Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-388/2025 15.08.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Fariz Ariz oğlunun sədrliyi, Əhmədli Qəndab Ruslan qızının katibliyi, İddiaçı nümayəndəsi (əri) Nümayəndə iştirakı ilə, İddiaçı maraqlı şəxs Azərbaycan Respublikası Maliyyə Nazirliyi cəlb edilməklə cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı “pul və Cavabdeh tərəfindən Dövlət Sosial Müdafiə Fonduna ödənilməmiş 2022-ci il üzrə 1127,14 manat (min yüz iyirmi yeddi manat on dörd qəpik), 2023-cü il üzrə 2520 (iki min beş yüz iyirmi) manat, 2024-cü il üzrə 2520 (iki min beş yüz iyirmi) manat ümumilikdə 6167,14 manat (altı min yüz altmış yeddi manat on dörd qəpik) məcburi sosial sığorta haqqının cavabdeh tərəfindən Dövlət Sosial Müdafiə Fonduna ödənilməsi” tələbinə dair iddia ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı maraqlı şəxs Azərbaycan Respublikası Maliyyə Nazirliyi cəlb edilməklə cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı “pul və Cavabdeh tərəfindən Dövlət Sosial Müdafiə Fonduna ödənilməmiş 2022-ci il üzrə 1127,14 manat (min yüz iyirmi yeddi manat on dörd qəpik), 2023-cü il üzrə 2520 (iki min beş yüz iyirmi) manat, 2024-cü il üzrə 2520 (iki min beş yüz iyirmi) manat ümumilikdə 6167,14 manat (altı min yüz altmış yeddi manat on dörd qəpik) məcburi sosial sığorta haqqının cavabdeh tərəfindən Dövlət Sosial Müdafiə Fonduna ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı sonuncu dəfə xx.xx.2025-ci il tarixli ərizə ilə iddia tələbini dəqiqləşdirmiş (azaltmış) və cavabdeh Bakı şəhəri Cavabdehndən 2023-cü ilin iyun ayından xx.xx.2024cü il tarixədək işlədiyi müddətdə ödənilməmiş 15973,20 manat əmək haqqı, 4670,82 manat məzuniyyət haqqı və həmin məbləğləri gecikdirdiyi üçün gündəlik 1 % hesablanmaqla 81199,84 manat ödənc, 60 manat mediasiya xərci olmaqla ümumilikdə 101903,86 manat pulun tutulması, Dövlət Sosial Müdafiə Fonduna ödənilməmiş 2022-ci il üzrə 1127,14 manat, 2023-cü il üzrə 2520 manat, 2024-cü il üzrə 2520 manat olmaqla ümumilikdə 6167,14 manat məcburi sosial sığorta haqqının cavabdeh Bakı şəhəri Cavabdeh tərəfindən Dövlət Sosial Müdafiə Fonduna ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə icraata qəbul edilmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixliəmək müqaviləsinə əsasən bir il müddətli əmək müqaviləsi ilə Cavabdeh başçısının aparatına “ştatdankənar” hüquqşünas vəzifəsinə işə qəbul edilmişdir. Qeyd edilən müqavilə müddətli bağlandığı üçün hər il bir il müddətinə uzadılmaqla əmək münasibətləri xx.xx.2024-cü il tarixədək davam etmişdir. İşçi işlədiyi dövr ərzində nümunəvi işçi olmuş, əmək funksiyalarının icrası zamanı hər hansı pozuntulara yol verməmiş, müəssisədaxili intizam qaydalarına ciddi riayət etmiş, barəsində hər hansı intizam tənbehi tədbiri tətbiq olunmamışdır. Cavabdehndə işlədiyi dövrdə tapşırılmış vəzifələri vaxtında və peşəkarcasına yerinə yetirmişdir. Bağlanmış əmək müqaviləsinin müddəti xx.xx.2024-cü il tarixdə başa çatdıqdan sonra müqavilənin müddəti uzadılmamışdır. Əmək müqaviləsinə əsasən mənim rəsmi əmək haqqım 1440 manat təşkil edirdi. Cavabdeh əmək münasibətlərinin ilk illərində mənə əmək haqqını vaxtında və lazımi qaydada ödəyirdi. 2023-cü ilin iyun ayından xx.xx.2024-cü tarixədək işlədiyi müddətə Cavabdeh tərəfindən iddiaçıya ümumiyyətlə əmək haqqı ödənilməmişdir. Cavabdeh bunu onunla əsaslandırmışdır ki, maliyyə vəziyyəti ilə əlaqədar müəyyən çətinliklər vardır və ödənilməmiş hər ayın əmək haqqı, digər ödənişlər və hər gecikdirilmiş günə görə hesablanmış faiz məbləği cəm şəkildə iddiaçıya ödəniləcəkdir və iddiaçı aylıq əmək haqqı almadan işimi davam etməlidir. Cavabdehlə olan əmək münasibətləri artıq uzun müddətdir davam etdiyindən və əvvəllər cavabdehin əmək haqqının ödənilməsi ilə bağlı öhdəliklərini lazımi qaydada icra etdiyini nəzərə alaraq, həmin vədə inanaraq, əmək fəaliyyətimi davam etdirmişdir. Lakin, iddiaçıya verilən vədlər indiki günə qədər icra edilməmişdir. Uzun müddət Cavabdehndə hüquqşünas vəzifəsində çalışmağına baxmayaraq cavabdeh orqan tərəfindən iddiaçıya əmək haqqı, digər ödənişlər və hər gecikdirilmiş günə görə hesablanmış faiz məbləği ödənilməmişdir. Beləliklə etibarından sui-istifadə edilərək, iddiaçının əməyi istismar olunaraq işəgötürən tərəfindən işçi hüquqları kobud şəkildə pozulmuşdur. Əmək müqaviləsinə xx.xx.2024-cü il tarixdə xitam verilsə də bu günkü günə kimi iddiaçı ilə son haqq-hesab da aparılmamışdır. Əmək haqqı və digər ödənişlərin, habelə əmək haqqının ödənilməmiş ayları üzrə əlavə faiz şəklində ödənclərin veriləcəyini nəzərə alaraq, öz şəxsi həyatı ilə bağlı əvvəlcədən planlaşdırdığı bir sıra məsələləri təxirə salmalı olmuş, maddi baxımdan çətinliklərlə üzləşməyə başlamışdır. Cavabdeh tərəfindən əmək haqqı, əlavə faiz şəklində ödənclər və digər ödənişlər ödənilməməkdə davam edir. Bundan başqa işəgötürən tərəfindən Dövlət Sosial Müdafiə Fonduna məcburi sosial sığorta 2022-ci üzrə 1127,14 manat (min yüz iyirmi yeddi manat on dörd qəpik), 2023-cü il üzrə 2520 (iki min beş yüz iyirmi) manat, 2024-cü il üzrə 2520 (iki min beş yüz iyirmi) manat ümumilikdə 6167,14 manat (altımin yüzaltmış yeddimanat on dörd qəpik) ödənilməli olduğu halda heç bir ödəniş edilməmişdir. 06 sentyabr 2024-cü il tarixdə cavabdehə pretenziya məktubu ilə müraciət edərək 2023-cü ilin iyun, ayından xx.xx.2024-cü il tarixədək işlədiyi müddətə hesablanmış ödənilməmiş qalan 19440 manat əmək haqqı, son haqq-hesab olaraq iddiaçıya ödənilməli olan 4000 manatı və həmin məbləğlərin vaxtında ödənilmədiyi üçün əmək qanunvericiliyinə əsasən 462 gün gecikdirildiyi səbəbindən gündəlik bir faiz hesablanmaqla 50251.20 manat ödəncin də iddiaçıya ödənilməsini və Dövlət Sosial Müdafiə Fonduna ödənilməmiş 2022-ci üzrə 1127,14, 2023-cü il üzrə 2532,98 manat, 2024-cü il üzrə 2340 manat ümumilikdə 6000,12 manat məcburi sosial sığorta haqqının Dövlət Sosial Müdafiə Fonduna ödənilməsini təklif etmişdir. İddiaçı tərəfindən ünvanlanmış müraciətinə cavadeh tərəfindən 23 sentyabr 2024-cü il tarixli 5-21/2-Q-129-060/24 nömrəli cavab məktubu verilmişdir. Sözügedən məktuba əsasən həmişəki kimi cavabdeh maliyyə vəziyyəti ilə əlaqədar bəhanələrə istinad etmişdir. Bundan əlavə həmin cavab məktubunda bildirilmişdir ki, bank bağlandıqdan sonra iddiaçıya 3 aylıq ödənilməmiş əmək müqaviləsində qeyd olunan əmək haqqı Əmanətlərin Sığortalanması Fondu tərəfindən ləğv edilmiş "xxxx" ASC-nin tarnzit hesabında olan vəsait Cavabdehnə ayrıldığı təqdirdə iddiaçıya ödəniləcəkdir. Göründüyü kimi cavabdeh öz cavab məktubunda ancaq 3 aylıq ödənilməmiş əmək haqqı barədə münasibət bildirmişdir. Halbuki, iddiaçıya 14 ay ərzində əmək haqqı ödənilməmişdir. Bundan əlavə, cavabdeh məktubunda digər ödənişlər, habelə əmək haqqının ödənilməmiş ayları üzrə əlavə faiz şəklində ödənclər, habelə Dövlət Sosial Müdafiə Fonduna ödənilməmiş məcburi sosial sığorta haqqları barədə ümumiyyətlə heç bir münasibət bildirməmişdir. Bu da öz növbəsində iddiaçıya çatası əmək haqqı və digər ödənişlərin, habelə əmək haqqının ödənilməmiş ayları üzrə əlavə faiz şəklində ödənclərin cavabdeh tərəfindən iddiaçıya ödənilməsi və məcburi sosial sığorta haqqlarının Dövlət Sosial Müdafiə Fonduna ödənilməsi barədə niyyətinin olmadığını açıq şəkildə göstərir. Cavabdehlə aramızda olan əmək mübahisəsinin həlli üçün məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu üçün xx.xx.2024-cü il tarixdə mübahisənin mediasiya qaydasında həll edilməsi üçün cavabdehə mediasiyanın tətbiqi barədə təklif göndərmişdir. Cavabdeh ilkin mediasiya sessiyasında iştirak etmədi və barışıq əldə olunması mümkün olmadı. Bununla bağlı xx.xx.2024-cü il tarixli, № MŞB/14/2024-00559 nömrəli mediasiya arayışı məhkəməyə təqdim olunur. İddiaçı nümayəndəsi (əri) Nümayəndə məhkəmə iclasında iştirak edərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdeh tərəf məhkəmə iclaslarında iştirak etməmişdir. İş materiallarında olan əmək müqaviləsi bildirişinə əsasən müəyyən edilir ki, İddiaçı xx.xx.2021-ci il tarixdən xx.xx.2024-cü il tarixədək Bakı şəhəri Cavabdeh başçısının aparatında ştatdankənar hüquqşünas vəzifəsində işləmiş, aylıq əmək haqqı 1440 manat təşkil etmişdir. İş materiallarında olan əmək müqaviləsi bildirişinə əsasən müəyyən edilir ki, İddiaçı xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək Bakı şəhəri Cavabdeh başçısının aparatında ştatdankənar hüquqşünas vəzifəsində işləmiş, aylıq əmək haqqı 1440 manat təşkil etmişdir. İş materiallarına işçi İddiaçı işəgötürən Bakı şəhəri Cavabdehnə ünvanladığı xx.xx.2024-cü il tarixli pretenziya məktubu əlavə edilmişdir. İş materiallarına əlavə edilmiş işəgötürən Bakı şəhəri Cavabdeh işçi İddiaçı ünvanladığı xx.xx.2024-cü il tarixli məktubuna əsasən (sonuncu abzas) müəyyən edilir ki, ödənilməmiş 3 aylıq əmək haqqının ödənilməsi təmin ediləcəkdir. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Cavabdeh xx.xx.2024-cü il tarixli məktubuna əsasən, işçi İddiaçı ödənilməmiş əmək haqqları barədə məlumatlar təqdim edilmişdir. Həmin cədvələ əsasən müəyyən edilir ki, 2023-cü ilin iyun ayından etibarən əmək haqqının ödənilməsi təmin edilməmişdir. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Cavabdeh xx.xx.2025-ci il tarixli məktubuna qoşma olaraq işçi İddiaçı kadr sənədləri (əmək müqaviləsi və s.) təqdim edilmişdir. İş materiallarında olan Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli 9/2636 nömrəli rəyinə əsasən müəyyən edilir ki, .... iddiaçının xx.xx.2024-cü il tarixədək işlədiyini və 2023-cü ilin iyun ayından bu tarixədək əmək haqqı məbləğinin ödənilmədiyini nəzərə alaraq 13.5 ay üçün ona ödənilməli olan əmək haqqının ümumi məbləği 15973,20 manat, əməkhaqqının ödənilməsinin gecikdirildiyi hər gün üçün 1% hesablanmaqla ödənilməli məbləğ isə 51335,94 manat təşkil edir...... İddiaçıya münasibətdə Dövlət Sosial Müdafiə Fonduna 2022-ci il üzrə 1127,14 manat, 2023-cü il üzrə 2520 manat, 2024-cü il üzrə 2520 manat olmaqla ümumilikdə 6167,14 manat ödənilməmiş məcburi dövlət sosial sığorta haqqı mövcuddur. Tədqiqat dəyəri 150 manat təşkil etmişdir. Məhkəmə hesab edir ki, iddia tələbi əsaslıdır və təmin edilməlidir. Sözügedən iddia tələbinin qanuni əsası qismində aşağıdakı hüquq normaları çıxış edir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 42-ci maddəsinin 1-ci bəndinə əsasən, əmək müqavilələri sərbəst bağlanır. Əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Həmin Məcəllənin 154-cü maddəsinin 1-ci maddəsinə əsasən, əmək haqqı müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur. Həmin Məcəllənin 155-ci maddəsinin 3-cü maddəsinə əsasən, aylıq iş vaxtı normasını işləmiş və əmək funksiyasını yerinə yetirmiş işçinin aylıq əmək haqqı dövlət tərəfindən müəyyən edilmiş minimum əmək haqqı məbləğindən aşağı ola bilməz. Həmin Məcəllənin 172-ci maddəsinin 5-ci hissəsinə əsasən, əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildikdə və bu hal fərdi əmək mübahisəsi yaratmayıbsa, hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir. Bu hal əmək mübahisəsi yaratdıqda həmin mübahisə bu Məcəllənin «Əmək mübahisələri» bölməsində nəzərdə tutulan qaydada həll edilir. Həmin Məcəllənin 296-cı maddəsinin 4-cü bəndinə əsasən, pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci maddəsinə əsasən, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. "Mediasiya" haqqında Azərbaycan Respublikası Qanununun 35.1-ci maddəsinə əsasən, mediasiya prosesinin tətbiqi tərəflər arasında mübahisə üzrə qanunla nəzərdə tutulan iddia müddətinin axımının dayandırılmasına səbəb olur. Həmin Qanunun 35.2-ci maddəsinə əsasən, mediasiya prosesi nəticəsində tərəflər arasında barışıq sazişi imzalanmazsa, mübahisə üzrə iddia müddətinin axımı bu Qanunun 32.4.2-ci maddəsində nəzərdə tutulan tarixdən bərpa olunmuş hesab olunur. Həmin Məcəllənin 296-cı maddəsinin 6-cı hissəsində “fərdi əmək mübahisəsinə baxan orqan” dedikdə, əmək mübahisələrinə həm məhkəməyə qədər baxan orqanı, həm də məhkəmələri nəzərdə tutmuşdur. “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 14.2-ci maddəsinə əsasən, məcburi dövlət sosial sığortasında sığorta haqqı əmək ödənişinə (gəlirə) nisbətdə faizlə müəyyən edilir, sığortaedənin və sığortaolunanın vəsaiti hesabına ödənilir. Həmin Qanunun 14.3-cü maddəsinə əsasən, bu Qanunun 14.4-cü maddəsinin müddəaları nəzərə alınmaqla, muzdlu işdən əldə edilən gəlirlər üzrə məcburi dövlət sosial sığorta haqqı aşağıdakı dərəcələrlə ödənilir: 14.3.1. sığortaedən tərəfindən ödənilən sığorta haqqı - hesablanmış əməyin ödənişi fondunun və məcburi dövlət sosial sığortasına cəlb olunan digər gəlirlərin 22 faizi; 14.3.2. sığortaolunan tərəfindən ödənilən sığorta haqqı - işçinin əməkhaqqının və məcburi dövlət sosial sığortasına cəlb olunan digər gəlirlərinin 3 faizi. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.7-ci maddəsinə əsasən, fərdi şəxsi hesab – hər bir sığortaolunana müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən sosial sığorta nömrəsi ilə açılan, dövlət sosial sığorta sistemində fərdi uçot məlumatlarının əks olunduğu hesabdır. Həmin Qanunun 1.0.10-cu maddəsinə əsasən, pensiya kapitalı - müvafiq olaraq fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınan və fərdi şəxsi hesabın yığım hissəsində toplanan vəsaitlərin məbləğidir. Həmin Qanunun 1.0.2-ci maddəsinə əsasən, sosial sığorta stajı - əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Məhkəmə araşdırması zamanı müəyyən edilir ki, İddiaçı xx.xx.2021-ci il tarixdən xx.xx.2024-cü il tarixədək Bakı şəhəri Cavabdeh başçısının aparatında ştatdankənar hüquqşünas vəzifəsində işləmiş, aylıq əmək haqqı 1440 manat təşkil etmişdir. Həmçinin, İddiaçı xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək Bakı şəhəri Cavabdeh başçısının aparatında ştatdankənar hüquqşünas vəzifəsində işləmiş, aylıq əmək haqqı 1440 manat təşkil etmişdir. İşəgötürən Bakı şəhəri Cavabdeh işçi İddiaçı ünvanladığı xx.xx.2024-cü il tarixli məktubunda (sonuncu abzas) qeyd edilmişdir ki, ödənilməmiş 3 aylıq əmək haqqının ödənilməsi təmin ediləcəkdir. Bakı şəhəri Cavabdeh xx.xx.2024-cü il tarixli məktubu ilə işçi İddiaçı ödənilməmiş əmək haqqları barədə məlumatlar təqdim edilmişdir. Həmin cədvələ əsasən, 2023-cü ilin iyun ayından etibarən əmək haqqının ödənilməsi təmin edilməmişdir. Yəni, iddiaçıya əmək haqqının 2023-cü ilin iyun ayından etibarən ödənilməsi mülki işin mübahisəsiz halıdır. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli 9/2636 nömrəli rəyinə əsasən, .... iddiaçının xx.xx.2024-cü il tarixədək işlədiyini və 2023-cü ilin iyun ayından bu tarixədək əmək haqqı məbləğinin ödənilmədiyini nəzərə alaraq 13.5 ay üçün ona ödənilməli olan əmək haqqının ümumi məbləği 15973,20 manat, əməkhaqqının ödənilməsinin gecikdirildiyi hər gün üçün 1% hesablanmaqla ödənilməli məbləğ isə 51335,94 manat təşkil edir...... İddiaçıya münasibətdə Dövlət Sosial Müdafiə Fonduna 2022-ci il üzrə 1127,14 manat, 2023-cü il üzrə 2520 manat, 2024-cü il üzrə 2520 manat olmaqla ümumilikdə 6167,14 manat ödənilməmiş məcburi dövlət sosial sığorta haqqı mövcuddur. Nəticə etibarilə, cavabdeh (işəgötürən) Bakı şəhəri Cavabdeh tərəfindən iddiaçı (işçi) İddiaçı əmək haqqı və digər məvaciblər tam ödənilməmiş, həmçinin dövlət büdcəsinə məcburi dövlət sosial sığorta haqqlarının ödənilməsi təmin edilməmişdir. Cavabdeh tərəfindən əmək müqaviləsinin şərtləri və qanunvericiliyin tələbləri pozulmuşdur. Əmək haqqının vaxtında ödənilməməsi işəgötürənin təqsiri üzündən baş vermişdir. Müvafiq bank hesablarında yaranmış texniki problemlər və ya maliyyə vəziyyətindəki sıxıntılar işəgötürənin məsuliyyətinin aradan qalxmasına səbəb olmur. Odur ki, iddia tələbi ödənilməmiş hər günə görə 1% vəsaitin tutulması hissəsində əsaslıdır. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli 9/2636 nömrəli rəyi əsaslı və mötəbər hesab edilir. Həmin rəy üzrə tətbiq edilmiş hesablama meyarlarına uyğun olaraq iddia tələbinin həcminin artırılması (ödənilməmiş hər günə görə 1% vəsaitin tutulması) əsaslıdır. Bu barədə təkrar ekspertizanın təyin edilməsi “prosessual qənaət” prinsipinin şərtlərinə uyğun deyildir. Rəy və iddia tələbi üzrə ödənilməmiş məbləğlərin həcmi cavabdeh tərəfindən ümumiyyətlə mübahisələndirilməmişdir. Məhkəmə qeyd edir ki, tələb üzrə ödənilməmiş sosial sığorta haqqlarının ödənilməsi hissəsində iddiaçının subyektiv hüququ vardır. Belə ki, həmin haqqların ödənilməməsi bilavasitə iddiaçının sosial sığorta stajına təsir etməklə ödənilməmiş müvafiq dövrün sosial sığorta stajı kimi nəzərə alınmamasına və fərdi şəxsi hesabdakı pensiya kapitalının həcminin aşağı olmasına səbəb olmaqla pensiya məbləğinə təsir edəcəkdir. Məhkəmə iddiaya tələb həddində baxır. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmənin mülki prosesdə arbitr rolunda çıxış etməsi nəzərə alınmaqla, öz təşəbbüsü ilə proses iştirakçılarının (iddiaçı və ya cavabdeh) lehinə və ya əlehinə sübutlar toplaması və ya bu istiqamətdə müəyyən prosessual fəaliyyət göstərməsi yolverilməzdir. Məhkəmə hesab edir ki, iddia ərizəsində qeyd olunan xüsusatları təkzib edən sübutlar cavabdeh tərəfindən məhkəməyə təqdim edilməmişdir. Hazırki iddia tələbi üzrə sübutetmə yükünün cavabdehin üzərində olmasına baxmayaraq cavabdeh tərəfindən aktiv sübutetmə fəaliyyəti təmin-təşkil edilməmiş, iddia tələbinin əsassız olmasını, müvafiq ödənişlərin həyata keçirilməsini təsdiq edən sübut, sənəd və ya materiallar məhkəməyə təqdim edilməmiş, bu barədə şifahi formada da olsa hər hansı mülahizə bildirilməmişdir. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləlikdə, ödənilmiş 60 (altmış) manat mediasiya xərci cavabdeh Bakı şəhəri Cavabdehndən tutularaq İddiaçı ödənilməlidir. İş üzrə aparılmış ekspertiza üzrə 150 (yüz əlli) manat məbləğində ekspertiza xərci cavabdeh Bakı şəhəri Cavabdehndən tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin VÖEN **********, m/h AZ41NABZ********************, SFİFT BİK CTREAAZ22, MEM VÖEN **********, AZ34CTRE******************** hesabına köçürülməlidir. Beləliklə, məhkəmə iş materiallarına məcmu halda qiymət verərək hesab edir ki, iddia tələbi əsaslıdır və təmin edilməlidir. Cavabdeh Bakı şəhəri Cavabdehndən İddiaçı 2023-cü ilin iyun ayından xx.xx.2024-cü il tarixədək işlədiyi müddətdə ödənilməmiş 15973,20 manat əmək haqqı, 4670,82 manat məzuniyyət haqqı və həmin məbləğləri gecikdirdiyi üçün gündəlik 1 % hesablanmaqla 81199,84 manat ödənc, 60 manat mediasiya xərci olmaqla ümumilikdə 101903,86 manat pul tutularaq İddiaçı xeyrinə ödənilməlidir. İddiaçı dair Dövlət Sosial Müdafiə Fonduna ödənilməmiş 2022-ci il üzrə 1127,14 manat, 2023-cü il üzrə 2520 manat, 2024-cü il üzrə 2520 manat olmaqla ümumilikdə 6167,14 (altı min yüz altmış yeddi manat on dörd qəpik) manat məcburi sosial sığorta haqqı cavabdeh Bakı şəhəri Cavabdehndən tutularaq Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsdə İddiaçı fərdi şəxsi hesabına ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı maraqlı şəxs Azərbaycan Respublikası Maliyyə Nazirliyi cəlb edilməklə cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı “pul və Cavabdeh tərəfindən Dövlət Sosial Müdafiə Fonduna ödənilməmiş 2022-ci il üzrə 1127,14 manat (min yüz iyirmi yeddi manat on dörd qəpik), 2023-cü il üzrə 2520 (iki min beş yüz iyirmi) manat, 2024-cü il üzrə 2520 (iki min beş yüz iyirmi) manat ümumilikdə 6167,14 manat (altı min yüz altmış yeddi manat on dörd qəpik) məcburi sosial sığorta haqqının cavabdeh tərəfindən Dövlət Sosial Müdafiə Fonduna ödənilməsi” tələbinə dair iddiası təmin edilsin. Cavabdeh Bakı şəhəri Cavabdehndən İddiaçı 2023-cü ilin iyun ayından xx.xx.2024cü il tarixədək işlədiyi müddətdə ödənilməmiş 15973,20 manat əmək haqqı, 4670,82 manat məzuniyyət haqqı və həmin məbləğləri gecikdirdiyi üçün gündəlik 1% hesablanmaqla 81199,84 manat ödənc, 60 manat mediasiya xərci olmaqla ümumilikdə 101903,86 (bir yüz bir min doqquz yüz üç manat səksən altı qəpik) manat pul tutularaq İddiaçı xeyrinə ödənilsin. İddiaçı dair Dövlət Sosial Müdafiə Fonduna ödənilməmiş 2022-ci il üzrə 1127,14 manat, 2023-cü il üzrə 2520 manat, 2024-cü il üzrə 2520 manat olmaqla ümumilikdə 6167,14 (altı min yüz altmış yeddi manat on dörd qəpik) manat məcburi sosial sığorta haqqı cavabdeh Bakı şəhəri Cavabdehndən tutularaq Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsdə İddiaçı fərdi şəxsi hesabına ödənilsin. İş üzrə aparılmış ekspertiza üzrə 150 (yüz əlli) manat məbləğində ekspertiza xərci cavabdeh Bakı şəhəri Cavabdehndən tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin VÖEN **********, m/h AZ41NABZ********************, SFİFT BİK CTREAAZ22, MEM VÖEN **********, AZ34CTRE******************** hesabına köçürülsün. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fariz Əlizadə
Məhkəmə qərarları › İş №e-2(004)-388/2025
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-388/2025
15.08.2025 · Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver