-satqısı üçün etibarnamə vermişdir. Cavabdeh həmin torpaq sahəsinin yerini onlara göstərmişdir. İddiaçıya pulun Natiqdə olduğunu, həmin pulu ondan alıb iddiaçıya verəcəyini bildirmişdir. Həmin ərazidə digər torpaq sahələrini də satmışlar, belə bir problemlə qarşılaşmamışlar. Əvvəlki mülkiyyətçi cavabdeh olmuşdur. İddiaçının qonşusu Natiq adlı şəxs 1300 manat pulu ondan almışdır. Həmin pul ona verilməmişdir. İddiaçı həmin torpaq sahəsindən istifadə etmir. Məhkəmə iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan Cavabdeh (satıcı) ilə İddiaçı (alıcı) arasında Abşeron rayon 2 saylı Notariat ofisində bağlanmış xx.xx.2023-cü il tarixli, 3M-1567 reyestr nömrəli “torpağın icarə hüquqlarının alqı-satqısı” müqaviləsinə əsasən Cavabdeh AR Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş ********** qeydiyyat nömrəli, xx.xx.2013-cü il tarixli, **********89 reyestr nömrəli Çıxarışla onun icarəsində olan Abşeron rayonu, 1 nömrəli Hövsan Zeytunçuluq sovxozu ərazisində yerləşən ümumi sahəsi 2.9878 ha olan torpaq sahəsinin icarə hüquqlarından 0.021 ha torpaq sahəsinin icarə hüquqlarını 6300 manat məbləğə İddiaçı satmışdır. Alıcı 6300 manat məbləği nağd şəkildə satıcıya ödəmişdir. Müqavilə satıcı Cavabdeh Bakı şəhəri 9 saylı notariat ofisində xx.xx.2015-ci il tarixdə verilmiş 7E-4978 reyestr nömrəli etibarnamə əsasında nümayəndəsi X6 və İddiaçı tərəfindən imza edilmişdir. İş materiallarında olan AR Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş ********** qeydiyyat nömrəli, xx.xx.2013-cü il tarixli, **********89 reyestr nömrəli Çıxarışa əsasən Abşeron rayonu, 1 nömrəli Hövsan Zeytunçuluq sovxozu ərazisində yerləşən ümumi sahəsi 2.9878 ha olan torpaq sahəsi xx.xx.2007-ci il tarixdən 99 il müddətinə Cavabdeh icarəyə verilmişdir. İş materiallarında olan 4 saylı Abşeron Ərazi İdarəsinin İddiaçı ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubunda qeyd edilmişdir ki, AR Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş ********** qeydiyyat nömrəli, xx.xx.2013-cü il tarixli, **********89 reyestr nömrəli Çıxarışla Cavabdeh icarəsində olan 2.9878 ha torpaq sahəsindən notarial qaydada ona icarəyə verilmiş 0.02 ha hissə də daxil edilməklə bölgü sxeminin tərtib edilməsi ilə bağlı texniki baxış keçirilmiş və sözügedən torpaq sahəsi barədə məlumatlar idarənin elektron kadastr xəritəsi əsaında araşdırılmışdır. Araşdırma zamanı ona məlum olmuşdur ki, faktiki torpaq sahəsi başqa şəxsin sənəd üzrə torpaq sahəsi ilə üst-üstə düşür. Bu səbəbdən sözügedən torpaq sahəsinin sxematik bölgüsünün tərtib edilməsi mümkün olmamışdır. İş materiallarında olan İddiaçı tərəfindən Cavabdeh ünvanladığı pretenziya məktubundan görünür ki, müqavilə üzrə öhdəlik tərəfindən icra olunmadığından Abşeron rayon 2 saylı Notariat ofisində bağlanmış xx.xx.2023-cü il tarixli, 3M-1567 reyestr nömrəli “torpağın icarə hüquqlarının alqı-satqısı” müqaviləsinin ləğv edilməsi, tərəfindən ödənilmiş 7600 manat məbləğində nağd pulun 15 iş günü ərzində ona ödənilməsi Cavabdeh təklif olunmuş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə xəbərdar edilmişdir. İş materiallarında olan xəbərnamədən görünür ki, sözügedən məktub xx.xx.2024-cü il tarixdə Cavabdeh tərəfindən qəbul edilmişdir. İş materiallarında olan İddiaçı ilə vəkil X3 arasında imzalanmış xx.xx.2024-cü il tarixli, 44 nömrəli “Hüquqi yardımın göstərilməsi haqqında” müqavilədən görünür ki, bu müqaviləyə görə vəkil ona həvalə edilən tapşırıq əsasında hüquqi yardım göstərməyi, müraciət edən şəxs isə hüquqi yardıma görə haqq ödəməyi öhdəsinə götürmüşdür. Hüquqi yardıma görə haqq qarşılıqlı razılıqla 500 manat məbləğində müəyyən olunmuşdur. İş materiallarında olan Bakı şəhəri 9 saylı notariat ofisində xx.xx.2015-ci il tarixdə verilmiş 7E-4978 reyestr nömrəli etibarnamə əsasən Cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX ərazi idarəsi tərəfindən xx.xx.2013-cü ildə, qeyd ********** reyestr **********89 nömrəli çıxarışa əsasən Abşeron rayonu, 1 nömrəli Hövsan Zeytunçuluq savxozu ərazisində yerləşən 2.9878 ha torpağın icarə hüquqları üzərində sərəncam verməyi, forma 1 və forma 2 almağı, satmağı, bağışlamağı, dəyişməyi, ipotekaya, sonrakı ipoteka, ipotekaya əlavə qoymağı, müqavilə rəsmiləşdirməyi, pulunu almağı, bununla əlaqədar müvafiq sənədləri təqdim etməyi, almağı, ərizə verməyi, imza etməyi, rüsumları ödəməyi, notariat kontorunda, MKİS-də, DTXK-də, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX müvafiq ərazi idarəsində, notariat kontorunda, bankda, məhkəmələrdə və s. idarə və təşkilatlarda nümayəndəsi olmağı və bununla əlaqədar olan bütün hərəkətləri etməyi X5 etibar etmişdir. Etibarnamənin etibarlılıq müddəti xx.xx.2035ci il tarixə kimi müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsində qeyd edilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 421.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. 421.3-cü maddəsinə əsasən müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, Cavabdeh ilə İddiaçı arasında Abşeron rayon 2 saylı Notariat ofisində xx.xx.2023-cü il tarixli, 3M-1567 reyestr nömrəli “torpağın icarə hüquqlarının alqı-satqısı” müqaviləsi imzalanmışdır. Həmin müqaviləyə əsasən Cavabdeh AR Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş ********** qeydiyyat nömrəli, xx.xx.2013-cü il tarixli, **********89 reyestr nömrəli Çıxarışla onun icarəsində olan Abşeron rayonu, 1 nömrəli Hövsan Zeytunçuluq sovxozu ərazisində yerləşən ümumi sahəsi 2.9878 ha olan torpaq sahəsinin icarə hüquqlarından 0.021 ha torpaq sahəsinin icarə hüquqlarını 6300 manat məbləğə İddiaçı satmışdır. İddiaçı 6300 manat məbləği nağd şəkildə ödəmişdir. Müqavilə üzrə nəzərdə tutulan ödənişin ödənilməsinə baxmayaraq torpaq sahəsi iddiaçıya hələ də təhvil verilməmişdir. Hazırda iddiaçı məhkəməyə müraciət edərək, Abşeron rayon 2 saylı Notariat ofisində bağlanmış xx.xx.2023-cü il tarixli torpağın icarə hüquqlarının alqı-satqı müqaviləsinin ləğv edilməsini, tərəfindən cavabdehə ödənilmiş 7600 manat məbləğində pulun, hüquqi yardımın göstərilməsinə görə ödənilmiş 500 manat məbləğində vəkil xidmət haqqının, məhkəmə üçün ödənilmiş 96 manat məbləğində dövlət rüsumununun Cavabdeh alınaraq onun xeyrinə ödənilməsini xahiş edir. Cavabdeh isə iddia tələbini qəbul etməyərək bildirir ki, müqavilənin bağlanılmasında, pulun alınmasında o iştirak etmədiyindən iddia da ona qarşı qaldırılmalı deyildi. Məhkəmə tərəfindən müəyyən edilən odur ki, Cavabdeh (satıcı) ilə İddiaçı (alıcı) arasında Abşeron rayon 2 saylı Notariat ofisində bağlanmış xx.xx.2023-cü il tarixli, 3M-1567 reyestr nömrəli “torpağın icarə hüquqlarının alqı-satqısı” müqaviləsinin bağlanmasında Cavabdeh tərəfindən Bakı şəhəri 9 saylı notariat ofisində xx.xx.2015-ci il tarixdə verilmiş 7E-4978 reyestr nömrəli etibarnamə əsasında onun nümayəndəsi olan X6 iştirak etmiş və müqavilə onun tərəfindən bağlanmışdır. Bakı şəhəri 9 saylı notariat ofisində xx.xx.2015-ci il tarixdə verilmiş 7E-4978 reyestr nömrəli etibarnaməyə nəzər yetirdikdə isə təsdiq olunur ki, Cavabdeh AR Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş ********** qeydiyyat nömrəli, xx.xx.2013-cü il tarixli, **********89 reyestr nömrəli Çıxarışla onun icarəsində olan Abşeron rayonu, 1 nömrəli Hövsan Zeytunçuluq sovxozu ərazisində yerləşən ümumi sahəsi 2.9878 ha olan torpaq sahəsinin icarə hüquqlarına sərəncam vermək və s. kimi səlahiyyətləri X5 etibar etmişdir. Həmçinin məhkəmə qeyd etməyi zəruri hesab edir ki, həmin etibarnamənin etibarlılıq müddəti etibarnamənin verildiyi xx.xx.2015-ci il tarixindən xx.xx.2035-ci il tarixinədək müəyyən edilmişdir. Buradan gəlinən nəticə odur ki, Cavabdeh (satıcı) ilə İddiaçı (alıcı) arasında Abşeron rayon 2 saylı Notariat ofisində bağlanmış xx.xx.2023-cü il tarixli, 3M-1567 reyestr nömrəli “torpağın icarə hüquqlarının alqı-satqısı” müqaviləsi bağlanan zaman X2 Cavabdeh adından çıxış edərək müqaviləni imzalamaq səlahiyyəti olmuşdur. Bununla yanaşı, Cavabdeh məhkəməyə Bakı şəhəri 9 saylı notariat ofisində xx.xx.2015-ci il tarixdə X5 verdiyi 7E-4978 reyestr nömrəli etibarnaməni ləğv etdirdiyini təsdiq edən hər hansı bir sübut təqdim edə bilməmişdir. Bu baxımdan cavabdeh Əliyev X4 rayon 2 saylı Notariat ofisində bağlanmış xx.xx.2023-cü il tarixli, 3M-1567 reyestr nömrəli “torpağın icarə hüquqlarının alqı-satqısı” müqaviləsi üzrə tərəf olduğundan həmin müqavilə üzrə götürülmüş öhdəliklərin icrasında da birbaşa özü məsuliyyət daşıyır. Onun üzərinə düşən öhdəliyin hər bir təqsirli pozuntusunun hüquqi nəticəsinin riskini də özü daşımalıdır. Qeyd edilənlərdən görünən odur ki, Abşeron rayon 2 saylı Notariat ofisində bağlanmış xx.xx.2023-cü il tarixli, 3M-1567 reyestr nömrəli “torpağın icarə hüquqlarının alqı-satqısı” müqaviləsi üzrə İddiaçı tərəfindən müqavilə ilə müəyyənləşmiş 6300 manat ödənilmiş, lakin bugünədək müqavilədə nəzərdə tutulan torpağın icarə hüquqları alıcıya keçməmişdir. Belə ki, iddiaçı müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olmuşdur. Bu baxımdan cavabdeh müqaviləni əhəmiyyətli dərəcədə pozduğundan iddiaçı Abşeron rayon 2 saylı Notariat ofisində bağlanmış xx.xx.2023-cü il tarixli, 3M-1567 reyestr nömrəli “torpağın icarə hüquqlarının alqı-satqısı” müqaviləsinin ləğv edilməsini tələb etməkdə və müqavilə üzrə ödədiyi 6300 manatı geri tələb etməkdə haqlıdır. Məhkəmə 6300 manatla yanaşı cavabdehdən tələb olunan 1300 manatla bağlı qeyd edir ki, iddia tələbi həmin məbləğə münasibətdə təmin edilməməlidir. Belə ki, tərəflər arasında bağlanan müqavilədən görünür ki, tərəflər 6300 manata razılaşmış, alıcı satıcıya 6300 manat ödəmişdir. Qeyd edilən hal iş materialları ilə öz təsdiqini tapır. İddiaçı isə iddia ərizəsində, izahatında müqavilədə göstərilən məbləğdən əlavə sənədlərin hazırlanması ilə əlaqədar 1300 manat məbləğində də nağd pul ödənişi etdiyini bildirsə də, bununla bağlı məhkəməyə hər hansı sübut təqdim edə bilməmişdir. Bu baxımdan iddia tələbi həmin hissədə təmin olunmamalıdır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə əsasən, məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Məhkəmə, iş üzrə konkret halları nəzərə almaqla 500 manat hüquqi xidmət haqqını ağlabatan məbləğ hesab edərək, həmin məbləğin Cavabdeh iddiaçının xeyrinə tutulması qənaətinə gəlir. Həmçinin məhkəmə hesab edir ki, Cavabdeh ödənilmiş dövlət rüsumunun əvəzi kimi 96 manat pul tutularaq iddiaçı X1 ödənilməlidir. Məhkəmə sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh ilə İddiaçı arasında Abşeron rayon 2 saylı Notariat ofisində bağlanmış xx.xx.2023-cü il tarixli, 3M-1567 reyestr nömrəli “torpağın icarə hüquqlarının alqı-satqısı” müqaviləsi ləğv edilməli, Cavabdeh 6300 (altı min üç yüz) manat məbləğində pul, hüquqi yardıma görə ödənilmiş 500 (beş yüz) manat və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 96 (doxsan altı) manat pul tutularaq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh ilə İddiaçı arasında Abşeron rayon 2 saylı Notariat ofisində bağlanmış xx.xx.2023-cü il tarixli, 3M-1567 reyestr nömrəli “torpağın icarə hüquqlarının alqı-satqısı” müqaviləsi ləğv edilsin. Cavabdeh 6300 (altı min üç yüz) manat məbləğində pul, hüquqi yardıma görə ödənilmiş 500 (beş yüz) manat və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 96 (doxsan altı) manat pul tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Kərim Xudayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar