Məhkəmə qərarları › İş №e-2(004)-3755/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-3755/2024

07.11.2024 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-3755/2024 07.11.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Sultanova-Məmmədova Ayşən Ramiz qızının sədrliyi, Həsənova Aysel Zaur qızının katibliyi, Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı X2 cavabdehlər "X15" MMC, Cavabdeh2 və Cavabdeh1 qarşı "müqavilənin ləğv edilməsi" tələbinə dair mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəmə binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı X9 cavabdehlər "X15" MMC, Cavabdeh2 və Cavabdeh1 qarşı "müqavilənin ləğv edilməsi" tələbinə dair iddia ərizəsi ilə müraciət edərək, Bakı şəhəri, Yasamal rayonu, H.B.Zərdabi prospekti, 593-cü məhəllədə Cavabdeh3 MMC tərəfindən inşa edilmiş yaşayış kompleksində yerləşən həmin gün üçün ödənilmiş 24.000 ABŞ dolları dəyərində olan İ korpusda yerləşən 7 saylı, ümumisahəsi 106 kv.metr olan 3 otaqlı mənzil və həmin mənzilin alt hissəsində yerləşən sahəsi 15,5 kv.metr olan qeyri-yaşayış sahəsi və 22 kv.metr olan qeyri-yaşayış (qaraj) sahəsinə dair 08 iyun 2023-cü il tarixliCavabdeh3 MMC ilə X4 arasında bağlanmış müqavilə, 15 dekabr 2023-cü il tarixdə Bakı 2 saylı “ASAN xidmət” mərkəzi notariat ofsində Astara rayonu, Pensər kəndində yerləşən 0.02 ha torpaq sahəsini də bağışlanma müqaviləsi ləğv edilməli, Bakışəhəri, Yasamal rayonu, H.B.Zərdabi prospekti, 593-cü məhəllədə yerləşən sahəsi 22 kv.metr olan qeyri-yaşayış (qaraj) sahəsinə dair iddiaçı Samedov Ekhitibarın ½ hissədə payın tanınmasına və müqavilələr əsasında hüquqi nəticə yaratmış sənədlərin ləğv edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı X8 Cavabdeh2 qarşı iddia ərizəsi və tələbin dəqiqləşdirilınəsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, tərəflər arasında birgə nikah dövründə əldə edilmiş Bakı şəhəri, Yasamal rayonu, H.B.Zərdabi prospekti, 593-cü məhəllədə Cavabdeh3 MMC tərəfindən inşa edilmiş yaşiyış kompleksində yerləşən həmin gün üçün 24.000 ABS dolları dəyərində olan İ korpus 7 saylı, ümumi sahəsi 106 kv.ın. olan 3 otaqlı mənzilin, Bakı şəhəri, Yasamal rayonu, H.B.Zərdabi prospekti, 593-cü məhəllədə 15.5 kv.metr sahəsi olan qeyri-yaşayış sahəsinin ½ hissəsinə iddiaçının pay hüququnun və Astara rayonu, Pensər kəndində yerləşən sahəsi 0.02 ha olan torpaq sahəsinin ½ hissəsinə iddiaçının sahiblik və istifadə hüququnun tanınmasına dair qətnamə qəbul edilməsini xahiş elmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdehlə aralarında birgə nikah dövründə əldə edilmiş Bakı şəhəri, Yasamal rayonu, H.B.Zərdabi prospekti, 593-cü məhəllədə "X15" MMC tərəfindən inşa edilmiş yaşayış kompleksində yerləşən həmin gün üçün ödənilmiş 24.000 ABŞ dolları dəyərində olan İ korpusda yerləşən 7 saylı, ümumi sahəsi 106 kv.metr olan 3 otaqlı mənzil və həmin mənzilin alt hissəsində yerləşən sahəsi 15,5 kv.metr olan qeyri-yaşayış sahəsi üzərində onun ½ hissədə; Astara rayonu, Pensər kəndində alqı-satqı edilmiş torpaq sahəsi üzərində onun ½ hissədə istifadə və sahiblik hüququnun tanınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tələb etdiyi əmlaklarla bağlı MTK-nin müqaviləsi, lakin çıxarış alınmayıb və maliyyə arayışına görə mənzilin pay haqqı tam məbləğdə ödənilmişdir. Qeyri-yaşayış sahəsi isə mənzil korporativ müqaviləsi əsasında əldə olunub, lakin çıxarışı yoxdur. Torpaq sahəsi isə alqı-satqı müqaviləsi əsasında cavabdehin adına əldə olunmuş, lakin Daşınmaz Əmlakın Dövlət Reyestrində müqavilə dövlət qeydiyyatına alınmamışdır. Cavabdeh heç vaxt işləməmiş və o Rusiya Federasiyasında biznesmen olaraq işləmiş, pul göndərmişdir. Həmin əmlaklar da onun pulu hesabına satın alınmışdır. İddia müddətinin keçməsi ilə bağlı hissədə də o, 2021-ci ildə ölkəyə qayıtmış və nikahın pozulmasından 2021-ci ildə xəbər tutmuş və bu barədə qətnamənin surətini 2023-cıi ildə almışdır. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3075/2023 nömrəli, 21 sentyabr 2023-cü il tarixli qətnaməsi ilə iddianın təmin edilərək Bakı şəhəri, Yasamal rayonu, H.B.Zərdabi prospekti, 593-cü məhəllədə Cavabdeh3 MMC tərəfindən inşa edilmiş yaşayış kompleksində yerləşən İ korpus 7 saylı, ümumi sahəsi 106 kv.metr olan 3 otaqlı mənzilin və Bakı şəhəri, Yasamal rayonu, H.B.Zərdabi prospekti, 593-cii məhəllədə yerləşən sahəsi 15.5 kv.metr olan qeyri-yaşayış sahəsinin ½ hissəsinə cavabdehin, ½ hissəsinə iddiaçının paylarının müəyyən edilməsi, Astara rayonu, Pensər kəndində yerləşən 0.02 ha torpaq sahəsinin ½ hissəsinə iddiaçının istifadə və sahiblik hüququnun tanınması qət edilmişdir. Həmçinin Bakı Apellyasiya Məhkəməsinin qətnaməsindən cavabdeh tərəflndən kassasiya şikayəti verilmiş, şikayət Ali Məhkəmənin Mülki Kollegiyasının 11 iyun 2024-cü il tarixli qərarı ilə təmin edilməmişdir. Məhkəmə mübahisəsi dövründə əmlkaların üzərinə həbs qoyulmamış və Cavabdeh2 bundan istifadə edərək əmlakları 08 iyun 2023-cü il tarixdə qızı və hazırkı iş üzrə Cavabdeh1 adına keçirmişdir. İş üzrə yenidən sübutlar toplanarkən məlum olmuşdur ki, Bakı şəhəri, Yasamal rayonu, H.B.Zərdabi prospekti, 593-cii məhəllədə yerləşən sahəsi 22 kv.metr olan qeyri-yaşayış (qaraj) sahəsi də mövcud olmuşdur. İş üzrə Cavabdeh2 08 iyun 2023cü il tarixdə Bakı şəhəri, Yasamal rayonu, H.B.Zərdabi prospekti, 593-cü məhəllədə yerləşən sahəsi 22 kv.metr olan qeyri-yaşayış (qaraj) sahəsini də qızı və hazırkı iş üzrə Cavabdeh1 adına keçirmişdir. Bununla yanaşı, iş üzrə Cavabdeh2 15 dekabr 2023-cü il tarixdə Bakı 2 saylı “ASAN xidmət” mərkəzi notariat ofsində Astara rayonu, Pensər kəndində yerləşən 0.02 ha torpaq sahəsini də bağışlanma müqaviləsi əsasında qızı və hazırkı iş üzrə Cavabdeh1 adına keçirmişdir. Göstərilənlərə əsasən hesab edir ki, Bakı şəhəri, Yasamal rayonu, H.B.Zərdabi prospekti, 593-cü məhəllədə Cavabdeh3 MMC tərəfindən inşa edilmiş yaşayış kompleksində yerləşən həmin gün üçün ödənilmiş 24.000 ABŞ dolları dəyərində olan İ korpusda yerləşən 7 saylı, ümumi sahəsi 106 kv.metr olan 3 otaqlı mənzil və həmin mənzilin alt hissəsində yerləşən sahəsi 15,5 kv.metr olan qeyriyaşayış sahəsi və 22 kv.metr olan qeyri-yaşayış (qaraj) sahəsinə dair 08 iyun 2023-cü il tarixli Cavabdeh3 MMC ilə X4 arasında bağlanmış müqavilə, 15 dekabr 2023-cü il tarixdə Bakı 2 saylı “ASAN xidmət” mərkəzi notariat ofsində Astara rayonu, Pensər kəndində yerləşən 0.02 ha torpaq sahəsini də bağışlanma müqaviləsi ləğv edilməli, Bakı şəhəri, Yasamal rayonu, H.B.Zərdabi prospekti, 593-cü məhəllədə yerləşən sahəsi 22 kv.metr olan qeyri-yaşayış (qaraj) sahəsinə dair iddiaçı Samedov Ekhitibarın payı tanınmalıdır. Məhkəmə gedişatında iddiaçı tələbinə dəqiqləşdirmə verərək, Bakı şəhəri, Yasamal rayonu, H.B.Zərdabi prospekti, 593-cü məhəllədə Cavabdeh3 MMC tərəfindən inşa edilmiş yaşayış kompleksində yerləşən həmin gün üçün ödənilmiş 24.000 ABŞ dolları dəyərində olan İ korpusda yerləşən 7 saylı, ümumi sahəsi 106 kv.metr olan 3 otaqlı mənzil və həmin mənzilin alt hissəsində yerləşən sahəsi 15,5 kv.metr olan qeyri-yaşayış sahəsi və 22 kv.metr olan qeyri-yaşayış (qaraj) sahəsinə dair 08 iyun 2023-cü il tarixli Cavabdeh3 MMC ilə X4 arasında bağlanmış müqavilə, 15 dekabr 2023-cü il tarixdə Bakı 2 saylı “ASAN xidmət” mərkəzi notariat ofsində Astara rayonu, Pensər kəndində yerləşən 0.02 ha torpaq sahəsini də bağışlanma müqaviləsi etibarsız hesab edilməsi, Bakı şəhəri, Yasamal rayonu, H.B.Zərdabi prospekti, 593-cü məhəllədə yerləşən sahəsi 22 kv.metr olan qeyri-yaşayış (qaraj) sahəsinə dair iddiaçı Səmədov Ehtibarın ½ hissədə payın tanınmasına və müqavilələr əsasında hüquqi nəticə yaratmış sənədlərin və bu bağışlanma müqaviləsi əsasında yaranmış hüquqi nəticələrinin etibarsız hesab edilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçının vəkili Vəkil1 məhkəməyə elektron kaninet vasitəsilə ərizə ilə müraciət edərək, işə onun iştirakı olmadan baxılaraq, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehlərin nümayəndəsi və vəkili Vəkil2 iddia tələbini qəbul etməyərək, iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Belə ki, iş materiallarında olan: Cavabdeh3 MMC ilə X5 arasında bağlanılmış 05 noyabr 2001-ci il tarixli müqaviləyə 03 avqust 2005-ci il tarixli əlavədən görünür ki, Kooperativ Bakı şəhəri, Yasamal rayonu, H.B.Zərdabi prospekti, 593-cü məhəllədə yerləşən MTK-nın tikilməkdə iolan binasında 7 nömrəli mənzilin dəyərini tam ödədikdə 15,5 kv.m sahəsi olan qeyri-yaşayış sahəsini Payçıya verməyi, Payçı isə həmin qeyri-yaşayış sahəsini qəbul etməyi öhdəsinə götürmüşdür. Cavabdeh3 MMC ilə Cavabdeh1 arasında bağlanılmış 08 iyun 2023-cü il tarixli Yaşayış binasında qeyri-yaşayış sahəsinin tikintisi haqqında müqaviləyə əsasən MMC Bakı şəhəri, Yasamal rayonu, H.B.Zərdabi prospekti, 593-cü məhəllədə yerləşən Cavabdeh3 MMC-nın tikilməkdə olan yaşayış binalarının İİİ korpusundakı sahəsi 15,5 kv.m olan qeyri-yaşayış sahəsini Sifarişçiyə verməyi öhdəsinə götürmüşdür. Cavabdeh3 MMC ilə Cavabdeh1 arasında bağlanılmış 08 iyun 2023-cü il tarixli Mənzil Tikintisi haqqında müqaviləyə əsasən MMC Bakı şəhəri, Yasamal rayonu, H.B.Zərdabi prospekti, 593-cü məhəllədə yerləşən Cavabdeh3 MMC-nın tikilməkdə olan yaşayış binalarının İ korpusundakı 7 nömrəli mənzilin ümumi dəyərini ödədikdə sahəsi 22 kv.m olan qeyri-yaşayış sahəsi olan 4 nömrəli qarajı Sifarişçiyə verməyi, Sifarişçi isə həmin qarajı qəbul etməyi öhdəsinə götürmüşdür. Cavabdeh3 MMC ilə X5 arasında bağlanılmış 05 mart 2002-ci il tarixli Mənzil Tikintisi haqqında müqaviləyə əsasən MMC Bakı şəhəri, Yasamal rayonu, H.B.Zərdabi prospekti, 593-cü məhəllədə yerləşən Cavabdeh3 MMC-nın tikilməkdə olan yaşayış binalarının 7 nömrəli mənzilin ümumi dəyərini ödədikdə sahəsi 22 kv.m olan qeyri-yaşayış sahəsi olan 4 nömrəli qarajı Sifarişçiyə verməyi, Sifarişçi isə həmin qarajı qəbul etməyi öhdəsinə götürmüşdür. “Elektron Notariat” X1 Çıxarışdan görünür ki, Cavabdeh2 tərəfindən 15 dekabr 2023-cü il tarixli Bağışlama müqaviləsindən görünür ki, Astara rayonu, Pensər kəndində yerləşən 0.02 ha torpaq sahəsi Cavabdeh1 bağışlanmışdır. X7 Sistemindən görünür ki, Bakı şəhəri, Yasamal rayonu, H.B.ünvan 1 ünvanında 15,5 kv.m olan qeyri-yaşayış sahəsi Cavabdeh1 mülkiyyətindədir. X7 Sistemindən görünür ki, Astara rayonu, Pensər kəndində 0,06 ha torpaq sahəsi Cavabdeh1 mülkiyyətindədir. Yasamal Rayon Məhkəməsinin 2(004)-3075/2023 saylı, 21 sentyabr 2023-cü il tarixli qətnaməsinə əsasən iddia ərizəsi təmin edilməklə, Bakı şəhəri, Yasamal rayonu, H.B.Zərdabi prospekti, 593-cü məhəllədə Cavabdeh3 MMC tərəfindən inşa edilmiş Yaşayış Kompleksində yerləşən İ korpus 07 saylı, ümumi sahəsi 106 kv.m. olan 3 otaqlı mənzilin və Bakı şəhəri, Yasamal rayonu, H.B.Zərdabi prospekti, 593-cü məhəllədə 15.5 kv.m sahəsi olan qeyri-yaşayış sahəsinin 1/2 hissədə Cavabdeh2, ½ hissədə X3 payları müəyyən edilməsi; Astara rayonu, Pensər kəndində yerləşən 0.02 ha olan torpaq sahəsinin ½ hissəsinə iddiaçı X3 istifadə və sahiblik hüququ tanınması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-571/2024 saylı, 10 yanvar 2024-cü il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 21 sentyabr 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-1761/2024 saylı, 11 iyun 2024-cü il tarixli qərarı ilə Cavabdeh2 kassasiya şikayətinin təmin edlməməsi; iş üzrə Bakı Apellyasiya Mülki Kollegiyasının 10 yanvar 2024-cü il tarixli, 2(103)-571/2024 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. 337.5-ci maddəsinə əsasən əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən almanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. 340.1-ci maddəsinə əsasən uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir. Beləliklə, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, Yasamal Rayon Məhkəməsinin 2(004)-3075/2023 saylı, 21 sentyabr 2023-cü il tarixli qanuni qüvvəyə minmiş qətnaməsi ilə Bakı şəhəri, Yasamal rayonu, H.B.Zərdabi prospekti, 593-cü məhəllədə Cavabdeh3 MMC tərəfindən inşa edilmiş Yaşayış Kompleksində yerləşən İ korpus 07 saylı, ümumi sahəsi 106 kv.m. olan 3 otaqlı mənzilin və Bakı şəhəri, Yasamal rayonu, H.B.Zərdabi prospekti, 593-cü məhəllədə 15.5 kv.m sahəsi olan qeyri-yaşayış sahəsinin 1/2 hissədə Cavabdeh2, ½ hissədə X3 payları müəyyən edilməsi; Astara rayonu, Pensər kəndində yerləşən 0.02 ha olan torpaq sahəsinin ½ hissəsinə iddiaçı X3 istifadə və sahiblik hüququ tanınması qət edilmişdir. AR Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Göründüyü kimi, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə Bakı şəhəri, Yasamal rayonu, H.B.Zərdabi prospekti, 593-cü məhəllədə Cavabdeh3 MMC tərəfindən inşa edilmiş Yaşayış Kompleksində yerləşən İ korpus 07 saylı, ümumi sahəsi 106 kv.m. olan 3 otaqlı mənzilə, habelə Bakı şəhəri, Yasamal rayonu, H.B.Zərdabi prospekti, 593-cü məhəllədə 15.5 kv.m sahəsi olan qeyri-yaşayış sahəsinə və Astara rayonu, Pensər kəndində yerləşən 0.02 ha olan torpaq sahəsinə ½ hissədə X6 payı müəyyən edildiyindən, bu hal mübasiləndirilmir. İş materiallarından görünür ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- 3313/2019 saylı, 21 may 2019-cu il tarixli qətnaməsinə əsasən X8 ilə X5 arasında 06 iyun 1993-cü il tarixdə, Səadət Sarayında bağlanmış və nikahın bağlanması haqqınd akt qeydləri kitabında 1052 nömrə ilə qeyd edilmiş nikahın pozulması qət edilmişdir. Habelə, məhkəmə gedişatında müəyyən edilmişdir ki, Cavabdeh3 MMC ilə X5 arasında bağlanılmış 05 mart 2002-ci il tarixli Mənzil Tikintisi haqqında müqaviləyə əsasən MMC Bakı şəhəri, Yasamal rayonu, H.B.Zərdabi prospekti, 593-cü məhəllədə yerləşən Cavabdeh3 MMC-nın tikilməkdə olan yaşayış binalarının 7 nömrəli mənzilin ümumi dəyərini ödədikdə sahəsi 22 kv.m olan qeyri-yaşayış sahəsi olan 4 nömrəli qarajı Sifarişçiyə verməyi, Sifarişçi isə həmin qarajı qəbul etməyi öhdəsinə götürmüşdür. Hazırda iddiaçı həmin qeyri-yaşayış sahəsinə dair ½ hissədə payının tanınmasını tələb edir. Məhkəmə hesab edir ki, qeyd edilən əmlak birgə nikah dövründə əldə edildiyindən, ümumi birgə mülkiyyət sayılır və həmin əmlaka tərəflərin (keçmiş ər-arvadın) payları müəyyən edilməklə aralarında bölünməlidir. Bundan əlavə, müəyyən edilmişdir ki, birgə nikah dövründə əldə edilmiş əmlaklar cavabdehlər arasında bağlanmış bağışlanma müqavilələri əsasında Cavabdeh1 adına özgəninkiləşdirilmişdir. Hazırki iddianın predmetini həmin müqavilələrin etibarsız hesab edilməsi təşkil edir. Məhkəmə qeyd edir ki, mübahisəli əmlak qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə birgə nikah dövründə əldə edilmiş əmlak kimi qiymətləndirilərək, keçmiş ər-arvad arasında hər birinin payı ½ olmaqla bölündüyündən, bu məsələnin yenidən sübüt edilməsinə hər hansı bir zərurət qalmamışdır. Odur ki, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, Bakı şəhəri, Yasamal rayonu, H.B.Zərdabi prospekti, 593-cü məhəllədə Cavabdeh3 MMC tərəfindən inşa edilmiş yaşayış kompleksinin İ korpusunda yerləşən 7 saylı, ümumi sahəsi 106 kv.m. olan 3 otaqlı mənzil və Bakı şəhəri, Yasamal rayonu, H.B.Zərdabi prospekti, 593-cü məhəllədə yerləşən sahəsi 15,5 kv.m. olan qeyriyaşayış sahəsinə dair Cavabdeh3 MMC ilə Cavabdeh1 arasında bağlanmış 08 iyun 2023-cü il tarixli müqavilələr etibarsız hesab edilsin. Həmin müqavilə əsasında daşınmaz əmlakın dövlət reyestrində Cavabdeh1 mülkiyyət hüququna dair aparılmış qeyd və verilmiş reyestr çıxarışı ləğv edilməli; Astara rayonu, Pensər kəndində yerləşən 0.02 ha torpaq sahəsinə dair Cavabdeh2 ilə Cavabdeh1 arasında 15 dekabr 2023-cü il tarixdə Bakı 2 saylı “ASAN xidmət” mərkəzi notariat ofsində bağlanmış bağışlanma müqaviləsi etibarsız hesab edilsin və həmin müqavilənin əsasında daşınmaz əmlakın dövlət reyestrində Cavabdeh1 mülkiyyət hüququna dair aparılmış qeyd və verilmiş reyestr çıxarışı ləğv edilməli; Bakı şəhəri, Yasamal rayonu, H.B.Zərdabi prospekti, 593-cü məhəllədə Cavabdeh3 MMC tərəfindən inşa edilmiş yaşayış kompleksinin İ korpusunda yerləşən sahəsi 22 kv.m.olan 04 nömrəli qeyri-yaşayış sahəsi (qaraja) dair Cavabdeh3 MMC ilə Cavabdeh1 arasında bağlanmış 08 iyun 2023-cü il tarixli müqavilə etibarsız hesab edilməli; Bakı şəhəri, Yasamal rayonu, H.B.Zərdabi prospekti, 593-cü məhəllədə Cavabdeh3 MMC tərəfindən inşa edilmiş yaşayış kompleksinin İ korpusunda yerləşən sahəsi 22 kv.m.olan 04 nömrəli qeyri-yaşayış sahəsi (qaraj) X9 və Cavabdeh2 arasında payları bərabər olmaqla bölünsün və onların hər birinin payı 1/2 (ikidə bir) hissədə müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə itirak edən şəxslərə aid edilir. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 357, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Bakı şəhəri, Yasamal rayonu, H.B.Zərdabi prospekti, 593-cü məhəllədə Cavabdeh3 MMC tərəfindən inşa edilmiş yaşayış kompleksinin İ korpusunda yerləşən 7 saylı, ümumi sahəsi 106 kv.m. olan 3 otaqlı mənzil və Bakı şəhəri, Yasamal rayonu, H.B.Zərdabi prospekti, 593-cü məhəllədə yerləşən sahəsi 15,5 kv.m. olan qeyri-yaşayış sahəsinə dair Cavabdeh3 MMC ilə Cavabdeh1 arasında bağlanmış 08 iyun 2023-cü il tarixli müqavilələr etibarsız hesab edilsin. Həmin müqavilə əsasında daşınmaz əmlakın dövlət reyestrində Cavabdeh1 mülkiyyət hüququna dair aparılmış qeyd və verilmiş reyestr çıxarışı ləğv edilsin. Astara rayonu, Pensər kəndində yerləşən 0.02 ha torpaq sahəsinə dair Cavabdeh2 ilə Cavabdeh1 arasında 15 dekabr 2023-cü il tarixdə Bakı 2 saylı “ASAN xidmət” mərkəzi notariat ofsində bağlanmış bağışlanma müqaviləsi etibarsız hesab edilsin və həmin müqavilənin əsasında daşınmaz əmlakın dövlət reyestrində Cavabdeh1 mülkiyyət hüququna dair aparılmış qeyd və verilmiş reyestr çıxarışı ləğv edilsin. Bakı şəhəri, Yasamal rayonu, H.B.Zərdabi prospekti, 593-cü məhəllədə Cavabdeh3 MMC tərəfindən inşa edilmiş yaşayış kompleksinin İ korpusunda yerləşən sahəsi 22 kv.m.olan 04 nömrəli qeyri-yaşayış sahəsi (qaraja) dair Cavabdeh3 MMC ilə Cavabdeh1 arasında bağlanmış 08 iyun 2023-cü il tarixli müqavilə etibarsız hesab edilsin. Bakı şəhəri, Yasamal rayonu, H.B.Zərdabi prospekti, 593-cü məhəllədə Cavabdeh3 MMC tərəfindən inşa edilmiş yaşayış kompleksinin İ korpusunda yerləşən sahəsi 22 kv.m.olan 04 nömrəli qeyri-yaşayış sahəsi (qaraj) X9 və Cavabdeh2 arasında payları bərabər olmaqla bölünsün və onların hər birinin payı 1/2 (ikidə bir) hissədə müəyyən edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ayşən Sultanova-Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar