Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-3631/2023 11.08.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Vahid Məcid oğlunun sədrliyi, Həsənova Aysel Zaur qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin müəyyən edilmiş miqdarının dəyişdirilməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “alimentin müəyyən edilmiş miqdarının dəyişdirilməsi” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət edərək, Bakı şəhəri Xətai rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(011)-7484/2019 nömrəli qətnaməsi ilə xx.xx.2014-cü il təvəllüdlü X1 və xx.xx.2017-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün təyin edilmiş Cavabdeh tutulan hər ay aylıq qazancının və digər gəlirlərinin 1/3 (üçdə bir) hissəsində alimentin miqdarının dəyişdirilməsi, birgə nikahdan doğulmuş övladları xx.xx.2014-cü il təvəllüdlü X1 və xx.xx.2017-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay hər uşağa 900 manat olmaqla, cəmi 1.800 manat sabit pul məbləğində aliment tutularaq ona ödənilməsi, Cavabdeh mediasiya xərci kimi ödədiyi 50 manat pulun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı nümayəndəsi və vəkili Nümayəndə məhkəmə iclasında iddia tələbini müdafiə etdi və izahatında bildirdi ki, Bakı şəhəri Xətai rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(011)- 7484/2019 nömrəli qətnaməsi ilə tərəflərin birgə nikahından doğulmuş övladları - xx.xx.2014-cü il təvəllüdlü X1 və xx.xx.2017-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay aylıq qazancının və digər gəlirlərinin 1/3 (üçdə bir) hissəsi miqdarında aliment tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Cavabdeh 2007-ci ildən etibarən "xxxx" MMC-də proseslər üzrə baş layihəçi işləmiş və onun aylıq əmək haqqı 4507 manat olmuşdur. Lakin iddiaçı qətnamə ilə tutulan aylıq qazancının 1/3 hissəsini təşkil edən 1200 manat alimenti 5-6 aydır ki, ödəmir. İddiaçı maraqlanda ona məlum olmuşdur ki, cavabdeh işdən çıxmışdır, bu səbəbdən əmək haqqından tutulmalar dayanmışdır. Tərəflərin övladı xx.xx.2014-cü il təvəllüdlü X4 “Landau School” təhsil kompeksində təhsil alır və 2023-2024 tədris ili üçün təhsil haqqı 8.400 manat edir. xx.xx.2017-ci il təvəllüdlü X5 da növbəti tədris ilindən “Landau School” təhsil kompeksində təhsil almağa başlayacaqdır və onun 2023-2024 tədris ili üçün təhsil haqqı 7.560 manat təşkil edəcəkdir. Qeyd olunan məbləğlərə yemək və nəqliyyat haqqı daxil deyildir. 6 aydan artıq müddətdir ki, cavabdeh təyin olunmuş hər ay aylıq qazancının və digər gəlirlərinin 1/3 (üçdə bir) hissəsində pul məbləğində alimenti ödəmir. Uşaqlar böyüdüyünə görə onların xərcləri də artmışdır. Lakin iddiaçı bu xərcləri təkbaşına qarşılaya bilmir. Odur ki, iddianın təmin edilməsini xahiş edir. Cavabdeh məhkəmə iclasında iddianı qəbul etmədi və izahatında bildirdi ki, İddiaçı ilə onun birgə nikahdan xx.xx.2014-cü il təvəllüdlü X4 və xx.xx.2017-ci il təvəllüdlü X5 adlı iki uşaqları var. Bakı şəhəri Xətai rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(011)-7484/2019 nömrəli qətnaməsi ilə hər ay aylıq qazancının və digər gəlirlərinin 1/3 (üçdə bir) hissəsində pul məbləğində aliment tutulması qət edilmişdir. O, "xxxx" MMC şirkətində proseslər üzrə baş layihəçi vəzifəsində işləmişdir və aylıq əmək haqqı 4507 manat olmuşdur. İşlədiyi müddət ərzində 1200 manat alimenti hər ay vaxtında ödəmişdir. xx.xx.2023-cü il tarixdə layihə başa çatdığına görə işdən çıxmışdır. İşdən çıxdıqdan sonra alimenti ödəməkdə çətinlik çəkir və hal-hazırda da işsizdir. O, uşaqların özəl məktəbda təhsil almasına razı deyildir. Bunu iddiaçı özü istəmişdir və xərcini də özü ödəməlidir. Çünki, dövlət təhsil məktəbləri var və təhsil pulsuzdur. Onun ödənişli əsaslarla uşaqlarını oxutmağa maddi imkanı yoxdur. 1200 manat aliment borcundan 500 manatını xx.xx.2023-cü il tarixdə ödəmişdir. Tendirin qalibi olan şirkətlər onu işləməyə dəvət etdikdə, yeni layihə üzrə işləyəcək və uşaqlarının saxlanması üçün maddi köməklik edəcəkdir. Hazırda minimum məbləğdə aliment ödəməyə maddi imkanı çatır. Onun hər ay hər uşağa 900 manat aliment ödəməyə maddi imkanı yoxdur. İşsiz kimi əmək müfəttişliyində qeydiyyata alınıb, ona ilk iki ay 840 manat, 670 manat ödənilib, növbəti üç ay isə 365 manat olmaqla işsiz pulu ödəniləcəkdir. Hazırda onun başqa gəlir yeri yoxdur. Odur ki, iddianın rədd edilməsini xahiş edir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, Cavabdeh və İddiaçı xx.xx.2013-cü ildə 1089 nömrəli akt qeydi ilə rəsmi nikah bağlamışlar, nikah bağlanandan sonra arvada “Bağırzadə” soyadı verilmişdir. Tərəflərin birgə nikahdan xx.xx.2014-cü il təvəllüdlü X4 və xx.xx.2017-ci il təvəllüdlü X5 adlı iki uşağı var. Bakı şəhəri Xətai rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(011)-7560/2019 nömrəli qətnaməsi ilə Cavabdeh və X3 arasında Səadət Sarayında (Bakı Nikah Evi) xx.xx.2013-cü ildə 1089 nömrəli akt qeydi ilə bağlanmış nikah pozulmuşdur. Tərəflərin birgə nikahından doğulmuş övladları - xx.xx.2014-cü il təvəllüdlü X4 və xx.xx.2017-ci il təvəllüdlü X5 anaları İddiaçı yanında saxlanılmışdır. Bakı şəhəri Xətai rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(011)-7484/2019 nömrəli qətnaməsi ilə tərəflərin birgə nikahından doğulmuş övladları xx.xx.2014-cü il təvəllüdlü X1 və xx.xx.2017-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2019-cu il tarixdən başlayaraq Cavabdeh hər ay aylıq qazancının və digər gəlirlərinin 1/3 (üçdə bir) hissəsi miqdarında aliment tutularaq Bağırzadə (Nəcəfova) Səbinə Əsgər qızına ödənilməsi qət edilmişdir. “Landau School” tərəfindən təsdiq edilmiş “Təhsil xidməti göstərilməsi haqqında” xx.xx.2020ci il tarixli 1273 nömrəli müqaviləyə 01/23 nömrəli əlavədən görünür ki, xx.xx.2014-cü il təvəllüdlü X1 2023-2024 tədris ili üçün təhsil haqqı 8.400 manat təşkil edir. “Landau School” tərəfindən təsdiq edilmiş “Təhsil xidməti göstərilməsi haqqında” xx.xx.2023cü il tarixli 3735 nömrəli müqaviləyə 1 nömrəli əlavədən görünür ki, xx.xx.2017-ci il təvəllüdlü X2 2023-2024 tədris ili üçün təhsil haqqı 7.560 manat təşkil edir. Cavabdeh "xxxx" MMC şirkətində proseslər üzrə baş layihəçi vəzifəsində işləmişdir və aylıq əmək haqqı 4507 manat olmuşdur. Cavabdeh işlədiyi müddət ərzində Bakı şəhəri Xətai rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(011)-7484/2019 nömrəli qətnaməsi ilə tutulan alimenti ödəmişdir. Cavabdeh bildirir ki, layihəyə əsasən icra edilən iş sona çatdığına görə xx.xx.2023-cü il tarixdən işdən çıxmışdır və bu səbəbdən alimenti ödəməkdə çətinlik çəkir. Hazırda minimum həddə uşaqlarının saxlanması üçün aliment ödəyə bilər. Uşaqlarını ödənişli təhsil müəssisəsində oxutdurmağa onun maddi imkanı yoxdur, dövlət təhsil müəssisələrində ödənişsiz təhsil almalarını istəyir. Hazırda işsiz kimi məşğulluq mərkəzində qeydiyyata alınmışdır. Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Məhkəmə qeyd edir ki, alimentin miqdarının dəyişdirilməsi tələblərinin qanuni əsasını Ailə Məcəlləsinin 112.1-ci maddəsi təşkil edir və hazırkı işdə həmin maddənin dispozitiv şərtləri mövcuddur. Azərbaycan Respublikası Konstitusiyasının 17.2-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Odur ki, uşağın minumum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququnun olmasını və valideynləri ilə birlikdə yaşadığı vaxtdakı maddi təminatının maksimal dərəcədə saxlanılması baxımından alimentin miqdarı dəyişdirilərək, xx.xx.2014-cü il təvəllüdlü X1 və xx.xx.2017-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün həy ay hər uşağa 350 manat müəyyən edilməlidir. “Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsinə əsasən isə uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Azərbaycan Respublikası MPM-in 233.4-cü maddəsinə əsasən cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra, ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır. “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa görə 2023-cü il üçün yaşayış minimumu uşaqlar üçün 220 manat müəyyən edilmişdir. Məhkəmə, uşaqların mənafeyini, tərəflərin maddi durumunu nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilməli, Bakı şəhəri Xətai rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(011)- 7484/2019 nömrəli qətnaməsi ilə xx.xx.2014-cü il təvəllüdlü X1 və xx.xx.2017-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün təyin edilmiş Cavabdeh tutulan hər ay aylıq qazancının və digər gəlirlərinin 1/3 (üçdə bir) hissəsində alimentin miqdarı dəyişdirilməlidir. Tərəflərin birgə nikahından doğulmuş övladları xx.xx.2014-cü il təvəllüdlü X1 və xx.xx.2017-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay hər uşağa 350 manat olmaqla, cəmi 700 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməlidir. Cavabdeh mediasiya xərci kimi ödənilmiş 50 manat tutularaq İddiaçı ödənilməlidir. İddia tələbi – hər uşağa 550 manat olmaqla, cəmi 1.100 manat sabit pul məbləğində aliment tutulması hissəsində rədd edilməlidir. Çünki, iddiaçı cavabdehin həmin məbləği ödəməyə maddi imkanı olmasını təsdiq edən mötəbər yazılı sübutları məhkəməyə təqdim edə bilməmişdir. Miqdarı dəyişdirilmiş alimentin tutulması qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli 8-2/2016 nömrəli qərarına əsasən məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Bakı şəhəri Xətai rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(011)-7484/2019 nömrəli qanuni qüvvəyə minmiş qətnaməsi ilə xx.xx.2014-cü il təvəllüdlü X1 və xx.xx.2017-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün təyin edilmiş Cavabdeh tutulan hər ay aylıq qazancının və digər gəlirlərinin 1/3 (üçdə bir) hissəsində alimentin miqdarı dəyişdirilsin. Tərəflərin birgə nikahından doğulmuş övladları xx.xx.2014-cü il təvəllüdlü X1 və xx.xx.2017-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay hər uşağa 350 manat olmaqla, cəmi 700 (yeddi yüz) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. Cavabdeh mediasiya xərci kimi ödənilmiş 50 (əlli) manat tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə rədd edilsin. Miqdarı dəyişdirilmiş alimentin tutulması qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablansın. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Yasamal rayon Məhkəməsi vasitəsilə (Azərbaycan Respublikası MPM-in 10-1.3-cü maddəsinə əsasən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Vahid Hacıyev
Məhkəmə qərarları › İş №e-2(004)-3631/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-3631/2023
11.08.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver