Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(004)-3840/2025 13.06.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Babazadə Gülnar Vidadi qızı, İddiaçı Cavabdeh qarşı “aliment borcu” tələbinə dair iddia ərizəsinə baxaraq, MÜƏYYƏN ETDİM: İddiaçı Cavabdeh qarşı “aliment borcu” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2025-ci il tarixdə məhkəməyə müraciət edərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsi xx.xx.2025ci il tarixli 8(004)-325/2025-ci il tarixli qərardadında göstərilən alimentin indeksasiyası qaydasının Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-5633/2017 saylı, xx.xx.2017-ci il tarixli qətnaməsi ilə tutulmalı olan bütün pul məbləğlərinə şamil edilməsi və borcludan 23589,6 manat miqdarında fərq məbləğinin ödənilməmiş aliment borcu kimi tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş materiallarını araşdırıb hesab edirəm ki, iddiaçı tərəfindən irəli sürülmüş tələbə mülki məhkəmə icraatı qaydasında baxılmalı olmadığından, iddianın yolverilməzliyinə görə iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilməlidir. Belə ki, işin hallarından aydın olur ki, iddiaçı Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadınında göstərilən alimetin xx.xx.2017-ci il tarixdən hesablanmasını, eləcə də AR MPM-nin 232-ci maddəsinin tətbiq edilərək hesablanmış aliment məbləğinin tutulmasını xahiş etmişdir. Məhkəmə ilk növbədə qeyd edir ki, AR MPM-nin 232-ci maddəsi ilə ümumi olaraq ödənilməli pul məbləğinin indeksasiyası iddia qaldırmaqla deyil, 8 indeksi əsasında (icra icraatı) müvafiq məhkəməyə ərizə verilməklə mübahisələndirilə bilər. AR MPM-nin 232.1-ci maddəsinə əsasən, tərəflərin ərizəsi üzrə işə baxmış məhkəmə qətnamənin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyasını həyata keçirə bilər. Həmin məcəllənin 232.2-ci maddəsinə əsasən, ödənilməli pul məbləğlərinin indeksasiyası barədə ərizəyə məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmur. Eləcə də tələbin digər hissəsi Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadınında göstərilən alimetin xx.xx.2017-ci il tarixli qətnaməsi ilə tutulan bütün pul mməbləğlərinə şamil edilməsi ilə, yəni indeksasiyanın xx.xx.2017-ci il tarixdən hesbalanması ilə bağlıdır. Bununla bağlı da məhkəmə qeyd edir ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3840/2025 saylı xx.xx.2025-ci il tarixli qərardadının, yəni indeksasiya olunmuş alimentin hansı tarixdən hesablanması ilə bağlı aydın olmayan hallar barədə qərardadın izahı ilə bağlı məhkəməyə 8 indeksi əsasında (icra icraatı) ərizə ilə qərardadı çıxarmış məhkəməyə (hakimə) ərizə ilə müraciət edilə bilər. AR MPM-nin 230.1-ci maddəsinə əsasən, işə baxmış hakim işdə iştirak edən şəxslərin ərizəsi əsasında ləğv edilməmiş qətnaməsini, onun məzmununu dəyişdirmədən izah etməyə haqlıdır. Həmin Məcəllənin 230.2-ci maddəsinə əsasən, birinci instansiya və apellyasiya instansiyası məhkəməsinin qətnaməsi və ya qərardadı dəyişirsə və yeni məhkəmə aktı çıxarılırsa, onun izah edilməsini iş üzrə son qətnaməni və ya qərardadı çıxarmış məhkəmə həyata keçirir. Həmin Məcəllənin 230.3-cü maddəsinə əsasən, qətnamə və ya qərardad icra edilməmişsə, onun izah edilməsinə yol verilir. Bundan əlavə məhkəmə bildirir ki, icra icraatı çərçivəsində tutulmalı aliment pul məbləğinin düzgün hesablanmaması və bununla bağlı icra məmurunun hərəkətsizliyi olduğu təqdirdə, icar məmurunun hərəkətsizliyindən şikayət verilməklə də 8 indeksi ilə mübahisələndirilə bilər. Azərbaycan Respublikası MPM-in 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Həmin Məcəllənin 153.3-cü maddəsinə əsasən hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana və ya məhkəməyə müraciət etməli olmasını orada göstərir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 153, 153.2.1, 263- 264, 268-ci maddəsini rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçı Cavabdeh qarşı “aliment borcu” tələbinə dair iddia ərizəsinin məhkəmə icraatına qəbulu yolverilməz hesab olunsun və iddia ərizəsi sənədlərlə birlikdə iddiaçıya geri qaytarılsın. İddiaçıya izah olunsun ki, o, “aliment borcu” tələbinə dair ayrıca iddia qaldırmaqla deyil, müvafiq məhkəməyə AR MPM-nin 230-cu maddəsi ilə (izah barədə) ərizə və yaxud AR MPM-nin 232-ci maddəsi ilə (ödənilməli pul məbləğinin indeksasiyasi barədə) ərizə verməklə mübahisələndirə bilər. Qərardaddan qərardadın rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. . Hakim: Gülnar Babazadə
Məhkəmə qərarları › İş №e-2(004)-3840/2025
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №e-2(004)-3840/2025
13.06.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver