Məhkəmə qərarları › İş №e-2(004)-3576/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №e-2(004)-3576/2023

24.08.2023 · Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(004)-3576/2023 24.08.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əkbərli Günel Bəkir qızının sədrliyi, Hacıyev Ceyhun Kamal oğlunun katibliyi, İddiaçılar İddiaçı1, İddiaçı3 və İddiaçı2 nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh "xxxx" MMC-nin səlahiyyətli nümayəndəsi Kourosh Pourhabibin, nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, İddiaçılar İddiaçı1, İddiaçı3 və İddiaçı2 cavabdeh "xxxx" MMC-yə qarşı "əmək haqqı" tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1, İddiaçı3 və İddiaçı2 cavabdeh "xxxx" MMC-yə qarşı "əmək haqqı" tələbinə dair iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət edərək İddiaçı1 ödənilməmiş əmək haqqına görə 15.257 manat, istifadə olunmamış məzuniyyətə görə 5.682 manat, əmək haqqının gecikdirilməsinə görə 48.367 manat, cəmi isə 69.316 manat; İddiaçı3 ödənilməmiş əmək haqqına görə 26.825 manat, istifadə olunmamış məzuniyyətə görə 20.183 manat, əmək haqqının gecikdirilməsinə görə 82.451 manat, cəmi isə 129.459 manat; İddiaçı2 ödənilməmiş əmək haqqına görə 14.000 manat, istifadə olunmamış məzuniyyətə görə 3.016 manat, əmək haqqının gecikdirilməsinə görə 17.644 manat, cəmi isə 34.660 manat tutularaq iddiaçılara ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişlər. Məhkəmə iclasında iştirak edən iddiaçıların nümayəndəsi və vəkili Vəkil1 barışıq sazişinin təsdiq olunması və mülki iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili Vəkil2 barışıq sazişinin təsdiq edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə tərəfləri dinləyib, barışıq sazişini nəzərdən keçirib hesab edir ki, tərəflər arasında bağlanmış barışıq sazişi təsdiq edilməli və iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş İddiaçı1, İddiaçı3 və İddiaçı2 adından onların nümayəndəsi və vəkili Vəkil1 ilə "xxxx" MMC-nin səlahiyyətli nümayəndəsi Kourosh Pourhabib arasında bağlanmış xx.xx.2023-cü il tarixli barışıq sazişinin məzmunu aşağıdakı kimi müəyyənləşdirilmişdir: 1.Tərəflər qəbul edirlər ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.5-ci maddəsinə əsasən tərəflər barışıq sazişini bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə, həmin Məcəllənin 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət etməsinə yol verilmir.

2. İddiaçıların hər biri İddia ilə əlaqədar bütün tələb və iddialarından imtina edir və bununla bağlı Cavabdeh MMC İddiaçılar - İddiaçı1 15,267 manat əmək haqqı, 5,698 manat istifadə edilməmiş məzuniyyət/kompensasiya olmaqla, cəmi 20,965 manat; İddiaçı3 26,825 manat əmək haqqı, 20,340 manat istifadə edilməmiş məzuniyyət/kompensasiya olmaqla, cəmi 47,165 manat; İddiaçı2 isə 18,000 manat əmək haqqı, 3,354 manat istifadə edilməmiş məzuniyyət/kompensasiya olmaqla, cəmi 21,354 manat ödəməyi öhdəsinə götürür.

3. X4 Yasamal rayon məhkəməsi tərəfindən təsdiq edildikdən sonra Azmonbat tərəfindən X3 1-ci bəndində göstərilən pul məbləğlərin 50%-i İddiaçılara 2 iş günü ərzində, qalan 50%-ini isə ilk ödənişdən 14 iş günü ərzində, o cümlədən X3 4-cü və 7-ci bəndlərində nəzərdə tutulan öhdəliklər icra olunduqdan sonra ödənəcəkdir.

4. İddiaçıların hər biri ilə Cavabdeh arasında olan əmək müqavilələrinə 31 avqust 2023-cü il tarixindən etibarən qarşılıqlı razılaşma yolu ilə xitam verilir və tərəflər bu xitamı (və xitamdan irəli gələn digər əmək məsələlərini) rəsmiləşdirmək üçün lazım olan bütün sənədləri heç bir əlavə tələb və ödəniş olmadan imzalayacaqlar.

5. X3 2-ci bəndində göstərilən məbləğlər hər bir İddiaçının əmək müqaviləsi və onun xitamı müqabilində işəgötürən Cavabdeh tərəfindən ona ödənilməli tam məbləği (o cümlədən ödənilməmiş əmək haqqı, istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi və digər ödəmələr) təşkil edir.

6. Tərəflər təsdiq edirlər ki, hal-hazırda Cavabdeh öz fəaliyyətini dayandırsa da hər hansı dövlət qurumunda və ya təşkilatda Cavabdeha aid maliyyə və ya satınalma məsələləri ilə bağlı suallar ortaya çıxdığı təqdirdə, İddiaçıların hər biri Cavabdeh ilə əmək münasibətlərində olduğu müddətdə vəzifə öhdəlikləri ilə bağlı həmin sualların cavablandırılmasında iştirak etməyi öhdəsinə götürürlər.

7. İddiaçıların hər biri Cavabdeh ilə əmək münasibətləri ərzində ona məlum olan bütün məlumat və sənədləri tam olaraq məxfi saxlamaq şərtilə, onda olan bütün məlumat daşıyıcıları (o cümlədən elektron, kağız, kompüter, telefon və sair daşıyıcılarda olan bütün məlumatları) 31 avqust 2023-cü il tarixinə qədər Cavabdeha məxsus hər hansı digər əmlakla bir yerdə Cavabdeha təhvil verəcək və heç bir məlumatı özündə saxlamayacaq. İddiaçıların hər biri aşağıda anlayışı verilən “Məxfi Məlumatı” heç kimə açıqlamamaq, çatdırmamaq və ya kiminsə Məxfi Məlumatı əldə etməsinə bilərəkdən icazə və ya imkan verməmək barədə öhdəlikləri üzərinə qəbul edir. İddiaçıların heç biri Məxfi Məlumatdan öz məqsədləri üçün, Cavabdeha və onun işlərinə bilavasitə və ya dolayısı ilə zərər vurmaq və ya ziyan vermək (işəgötürənin nüfuzuna dəyən zərər və ziya, və işəgötürənin işlərinə mənfi təsir daxil olmaqla) üçün və yaxud bu cür nəticələrə gətirib çıxara biləcək qaydada və ya hər hansı bir başqa məqsədlə istifadə etməməlidir. Bu bəndin məqsədləri üçün müəyyən edilir ki, “Məxfi Məlumat” dedikdə, işçinin işəgötürən üçün yerinə yetirdiyi işə, işəgötürənin fəaliyyətinə və müştərilərinə aid hər hansı maliyyə, kommersiya, texniki, hüquqi və sair məlumat, eləcə də əmək müqaviləsinin ləğvi şərtlərinə və/və ya X3 müddəa və şərtlərinə aid hər hansı bir məlumat başa düşülür.

8. X2 predmeti ilə bağlı tərəflər arasındakı razılaşdırılmış bütün məsələləri tam əhatə edir. X1 ilə İddia arasında hər hansı uyğunsuzluq və ya ziddiyyət olduqda, X1nə üstünlük veriləcəkdir.

9. İddiaçıların hər biri və Cavabdeh İddia ilə bağlı bütün xərclərini (o cümlədən məhkəmə və hüquqi yardım/xidmətlər ilə bağlı xərclərini), X3 tərtib olunması, müzakirəsi və imzalanması üçün öz xərclərini və məsrəflərini ayrı-ayrılıqda öz üzərinə götürürlər. Beləliklə, tərəflər məhkəmə iclasında yuxarıdakı şərtlərlə imzalanan xx.xx.2023-cü il tarixli barışıq sazişi ilə tam razı olduqlarını, bu sazişi tam və vaxtında yerinə yetirməyi öhdələrinə götürdüklərini bildirdilər. Barışıq sazişi tərəflərin iradəsi ilə tərtib edilmiş və imzalanmışdır, barışıq sazişinin nəticələri tərəflərə tam şəkildə aydındır. Tərəflər bağlanmış xx.xx.2023-cü il tarixli barışıq sazişinin təsdiq edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş edirlər. Məhkəmə Azərbaycan Respublikası MPM-in 191.2-ci maddəsinin tələbinə uyğun olaraq barışıq sazişini təsdiq edənədək Azərbaycan Respublikası MPM-in 261.0.4, 261.0.5-ci və 262.4-cü maddələri ilə nəzərdə tutulmuş iddiadan imtina edilməsinin və barışıq sazişinin bağlanması ilə mülki iş üzrə icraata xitam verilməsinin nəticələrini tərəflərə izah etmişdir. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası MPM-in 52.1-ci maddəsinə əsasən iddiaçı iddiadan imtina edə bilər. İddiadan imtina etmə yazılı formada ifadə edilməlidir. Həmin Məcəllənin 52.3-cü maddəsinə əsasən tərəflər məhkəmə işini barışıq sazişi bağlamaqla qurtara bilərlər. 191.1-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Həmin Məcəllənin 191.2-ci maddəsinə əsasən hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Həmin Məcəllənin 261.0.4-cü maddəsinə əsasən iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa, hakim iş üzrə icraata xitam verir; 261.0.5-ci maddəsinə əsasən tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə, hakim iş üzrə icraata xitam verir; 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Həmin Məcəllənin 262.5-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi haqqında məhkəmənin qərardadından şikayət verilə bilər. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanlara əsasən hesab edir ki, iddiaçılar İddiaçı1, İddiaçı3 və İddiaçı2 cavabdeh "xxxx" MMC-yə qarşı "əmək haqqı" tələbinə dair mülki iş üzrə tərəflərin bağladığı xx.xx.2023-cü il tarixli barışıq sazişi qanuna zidd olmadığından və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığından təsdiq edilməli və mülki işin icraatına xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 261, 262-264, 266- 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə,

QƏRARA ALDİ:

İddiaçılar İddiaçı1, İddiaçı3 və İddiaçı2 cavabdeh "xxxx" MMC-yə qarşı "əmək haqqı" tələbinə dair iddia ərizəsi üzrə tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli barışıq sazişi təsdiq edilsin. Barışıq sazişinin şərtləri aşağıdakı kimi müəyyən edilsin: “1.Tərəflər qəbul edirlər ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.5-ci maddəsinə əsasən tərəflər barışıq sazişini bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə, həmin Məcəllənin 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət etməsinə yol verilmir.

2. İddiaçıların hər biri İddia ilə əlaqədar bütün tələb və iddialarından imtina edir və bununla bağlı Cavabdeh MMC İddiaçılar - İddiaçı1 15,267 manat əmək haqqı, 5,698 manat istifadə edilməmiş məzuniyyət/kompensasiya olmaqla, cəmi 20,965 manat; İddiaçı3 26,825 manat əmək haqqı, 20,340 manat istifadə edilməmiş məzuniyyət/kompensasiya olmaqla, cəmi 47,165 manat; İddiaçı2 isə 18,000 manat əmək haqqı, 3,354 manat istifadə edilməmiş məzuniyyət/kompensasiya olmaqla, cəmi 21,354 manat ödəməyi öhdəsinə götürür.

3. X4 Yasamal rayon məhkəməsi tərəfindən təsdiq edildikdən sonra Azmonbat tərəfindən X3 1-ci bəndində göstərilən pul məbləğlərin 50%-i İddiaçılara 2 iş günü ərzində, qalan 50%-ini isə ilk ödənişdən 14 iş günü ərzində, o cümlədən X3 4-cü və 7-ci bəndlərində nəzərdə tutulan öhdəliklər icra olunduqdan sonra ödənəcəkdir.

4. İddiaçıların hər biri ilə Cavabdeh arasında olan əmək müqavilələrinə 31 avqust 2023-cü il tarixindən etibarən qarşılıqlı razılaşma yolu ilə xitam verilir və tərəflər bu xitamı (və xitamdan irəli gələn digər əmək məsələlərini) rəsmiləşdirmək üçün lazım olan bütün sənədləri heç bir əlavə tələb və ödəniş olmadan imzalayacaqlar.

5. X3 2-ci bəndində göstərilən məbləğlər hər bir İddiaçının əmək müqaviləsi və onun xitamı müqabilində işəgötürən Cavabdeh tərəfindən ona ödənilməli tam məbləği (o cümlədən ödənilməmiş əmək haqqı, istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi və digər ödəmələr) təşkil edir.

6. Tərəflər təsdiq edirlər ki, hal-hazırda Cavabdeh öz fəaliyyətini dayandırsa da hər hansı dövlət qurumunda və ya təşkilatda Cavabdeha aid maliyyə və ya satınalma məsələləri ilə bağlı suallar ortaya çıxdığı təqdirdə, İddiaçıların hər biri Cavabdeh ilə əmək münasibətlərində olduğu müddətdə vəzifə öhdəlikləri ilə bağlı həmin sualların cavablandırılmasında iştirak etməyi öhdəsinə götürürlər.

7. İddiaçıların hər biri Cavabdeh ilə əmək münasibətləri ərzində ona məlum olan bütün məlumat və sənədləri tam olaraq məxfi saxlamaq şərtilə, onda olan bütün məlumat daşıyıcıları (o cümlədən elektron, kağız, kompüter, telefon və sair daşıyıcılarda olan bütün məlumatları) 31 avqust 2023-cü il tarixinə qədər Cavabdeha məxsus hər hansı digər əmlakla bir yerdə Cavabdeha təhvil verəcək və heç bir məlumatı özündə saxlamayacaq. İddiaçıların hər biri aşağıda anlayışı verilən “Məxfi Məlumatı” heç kimə açıqlamamaq, çatdırmamaq və ya kiminsə Məxfi Məlumatı əldə etməsinə bilərəkdən icazə və ya imkan verməmək barədə öhdəlikləri üzərinə qəbul edir. İddiaçıların heç biri Məxfi Məlumatdan öz məqsədləri üçün, Cavabdeha və onun işlərinə bilavasitə və ya dolayısı ilə zərər vurmaq və ya ziyan vermək (işəgötürənin nüfuzuna dəyən zərər və ziya, və işəgötürənin işlərinə mənfi təsir daxil olmaqla) üçün və yaxud bu cür nəticələrə gətirib çıxara biləcək qaydada və ya hər hansı bir başqa məqsədlə istifadə etməməlidir. Bu bəndin məqsədləri üçün müəyyən edilir ki, “Məxfi Məlumat” dedikdə, işçinin işəgötürən üçün yerinə yetirdiyi işə, işəgötürənin fəaliyyətinə və müştərilərinə aid hər hansı maliyyə, kommersiya, texniki, hüquqi və sair məlumat, eləcə də əmək müqaviləsinin ləğvi şərtlərinə və/və ya X3 müddəa və şərtlərinə aid hər hansı bir məlumat başa düşülür.

8. X2 predmeti ilə bağlı tərəflər arasındakı razılaşdırılmış bütün məsələləri tam əhatə edir. X1 ilə İddia arasında hər hansı uyğunsuzluq və ya ziddiyyət olduqda, X1nə üstünlük veriləcəkdir.

9. İddiaçıların hər biri və Cavabdeh İddia ilə bağlı bütün xərclərini (o cümlədən məhkəmə və hüquqi yardım/xidmətlər ilə bağlı xərclərini), X3 tərtib olunması, müzakirəsi və imzalanması üçün öz xərclərini və məsrəflərini ayrı-ayrılıqda öz üzərinə götürürlər.” İddiaçılar İddiaçı1, İddiaçı3 və İddiaçı2 cavabdeh "xxxx" MMC-yə qarşı "əmək haqqı" tələbinə dair iddia ərizəsi üzrə mülki işin icraatına tərəflər arasında barışıq sazişinin bağlanması ilə əlaqədar xitam verilsin. Tərəflərə izah olunsun ki, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardaddan tərəflərə rəsmi qaydada verildikdən on gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər.

Hakim: Günel Əkbərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar