Məhkəmə qərarları › İş №e-2(004)-3787/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-3787/2023

16.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-3787/2023 16.10.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Vahid Məcid oğlunun sədrliyi, Həsənova Aysel Zaur qızının katibliyi, İddiaçılar İddiaçı1, İddiaçı2 nümayəndələri və vəkili Vəkil, cavabdeh "xxxx" MMC BOKT-nın direktoru Qanuni nümayəndə və nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh "xxxx" MMC BOKT-a qarşı “ipoteka predmetinin ipotekadan azad edilməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh "xxxx" MMC BOKT-a qarşı “ipoteka predmetinin ipotekadan azad edilməsi” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət edərək, İddiaçı1 ilə "xxxx" MMC BOKT və "xxxx" MMC arasında bağlanmış xx.xx.2011-ci il tarixli 9/1 nömrəli ipoteka müqaviləsi üzrə İddiaçı1 məxsus Tovuz rayonu Aşağı Ayıblı kəndində 0,11 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 2 otaqlı 49.6 kv.m yaşayış, 210.6 kv.m köməkçi sahədən ibarət olan fərdi yaşayış evi ipotekadan azad edilməsi; İddiaçı2 ilə "xxxx" MMC BOKT və "xxxx" MMC arasında bağlanmış xx.xx.2011-ci il tarixli 9/2 nömrəli ipoteka müqaviləsi üzrə İddiaçı2 məxsus Tovuz rayonu Əlimərdanlı kəndində 0,12 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 2 otaqlı, 50 kv.m yaşayış, 53.3 kv.m köməkçi sahədən ibarət olan fərdi yaşayış evi ipotekadan azad edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçılar İddiaçı1, İddiaçı2 nümayəndələri və vəkili Vəkil məhkəmə iclasında iddia tələbini müdafiə etdi və izahatında bildirdi ki, xx.xx.2011-ci il tarixli 9 nömrəli kredit müqaviləsinə əsasən "xxxx" MMC BOKT tərəfindən "xxxx" MMC-yə 36 ay müddətinə, illik 8 faizlə, 132.000 manat kredit xətti açılmışdır. Kredit vəsaitləri borcalana açılmış xətt üzrə tranşlarla, hər tranşın müddəti 1 il olmaqla verilməli, borcalan isə açılan kredit xətti çərçivəsində borc vəsaitinin təyinatı üzrə istifadəsini və istifadəyə görə hesablanmış faizlərlə birlikdə geri qaytarmalı idi. xx.xx.2011-ci il tarixli 9/1 nömrəli ipoteka müqaviləsinə əsasən İddiaçı1 xx.xx.2011-ci il tarixli 9 nömrəli kredit müqaviləsi üzrə borcalanın öhdəliklərinin icrasını təmin etmək məqsədilə mülkiyyətində olan Tovuz rayonu Aşağı Ayıblı kəndində 0,11 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 2 otaqlı 49.6 kv.m yaşayış, 210,6 kv.m köməkçi sahədən ibarət olan fərdi yaşayış evini "xxxx" MMC BOKT-un xeyrinə ipoteka ilə yüklü etmişdir. Bu hal Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında ƏMDX DƏDK və Reyestri PHŞ-nin 15 saylı Tovuz Ərazi İdarəsinin məktubu ilə təsdiqini tapır. 02 may 2011-ci il tarixli 9/2 nömrəli ipoteka müqaviləsinə əsasən İddiaçı2 02 may 2011-ci il tarixli 9 nömrəli kredit müqaviləsi üzrə borcalanın öhdəliklərinin icrasını təmin etmək məqsədilə mülkiyyətində olan Tovuz rayonu Əlimərdanlı kəndində 0,12 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 2 otaqlı, 50 kv.m yaşayış, 53,3 kv.m köməkçi sahədən ibarət olan fərdi yaşayış evini "xxxx" MMC BOKT-un xeyrinə ipoteka ilə yüklü etmişdir. Bu hal Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında ƏMDX DƏDK və Reyestri PHŞ-nin 15 saylı Tovuz Ərazi İdarəsinin məktubu ilə təsdiqini tapır. 02 may 2011-ci il tarixli 9/3 nömrəli ipoteka müqaviləsinə əsasən X6 02 may 2011-ci il tarixli 9 nömrəli kredit müqaviləsi üzrə borcalanın öhdəliklərinin icrasını təmin etmək məqsədilə mülkiyyətində olan Tovuz rayonu Əlimərdanlı kəndində 0,30 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 3 otaqlı, 86.3 kv.m yaşayış, 84.8 kv.m köməkçi sahədən ibarət olan fərdi yaşayış evini "xxxx" MMC BOKT-un xeyrinə ipoteka ilə yüklü etmişdir. 02 may 2011-ci il tarixli 9/4 nömrəli ipoteka müqaviləsinə əsasən X4 02 may 2011-ci il tarixli 9 nömrəli kredit müqaviləsi üzrə borcalanın öhdəliklərinin icrasını təmin etmək məqsədilə mülkiyyətində olan Tovuz rayonu Aşağı Öysüzlü kəndində 0,08 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 2 otaqlı, 55 kv.m yaşayış, 23,5 kv.m köməkçi sahədən ibarət olan fərdi yaşayış evini "xxxx" MMC BOKT-un xeyrinə ipoteka ilə yüklü etmişdir. Qeyd edilən 02 may 2011-ci il tarixli 9 nömrəli kredit müqaviləsi üzrə öhdəliklər icra edildiyi, yəni verilmiş 132.000 manat borc tam şəkildə ödənildiyi üçün 02 may 2011-ci il tarixli 9/3 nömrəli ipoteka müqaviləsinə əsasən X3 məxsus Tovuz rayonu Əlimərdanlı kəndində yerləşən fərdi yaşayış evi və 02 may 2011-ci il tarixli 9/4 nömrəli ipoteka müqaviləsinə əsasən X2 məxsus Tovuz rayonu Aşağı Öysüzlü kəndində yerləşən fərdi yaşayış evi "xxxx" MMC BOKT-un məktubuna əsasən ipoteka yüklülüyündən azad edilsə də, İddiaçı1 məxsus Tovuz rayonu Aşağı Ayıblı kəndində yerləşən fərdi yaşayış evi və İddiaçı2 məxsus fərdi Tovuz rayonu Əlimərdanlı kəndində yerləşən fədi yaşayış evi ipoteka yüklülüyündən azad edilməmişdir. "xxxx" MMC BOKT ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2011-ci il tarixli 9 saylı kredit müqaviləsinə 10 may 2011-ci il tarixli 1 nömrəli əlavədən görünür ki, "xxxx" MMC BOKT tərəfindən "xxxx" MMC-yə illik 8 faiz olmaqla, 12 ay müddətinə 132.000 manat kredit verilmişdir. İpoteka qoyan şəxslər tərəfindən "xxxx" MMC-yə bütün öhdəliklər ödənildiyi üçün kredit müqavilələri üzrə öhdəliklərə xitam verilməli, ipoteka predmetləri ipotekadan azad edilməli və ipotekaya xitam verilməlidir. Odur ki, iddiaçılar müvafiq iddia tələbi ilə məhkəməyə müraciət etmişlər. Eyni xarakterli iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli 2(102)-37/2023 nömrəli qərarı ilə iddiaçılar X1 və Həsənova Svetlana Mustafa qızının cavabdehlər "xxxx" MMC-yə və "xxxx" MMC-yə qarşı “kredit müqavilələri üzrə öhdəliklərə xitam verilməsi, ipoteka predmetinin ipotekadan azad edilməsi və ipotekaya xitam verilməsi” tələbinə dair mülki iş üzrə iddiaçılar X1 və Həsənova Svetlana Mustafa qızının kassasiya şikayəti qismən təmin edilmiş, Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının xx.xx.2022-ci il tarixli 2(104)-1540/2022 nömrəli qətnaməsi qismən, “ipoteka predmetinin ipotekadan azad edilməsinin və ipotekaya xitam verilməsinin rədd edilməsi” hissəsində ləğv edilmiş, həmin hissədə yeni qərar çıxarılmaqla iddia təmin edilmişdir. xx.xx.2010-cu il tarixli 5/1 saylı ipoteka müqaviləsi üzrə ipotekaya xitam verilmiş və iddiaçılar X5 və Həsənova Svetlana Mustafa qızına məxsus Gəncə şəhəri Nizami rayonu Bayan küçəsində olan 0.05 ha torpaq sahəsində yerləşən 1 mətəbəli, 3 otaqlı, 105.8 kv.m yaşayış, 88.1 kv.m köməkçi sahədən ibarət 112A nömrəli fərdi yaşayış evi ipotekadan azad edilmişdir. "xxxx" MMC-nin verdiyi xx.xx.2013-cü il tarixli 11 nömrəli və xx.xx.2013-cü il tarixli 12 nömrəli məktublardan da görünür ki, "xxxx" MMC xx.xx.2011-ci il tarixli 9/1 və 9/2 nömrəli kredit müqavilələri üzrə öhdəliklər, yəni 132.000 manat borc tamamilə ödənilmişdir. Odur ki, İddiaçı1 məxsus Tovuz rayonu Aşağı Ayıblı kəndində yerləşən fərdi yaşayış evinin və İddiaçı2 məxsus fərdi Tovuz rayonu Əlimərdanlı kəndində yerləşən fədi yaşayış evinin ipotekadan azad olunması üçün DƏDRX-nin Tovuz Ərazi idarəsinə və Dövlət Notariat Kontoruna razılıq məktubu verilməsi "xxxx" MMC-dən xahiş edilmişdir. Lakin hazırkı vaxta kimi əmlakların ipotekadan azad edilməsi üçün "xxxx" MMC tərəfindən iddiaçılar İddiaçı1 və İddiaçı2 razılıq məktubu verilməmişdir. xx.xx.2011-ci il tarixli 9 nömrəli kredit müqaviləsinin və xx.xx.2011-ci il tarixli 9/1 və 9/2 nömrəli ipoteka müqavilələrinin müddəti xx.xx.2014-cü ildə başa çatmasına və öhdəliyə xitam verilməsinə baxmayaraq iddiaçılara məxsus olan əmlaklar ipoteka yüklülüyündən azad edilməmişdir. Həmçinin hazırkı vaxta kimi iddiaçılara qarşı "xxxx" MMC tərəfindən borcun olması ilə bağlı iddia irəli sürülməmiş və onlara borcun ödənilmədiyinə dair hər hansı bir bildiriş verilməmişdir. Hesab edir ki, iddiaçılar öz əmlaklarını "xxxx" MMC BOKT tərəfindən "xxxx" MMC-yə xx.xx.2011-ci il tarixli 9 nömrəli kredit müqaviləsi üzrə verilmiş 132.000 manat kreditin qaytarılmasının təminatı kimi ipotekaya qoyduqları, "xxxx" MMC-nin digər öhdəliklərinə görə cavabdeh olmadıqları və alınmış 132.000 manat vəsait tamamilə ödənildiyinə görə xx.xx.2011-ci il tarixli 9/1 və 9/2 nömrəli ipoteka müqavilələri üzrə iddiaçıların öhdəliyinə xitam verilmişdir və onlara məxsus olan əmlaklar ipotekadan azad edilməlidir. Odur ki, iddia tələbinin təmin edilməsini xahiş edir. Cavabdeh "xxxx" MMC BOKT-nın nümayəndəsi Nümayəndə məhkəmə iclasında iddianı qəbul etmədi və izahatında bildirdi ki, 02 may 2011-ci il tarixli 9 nömrəli kredit müqaviləsinə əsasən "xxxx" MMC BOKT tərəfindən "xxxx" MMC-yə 36 ay müddətinə, illik 8 faizlə, 132.000 manat məbləğində kredit xətti açılmışdır. Eləcə də kredit vəsaitləri borcalana açılmış xətt üzrə tranşlarla, hər tranşın müddəti 1 il olmaqla verilməli, borcalan isə açılan kredit xətti çərçivəsində borc vəsaitinin təyinatı üzrə istifadəsini və istifadəyə görə hesablanmış faizlərlə birlikdə geri qaytarmalı idi. "xxxx" MMC-nin xx.xx.2011-ci il tarixli 9 nömrəli kredit müqaviləsi üzrə aldığı 132.000 manat borcun qaytarılmasının təminatı kimi 02 may 2011-ci il tarixli 9/1 nömrəli ipoteka müqaviləsinə əsasən İddiaçı1 mülkiyyətində olan Tovuz rayonu Aşağı Ayıblı kəndində 0,11 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 2 otaqlı 49.6 kv.m yaşayış, 210.6 kv.m köməkçi sahədən ibarət olan fərdi yaşayış evi və 02 may 2011-ci il tarixli 9/2 nömrəli ipoteka müqaviləsinə əsasən İddiaçı2 mülkiyyətində olan Tovuz rayonu Əlimərdanlı kəndində 0,12 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 2 otaqlı, 50 kv.m yaşayış, 53.3 kv.m köməkçi sahədən ibarət olan fərdi yaşayış evi "xxxx" MMC BOKT-un xeyrinə ipoteka ilə yüklü edilmişdir. "xxxx" MMC BOKT-un 02 may 2011-ci tarixli 9 nömrəli kredit müqaviləsi üzrə "xxxx" MMC-yə birinci tranş üzrə verdiyi 132.000 manat borc tam şəkildə qaytarıldıqdan sonra, ikinci tranş üzrə 151.100 manat borc verilmiş, 151.100 manat borc tam qaytarılmışdır. Bundan sonra, xx.xx.2013-cü il tarixdə üçüncü tranş üzrə "xxxx" MMC-yə 110.000 manat borc verilmişdir. 110.000 manat borc tam ödənilməmiş, həmin müqavilə üzrə 47.451,30 manat əsas borc, hesablanmış 13.556 manat faiz borcu və 1.833,30 manat cərimə olmaqla, cəmi 62.840,60 manat borc qalmışdır. Bu səbəbdən iddiaçılara ipotekadan azad olunmasına dair razılıq məktubu verilməmişdir. "xxxx" MMC BOKT hazırkı vaxta kimi iddiaçılara və "xxxx" MMC-yə qarşı 02 may 2011-ci il tarixli 9 nömrəli kredit müqaviləsinə əsasən xx.xx.2013-cü il tarixdə üçüncü tranş üzrə verilmiş 110.000 manat borcun ödənilməmiş hissəsinin tələb edilməsi ilə bağlı məhkəmədə iddia qaldırmamışdır. xx.xx.2013-cü il tarixdə üçüncü tranş üzrə verilmiş 110.000 manat borc "xxxx" MMC tərəfindən tam ödənilmədiyinə görə iddia tələbinin rədd edilməsini xahiş edir. Cavabdeh "xxxx" MMC BOKT-nın direktoru Qanuni nümayəndə məhkəmə iclasında iddianı qəbul etmədi, Nümayəndə izahatı ilə razı olduğunu bildirdi və xx.xx.2013-cü il tarixdə üçüncü tranş üzrə verilmiş 110.000 manat borc "xxxx" MMC tərəfindən tam ödənilmədiyinə görə iddia tələbinin rədd edilməsini xahiş etdi. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, "xxxx" MMC BOKT və "xxxx" MMC arasında bağlanmış xx.xx.2011-cu il tarixli 9 nömrəli kredit müqaviləsinə əsasən "xxxx" MMC BOKT borcalan "xxxx" MMC-yə 36 ay müddətinə illik 8 faiz ödəmək şərti ilə 132.000 manat məbləğində kredit xətti açmışdır. xx.xx.2011-cu il tarixli 9 nömrəli kredit müqaviləsi üzrə verilmiş 132.000 manat borcun qaytarılmasının təminatı üçün İddiaçı1 ilə "xxxx" MMC BOKT və "xxxx" MMC arasında bağlanmış xx.xx.2011-ci il tarixli 9/1 nömrəli ipoteka müqaviləsi üzrə İddiaçı1 məxsus Tovuz rayonu Aşağı Ayıblı kəndində 0,11 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 2 otaqlı 49.6 kv.m yaşayış, 210.6 kv.m köməkçi sahədən ibarət olan fərdi yaşayış evi, İddiaçı2 ilə "xxxx" MMC BOKT və "xxxx" MMC arasında bağlanmış xx.xx.2011-ci il tarixli 9/2 nömrəli ipoteka müqaviləsi üzrə İddiaçı2 məxsus Tovuz rayonu Əlimərdanlı kəndində 0,12 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 2 otaqlı, 50 kv.m yaşayış, 53.3 kv.m köməkçi sahədən ibarət olan fərdi yaşayış evi, X6 ilə "xxxx" MMC BOKT və "xxxx" MMC arasında bağlanmış xx.xx.2011-ci il tarixli 9/3 nömrəli ipoteka müqaviləsi üzrə X3 məxsus Tovuz rayonu Əlimərdanlı kəndində yerləşən fərdi yaşayış evi, X4 ilə "xxxx" MMC BOKT və "xxxx" MMC arasında bağlanmış xx.xx.2011-ci il tarixli 9/4 nömrəli ipoteka müqaviləsi üzrə X2 məxsus Tovuz rayonu Aşağı Öysüzlü kəndində yerləşən fərdi yaşayış evi "xxxx" MMC BOKT-un qarşısında ipoteka ilə yüklü edilmişdir. Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Mülki Məcəllənin 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. xx.xx.2011-ci il tarixli 9 nömrəli kredit müqaviləsinin xx.xx.2011-ci il tarixli 1 nömrəli əlavəsi ilə "xxxx" MMC BOKT tərəfindən "xxxx" MMC-yə xx.xx.2011-ci il tarixli 9 nömrəli kredit müqaviləsinin şərtlərinə uyğun olaraq xx.xx.2011-ci ildən 12 ay müddətinə, illik 8 faizlə 132.000 manat kredit verilmişdir. Borcalan "xxxx" MMC xx.xx.2011-ci il tarixdə aldığı 132.000 manat krediti xx.xx.2011-ci il tarixli 9/1, 9/2, 9/3 və 9/4 nömrəli iproteka müqavilələrinə əsasən evlərini ipoteka ilə yüklü etmiş İddiaçı1, İddiaçı2, X3 və X2 vermişdir. İddiaçı1, İddiaçı2, X6 və X4 aldıqları krediti vaxtında tam şəkildə "xxxx" MMC-yə qaytarmış və "xxxx" MMC isə öz növbəsində həmin məbləği "xxxx" MMC BOKT-a ödəmişdir. İşin bu halı "xxxx" MMC BOKT-un nümayəndələri tərəfindən məhkəmə iclasında təsdiq edilmişdir. xx.xx.2011-ci il tarixli 9 nömrəli və xx.xx.2012-ci il tarixli 13 nömrəli kredit müqavilələrinin xx.xx.2012-ci il tarixli 2 nömrəli əlavəsi ilə "xxxx" MMC BOKT tərəfindən "xxxx" MMC-yə xx.xx.2011-ci il tarixli 9 nömrəli və xx.xx.2012-ci il tarixli 13 nömrəli kredit müqavilələrinin şərtlərinə uyğun olaraq xx.xx.2012-ci ildən 12 ay müddətinə, illik 10,25 faizlə 151.100 manat kredit verilmişdir. xx.xx.2011-ci il tarixli 9 nömrəli və xx.xx.2011-ci il tarixli 10 nömrəli kredit müqavilələrinin xx.xx.2013-cü il tarixli 2 nömrəli əlavəsi ilə "xxxx" MMC BOKT tərəfindən "xxxx" MMC-yə xx.xx.2011-ci il tarixli 9 nömrəli və xx.xx.2011-ci il tarixli 10 nömrəli kredit müqavilələrinin şərtlərinə uyğun olaraq xx.xx.2013-cü ildən 12 ay müddətinə, illik 10 faizlə 110.000 manat kredit verilmişdir. "xxxx" MMC BOKT tərəfindən verilmiş məlumatda göstərilir ki, "xxxx" MMC-nin "xxxx" MMC BOKT-un qarşısında 9 və 10 saylı kredit müqavilələri əsasında xx.xx.2013-cü il tarixdə verilmiş 110.000 manat kredit tranşı üzrə xx.xx.2023-cü il tarixə qalıq borcu 47.451,30 manat əsas borc, hesablanmış 13.556 manat faiz borcu və 1.833,30 manat cərimə olmaqla, cəmi 62.840,60 manat təşkil edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli 2(102)- 37/2023 nömrəli qərarı ilə iddiaçılar X1 və Həsənova Svetlana Mustafa qızının cavabdehlər "xxxx" MMC-yə və "xxxx" MMC-yə qarşı “kredit müqavilələri üzrə öhdəliklərə xitam verilməsi, ipoteka predmetinin ipotekadan azad edilməsi və ipotekaya xitam verilməsi” tələbinə dair mülki iş üzrə iddiaçılar X1 və Həsənova Svetlana Mustafa qızının kassasiya şikayəti qismən təmin edilmiş, Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının xx.xx.2022-ci il tarixli 2(104)-1540/2022 nömrəli qətnaməsi qismən, “ipoteka predmetinin ipotekadan azad edilməsinin və ipotekaya xitam verilməsinin rədd edilməsi” hissəsində ləğv edilmiş, həmin hissədə yeni qərar çıxarılmaqla iddia təmin edilmişdir. xx.xx.2010-cu il tarixli 5/1 saylı ipoteka müqaviləsi üzrə ipotekaya xitam verilmiş və iddiaçılar X5 və Həsənova Svetlana Mustafa qızına məxsus Gəncə şəhəri Nizami rayonu Bayan küçəsində olan 0.05 ha torpaq sahəsində yerləşən 1 mətəbəli, 3 otaqlı, 105.8 kv.m yaşayış, 88.1 kv.m köməkçi sahədən ibarət 112A nömrəli fərdi yaşayış evi ipotekadan azad edilmişdir. Qalan hissədə qətnamə dəyişdirilmədən saxlanılmışdır. Qərar qəbul edildiyi andan qüvvəyə minmişdir. "xxxx" MMC tərəfindən "xxxx" MMC BOKT-a ünvanlanmış 01 avqust 2013-cü il tarixli 11 saylı məktubdan görünür ki, "xxxx" MMC ilə "xxxx" MMC BOKT arasında imzanlanmış 02 may 2011-ci il tarixli 9/1 saylı kredit müqaviləsi üzrə öhdəlik, yəni 132.000 manat tam yerinə yetirilmişdir. Həmin müqavilə üzrə əmlak girov qoyulmuş İddiaçı1 əmlakının girovdan azad olunması üçün DƏDRX Tovuz Ərazi İdarəsinə və Dövlət Notariat Kontoruna razılıq məktubu verilməsi "xxxx" MMC BOKTdan xahiş edilmişdir. "xxxx" MMC tərəfindən "xxxx" MMC BOKT-a ünvanlanmış 05 avqust 2013-cü il tarixli 12 saylı məktubdan görünür ki, "xxxx" MMC ilə "xxxx" MMC BOKT arasında imzanlanmış 02 may 2011-ci il tarixli 9/2 saylı kredit müqaviləsi üzrə öhdəlik, yəni 132.000 manat tam yerinə yetirilmişdir. Həmin müqavilə üzrə əmlak girov qoyulmuş İddiaçı2 əmlakının girovdan azad olunması üçün DƏDRX Tovuz Ərazi İdarəsinə və Dövlət Notariat Kontoruna razılıq məktubu verilməsi "xxxx" MMC BOKTdan xahiş edilmişdir. ƏMDX yanında DƏDKR Publik hüquqi şəxsinin İddiaçı1 ünvanladığı xx.xx.2023-cü il tarixli məktubundan müəyyən edilir ki, İddiaçı1 adına ********** qeydiyyat nömrəsi ilə xx.xx.2009-cu il tarixdə qeydiyyata alınmış Tovuz rayonu Əyyublu kəndində yerləşən fərdi yaşayış evi xx.xx.2011-ci il tarixdə 36 ay müddətinə "xxxx" MMC BOKT-ın xeyrinə xx.xx.2011-ci il tarixli 9 nömrəli kredit müqaviləsi üzrə yüklü edilmişdir. ƏMDX yanında DƏDKR Publik hüquqi şəxsinin İddiaçı2 ünvanladığı xx.xx.2023-cü il tarixli məktubundan müəyyən edilir ki, İddiaçı2 adına ********** qeydiyyat nömrəsi ilə xx.xx.2011-ci il tarixdə qeydiyyata alınmış Tovuz rayonu Əlimərdanlı kəndində yerləşən fərdi yaşayış evi Tovuz rayonu Notariat kontorunun 3M 1-159 nömrəli xx.xx.2011-ci il tarixdə təsdiq etdiyi ipoteka müqaviləsi əsasənda xx.xx.2011-ci il tarixdən 36 ay müddətinə "xxxx" MMC BOKT-a yüklü edilmişdir. Hal-hazırda həmin fərdi yaşayış evi girovdadır. Azərbaycan Respublikası Səfərbəylik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Tovuz Şöbəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 377 nömrəli arayışdan müəyyən edilir ki, İddiaçı1 mərhum övladı xx.xx.1995-ci il təvəllüdlü əsgər X7 xx.xx.2014-cü il tarixdə hündürlükdən yıxılması nəticəsində vəfat etmişdir. Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2-1(104)- 155/2017 saylı qətnaməsinə əsasən şəhid hesab edilmişdir. “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən xx.xx.2014-cü il tarixdən X7 “Şəhid”, onun ailəsi “Şəhid ailəsi” hesab edilir. Mülki Məcəllənin 529.1-ci maddəsinə əsasən borclunun tələbi ilə kreditor icranı tamamilə və ya hissə-hissə qəbul etdiyini təsdiqləyən sənəd verməlidir. 529.2. Öhdəliyin icrası kimi təklif olunmuş hərəkəti qəbul edən kreditor, əgər onu öhdəliyin icrası kimi təsdiq etmək niyyətində deyildirsə, sübut etməlidir ki, o, icra edilməli öhdəlik deyil, başqasıdır və ya natamamdır və ya lazımi öhdəlik deyildir. 529.3. Əgər borclu kreditora öhdəliyin təsdiqi üçün borc sənədi vermişdirsə, kreditor icranı qəbul edərkən həmin sənədi qaytarmalı, qaytarmaq mümkün olmadıqda isə bunu icranı təsdiq etmək üçün verdiyi sənəddə göstərməlidir. İcranın tamamilə və ya hissə-hissə qəbulunu təsdiqləyən sənəd qaytarılan borc sənədinin üstündə qeydlə əvəz edilə bilər. Borc sənədinin borcluda olması, nə qədər ki ayrı hal sübuta yetirilməyib, öhdəliyə xitam verildiyini təsdiqləyir. 529.4. Borcun alınması barədə tərtib edilmiş, faizlərə dair məlumatlar göstərilməmiş sənəd nəzərdə tutur ki, həm faizlər ödənilmişdir, həm də pul öhdəliyinə tamamilə xitam verilir. 529.5. Borc vaxtaşırı, hissə-hissə ödənilərkən onun sonuncu hissəsinin ödənilməsi barədə sənəd, nə qədər ki ayrı hal müəyyənləşdirilməyib, ondan əvvəlki hissənin də ödənildiyini ehtimal etməyə əsas verir. 529.6. Əgər kreditor borc sənədini qaytara bilmirsə, borclu öhdəliyə xitam verildiyi barədə rəsmən təsdiqlənmiş arayış verilməsini tələb edə bilər. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 48.1-ci maddəsinə əsasən ipotekaya aşağıdakı hallarda xitam verilir: ipoteka saxlayan və ipoteka qoyan bu barədə razılığa gəldikdə; əsas öhdəliyə xitam verildikdə; tutmanın yönəldilməsi nəticəsində ipoteka predmeti satıldıqda; ipoteka predmeti məhv olduqda; bu Qanunla nəzərdə tutulmuş digər hallarda. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin həmin Məcəllənin 470.2ci maddəsi və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.8 və 10.5-ci maddələri, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.11 və 307.4-cü maddələrinin “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 3.2 və 10.5-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2018-ci il tarixli Qərarında göstərilmişdir ki, Mülki Məcəllənin 307.4-cü maddəsinə əsasən, əgər ipoteka ilə təmin edilmiş öhdəliyin məbləği gələcəkdə müəyyənləşdirilməlidirsə, ipoteka müqaviləsində onun müəyyənləşdirilməsinin qaydası və digər zəruri şərtləri göstərilməlidir. İpoteka müqaviləsində göstərilməli olan şərtlər “İpoteka haqqında” Qanunun 10.5-ci maddəsində əks olunmuşdur. Həmin maddəyə görə, ipoteka müqaviləsində tərəflərin adı və yaşayış yeri (olduqları yer), ipotekanın predmeti, onun adı, olduğu yer və eyniləşdirilməsi üçün yetərli olan digər təsviri, əsas öhdəliyin mahiyyəti, ölçüsü (məbləği), əmələ gəlməsi əsasları və icra müddəti, bu öhdəliyin əsaslandığı müqavilənin tərəfləri, bağlandığı yer və tarix göstərilməlidir. Əgər əsas öhdəliyin məbləği gələcəkdə müəyyənləşdirilməlidirsə, ipoteka müqaviləsində həmin məbləği müəyyən etmə qaydası göstərilməlidir. Lakin Mülki Məcəllənin 307.4-cü və “İpoteka haqqında” Qanunun 10.5-ci maddəsində ipoteka müqaviləsində göstərilməli olan zəruri şərtlər dəqiq müəyyən olunmamışdır. Bu baxımdan Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, ipoteka müqaviləsinin bağlanması üçün də kredit xətti müqaviləsində zəruri şərtlər (məbləğ, müddət, faiz dərəcəsi, valyuta və s.) yetərli dərəcədə aydın göstərilməlidir. Kredit xətti müqaviləsinin mühüm şərtlərinə dəyişiklik edildikdə ipoteka müqaviləsində də müvafiq düzəlişlər edilməlidir. Belə ki, “İpoteka haqqında” Qanunun 14-cü maddəsində qeyd olunur ki, ipoteka müqaviləsində əsas öhdəliyin mahiyyəti, ölçüsü və ya icra müddəti dəyişdikdə ipotekanın əlavə dövlət qeydiyyatı aparılmalıdır. Yəni həmin dəyişikliklər barədə ipoteka qoyan şəxsin məlumatı və razılığı olmalıdır. Göründüyü kimi, hazırkı iş üzrə ipotekadan azad edilməsi tələb edilən İddiaçı1 və İddiaçı2 məxsus olan fərdi yaşayış evləri yalnız xx.xx.2011-ci il tarixli kredit müqaviləsi üzrə xx.xx.2011-ci il tarixdə 1 nömrəli əlavəyə əsasən verilmiş 132.000 manat borcun təminatı olaraq ipoteka ilə yüklü edilmişdir, xx.xx.2012-ci il tarixli 2 nömrəli və xx.xx.2013-cü il tarixli 2 nömrəli əlavəyə əsasən verilmiş kreditə görə İddiaçı1 və İddiaçı2 əmlakları ilə hər hansı öhdəlik götürməmişlər, xx.xx.2011ci il tarixli 9 nömrəli kredit müqaviləsi üzrə xx.xx.2011-ci il tarixli 1 nömrəli əlavəyə əsasən verilmiş 132.000 manat borcun isə tam icra olunduğu və öhdəliyə xitam verildiyi öz təsdiqini tapmışdır. "xxxx" MMC BOKT tərəfindən "xxxx" MMC-yə xx.xx.2011-ci il tarixli 9 nömrəli və xx.xx.2012ci il tarixli 13 nömrəli kredit müqavilələrinin şərtlərinə uyğun olaraq xx.xx.2012-ci ildə 12 ay müddətinə, illik 10,25 faizlə verilmiş 151.100 manat borc və "xxxx" MMC BOKT tərəfindən "xxxx" MMC-yə xx.xx.2011-ci il tarixli 9 nömrəli və xx.xx.2011-ci il tarixli 10 nömrəli kredit müqavilələrinin şərtlərinə uyğun olaraq xx.xx.2013-cü ildə 12 ay müddətinə, illik 10 faizlə verdiyi 110.000 manat borc məbləğləri qanunla müəyyən edilmiş qaydada ipoteka ilə təmin olunmamış və bununla bağlı ipoteka qoyanlar, yəni hazırkı iş üzrə iddiaçılar üçün öhdəlik yaratmamışdır. “İpoteka haqqında” Qanunun 14-cü maddəsinə əsasən ipoteka müqaviləsində əsas öhdəliyin mahiyyəti, ölçüsü və ya icra müddəti barədə dəyişiklik edilməmiş və ipotekanın əlavə dövlət qeydiyyatı aparılmamışdır. Yəni, "xxxx" MMC BOKT tərəfindən "xxxx" MMC-yə xx.xx.2012-ci ildə 12 ay müddətinə, illik 10,25 faizlə verdiyi 151.100 manat borcun və xx.xx.2011-ci il tarixli 9 nömrəli və xx.xx.2011-ci il tarixli 10 nömrəli kredit müqavilələrinin şərtlərinə uyğun olaraq xx.xx.2013-cü ildə 12 ay müddətinə, illik 10 faizlə verdiyi 110.000 manat borc məbləğləri barədə ipoteka qoyan şəxslərin məlumatı və razılığı olmamışdır. Məhkəmə qeyd edir ki, "xxxx" MMC BOKT tərəfindən "xxxx" MMC-yə xx.xx.2011-ci il tarixli 9 nömrəli və xx.xx.2011-ci il tarixli 10 nömrəli kredit müqavilələrinin şərtlərinə uyğun olaraq xx.xx.2013-cü ildən 12 ay müddətinə, illik 10 faizlə verdiyi 110.000 manat kreditin qaytarılması üçün İddiaçı1 və İddiaçı2 hər hansı bir öhdəlik götürməmiş və əmlaklarını həmin məbləğin qaytarılmasının təminatı kimi "xxxx" MMC BOKT-un qarşısında ipoteka ilə yüklü etməmişlər. xx.xx.2011-ci il tarixli 9 nömrəli kredit müqaviləsinin və xx.xx.2011-ci il tarixli 9/1 və 9/2 nömrəli ipoteka müqavilələrinin müddəti xx.xx.2014-cü ildə başa çatmasına və öhdəliyə xitam verilməsinə baxmayaraq iddiaçılara məxsus olan əmlaklar ipoteka yüklülüyündən azad edilməmişdir. Həmçinin hazırkı vaxta kimi iddiaçılara qarşı "xxxx" MMC BOKT tərəfindən borcun olması ilə bağlı iddia irəli sürülməmiş və onlara borcun ödənilmədiyinə dair hər hansı bir bildiriş verilməmişdir. Bu halın mövcud olması bir daha iddiaçıların cavabdeh "xxxx" MMC BOKT qarşısında ipoteka öhdəliyinə xitam verilməsini təsdiq edir. Odur ki, "xxxx" MMC BOKT-un "xxxx" MMC-nin digər borcuna görə İddiaçı1 və İddiaçı2 məxsus olan evlərin ipoteka ilə yüklülündən azad olunmasına dair razılıq məktubu verməkdən imtina etməsi qanunsuz və əsassızdır. Bu imtina iddiaçıların mülkiyyət hüquqlarının əsassız olaraq məhdudlaşmasına səbəb olur. Məhkəmə sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia təmin edilməli, İddiaçı1 ilə "xxxx" MMC BOKT və "xxxx" MMC arasında bağlanmış xx.xx.2011-ci il tarixli 9/1 nömrəli ipoteka müqaviləsi üzrə İddiaçı1 məxsus Tovuz rayonu Aşağı Ayıblı kəndində 0,11 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 2 otaqlı 49.6 kv.m yaşayış, 210.6 kv.m köməkçi sahədən ibarət olan fərdi yaşayış evi ipotekadan azad edilməlidir, İddiaçı2 ilə "xxxx" MMC BOKT və "xxxx" MMC arasında bağlanmış xx.xx.2011-ci il tarixli 9/2 nömrəli ipoteka müqaviləsi üzrə İddiaçı2 məxsus Tovuz rayonu Əlimərdanlı kəndində 0,12 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 2 otaqlı, 50 kv.m yaşayış, 53.3 kv.m köməkçi sahədən ibarət olan fərdi yaşayış evi ipotekadan azad edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 357, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı1 ilə "xxxx" MMC BOKT və "xxxx" MMC arasında bağlanmış xx.xx.2011-ci il tarixli 9/1 nömrəli ipoteka müqaviləsi üzrə İddiaçı1 məxsus Tovuz rayonu Aşağı Ayıblı kəndində 0,11 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 2 otaqlı 49.6 kv.m yaşayış, 210.6 kv.m köməkçi sahədən ibarət olan fərdi yaşayış evi ipotekadan azad edilsin. İddiaçı2 ilə "xxxx" MMC BOKT və "xxxx" MMC arasında bağlanmış xx.xx.2011-ci il tarixli 9/2 nömrəli ipoteka müqaviləsi üzrə İddiaçı2 məxsus Tovuz rayonu Əlimərdanlı kəndində 0,12 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 2 otaqlı, 50 kv.m yaşayış, 53.3 kv.m köməkçi sahədən ibarət olan fərdi yaşayış evi ipotekadan azad edilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Yasamal rayon Məhkəməsi vasitəsilə (Azərbaycan Respublikası MPM-in 10-1.3-cü maddəsinə əsasən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Vahid Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar