Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-3918/2023 06.09.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Ayaz Süleyman oğlunun sədrliyi, Hacıyeva Aysel Nazim qızının katibliyi, İddiaçı, Cavabdeh X3 iştirakları ilə, İddiaçı cavabdeh X6 qarşı "alimentin artırılması” tələbinə dair mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh X6 qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2018-ci il təvəllüdlü X7 və xx.xx.2019-cü il təvəllüdlü X1 üçün cavabdeh X2 hər ay 220 (iki yüz iyirmi) manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, xx.xx.1985-ci ildə anadan olmaqla faktiki olaraq ünvan 1 ünvanında qeydiyyatdadır. xx.xx.2018-ci il tarixdə 458 nömrəli aktla 3 saylı Bakı “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsində nigahın bağlanması haqqında şəhadətnamə ilə rəsmi nikah qeydiyyatından keçməklə cavabdeh ilə ailə qurmuşam. Birgə nikahdan xx.xx.2018-ci il təvəllüdlü X7, xx.xx.2019-cü il təvəllüdlü X8 adlı 2 uşağı doğulmuşdur. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 17 oktyabr 2022-ci il tarixli 2(004)-5099/2022 saylı Qətnaməsi ilə xx.xx.2018-ci il təvəllüdlü X7, xx.xx.2019-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Cavabdeh hər ay hər bir uşaq üçün 193 manat olmaqla cəmi 386 (üç yüz səksən altı) manat sabit pul məbləğində aliment tutularaq ona - İddiaçı Muradaxan qızına ödənilməsi qət edilmişdir. Hal-hazırda Bakı şəhəri Yasamal Rayon Məhkəməsi tərəfindən qətnamədə qeyd olunmuş aliment məbləği uşağın heç bir tələbatının ödənilməsinə yetmir. Uşaq orta məktəbdə təhsil alır və ona görə də məsrəfləri yetərincə artmışdır. Qətnamə üzrə qət edilən məbləğ bir məktəbli uşağın tədris ləvazimatlarının alınmasına, geyim, çanta, iş dəftəri həmçinin uşağın saxlanılması xərclərinə yetmir. Uşağın bütün qayğı və ehtiyaclarını tamamilə özü çəkir. Böyüdükcə uşaqda atasına qarşı ehtiyac və tələbat ona qarşı heç bir diqqət, qayğı və nəvaziş göstərmir. Uşağın təlim-tərbiyəsi ilə məşğul olmaqla yanaşı, həm də maddi tələbatlarını ödəmək tək qadın kimi ona çox ağır gəlir. Buna görə də “aliment məbləğinin artırılması” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdeh xx.xx.2018-ci il təvəllüdlü X7, xx.xx.2019-cü il təvəllüdlü X4 aylıq xərclərinin ödənilməsi üçün minimal hər bir uşaq üçün 220 manat aliment müəyyən edilməklə, alimentin ümumi məbləğinin artırılaraq ümumilikdə iki üşaq üçün ödəniləcək məbləğin 440 manat müəyyən edilməsi və cavabdehdən hər ay tutularaq ona ödənilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən İddiaçı məhkəməyə iddia tələbinin artırılması barədə ərizə ilə müraciət edərək cavabdeh X2 xx.xx.2018-ci il təvəllüdlü X7 və xx.xx.2019-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər uşaq üçün 250 manat olmaqla, ümumilikdə 500 manat məbləğində alimentin tutulmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh X9 ərizə ilə məhkəməyə müraciət edərək hər ay uşaqların saxlanması üçün ümumilikdə 500 manat məbləğində alimentin tutulmasına etiraz etmədiyini bildirmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdırıraq, məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, məhkəmə Azərbaycan Respublikası Konstitusiyasının 17 və 34-cü, Ailə Məcəlləsinin 7-1, 22, 75, 76, 78, 81, 112.1-ci maddələrini, “Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununu və «Uşaq hüquqları» haqqında Azərbaycan Respublikası qanunun 19-cu maddələrini rəhbər tutaraq müəyyən etdi ki, iş materiallarına əlavə edilmiş Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-5099/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən İddiaçı Cavabdeh qarşı “nikahın pozulması, uşaqların ananın yanında saxlanması və aliment” tələbinə dair iddia tələbi təmin edilərək tərəflər arasında 3 saylı Bakı “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsində 19 fevral 2018-ci il tarixdə 458 nömrəli akt qeydi ilə bağlanmış nikahın pozulması, fərəflərin birgə nikahından olan xx.xx.2018-ci il təvəllüdlü X7 və xx.xx.2019-cu il təvəllüdlü X8 anaları İddiaçı yanında saxlanılmaları, tərəflərin birgə nikahından olan xx.xx.2018-ci il təvəllüdlü X5 və xx.xx.2019-cu il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Cavabdeh hər ay hər uşaq üçün 193 manat olmaqla cəmi 386 (üç yüz səksən altı) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməsi və alimentin tutulma vaxtının xx.xx.2022-ci il tarixdən hesablanması qət edilmişdir. Mülki Prosessual qanunvericiliyin tələblərinə görə bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Odur ki, müvafiq qətnamə məhkəmə üçün preyudisial əhəmiyyət kəsb edir. İddiaçı iddia edir ki, məhkəmə tərəfindən müəyyən edilmiş hər ay 193 manat aliment hazırda yetərli deyil və uşağın gündəlik tələbatlarını ödəmir. Ailə Qanunvericiliyinə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. Habelə, Ailə Məcəlləsinin 81.1-ci maddəsinə əsasən alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, şikəst olan uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Məhkəmə hesab edir ki, iddiaçı haqlı olaraq, məhkəməyə müraciət etmişdir. Beləliklə, cavabdeh X2 xx.xx.2018-ci il təvəllüdlü X7 və xx.xx.2019-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanması üçün tutulan alimentin miqdarı artırılmalı, cavabdeh X2 xx.xx.2018-ci il təvəllüdlü X7 və xx.xx.2019-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanmasına görə hər ay hər uşaq üçün 250 (iki yüz əlli) manat olmaqla, ümumilikdə 500 manat sabit pul məbləğində aliment tutularaq, İddiaçı ödənilməli və alimentin tutulması qətnamə qanuni qüvvəyə mindiyi tarixdən aparılmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh X2 xx.xx.2018-ci il təvəllüdlü X7 və xx.xx.2019-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanması üçün tutulan alimentin miqdarı artırılsın. Cavabdeh X2 xx.xx.2018-ci il təvəllüdlü X7 və xx.xx.2019-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanmasına görə hər ay 250 (iki yüz əlli) manat olmaqla, ümumilikdə 500 manat sabit pul məbləğində aliment tutularaq, İddiaçı ödənilsin və alimentin tutulması qətnamə qanuni qüvvəyə mindiyi tarixdən aparılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ayaz Məmmədov
Məhkəmə qərarları › İş №e-2(004)-3918/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-3918/2023
06.09.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver