Məhkəmə qərarları › İş №e-2(004)-3597/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-3597/2024

17.09.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Podrat müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-3597/2024 17.09.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Sultanova-Məmmədova Ayşən Ramiz qızının sədrliyi, Qasımova Səmra Elçin qızının katibliyi ilə, İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı "pul" tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı "pul" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2024-cü il tarixli müqavilə üzrə ödənilmiş 12000 (on iki min) manat pul vəsaiti cavabdeh "TTG QRUP” Məhdud Məsuliyyətli Cəmiyyətindən tutularaq, İddiaçı ödənilməsi; iddia üçün ödənilmiş 126 manat dövlət rüsumu cavabdeh "TTG QRUP” Məhdud Məsuliyyətli Cəmiyyətindən tutularaq, İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, İddiaçı ilə Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında xx.xx.2024-cu il tarixində təmir- tikinti xidmətlərinin göstərilməsi haqqında müqavilə bağlanmışdı. Həmin müqaviləyə əsasən, Cavabdeh sahəsi 70 kv.m. olan fərdi yaşayış evini 3 ay ərzində inşa etməli, İddiaçı isə bunun müqabilində xidmət haqqı ödəməli idi. İddiaçı xx.xx.2024-cu ildə 7500 manat, xx.xx.2024cu ildə isə 4500 manat pul vəsaitini cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödəmişdir. Muqavilə muddətinin bitməsinə baxmayaraq, Cavabdeh muqavilə uzrə öhdəliklərini yerinə yetirməmiş və 12000 manat pul vəsaitini də İddiaçı qaytarmamışdır. İddiaçı xx.xx.2024-cu ildə cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə məktub gondərərək 12000 manat pul vəsaitinin geri qaytarılmasını tələb etmiş, lakin cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti həmin məktuba cavab verməmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, Cavabdeh vəzifəli şəxsləri, direktoru qabaqcadan heç bir iş görməyəcəyini bilə-bilə, özünə məxsus heç bir torpaq sahəsi olmaya-olmaya ev tikmək adıyla İddiaçı etibarından sui istifadə etmiş, onu aldadaraq 12000 manatını ələ keçirərək qaytarmamış, bununla da AR Cinayət Məcəlləsinin 178-ci maddəsində göstərilmiş cinayəti törətmişdir. AR MPM-in, 265.4.-cü maddəsinə əsasən, Məhkəmə işə baxarkən, proses iştirakçılarının və ya digər şəxslərin əməllərində cinayətin əlamətlərini aşkara çıxararsa, o, bu barədə xüsusi qərardad çıxarmaqla prokurora xəbər verir. Qeyd olunanları nəzərə alaraq, Cavabdeh vəzifəli şəxslərinin, direktorunun əməllərində AR Cinayət Məcəlləsinin 178-ci maddəsində göstərilmiş cinayətin əlamətləri olduğu üçün, bu barədə xüsusi qərardad çıxarılaraq prokurora xəbər verilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehə qanunla müəyyən olunmuş qaydada məlumat verilsə də, o məhkəməyə gəlməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan: İddiaçı ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında xx.xx.2024-cu il tarixində “Təmir-tikinti xidmətlərinin göstərilməsi haqqında” müqavilə bağlanmışdı. Müqavilənin 1.1ci maddəsinə əsasən “Sifarişçi” (İddiaçı) Yeni Ramana ərazisində fərdi ev xidmətlərinin göstərilməsini sifariş verib, “İcraçıya” ("xxxx" MMC) razılaşdırılmış xidmət haqqı ödəməyi, “İcraçı” isə “Sifarişçi”nin müəyyən etdiyi qaydada 70 kv.m fərdi ev xidmətləri göstərməyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin 5.2-ci maddəsinə əsasən bu müqavilədə nəzərdə tutulan 49 kv.m fərdi evin tikintisi 3 ay müddətində həyata keçirilməlidir. Evin ümumi dəyəri 31000 manat təşkil edir, avans 7500 manat ödənilmişdir. Kassa mədaxil qəbzlərindən (10 yanvar 2024-cü il tarixli və 27 fevral 2024-ü il tarixli) görünür ki, İddiaçı tərəfindən "xxxx" MMC-ya cəmi 12000 manat pul ödənilmişdir. xx.xx.2024-cü il tarixli, ********** saylı X1 vasitəsilə ödənilmiş qəbzdən görünür ki, 126 manat məbləğində dövlət rüsumu İddiaçı tərəfindən ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 752.1-ci maddəsinə əsasən Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. 753.1-ci maddəsinə əsasən Sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. Əgər həmin şəraitdə podratın yalnız muzd müqabilində yerinə yetirilməsi ehtimal edilirsə, belə hesab edilir ki, muzd dinməz razılıq əsasında şərtləşdirilmişdir. Əgər muzdun miqdarı müəyyənləşdirilməyibsə, adi muzdun şərtləşdirildiyi hesab olunur. Şərtləşdirilmiş muzd ödənildikdə, podratçının müqavilə üzrə razılaşdırılmış iş həcminə daxil olan bütün işləri ödənilmiş sayılır. 759.1-ci maddəsinə əsasən Sifarişçi işlər qurtaranadək istənilən vaxt müqavilədən imtina edə bilər, lakin podratçıya yerinə yetirilmiş işin haqqını verməli və müqavilənin ləğvi ilə vurulan zərərin əvəzini ödəməlidir. 759.2-ci maddəsinə əsasən Əgər sifarişçi tərəfindən müqaviləyə bilavasitə podratçının hərəkətləri (hərəkətsizliyi) nəticəsində baş verən və ya həmin hərəkətlərlə bağlı olan səbəbə görə xitam verilərsə, podratçı yalnız yerinə yetirilmiş işin haqqını tələb edə bilər, bu şərtlə ki, sifarişçinin həmin işlərə hansısa marağı olsun. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, tərəflər arasında xx.xx.2024-cu il tarixində “Təmir-tikinti xidmətlərinin göstərilməsi haqqında” müqavilə bağlanılmışdır. Müqaviləyə əsasən cavabdeh iddiaçıya fərdi yaşayış evini inşa etməli, iddiaçı isə bunun müqabilində xidmət haqqı ödəməli idi. İddiaçı tərəfindən ümumilikdə, 12000 manat məbləğində pul ödənilsə də, cavabdeh üzərinə düşən öhdəliyi icra etməkdən yayınmışdır. Odur ki, podrat müqaviləsi ləğv edilməli, həmin müqaviləyə əsasən iddiaçı tərəfindən cavabdehə ödənilmiş 12000 manat məbləğində pul tutularaq, iddiaçıya ödənilməlidir. Bundan başqa məhkəmə hesab edir ki, iş üzrə xüsusi qərardadın çıxarılmasına əsas yoxdur. Belə ki, MPM-nin 265.4-cü maddəyə əsasən məhkəmə işə baxarkən, proses iştirakçılarının və ya digər şəxslərin əməllərində cinayətin əlamətlərini aşkara çıxararsa, o, bu barədə xüsusi qərardad çıxarmaqla prokurora xəbər verir. Məhkəmə araşdırması zamanı cavabdehin əməllərində cinayətin əlamətləri aşkar edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, iddiaçı tərəfindən ödənilmiş 126 manat dövlət rüsumu cavabdehdən tutularaq, iddiaçıya ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia təmin edilsin. xx.xx.2024-cü il tarixli müqavilə üzrə ödənilmiş 12.000 (on iki min) manat pul vəsaiti və 126 (yüz iyirmi altı) manat dövlət rüsumu cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən tutularaq, İddiaçı ödənilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ayşən Sultanova-Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar