Məhkəmə qərarları › İş №e-2(004)-380/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-380/2023

16.02.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-380/2023 16.02.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundov Toğrul Bəhruz oğlunun sədrliyi, Kərimova Leyla Abbas qızının katibliyi, İddiaçının nümayəndələri və eyni zamanda vəkilləri Vəkil3 və Vəkil1, Cavabdeh, Cavabdehin nümayəndəsi və eyni zamanda vəkili Vəkil2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “mənzilə istifadə hüququna xitam verilməsi, mənzildən çıxarılma və mənzilə iddiaçıların köçürülməsi” tələbinə dair mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “mənzilə istifadə hüququna xitam verilməsi, mənzildən çıxarılma və mənzilə iddiaçıların köçürülməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Bakı şəhəri, Yasamal rayonu, H.Cavid prospekti, məhəllə 528, ev B, 29 saylı mənzilə istifadə hüququna xitam verilinəsi, onun həmin mənzildən çıxarılması; Bakı şəhəri, Yasamal rayonu, H.Cavid prospekti, məhəllə 528, ev B, 29 saylı mənzilə İddiaçı və iki övladı X7 və X1; mediasiya prosesi zamanı ödənilmiş məbləğdən 25 manat Cavabdeh tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslndırılmışdır ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2005-ci il tarixli nikahın pozulması barədə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət edilmiş və 10 fevral 2014-cü il tarixdə bu nikah ləğv edilmişdir. İddiaçının himayəsində birgə nikahdan olan iki övladları var və hal-hazırda da, onlar hər ikisi iddiaçının himayəsində olmaqla Almaniyada yaşayırlar. İddiaçı ilə cavab birgə nikah dövründə ünvan 2 əmlakı əldə etmişlər və bu əmlak cavabdehin adına rəsmiləşdirilmişdir. Lakin, nikah pozulmamışdan öncə, yəni 04 fevral 2014-cü il tarixdə Bakı şəhər 3 saylı ASAN Xidmət Mərkəzində həm cavabdehin həm də iddiaçının iştirakı ilə birgə nikahdan doğulmuş övladları X7 və X2 adına “Bağışlama” müqaviləsi rəsmiləşdiriləcək onların adlarına mənzil bağışlanılmışdır. Bağışlama müqaviləsi əsasında 27 aprel 2022-ci il tarixli ********** qeydiyyat nömrəsi ilə Çıxarış yetkinlik yaşına çatmayan uşaqların - X7 və X2 adına keçirilmişdir. Hal-hazırda cavabdehin qeydiyyatda olduğu və yaşadığı ünvan ünvan 1nədlərdən də göründüyü kimi, mübahisəli mənzil iki uşaqların adlarına olsa da, həmin mənzildən nə uşaqlar, nə də ki onların rəsmi qəyyumu olan iddiaçı-ana istifadə edə bilmir. Yuxarıda da göstərdiyi kimi, iddiaçı və uşaqları hal-hazırda Almaniyada yaşayılar və uşaqlar orada təhsil alırlar. Azərbaycana gəldikləri təqdirdə isə, cavabdeh nəinki ananı, heç uşaqları belə qaldığı evə, yəni Bakı şəhəri, Yasamal rayonu, H.Cavid prospekti, məhəllə 528, ev B, 29 saylı mənzilə aparmır və aparmaq niyyətində də deyil. Baxmayaraq ki, fevral 2014-cü ildən bu yana cavabdeh həmin mənzildən və orada iddiaçıya məxsus olan cehiz əşyalarından istifadə edir, bunun müqabilində o, mənzili nə iddiaçıya, nə də ki uşaqlara göstərir. Yəni, artıq 8 ildir ki, bu mənzil cavabdehin tam olaraq istifadəsindədir. Bildirmişdir ki, hazırda iddiaçının anası yaşlı qadın olduğundan iddiaçı və uşaqları Azərbaycana birdəfəlik köçüb yaşamaq niyyətindədirlər. Əlavə olaraq qeyd etmişdir ki, iddiaçının atası bir neçə il əvvəl vəfat etdiyi zaman da, cavabdeh iddiaçını evə buraxmamış və aralarında ciddi münaqişə olmuş və polis orqanlarının müdaxiləsi ilə iş həll olunmuşdur, lakin, bunlara baxmayaraq, bu ilin yay aylarında iddiaçı və uşaqları Bakıya gəldikdə cavabdeh onları yenə də evə buraxmamış və indi də buraxmaq niyyətində deyil. İddiaçı və uşaqları hər dəfə Azərbaycana gəldiyi zaman nənəsinin yaşadığı evdə qalırlar və orada 1 ay yaşayırlar. Qeyd etmişdir ki, nənənin yaşadığı evi iddiaçının atası qızının (iddiaçının) adına nikahdan öncə almış və orada hər Bakıya gələndə yaşamışlar. Yəni, rəsmi olaraq nikahdan əvvəl iddiaçının adına alınan ev olsa da, faktiki olaraq, o ev iddiaçının valideynlərinə məxsusdur və o evdə iddiaçının anası hər Bakıya gələndə qalır. Bildirmişdir ki, hazırda mübahisəli mənzil olan cavabdehin yaşadığı əmlak 2014-cü ilin fevral ayından tam olaraq cavabdehin istifadəsi verilmişdir. Yəni, iddiaçı öz uşaqları ilə bir çemodanını götürüb çıxmış, mənzil üçün alınmış 7000 avroluq əşyalar hamısı mənzildə cavabdehin istifadəsində qalmışdır. Qeyd etmişdir ki, iddiaçının qəyyumluğunda olan hər iki uşaq hazırda cavabdehin yaşadığı Bakı şəhəri, Yasamal rayonu, H.Cavid prospekti, məhəllə 528, ev B, 29 saylı mənzildə qeydiyyatdadırlar və rəsmi olaraq mülkiyyətçidirlər. Bildirmişdir ki, İddiaçı məhkəməyə müraciət etməmişdən öncə ilkin mediasiya ilə bağlı Mediasiya Şurasına müraciət etmişdir. 27 oktyabr 2022-ci il tarixli arayışa əsasən ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə qərar qəbul edilmişdir. İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə 27 oktyabr 2022-ci il tarixli arayışdan da göründüyü kimi ilkin mediasiya sessiyasının keçirilməsi üçün 50 (əlli) manat məbləğində mediasiyaya dair xərci nağd qaydada İddiaçı tərəfindən ödənilmişdir. Lakin, cavabdeh mediasiya prosesinə gəlmədiyi üçün onun tərəfindən ödəniş həyata keçməmişdir. Buna görə də, məbləği yarısı, yəni 25 manat ondan tutulmalıdır. Göründüyü kimi, ailə münasibətlərinə xitam verilməsinə baxmayaraq, hazırkı halda iddiaçı olan keçmiş arvad öz uşaqlarının mülkiyyətində olan əmlaka daxil olmaq və ondan istifadə etmək hüququ vardır, çünki o uşaqların birbaşa qəyyumudur. Bunlara əsasən hesab edir ki, hazırkı iddia təmin edilməli və iddiaçı uşaqları ilə birlikdə Bakı şəhəri, Yasamal rayonu, H.Cavid prospekti, məhəllə 528, ev B, 29 saylı mənzilə köçürülməli və cavabdehin həmin mənzilə dair istifadə hüququna xitam verilməlidir və o, mənzildən çıxarılmalıdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və eyni zamanda vəkili Vəkil3 iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, tərəflər arasında bağlanmış nikah 2014-cü il tarixdə pozulmuş, birgə nikahdan xx.xx.2011-ci il təvəllüdlü X7 və xx.xx.2012-ci il təvəllüdlü X6 adında uşaqları var, uşaqlar iddiaçının himayəsindədirlər. Mübahisəli Bakı şəhəri, Yasamal rayonu, H.Cavid prospekti, məhəllə 528, ev B, 29 saylı mənzil 04 fevral 2014-cü il tarixdə Bakı şəhər 3 saylı ASAN Xidmət Mərkəzində həm cavabdehin, həm də iddiaçının iştirakı ilə birgə nikahdan doğulmuş övladları X7 və X2 adına “bağışlama” müqaviləsi rəsmiləşdiriləcək onların adlarına bağışlanılmışdır. Lakin cavabdeh uşaqları həmin mənzilə buraxmır, tək özü orada yaşayır. Uşaqlar xaricdə oxuyur, lakin tez-tez Bakı şəhərinə gəlirlər. İddiaçının anasının vəziyyəti yaxşı olmadığından, ağır olduğundan, İddiaçı Bakı şəhərinə köçüb anasına baxmaq istəyir. Cavabdeh heç birini qeyd olunan mübahisəli mənzilə buraxmır. İddiaçının cehiz əşyaları həmin mənzildədir və cavabdeh onlardan istifadə edir. Qeyd olunanlara əsasən məhkəmədən iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və eyni zamanda vəkili Vəkil1 iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini etiraf etməyərək, iddia müddətinin tətbiq edilməsi barədə ərizə təqdim edərək bildirmişdir ki, məhkəmənin icraatında İddiaçı ona qarşı mənzilə istifadə hüququna xitam verilməsi, mənzildən çıxarılma və mənzilə köçürülmə tələbinə dair mülki iş var. Bu iddia ilə əlaqədar qeyd etmişdir ki, iddia müddəti ötürüldüyündən, iddia ərizəsi bu əsasla rədd edilməlidir. Belə ki, Cavabdeh tərəfindən mübahisəli mənzil barəsində müqavilə 2014-cü ildə bağlandığından, yəni, bağışlama müqaviləsindən 09 il keçdiyindən, bu müqavilə üzrə iddia müddəti ötürülmüş, qeyd olunan tələblər yalnız 06 il müddətində irəli sürülə bilərdi. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinə uyğun olaraq ümumi iddia müddəti on il təşkil edir, müqavilə tələbləri üzrə iddia müddəti bir il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Faktiki olaraq qüvvədə olan qanunvericiliyə görə iddia müddəti iddiaçı tərəfindən ötürülmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci maddəsində qeyd olunmuşdur ki, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarına (nəzərə almaq lazımdır ki, Konstitusiya Məhkəməsinin şərhləri məcburi xarakterə malikdir) əsasən hər hansı bir mülki mübahisənin qanuni həlli baxımından iddia müddətlərinin axımının başlanğıcının müəyyənləşdirilməsi ilə yanaşı mübahisəyə aid bütün digər hallar da nəzərə alınmalıdır. İddia müddətinin tətbiqi qaydalarına riayət edilməsi üçün ilk növbədə nəzərə alınmalıdır ki, iddia etmək hüququ iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarından ibarətdir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. Bu hüququn həyata keçirilməsi hər hansı iddia müddətinin keçməsindən asılı deyil. Buna görə də, iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəməyə iddianı təqdim etmək mümkündür (MM-in 375.1-ci maddəsi). İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. İddia müddətinin keçməsi məhz bu mümkünlüyün qarşısını alır və məhkəmə tərəfindən iddiadan imtina edilməsinə əsas kimi götürülür (MM-in 375.2-ci maddəsi). Beləliklə, qeyd etmişdir ki, İddiaçı və qeyrilərinin iddiası məhkəmə tərəfindən rədd olunmalıdır. Yuxarıda qeyd olunanları nəzərə alaraq, məhkəmədən iddia müddətinin tətbiq edilməsini və iddia ərizəsinin rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və eyni zamanda vəkili Vəkil2 iddia tələbini qəbul etməyərək bildirmişdir ki, cavabdeh əvvəllər uzun illərdir ki, Almaniyada işləyib və yaşayıb. İddiaçının və övladlarının mübahisəli mənzilə daxil olmasına heç bir zaman maneə törədilməmişdir, bunu təsdiq edən foto şəkillər iş materiallarına əlavə edilmişdir. Göstərilənlərə əsasən məhkəmədən iddia ərizəsinin rədd edilməsini xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, tərəflərin izahatlarını dinləyərək və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - Azərbaycan Respublikası DİN-in BPQMİ-nin MAPS şöbəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arayışına əsasən Cavabdeh ünvan 2 ünvanında qeydiyyatdadır. - Cavabdeh ilə İddiaçı arasında xx.xx.2014-cü il tarixində bağlanmış bağışlama müqaviləsinin notarial qaydada təsdiq olunmuş surətinə əsasən Cavabdeh Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş 21 nömrəli reyestr kitabının 2426 nömrəli vərəqində qeydiyyata alınmış, reyestr nömrəsi **********15-05101-093002, qeydiyyat nömrəsi ********** olan, xx.xx.2012ci il tarixli çıxarışa və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2014-cü il tarixli, 11/1284 saylı arayışa əsasən mülkiyyətində olan ünvan 2 ünvanında 05 mərtəbəli binanın 3-cü mərtəbəsində yerləşən, 52,1 kv.m. yaşayış sahəsi, 21,7 kv.m. yardımçı sahəsi,73,8 kv.m. ümumi sahəsi olan, 03 otaqlı mənzili övladları X5 və X3 bağışlamışdır. - Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1154/2014 saylı, xx.xx.2014-cü il tarixli qətnaməsinə əsasən iddia təmin edilərək, Cavabdeh ilə İddiaçı arasında xx.xx.2005-ci il tarixli Bakı şəhəri Səadət Sarayı tərəfindən 2850 saylı qeyd ilə bağlanmış nikahın pozulması, tərəflərin birgə nikahından olan uşaqları – xx.xx.2011-ci il təvəllüdlü X7 və xx.xx.2012-ci il təvəllüdlü X2 anası İddiaçı himayəsində saxlanılmaları, Cavabdeh tərəflərin birgə nikahından olan övladları xx.xx.2011-ci il təvəllüdlü X7 və xx.xx.2012-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa görə 103 manat, cəmi 206 manat sabit pul şəklində alimentin tutularaq iddiaçıya ödənilməsi, alimentin tutulmasının, məhkəməyə müraciət edildiyi tarixdən, yəni 07 yanvar 2014-cü il tarixdən hesablanması qət edilmişdir. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqlarının Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2022-ci il tarixli çıxarışına əsasən Bakı şəhəri, Yasamal rayonu, H.Cavid prospekti, məhəllə 528, ev B, 29 saylı mənzil xüsusi mülkiyyət hüququ ilə ½ hissə üzrə X4 adına ********** saylı qeydiyyat nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2022-ci il tarixində qeydiyyata alınmışdır. Həmin mənzil üzrə ½ hissə X2 adına rəsmiləşdirilmişdir. Həmin mənzil hazırda Cavabdeh xüsusi mülkiyyətindədir. İş materialları ilə müəyyən edilmişdir ki, İddiaçı ilə Cavabdeh arasında xx.xx.2005-ci il tarixdə bağlanılmış nikah xx.xx.2014-cü il tarixdə pozulmuş, tərəflərin birgə nikahından anadan olmuş xx.xx.2011-ci il təvəllüdlü X7 və xx.xx.2012-ci il təvəllüdlü X6 iddiaçının himayəsində saxlanılmışlar. İddiaçı ilə cavabdeh birgə nikah dövründə ünvan 2 əmlakı əldə etmişlər və bu əmlak cavabdehin adına rəsmiləşdirilmişdir. Lakin, nikah pozulmamışdan əvvəl, yəni 04 fevral 2014-cü il tarixdə Bakı şəhər 3 saylı ASAN Xidmət Mərkəzində həm cavabdehin həm də iddiaçının iştirakı ilə birgə nikahdan doğulmuş övladları X7 və X2 adına “Bağışlama” müqaviləsi rəsmiləşdirilərək onların adlarına mənzil bağışlanılmışdır. Hal-hazırda cavabdeh həmin mənzildə qeydiyyatdadır və yaşayır, lakin iddiaçını uşaqları ilə həmin mənzilə köçməyə və yaşamasına maneələr yaradır. İddiaçıya məxsus cehiz əşyaları cavabdehə məxsus mənzildədir. Azərbaycan Respublikası MPM-nin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair» xx.xx.2013-cü il tarixli qərarında göstərilmişdir ki, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. Hazırda qüvvədə olan 228.5-ci maddəsinə görə yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228.5-ci maddəsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 27 may 2008-ci il tarixli qərarında mülkiyyətçi ilə yazılı razılaşmasının bağlanması, həmin razılaşmanın notariat qaydasında təsdiq edilməsi və istifadə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması mülkiyyətçinin razılığı kimi şərh olunmuşdur. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 may 2008-ci il qərarına əsasən» mülkiyyətçi ilə birgə yaşayan ailə üzvlərinin yaşayış binasının tərkib hissəsindən onunla bərabər istifadə hüququ mülkiyyətçi ilə bağlanan müqavilədən deyil, yalnız onunla etibarlı ailə əlaqələri əsasında yaranır.» Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə görə yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. İş materiallarından göründüyü kimi, valideynlər arasında nikah pozulsa da, mənzil mülkiyyətçiləri olan uşaqlara münasibətdə ata bugünki gündə ailə üzvüdür, onlarla ailə münasibətindədir. Eyni zamanda Bakı şəhəri, Yasamal rayonu, H.Cavid prospekti, məhəllə 528, ev B, 29 saylı mənzil cavabdehin yeganə yaşayış yeridir, bu mənzili xx.xx.2014-cü il tarixdə uşaqlarına bağışlasa da, onun bu mənzilə ailə üzvü kimi istifadə hüququ var. Cavabdeh və iddiaçı uşaqların həmin mənzilə köçürülməsini qismən etiraf edir. Hazırki halda hər iki valideyn qanuni nümayəndədir, cavabdeh valideynlik hüququndan məhrum edilməyərək uşaqlar üzərində qanunvericiliklə müəyyən olunmuş hüquqlarını həyata keçirmək hüququ olsa da, müvafiq qətnamə ilə uşaqlar ananın himayəsinə verilmişlər. Hazırda da, iddiaçı öz adından və uşaqların qanuni nümayəndəsi kimi iddia qaldırmışdır. Uşaqlar mülkiyyətçidir və anaları onların ailə üzvüdür, uşaqlar azyaşlı olduqlarından onun himayəsindədir. Məhkəmə tədqiq edilmiş sübutlara əsaslanaraq və qanunvericiliyin yuxarıda göstərilən normalarını rəhbər tutaraq, iddia tələbi üzrə belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, İddiaçı övladları X7 və X6 ilə birlikdə Bakı şəhəri, Yasamal rayonu, H.Cavid prospekti, məhəllə 528, ev B, 29 saylı mənzilə köçürülməlidirlər. Məhkəmə iddia tələbinin Cavabdeh mənzilə istifadə hüququna xitam verilməsi və mənzildən çıxarılma hissəsi ilə bağlı qeyd edir ki, iddia tələbi bu hissədə əsassız olduğundan, təmin edilməməlidir. Belə ki, Bakı şəhəri, Yasamal rayonu, H.Cavid prospekti, məhəllə 528, ev B, 29 saylı mənzilin əvvəlki mülkiyyətçisi olan Cavabdeh həmin mənzili xx.xx.2014-cü il tarixdə uşaqlarına bağışlamış, həmin dövrdən bugünki günə kimi həmin mənzildə yaşayır, onun başqa yaşayış yeri yoxdur, mənzil mülkiyyətçiləri olan uşaqlara münasibətdə ailə üzvüdür. Odur ki, məhkəmə hesab edir ki, Cavabdeh həmin mənzildə yaşamaq və istifadə hüququ var. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.2-ci maddəsinə görə əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. Həmin Məcəllənin 30.4-cü maddəsinə görə əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair» xx.xx.2014-cü il tarixli qərarında göstərilmişdir ki, Mənzil Məcəlləsinin 30-cu maddəsində mülkiyyətçiyə məxsus yaşayış sahəsindən onun ailə üzvünün istifadə etməsinə əsas verən hüququn yaranması və xitamı mülki qanunvericiliyin deyil, ailə qanunvericiliyinin müvafiq normaları ilə tənzimlənir. Buna görə də həmin hüququn yaranması və həyata keçirilməsi üçün notariat qaydasında müqavilənin bağlanması və onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması zərurəti yoxdur. Ailə qanunvericiliyində hansı hallarda valideynlərin öz övladlarını və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları və hansı hallarda övladların öz valideynlərini və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları müəyyən edilmişdir (Azərbaycan Respublikası Ailə Məcəlləsinin 13 və 15-ci Fəsillərinin müvafiq müddəaları). Buna uyğun olaraq, şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ varsa və mülkiyyətçi ilə birlikdə yaşayırsa, həmin şəxs Mənzil Məcəlləsinin 30.1-ci maddəsində nəzərdə tutulan “ailə üzvləri” anlayışının əhatə dairəsinə daxildir. Bunun davamı olaraq, şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ yoxdursa, onda həmin şəxsin Mənzil Məcəlləsinin 30.2-ci maddəsi əsasında yaşayış sahəsi mülkiyyətçisinin yaşayış sahəsindən istifadə etmək səlahiyyəti də olmaz. Nəzərə almaq lazımdır ki, Mənzil Məcəlləsinin 30.4-cü maddəsində yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququnun saxlanmadığı qeyd edilmişdir. Bununla belə, əgər tərəflər arasında başqa razılaşma olarsa, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə etmək imkanı artıq ailə münasibətlərini tənzimləyən normalara görə deyil, mülki qanunvericilik əsasında davam edər. (Mənzil Məcəlləsinin 30.7-ci maddəsi). Hazırki halda uşaqlar, yəni mülkiyyətçilər, azyaşlı olsalar da, yəni valideyni saxlamaq öhdəliyindən azad olsalar da, lakin cavabdehin mənzil mülkiyyətçisi olaraq və onların atası qismində ailə üzvü olaraq başqa yaşayış yeri olmadığından, həmin mənzildən istifadə etmək hüququ var. «Məhkəmə qətnaməsi haqqında» Azərbaycan Respublikası Ali məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli, 4 saylı Qərarının 2.2-ci bəndində göstərilir ki, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir.Həmin Qərarın 2.4-cü bəndinin məzmununa görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi ondan şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Həmin Məcəllənin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən iş üzrə ödənilmiş 100 (yüz) manat məhkəmə xərclərinin (50 manat mediasiya üçün və 50 manat məhkəmə xərci) 50%-i, yəni 50 (əlli) manatı İddiaçı aid edilməli, qalan 50%-i, yəni 50 (əlli) manatı isə Cavabdeh tutularaq İddiaçı xeyrinə ödənilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı övladları X7 və X6 ilə birlikdə Bakı şəhəri, Yasamal rayonu, H.Cavid prospekti, məhəllə 528, ev B, 29 saylı mənzilə köçürülsünlər. İş üzrə ödənilmiş 100 (yüz) manat dövlət rüsumunun (50 manat mediasiya üçün və 50 manat məhkəmə xərci) 50%-i, yəni 50 (əlli) manatı İddiaçı aid edilsin, qalan 50%-i, yəni 50 (əlli) manatı isə Cavabdeh tutularaq İddiaçı xeyrinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Toğrul Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar