Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-372/2025 26.02.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh və "xxxx" MMC-yə qarşı “müqavilələrin ləğv edilməsi, müqavilə üzrə qabaqcadan ödənilmiş pulun geri qaytarılması” tələbinə dair iddiası üzrə mülki iş (açar sözlər: pul) Hakim Xəlil Ülkər Abdurahman qızının sədrliyi, Qurbanova İlahə Nazim qızının katibliyi, İddiaçı, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh və "xxxx" MMC-yə qarşı “müqavilələrin ləğv edilməsi, müqavilə üzrə qabaqcadan ödənilmiş pulun geri qaytarılması” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Mülki işin mahiyyəti
1. İddiaçı cavabdehlər Cavabdeh və "xxxx" MMC-yə qarşı “müqavilələrin ləğv edilməsi, müqavilə üzrə qabaqcadan ödənilmiş pulun geri qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Xətai rayonu, İ.İsmayılov küçəsindəki 50 “c” saylı evin 3 otaqlı 16-cı mənzilinin təmir işləri ilə bağlı "xxxx" MMC-nin adından cavabdehlə aralarında bağlanmış xx.xx.2023-cü il tarixli “Təmir xidmətlərinin göstərilməsi haqqında” 014 №-li müqaviləninn ləğv edilməsi, müqavilə üzrə qabaqcadan ödənilmiş puldan işin yerinə yetirilməmiş hissəsinə görə qalıq qalmış 10.920 manatın, o cümlədən ödənilmiş 131 manat dövlət rüsumu olmaqla, cəmi 11.051 manat pulun Cavabdeh alınaraq ona qaytarılması dair qətnamə çıxarılmasını xahiş etmişdir.
2. Daha sonra iddiaçı iddia həcminin artırılması barədə ərizə ilə müraciət edərək, Bakı şəhəri, Xətai rayonu, İ.İsmayılov küçəsindəki 50 “c” saylı evin 3 otaqlı 16-cı mənzilinin təmir işləri ilə bağlı onunla cavabdeh "xxxx" MMC arasında bağlanmış xx.xx.2023-cü il tarixli “Təmir xidmətlərinin göstərilməsi haqqında” 014 №-li müqaviləninn ləğv edilməsi, müqavilə üzrə qabaqcadan ödənilmiş puldan işin yerinə yetirilməmiş hissəsinə görə qalıq qalmış 10.920 manatın, o cümlədən ödənilmiş 131 manat dövlət rüsumu olmaqla, cəmi 11.051 manat pulun cavabdehlər Cavabdeh və "xxxx" MMC-dən müştərək qaydada alınaraq ona qaytarılması dair qətnamə çıxarılmasını xahiş etmişdir.
3. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Xətai rayonu, İ.İsmayılov küçəsindəki mənə məxsus 50 “c” saylı evin 3 otaqlı 16-cı mənzilinin təmir işləri ilə bağlı cavabdehlə olan razılaşmaya əsasən aralarında xx.xx.2023-cü ildə “Təmir xidmətlərinin göstərilməsi haqqında” 014 №-li müqavilə bağlanmış, həmin müqaviləni bir tərəfdən sifarişçi kimi o, digər tərəfdən icraçı kimi "xxxx" MMC-nin direktoru kimi Cavabdeh imzalamışdır. Həmin müqaviləyə, mənzildə görüləcək təmir işləri üzrə siyahı tərtib olunmuş və müqaviləyə əlavə olunmuş, təmir işlərinin ümumi həcmi 32.000 (otuz iki min) manat müəyyən olunmuş, müqavilənin 1.3.-cü bəndinə uyğun, müqavilə imzalanan vaxt ilkin olaraq tərəfimdən 10.000 (on min) manat cavabdehə ödənilmiş, 2023-cü il aprelin 30-da 6.000 (altı min) manat, 2023-cü il mayın 16-da 1.600 (min altı yüz) manat, 2023-cü il iyunun 19-da 1.600 (min altı yüz) manat, 2023-cü il avqustun 01-də 1.720 (min yeddi yüz iyirmi) manat, cəmi 20.920 (iyirmi min doqquz yüz iyirmi) manat cavabdehə pul ödəmişdir. Hər ayın sonuna kimi tərəfindən 1.600 manat olmaqla 10 ay müddətində vəsaiti cavabdehin hesabına köçürəcək idi. Kassa mədaxil orderi "xxxx" MMC-nin adına tərtib olunsa da o, pulu şəxsən cavabdehin özünə ödəmişdir. Aralarında “Təmir xidmətlərinin göstərilməsi haqqında” bağlanmış xx.xx.2023-cü il tarixli 014 №-li müqavilənin 1.1-ci və 3.1-ci bəndlərinə uyğun olaraq, təmir işlərinin aparılması üçün cavabdehə şərait yaradılmış, cavabdeh lazımi materiallarla təmin olunmuşdur. Həmin müqavilənin 5.2.-ci bəndinə müvafiq olaraq, təmir işləri 3 ay müddətində yerinə yeirilməli və ona təhvil verilməli idi. Lakin cavabdeh işə başlasa da müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmiş, işi yarımçıq saxlamış, göstərdiyi bütün cəhdlər nəticə verməmiş, cavabdeh hər dəfə müxtəlif bəhanələr gətirərək işi başa çatdırmaqdan yayınmışdır. Müqavilə üzrə ödənilmiş 20.920 manat vəsaitdən cavabdeh cəmi 10.000 (on min) manatlıq iş görmüş, ya işi başa çatdırmağı, ya da qabaqcadan ödədiyi və işin yerinə yetirilmədiyi 10.920 (on min doqquz yüz iyirmi) manatın geri qaytarılmasını cavabdehdən tələb etmiş, lakin işi davam etdirməmiş, nə də ödədiyi 10.920 (on min doqquz yüz iyirmi) manatı geri qaytarmamış, pulun geri qaytarılmasına dəfələrlə söz vermişdir. Bununla bağlı whatsapp mesajları mövcuddur. Həmin mesajlarda ona olan borcunu etiraf edir və yaxın vaxtlarda qeri qaytarmağa sözlər vermiş, lakin vədinə əməl etməmiş, hazırda onun müqavilə üzrə yerinə yetirilməmiş öhdəliyə görə mənə 10.920 (on min doqquz yüz iyirmi) manat məbləğində “borcu” qalmışdır. Cavabdehin təqsiri ucbatından yarımçıq qalmış təmir işlərini başqa usta-Qəşəm Əliyevin vasitəsi ilə başa çatdırmışdır. Tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli “Təmir xidmətlərinin göstərilməsi haqqında” 014 №-li müqavilənin şərtləri cavabdeh tərəfindən pozulmuş, müqavilənin 9.2.-ci bəndinə uyğun olaraq xx.xx.2023-cü il tarixli pretenziya məktubu sürətli poçt vasitəsi ilə ona çatdırılsa da, məhkəmədən kənar mübahisənin həlli mümkün olmamışdır. Ona məxsus yaşayış evində təmir işlərinin aparılması üçün tərəflərin hüquq və vəzifələrin müəyyən edilməsi barədə cavabdehlə aralarında yazılı müqavilə olmasına baxmayaraq, cavabdeh üzərinə düşən öhdəliyi yerinə yetirməkdən boyun qaçırdığından, təmir işlərinə görə ondan qabaqcadan aldığı puldan işin yerinə yetirilməmiş hissəsinə görə qalıq qalmış 10.920 manat məbləğində pul cavabdehdən alınaraq ona qaytarılmalıdır.
II. Tərəflərin mövqeləri:
4. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsini və iddia tələbinin həcminin artırılması barədə ərizəni müdafiə edərək iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, təmirin ümumi qiyməti 32.000 manat təşkil edirdi. İlkin olaraq 10 000 manat daha sonra isə 6000 manat birdəfəlik ödəmişdir. Yerdə qalan 16.000 manat məbləği isə ayda 1600 manat olmaqla, 10 ay müddətinə ödəməyi öz öhdəliyisinə götürmüşdür. 10 aydan 3 ayın ödənişi etmiş, lakin daha sonra cavabdeh tərəfindən evin təmiri dayandırılmışdır. Evin 30 faiz hissəsi təmir olunmuşdur. O, evi təmir edən ustalarla əlaqə saxladıqda, material olmadığı və onlara pul verilmədiyi üçün işləri dayandırmalı olduqlarını bildirdilər. Ustalar ona təklif etmişlər ki, heç olmasa material olsun ki, onlar işi davam edə bilsinlər. O da məcbur olub materialları alası olmuşdur. Həmçinin material da 32.000 manata daxil idi. Müqavilədə göstərilən işlər cavabdeh tərəfindən tam yerinə yetirilməyib. Dizayn, divarların mayakı, isti döşəmə, santexnik, elektrik işləri görülmüşdür. Yerdə qalan digər işlər isəonunmüqavilədən kənar verdiyi pulla həmin ustalar tərəfindən görülmüşdür. Həmçinin cavabdeh tərəfindən görülən işlə bağlı təxminən 5420 manat materiala, 3480 manat ustaya, 1000 manat da ora olan zibillərin daşınması üçün fəhlələrə verilmişdir. Cəmi 10.000 manatlıq iş görülmüşdür.
5. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsini və iddia tələbinin həcminin artırılması barədə ərizəni müdafiə edərək iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir.
6. Məhkəməyə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdehlər Cavabdeh və "xxxx" MMC-nin nümayəndəsi məhkəmə iclasına gəlməmişlər və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər.
7. Məhkəmə işə cavabdehlər Cavabdeh və "xxxx" MMC-nin nümayəndəsinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir.
III. Məhkəmə baxışının hədləri:
8. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
9. İddiaçı (sifarişçi) ilə "xxxx" MMC (icraçı) arasında bağlanmış xx.xx.2023-cü il tarixli 014 nömrəli təmir xidmətinin göstərilməsi haqqında müqavilənin 1.1-ci bəndinə əsasən sifarişçi ona məxsus Bakı şəhəri Suraxanı rayonu Köhnə Günəşli qəsəbəsində yerləşən mənzilin təmir işlərinin xidmətinin göstərilməsini sifariş edib razılaşdırılmış xidmət haqqı ödəməyi , icraçı isə sifarişçinin müəyyən etdiyi qaydada həyət evinin təmir xidmətləri göstərməyi öhdəsinə götürür.
10. Həmin müqavilənin 1.3-cü bəndinə əsasən İddiaçı (sifarişçi) müqavilə imzalandığı anda ilkin ödəniş olaraq müqavilənin ümumi dəyərinin 10.000 manatı ödənilməlidir.
11. Həmin müqavilənin 1.4-cü bəndinə əsasən İddiaçı (sifarişçi) tərəfindən "xxxx" MMC-yə (icraçı) ödənilməli olan digər qalıq məbləğ müvafiq olaraq xx.xx.2023-cü il tarixində 6000 manat, hər ayın müqavilə bağlandığı tarixə əsasən 1600 manat olmaqla 10 ay ödənilməlidir.
12. Həmin müqavilənin 5.2-ci bəndinə əsasən muqavilədə nəzərədə tutulan təmir xidməti işə başlanılan gündən 03 ay müddətində həyata keçirilməlidir.
13. "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli kassa mədaxil orderinə əsasən İddiaçı Bakı şəhəri Suraxanı rayonu Köhnə Günəşli qəsəbəsində yerləşən mənzilin təmir işlərinin görülməsi üçün ilkin olaraq 10.000 manat ödəniş etmişdir.
14. "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli kassa mədaxil orderinə əsasən İddiaçı Bakı şəhəri Suraxanı rayonu Köhnə Günəşli qəsəbəsində yerləşən mənzilin təmir işlərinin görülməsi üçün 6.000 manat ödəniş etmişdir.
15. "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli kassa mədaxil orderinə əsasən İddiaçı Bakı şəhəri Suraxanı rayonu Köhnə Günəşli qəsəbəsində yerləşən mənzilin təmir işlərinin görülməsi üçün 1.600 manat ödəniş etmişdir.
16. "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli kassa mədaxil orderinə əsasən İddiaçı Bakı şəhəri Suraxanı rayonu Köhnə Günəşli qəsəbəsində yerləşən mənzilin təmir işləri üçün ilkin olaraq 1.600 manat ödəniş etmişdir.
17. "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli kassa mədaxil orderinə əsasən İddiaçı Bakı şəhəri Suraxanı rayonu Köhnə Günəşli qəsəbəsində yerləşən mənzilin təmir işləri üçün 1.720 manat ödəniş etmişdir.
18. İddiaçı tərəfindən "xxxx" MMC-yə ünvanlanmış xx.xx.2023-cü il tarixli pretenziya məktubuna əsasən aralarında bağlanmış xx.xx.2023-cü il tarixli 014 nömrəli müqavilənin ləğv edilərək faktiki görülmüş və təhvil alınmış işin dəyərindən artıq ödənilmiş 10.920 manat pulun geri qaytarılması xahiş edilmişdir. Qeyd olunan tələb ödənilmədiyi təqdirdə məhkəməyə müarciət ediləcəyi barədə xəbərdar edilmişdir.
19. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti kommersiya qurumlarının dövlət reyestri məlumatlarına əsasən "xxxx" MMC-nin (VÖEN: **********) hüquqi ünvanı: Bakı şəhəri Yasamal rayonu Mətbuat prospekti ev 35A mənzil 50, qanuni təmsilçisi xx.xx.2023-cü il tarixdən Cavabdehdur.
20. Qaimə fakturalara əsasən cavabdeh tərəfindən iddiaçının mənzilinin təmir işləri üçün 6563 manatlıq material alınmışdır.
21. Məhkəmə iclasında şahid qismində dindirilən X2 ifadəsində bildirmişdir ki, Bakı şəhəri Suraxanı rayonu Köhnə Günəşli qəsəbəsində yerləşən mənzili təmir işlərinin olmağını ona Şahmar adlı şəxs bildirmişdir. O şirkət işi olduğunu bilməmişdir. Evi təmir işlərini görməyə başlamış, ona 5000 manat pul verilməli idi, lakin pul verilmədiyindən işi dayandırmışdır. Təxminən 1 ay yarım iş görülmədi. Sonradan onu Samir axtarıb tapmış, pulunu ödəmiş, materialları alımış, o da işinə davam etmişdir. Evin bütün işlərini santexnik, elektrik və.s görmüşdür. Şirkətlə arasında hər hansı müqavilə olmamışdır. Ev ilk əvvəl tam təmirsiz, kərpicdən ibarət idi. Sonra tam təmir etmişdir. Təmir işləri təxminən 4-5 ay çəkmişdir. Ümumilikdə 11.800 manat ödəniş almışdır. Həmin məbləğin 3480 manatını Şahmar adlı şəxs, qalan hissəsini isə Samir vermişdir.
22. Məhkəmə materialları araşdıraraq və onlara zəruri hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi qismən təmin olunmalıdır.
23. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
24. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
25. Həmin Məcəllənin 387.2-ci maddəsinə əsasən əgər müqavilə üzrə tərəflərdən hər biri digər tərəfin xeyrinə vəzifə daşıyırsa, o, digər tərəfin xeyrinə etməli olduqları barəsində həmin tərəfin borclusu və eyni zamanda ondan tələb etməyə hüququ çatanlar barəsində onun kreditoru sayılır.
26. Həmin Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.
27. Həmin Məcəllənin 398.1-ci maddəsinə əsasən müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilir;
28. Həmin Məcəllənin 399.1-ci maddəsinə görə, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur.
29. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
30. Həmin Məcəllənin 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür.
31. Həmin Məcəllənin 753.1-ci maddəsinə əsasən sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. Əgər həmin şəraitdə podratın yalnız muzd müqabilində yerinə yetirilməsi ehtimal edilirsə, belə hesab edilir ki, muzd dinməz razılıq əsasında şərtləşdirilmişdir. Əgər muzdun miqdarı müəyyənləşdirilməyibsə, adi muzdun şərtləşdirildiyi hesab olunur. Şərtləşdirilmiş muzd ödənildikdə, podratçının müqavilə üzrə razılaşdırılmış iş həcminə daxil olan bütün işləri ödənilmiş sayılır.
32. Həmin Məcəllənin 759.1-ci maddəsinə əsasən sifarişçi işlər qurtaranadək istənilən vaxt müqavilədən imtina edə bilər, lakin podratçıya yerinə yetirilmiş işin haqqını verməli və müqavilənin ləğvi ilə vurulan zərərin əvəzini ödəməlidir.
33. Həmin Məcəllənin 759.2-ci maddəsinə əsasən əgər sifarişçi tərəfindən müqaviləyə bilavasitə podratçının hərəkətləri (hərəkətsizliyi) nəticəsində baş verən və ya həmin hərəkətlərlə bağlı olan səbəbə görə xitam verilərsə, podratçı yalnız yerinə yetirilmiş işin haqqını tələb edə bilər, bu şərtlə ki, sifarişçinin həmin işlərə hansısa marağı olsun.
34. Belə ki, işin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, iddiaçı və cavabdeh arasında yazılı podrat müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən iddiaçı Bakı şəhəri Suraxanı rayonu Köhnə Günəşli qəsəbəsində yerləşən mənzilin təmir işlərinin xidmətinin göstərilməsini sifariş edib razılaşdırılmış xidmət haqqı ödəməyi, cavabdeh isə təmir xidmətləri göstərməyi öhdəsinə götürmüşdür. İddiaçı tərəfindən cavabdeh "xxxx" MMC-yə 20.920 manat ödəniş edilmişdir. Lakin cavabdehlər tərəfindən təmir işləri tam yerinə yetirilməmiş, 11043 manat dəyərində iş görülmüşdür. İddiaçı tərəfindən təqdim edilmiş qaimə-fakturalara əsasən iddiaçı tərəfindən 6563 manat məbləğində material üçün xərc çəkilmiş, şahid ifadəsinə əsasən ona Cavabdeh tərəfindən 3480 manat məbləğində pul verilmiş, iddiaçının izahatına əsasən isə təmir ilə bağlı zibillərin daşınması üçün fəhlələrə 1000 manat ödəniş cavabdeh tərəfindən edilmişdir. Göründüyü kimi, cavabdeh tərəfindən iddiaçının mənzilinin təmir işlərinin tam yerinə yetirilməmiş, ümumilikdə 11043 manatlıq iş görülmüşdür. Lakin iddiaçı cavabdehə 20.920 manat ödəniş etmişdir. Göründüyü kimi iddiaçının ödədiyi 20.920 manatdan 11043 manat dəyərində iş görülmüş, 9877 manat dəyərində iş isə görülməmiş, həmin vəsait cavabdehlər tərəfindən iddiaçıya qaytarılmamışdır. Odur ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iddiaçı iddia tələbinin qalan hissəsi barədə sübutları məhkəməyə təqdim edilmədiyindən bu hissədə idda tələbi təmin edilməməlidir.
35. Halbuki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
36. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
37. Göründüyü kimi prosessual qanunvericilik hər bir tərəfin üzərinə öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsi qoyur. Eyni zamanda həmin sübutlar həqiqəti əks etdirməli və təkzibolunmaz şəkildə iddia edən şəxsin dəlillərini təsdiq etməlidir.
38. Belə ki, sübutların qiymətləndirilməsi prosesində sübutun məzmununu təşkil edən dəlillər və faktlar qiymətləndirilməlidir. Sübut o halda mötəbər hesab edilir ki, yoxlama nəticəsində onun məzmununu təşkil edən məlumatların həqiqətə uyğun olduğu, habelə bu sübutun qanunun bütün formal tələblərinə cavab verdiyi müəyyən edilsin.
39. Heç bir sübutun əvvəlcədən sübutetmə qüvvəsi yoxdur. Ən mötəbər mənbədən alınmış sübuta da araşdırılıb, digər sübutlarla müqayisə edilərək, məcmu halda qiymət verilməlidir.
40. Konstitusiya Məhkəməsinin Plenumu “F.Cavadov və V.Aslanovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 23 oktyabr 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2008-ci il tarixli Qərarında isə qeyd etmişdir ki, MPMə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Məhkəmə həqiqətə nail olmaq üçün, işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün o, işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquq normalarına müvafiq olaraq qiymətləndirir (MPM-in 9.1-ci, 14.1-ci, 88-ci maddələri). Bu prinsip və göstərişlərə ümumilikdə, MPM-in müəyyənləşdirdiyi qaydalara riayət edilməməklə və ya onlardan yayınmaqla çıxarılan (qəbul edilən) məhkəmə aktları qanunilik və əsaslılıq meyarlarına cavab vermədiyindən ədalətli hesab edilə bilməz.
41. “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 18 mart 2019-cu il tarixli Qərarında irəli sürülmüş hüquqi mövqeyə əsasən mülki məhkəmə icraatında Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin “Məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir” müddəası Konstitusiyanın 127-ci maddəsinin İİ, İV və Vİİ hissələrində, 129-cu maddəsinin İİİ hissəsində təsbit olunmuş ədalət mühakiməsinin çəkişmə, tərəflərin bərabərliyi, faktlar əsasında və qanuna müvafiq keçirilməsi, məhkəmə qərarının qanuna və sübutlara əsaslanmasına dair ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri və şərtləri ilə əlaqəli şəkildə tətbiq olunmalıdır. Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. X1 Məhkəməsi izah etmişdir ki, mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. İstisnanı yalnız Mülki Prosessual Məcəllənin 82 və 106.3-cü maddələrində göstərilən hallar təşkil edir. ... Eyni zamanda, çəkişmə və dispozitivlik prinsiplərinin üstünlüyündən irəli gələrək mülki prosessual qanunvericilik məhkəmənin heç bir halda öz təşəbbüsü ilə sübut toplamaq vəzifəsini nəzərdə tutmur, əksinə bunu məhkəməyə qadağan edir. ... Hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır.
42. Məhkəmə qeyd edir ki, iddiaçı və cavabdeh arasında bağlanmış müqavilə əsasında iddiaçı müqavilə üzrə öz üzərinə düşən öhdəlikləri yerinə yetirmiş, lakin cavabdeh üzərinə götürdüyü öhdəliyi tam yerinə yetirməmişdir.
43. Bundan başqa iddiaçı cavabdeh "xxxx" MMC ilə aralarında bağlanmış xx.xx.2023-cü il tarixli təmir xidmətlərinin göstərilməsi haqqında müqavilənin ləğv edilməsi tələbini də qoymuşdur.
44. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 29 mart 2023-cü il tarixli qərarında qeyd edilmiş hüquqi mövqeyə əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır.
45. Materiallardan görünür ki, iddiaçı xx.xx.2023-cü il tarixdə cavabdehə xəbərdarlıq ünvanlayaraq işi tam yerinə yetirmədiyi üçün artıq ödənilmiş pulun ödənilməsini tələb etmiş, əks təqdirdə məhkəməyə müraciətlə bağlı xəbərdarlıq etmiş, bununla da xidmətlərinin göstərilməsi haqqında müqavilədən birtərəfli qaydada imtina etmiş, beləliklə tərəflər arasında bağlanmış xidmətlərinin göstərilməsi haqqında müqavilə artıq ləğv edilmişdir. Odur ki, məhkəmə hesab edir ki, iddiaçı cavabdeh "xxxx" MMC ilə aralarında bağlanmış xx.xx.2023-cü il tarixli təmir xidmətlərinin göstərilməsi haqqında müqavilənin ləğv edilməsi təsbit edilməlidir.
46. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən əsaslı olduğundan təmin edilməli, İddiaçı və cavabdeh "xxxx" MMC arasında bağlanmış xx.xx.2023-cü il tarixli müqavilə ləğv edilməli, cavabdehlər Cavabdeh və "xxxx" MMC-dən müştərək qaydada 9877 manat məbləğində pul və 119 manat dövlət rüsumu tutularaq İddiaçı ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir.
47. Həmçinin iddia qismən təmin edildiyindən iddiaçı tərəfindən ödənilmiş 131 manat məbləğində dövlət rüsumundan 119 manat pulu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.Qalan hissədə dövlət rüsumu iddiaçının özünə aid edilməlidir.
48. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
V. Nəticə:
49. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 119, 216-220, 227, 233, 358, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ:
İddia qismən təmin edilsin. İddiaçı və cavabdeh "xxxx" MMC arasında bağlanmış xx.xx.2023-cü il tarixli müqavilə ləğv edilsin. Cavabdehlər Cavabdeh və "xxxx" MMC-dən müştərək qaydada 9877 manat məbləğində pul və 119 manat dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər.
Hakim: Ülkər Xəlil