Məhkəmə qərarları › İş №e-2(004)-3714/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №e-2(004)-3714/2023

13.07.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(004)-3714/2023 13.07.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Vahid Məcid oğlu, İddiaçı Cavabdeh qarşı “nikahın pozulması, uşaqların ananın yanında qalması, aliment tutulması və əmlakın bölünməsi” tələbinə dair iddia ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq, MÜƏYYƏN ETDİM: İddiaçı Cavabdeh qarşı “nikahın pozulması, uşaqların ananın yanında qalması, aliment tutulması və əmlakın bölünməsi” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət edərək, İddiaçı ilə Cavabdeh arasında bağlanmış 10 dekabr 2004-cü il tarixli AZ-T № 053211 saylı nikah haqqında şəhadətnamənin pozulması, birgə nikahdan olan, yetkinlik yaşına çatmayan övladları 07 noyabr 2005-ci il təvəllüdlü X2 və 23 dekabr 2012-ci il təvəllüdlü X1 İddiaçı himayəsində qalması, Cavabdeh aylıq gəlirindən birgə nikahdan olan övladların saxlanılması üçün ümumi 440 (hər övlad üçün 220 manat) manat alimentin ödənilməsi və birgə nikah dövründə əldə olunmuş əmlaklar - Bakı şəhəri Xəzər rayonu Mərdəkan qəsəbəsində 2791 saylı bağ və üzərində olan fərdi yaşayış evi, Bakı şəhəri Yasamal rayonu Məmməd Rahim küçəsində yerləşən 4 saylı evin 68 nömrəli mənzili və **-GY-*** dövlət qeydiyyat nişanlı Mercedes markalı avtonəqliyyatın iki yerə bölünməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib müəyyən etdim ki, ərizə Azərbaycan Respublikası MPM-in 149-cu maddəsinin tələblərinə riayət edilmədən verilmişdir. Belə ki, İddiaçı bölünməsini tələb etdiyi - Bakı şəhəri Xəzər rayonu Mərdəkan qəsəbəsində 2791 saylı bağ və üzərində olan fərdi yaşayış evinin, Bakı şəhəri Yasamal rayonu Məmməd Rahim küçəsində yerləşən 4 saylı evin 68 nömrəli mənzilinin və **-GY-*** dövlət qeydiyyat nişanlı Mercedes markalı avtomobilin mövcud olmasını və həmin əmlakların birgə nikah dövründə İddiaçı və ya Cavabdeh adına alınmasını və hazırda mülkiyyətlərində olmasını təsdiq edən rəsmi sənədləri iddia ərizəsinə əlavə etməmişdir. Halbuki, Azərbaycan Respublikası MPM-in 149.2.3-cü maddəsinə əsasən iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb ərizədə göstərilməlidir. Azərbaycan Respublikası MPM-in 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 114, 49, 152, 152.1, 152.1.1, 152.2, 263-264-cü maddəsini rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçı Cavabdeh qarşı “nikahın pozulması, uşaqların ananın yanında qalması, aliment tutulması və əmlakın bölünməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər icraata qəbul edilmədən geri qaytarılsın. "xxxx" KB ASC vasitəsilə xx.xx.2023-cü il tarixli ********** nömrəli sənədə əsasən Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə dövlət rüsumu kimi ödənilmiş 50 (əlli) manat pul Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Bakı şəhəri üzrə Baş Maliyyə İdarəsi tərəfindən İddiaçı qaytarılsın. Qərardaddan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim:Vahid Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar