Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-3610/2023 15.09.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Sultanova-Məmmədova Ayşən Ramiz qızının sədrliyi, Qasımova Səmra Elçin qızının katibliyi, Cavabdeh ASC–nin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Cavabdeh ASC-yə qarşı “ipoteka predmetinə tutma yönəldilməsi barədə bildiriş-xəbərdarlığın ləğv edilməsi” tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh ASC–yə qarşı “ipoteka predmetinə tutma yönəldilməsi barədə bildirişin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin 08 may 2023-cü il tarixli, PKŞ/4345 nömrəli "İpoteka predmetinə tutma yönəldilməsi barədə" bildiriş xəbərdarlığın ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, "AFB Bank" Açıq Səhmdar Cəmiyyətinin 08 may 2023-cü il tarixli, PKŞ/4345 nömrəli "İpoteka predmetinə tutma yönəldilməsi barədə" bildiriş-xəbərdarlığın etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, 04 noyabr 2021-ci il tarixdə ipoteka saxlayan "xxxx" ASC, ipoteka qoyan İddiaçı və borc alan "xxxx" MMC arasında 113-MFİ-1- 162 nömrəli iki ipoteka müqaviləsi bağlanmışdır. Müqavilənin 2.1-ci bəndinə görə iddiaçının mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən ümumi sahəsi 57,7 kv.m., yaşayış sahəsi 45.9 kv.m., yardımçı sahəsi 11.8 kv.m. olan 3 otaqlı mənzil ipoteka ilə yüklənmişdir. Kredit Müqaviləsi üzrə Borclu "xxxx" MMC-nin banka olan borcunu müəyyən edilmiş qrafikə uyğun ödəməyindən cavabdeh "xxxx"ASC ipoteka saxlayan İddiaçı xx.xx.2023-cü il tarixli İpoteka predmetinə tutma yönəldilməsi barədə Bildiriş-xəbərdarlıq göndərmişdir. Həmin məktub İddiaçı xx.xx.2023-cü il tarixdə təqdim edilmişdir. Bildirişxəbərdarlıqda ipoteka predmetinə tutma yönəldilməsinə əsas kimi Kredit müqaviləsinin 3.1.6.-cı bəndinə istinadən borcalan tərəfindən auntet ödənişlərin 12 ay ardıcıl üç dəfədən çox gecikdirilməsi göstərilmişdir. Halbuki, İpotek müqaviləsinin 5.5.-ci bəndinə görə ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas öhdəliyin və yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddət gecikdirilməsi müəyyən edilmişdir. Bu hal qanunda da göstərilmişdir. Belə ki, "İpoteka haqqında" Qanunun 34.1.1.-ci maddəsinə görə əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən haldır. Cavabdeh Bank xx.xx.2023-cü il tarxili Bildiriş-xəbərdarlıqda ipoteka predmetinə tutmanın yönəldilməsi əsasını düzgün yazılmadığından, İpoteka müqaviləsının 5.5.-ci bəndi və "İpoteka haqqında" Qanunun 34.1.1.-ci maddəsinə zidd olduğundan həmin Bildirşxəbərdarlıq ləğv edilməlidir. 03 avqust 2023-cü il tarixdə keçirilən məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iddia tələbini müdafiə edərək izahatında bildirmişdir ki, İddiaçı kredit müqaviləsinin, yəni əsas müqavilənin tərəfi deyildir. İpoteka haqqında qanuna əsasən ipoteka predmetinə tutma yönəldilmədən qabaq tərəfə bu barədə bildiriş verilməlidir. Bildirişdə yalnız işə aidiyyəti olan məlumatlar olmalı və tərəfi yayındıran hallar göstərilməli deyil. Həmin xəbərdarlıqda ipoteka predmetinə tutma yönəldilməsinin əsası kimi bildirişdə kredit müqaviləsinin 3.1.6.-cı bəndinə istinadən borcalan tərəfindən auntet ödənişlərin 12 ay ardıcıl üç dəfədən çox gecikdirilməsi göstərilmişdir. Hesab edir ki, qarşı tərəf nə ipoteka müqaviləsinin 5.5-ci bəndinə, nə də ki "İpoteka haqqında" Qanunun 34.1.1-ci maddəsinə istinad etməmişdir. Bu da qanunvericiliyə ziddir. Buna görə hesab edir ki, həmin bildiriş-xəbərdarlıq ləğv edilməlidir. Qarşı tərəfin təqdim etdiyi arayışdan görünür ki, 08 may 2023-cü il tarixə gecikdirilmə 91 gündür. Əlavə olaraq bildirmişdir ki, tərəflərindən məhkəmədən kənar cavabdeh tərəfə təklif olunmuşdur ki, ipoteka predmetinin ipotekadan çıxarılması üçün 60 min manat ödəniş edə bilərlər, əgər razılıq əldə olunsa məhkəmə ərəfəsində barışıq sazişi bağlayarlar, ödəniş olunduqdan sonra əmlak ipotekadan çıxarılar. Məhkəmə iclasında iştirak edən Cavabdeh ASC – nin nümayəndəsi X3 iddia tələbini qəbul etməyərək izahatında bildirmişdir ki, iddia tamamilə əsassızdır. Məhkəməyə təqdim etdiyi Azərbaycan Kredit Bürosundan çıxarışdan görünür ki, "xxxx" MMC üzərinə düşən öhdəlikləri vaxtında və lazımı qaydada icra etməmiş, bunun əsasında kreditin təminatı olan ipoteka predmetinə tutma yönəldilmişdir. Arayışdan görünür ki, xx.xx.2023-cü il tarixə borclu "xxxx" MMC 90 gündən çox kredit borcunun gecikdirmişdir. Azərbaycan Kredit Bürosundan çıxarışdan görünür ki, 91-180 gün gecikdirilmə 180 gün gecikdirilmə olaraq nəzərə alınır. Həm ipoteka müqaviləsinə, həm də "İpoteka haqqında" Qanunun tələblərinə tam riayyət olunmaqla kredit üzrə gecikdirilmənin 90 günün üzərində olduğu müddətdə ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildiriş göndərilmiş və bildiriş müvafiq icra hakimiyyəti orqanında qeydiyyata alınmış və proses tamamlanmışdır. - "İpoteka haqqında" Qanuna əsasən ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildiriş həm ipoteka qoyana, həm də ipoteka müqaviləsini imzalayan digər şəxslərə göndərilir. İpoteka müqaviləsini həm borclu, həm də iddiaçı imzalamışdır. Buna görə də bildiriş onların hər ikisinə də göndərilmişdir. Məhkəmə iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Cavabdeh ASC ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2021-ci il tarixli 1**-MF-*** nömrəli kredit müqaviləsindən görünür ki, Bank "xxxx" MMC-yə 36 ay müddətinə illik 15% dərəcəsi ilə 350000 manat məbləğində kredit verməyi, borcalan isə krediti qəbul etməyi, müqavilədə göstərilən müddətdə və qaydada krediti, kreditə görə hesablanacaq faizləri borcverənə qaytarmağı öhdəsinə götürmüşdür. İpoteka saxlayan Cavabdeh ASC, ipoteka qoyan İddiaçı və borcalan "xxxx" MMC arasında bağlanmış xx.xx.2021-ci il tarixli 113-MFİ-162 nömrəli ipoteka müqaviləsindən görünür ki, ipoteka qoyan mülkiyyət hüququ ilə ona məxsus olan ünvan 1 ünvanda yerləşən ümumi sahəsi 57,7 kv.m. yaşayış sahəsi 45.9 kv.m., yardımçı sahəsi 11.8 kv.m. olan 3 otaqlı mənzili xx.xx.2021-ci il tarixli 1**-MF-*** nömrəli kredit müqaviləsinə əsasən yaranmış öhdəliyinin icrasının təmin edilməsi məqsədilə ipoteka saxlayanın xeyrinə ipoteka ilə yüklü etmişdir. Həmçinin, müqavilənin 5.5.-ci bəndinə görə ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallar bunlardır: əsas öhdəliyin və yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddət gecikdirilməsi; ipoteka ilə təmin edilmiş öhdəliyin vaxtından əvvəl icra edilməsi haqqında İpoteka saxlayanın tələbinin irəli sürülməsi haqqında yazılı bildirişin alındığı vaxtdan başlayaraq 30 (otuz) təqvim gunü ərzində icra olunmadıqda; bu Müqavilə ilə nəzərdə tutulmuş ondəliklərin İpoteka qoyanın yermə yetirməməsi. Azərbaycan Kredit Burosundan çıxarışdan görünür ki, "xxxx" MMC-nin Cavabdeh ASC ilə bağlanmış kredit müqaviləsi üzrə sonuncu ödəniş xx.xx.2023-cü il tarixdə edilmiş 2023-cü ilin may ayına gecikmə günləri 180 gün təşkil edir. Tarixçə üzrə şərti işarələmə məlumatlarından görünür ki, 180 gün gecikmə 91-180 gün aralığında gecikməni əks etdirir Borclu "xxxx" MMC-nin CavabdehASC-yə olan kredit borcu üzrə gecikmə günləri haqqında xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, borclu "xxxx" MMC-nin Bankla bağladığı 04 noyabr 2021-ci il tarixli, 1**-MF-*** nömrəli kredit müqaviləsi üzrə xx.xx.2023cü il tarixə kreditin gecikdirildiyi günlərin sayı əsas borca görə 91 gün, faiz borcuna görə 96 gün təşkil edir. Cavabdeh ASC tərəfindən ipoteka qoyanlar İddiaçı və X1 ünvanlanmış xx.xx.2023cü il tarixli PKŞ/4345 nömrəli “İpoteka predmetinə tutma yönəldilməsi barədə" bildirişxəbərdarlıdqa qeyd edilmişdir ki, xx.xx.2021 tarixli 1**-MF-*** nömrəli kredit müqaviləsinin 3.1.6-ci bəndinə əsasən, borcalan tərəfindən auntet ödənişlər 12 ay ardıcıl üç dəfədən çox gecikdirildikdə bank bu müqaviləni vaxtından əvvəl birtərəfli qaydada xitam verə və verdiyi kreditin bu müddətə qədər hesablanmış faiiz/dəbbə pulu ilə birlikdə vaxtından əvvəl qaytarılmasını borcalandan tələb edə bilər. Onlar tərəfindən müqavilənin şərtlərinə əməl etməyərək öhdəlikləri pozulmuşdur. Onların xx.xx.2023-cü il tarixə həmin kredit müqaviləsindən irəli gələn 232.247,39 manat məbləğində əsas borc, 12.819,68 manat məbləğində faiz borcu, 744,02 manat məbləğində məbləğində gecikmiş cərimə borcu olmaqla, ümumilikdə 245.811,09 manat məbləğində borcları yaranmışdır Yuxarıda göstərilənləri nəzərə alaraq, məsələnin məhkəmədən kənar qaydada həll edilməsi üçün Banka olan kredit borcunun 3 (üç) iş günü ərzində ödənilməsi tələb olunur. Əks təqdirdə həmin borcun xx.xx.2021-ci il tarixli, 113-MFİ-1-162 saylı ipoteka müqaviləsinə əsasən İddiaçı məxsus ünvan 2 ünvanında yerləşən, ümumi sahəsi 57,7 kv.m olan mənzilə, xx.xx.2021 -ci il tarixli, 113-MFİ-İ 62 saylı ipoteka müqaviləsinə əsasən X1 məxsus a) ünvan 3 ünvanda yerləşən 0,05 ha torpaq sahəsi üzərində ümumi sahəsi 226.2 kv.m olan bağ evi və torpaq sahəsi, c) ünvan 4i ünvanında yerləşən ümumi sahəsi 0.12 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evi olan daşınmaz əmlaklara, xx.xx.2021-ci il tarixli, 113- MFİ-162 saylı ipoteka müqaviləsinə əsasən X1 məxsus ünvan 5 ünvanında yerləşən, ümumi sahəsi 87.9 kv.m olan mənzilə yönəldilməsi, onun açıq hərracda satılması və satışdan əldə olunan vəsait hesabına Banka olan kredit borcun ödənilməsi barədə məhkəməyə və ya icra qeydinin verilməsi üçün notariusa müraciət olunacaqdır. İş materiallarında olan 087756 nömrəli qaimənin surətindən görünür ki, Cavabdeh ASC tərəfindən ipoteka qoyan İddiaçı ünvanlanmış bildiriş onun tərəfindən qəbul edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.1-ci və 269.7-ci maddələrinə əsasən girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Girovla və ipoteka ilə təmin edilmiş öhdəlik üzrə kreditorun (girov saxlayanın və ipoteka saxlayanın) hüququ var ki, borclunun həmin öhdəliyi icra etmədiyi halda girov qoyulmuş və ya ipoteka ilə yüklü edilmiş əşyanın dəyərindən həmin əşyanın mənsub olduğu şəxsin (girov qoyanın və ipoteka qoyanın) digər kreditorlarına nisbətən üstün qaydada təminat alsın. Həmin Məcəllənin 269.4-cü maddəsinə əsasən ipoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır. Həmin Məcəllənin 317.1-ci maddəsinə əsasən borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımıncz icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Həmin Məcəllənin 319.1-ci maddəsinə əsasən əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. İpoteka haqqında Azərbaycan Respublikasının Qanununun 34.1-ci maddəsinə əsasən ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallar bunlardır: əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi; ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin baş verməsi; https://e-qanun.az/framework/9902bu Qanunda nəzərdə tutulmuş digər hallarda. İpoteka haqqında Azərbaycan Respublikasının Qanununun 36.1-ci maddəsinə əsasən, ipoteka saxlayan bu Qanunun 36.2-ci maddəsində nəzərdə tutulan məlumatı əks etdirən bildirişi ipoteka qoyanın və ipoteka müqaviləsində qeyd olunan digər şəxsin ünvanına, bildirişin surətini isə ona məlum olan sonrakı ipoteka saxlayana, birgə ipoteka saxlayanlara, habelə “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilən yüklülük sahiblərinə sifarişli poçt göndərişi (məktubu) və elektron üsulla göndərir. Poçt göndərişi vasitəsilə ölkə daxilində göndərilmiş rəsmi bildiriş onun poçta təqdim edildiyi gündən 5 təqvim günü keçdikdən sonra, elektron üsulla göndərilmiş rəsmi bildiriş isə göndərildiyi gündən 3 təqvim günü keçdikdən sonra təqdim olunmuş sayılır. İpoteka haqqında Azərbaycan Respublikasının Qanununun 36.2-ci maddəsinə əsasən, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişdə aşağıdakı məlumatlar əks etdirilməlidir: 36.2.1. müvafiq reyestrdəki ipotekanın qeydiyyat anı və nömrəsinə istinad edərək tutma yönəldilən ipoteka predmeti; 36.2.2. icra olunmalı öhdəlik barədə məlumat; 36.2.3. ipoteka predmetinə notariusun icra qeydi əsasında tutmanın yönəldilməsi barədə xəbərdarlıq;https://e-qanun.az/framework/9902 36.2.4. bildirişin tarixi, bildirişi verən şəxsin adı və imzası. Göründüyü kimi, iddiaçı qanunvericiliyin tələbinə və tərəflər arasında bağlanmış müqaviləyə əsasən, əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsinin ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hal olduğunu, cavabdeh bank tərəfindən ipoteka qoyanlara ünvanlanmış ipoteka predmetinə tutma yönəldilməsinə dair Bildiriş-xəbərdarlıqda isə ipoteka predmetinə tutma yönəldilməsi üçün əsas kimi Kredit müqaviləsinin 3.1.6.-cı bəndinə istinadən borcalan tərəfindən auntet ödənişlərin 12 ay ardıcıl üç dəfədən çox gecikdirilməsinin göstərilməsini qeyd edərək həmin bildirişxəbərdarlığın etibarsız hesab edilməsini tələb edir. Məhkəmə əvvəla qeyd edir ki, İpoteka haqqında Azərbaycan Respublikasının Qanununun 36.2-ci maddəsinə əsasən ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişdə əks etdirilməli olan məlumatların dairəsi dəqiq göstərilmiş və ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallar bildirişdə göstərilməli olan məlumatlara daxil deyildir. Bundan başqa, işin hallarından görünür ki, ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallar (o cümlədən əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi) tərəflər arasında bağlanmış ipoteka müqaviləsində göstərilmişdir. Bank tərəfindən bildirişin göndərildiyi xx.xx.2023-cü il tarixdə borclunun kredit müqaviləsi üzrə əsas öhdəliyin icrası 90 təqvim günündən çox müddətdə, yəni 91 gün gecikdirilmişdir. Beləliklə də, bank tərəfindən bildiriş qanunvericiliyin tələbinə əməl edilməklə verilmişdir. Odur ki, iddiaçı tərəfindən mübahisələndirilən bildirişin etibarsız hesab edilməsi üçün heç bir əsas yoxdur. Beləliklə, məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, İddiaçı Cavabdeh ASC – yə qarşı “ipoteka predmetinə tutma yönəldilməsi barədə bildirişin etibarsız hesab edilməsi” tələbi əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. İş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikasının MPM-nin 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, yəni iddia rədd edilməli olduğundan hazırkı iddianın qaldırılması ilə əlaqədar İddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş dövlət rüsumu ona aid olunmalıdır. Şərh olunanlara və Azərbaycan Respublikası MPM-nin 216-220, 227və 360-cı maddələrinə əsasən, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh ASC-yə qarşı “bildiriş-xəbərdarlığın etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Ayşən Sultanova-Məmmədova
Məhkəmə qərarları › İş №e-2(004)-3610/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-3610/2023
15.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver