Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-3969/2024 06.11.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı "alimentin dəyişdirilməsi" tələbinə dair iddiası üzrə mülki iş (açar sözlər: alimentin dəyişdirilməsi) Hakim Xəlil Ülkər Abdurahman qızının sədrliyi, Kamranlı Mahsun Şahin oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı "alimentin dəyişdirilməsi" tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Mülki işin mahiyyəti
1. İddiaçı (bundan sonra – iddiaçı) Cavabdeh (bundan sonra – cavabdeh) qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2024-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimisaxlanılması üçün cavabdeh X3 hər ay bütün gəlirlərinin ¼ hissəsində alimentin, o cümlədən 60 manat məbləğində mediasiya xərcinin və dövlət rüsumunun tutularaq iddiaçı – İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi ilə bağlı ərizə təqdim edərək xx.xx.2008-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Cavabdeh hər ay bütün gəlirlərinin ¼ hissəsində alimentin, o cümlədən 60 manat məbləğində mediasiya xərcinin tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
3. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 822/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsi ilə 14 mart 2003-cü il təvəllüdlü X5 və 15 iyul 2008-ci il təvəllüdlü X6 anaları İddiaçı yanında qalmaları, uşaqların yetkinlik yaşlarına çatanadək saxlanılması üçün X3 hər ay hər bir uşağa görə 300 (üç yüz) manat olmaqla,cəmi 600 (altı yüz) manat sabit pulməbləğində aliment tutularaq İddiaçı xeyrinə verilməsi qət edilmişdir. Həmin qətnamə öz qanuni qüvvəsinialmasına baxmayaraq alimentin cavabdeh tərəfindən ödənilməsi hər dəfə müxtəlif bəhanələr və gecikmələrlə icra edilir.
4. Cavabdeh iddia ərizəsinə etiraz verərək iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. Etiraz onunla əsaslandırılmışdır ki, onun telefonuna zəng edilib, cavab vermək imkanı olmayıb, lakin 30-45 dəqiqə sonra geri dönüş edərək həmən telefon nömrəsini yığmışdır və soruşmuşdur ki, onların nömrəsindən zəng edilib cavab verə bilməmişdir. Həmin şəxs özünü 2 saylı mediasiyadan mediator Rəşadət olduğunu, Sona Osmanovna tərəfindən alimentə dair ərizə daxil olduğunu bildirib. Cavabında demişdir ki, alimentə dair Ali Məhkəmənin Qərarı var, illərdir ki, həmin qərar əsasında mütəmadi olaraq aliment ödənilir. Sonra Osmanovanın bank hesabına tərəfindən mütəmadi olaraq 2021-ci ilin aprel ayından (bu vaxtacan 600 manat, böyük uşaq yetkinlik yaşına çatandan sonraona çatası aliment dayandırılıb) hər ay üçün 300 manat məbləğində pul vəsaiti ödəyirəm, həmin məbləğ Ali Məhkəmənin qərarına əsasən təyin edilib. Əgər sizə ərizə daxil olubsa, xahiş edir ki, rəsmi qaydada onun ünvanına göndərəsiniz, məmnuniyyətlə gəlib iştirak edər və alimentin ödəniş qəbzlərini təqdim edər. Ünvanının ünvan 1 ünvanın artıq 6 il ərzində 26 məhkəmə iclasında və elektron məhkəmə sistemində qeyd edilditini bildirmişdir. Rəşadət adlı şəxs hazırda həkimdə olduğunu və həkimdən çıxanda əlaqə saxlayacağını söyləmişdir. Sonra onunla heç bir əlaqə saxlamamış, ünvanına heç bir rəsmi bildiriş gəlməmişdir ki, gedib hansı bir mediasiyada sessiyasında iştirak edə və ya hansı bir sənəd təqdim edə. Son 6 ay ərzində İddiaçı tərəfindən “mənzildən istifadə”, “mənzildən istifadəyə maneələrin aradan qaldırılması”, “mənzil üzərində mülkiyyət hüququna dair” və sair qaldırmış olduğu məhkəmə iddialarını uduzmuş, məhkəmə hakimlərinin iş vaxtının lüzumsuz israfına nail olmuşdur. Yasamal Rayon Məhkəməsinin elektron bazasında 2018ci ilin noyabr ayından İddiaçı iddiaları və həmin o iddia ərizələrinə qoşmuş olduğu saxtalaşdırılmış sənədləri görə bilər. Vurğuladığı saxta sənəd haqqında DİN Yasamal RPİ təhqiqatçısının qərarını da məhkəmə işlərinin iş materialları sırasında görmək olar. İddiaçı öz iddia ərizəsində uşağının doğum tarixini belə səhv qeyd etmişdir ki, bu da nə dərəcədə formal tərtib edilmiş iddia ərizəsi olduğunu sübut edir. Mediasiya təşkilatına müraciət edən zaman, ancaq iddiaçıya məlum olan səbəbdən, iddiaçı və cavabdeh Yasamal rayonu ərazisində yaşamaqlarına baxmayaraq, Yasamal rayonu ərazisində bir neçə Mediasiya Təşkilatı olmasına baxmayaraq, Nərimanov rayonu ərazisindəki Mediasiya Təşkilatında ərizəyə “baxılıb”, “baxış”, o çağırılmadan, bilərəkdən tələsik gizlin bir şəkildə, X8 X12 arayış tərtib edilib. Hətta, X8 X12 arayış bir neçə səhvlərlə yazılmışdır. Belə ki, “İMS-də iştirak etməyən və ya iştirak etməkdən yazılı şəkildə imtina edən tərəf” sətrində: İMS-də iştirak etməkdən bilərəkdən boyun qaçıran (imtina edən) tərəf 2-ci tərəf, Cavabdeh doğum tarixi xx.xx.1962-ci il AZE******** Qeydiyyat ünvanı, ünvan 2al rayonu, 613-cü məhəllə, M.Muxtarov küç., ev 185B, giriş 2, mənzil 82 kimi qeyd edilmişdir. X8 X12 Arayışda aşkar olaraq qeyd edilən ünvanda iddiaçının özü qeydiyyatdadır, ehtimal edir ki, mediasiya sessiyası barədə ona göndəriləsi bildiriş bilərəkdən həmin ünvana göndərilmişdir. Həmin arayışın “İMS keçirildiyi tarix, vaxt və yer” sətrində isə: 2-ci tərəf Cavabdeh İMS-da iştirak etmişdir qeyd edilib. Bir daha məhkəməyə bildirir ki, İMS barədə bildiriş almamışdır, iştirakı təmin edilməyib. Mediator bilərəkdən, ondan xəbərsiz, tələsik olaraq arayış tərtib edib. İddiaçı tərəfindən Yasamal Rayon Məhkəməsinə göndərilən iddia ərizəsində həmin ünvan qeyd edilib. Ehtimal edir ki, iddia ərizəsi eləcə də X8 X12 arayışı eyni adam, çox “savadlı” şəxs yazıb. Qurbanova Fidanın 18 yaşı tamam olunanadək, yəni 2025-ci ilin iyul ayı daxil olmaqla, hər ay tərəfindən 300 manat aliment ödəniləcək. Həmin məbləğ hər dəfə ödənilən zaman, ödəniş qəbzi Yasamal İcra Şöbəsinin İcra məmuru Səvxan Abbasova göndərilir. Tərəfindən 6 il öncə, alimentin birbaşa ödənilməsi üçün İddiaçı bank kartı nömrəsini istəmiş, icra məmuru ona bildirmişdir ki, İddiaçı tələbi – alimentin icra məmuruna verdiyi bank hesabına ödənilsin. Həmin bank hesabı İddiaçı məxsusdur, bankın mobil tətbiqi vasitəsi ilə həmin hesaba daxil olan pul vəsaitinin məbləğini görmək imkanı var, o hesabdan öz kart hesabına köçürmək imkanı var. Əgər hazırki iddia ərizəsi ilə, gəlirinin ¼ hissəsini istəməklə aliment məbləğinin azaldılmasını tələb edirsə, məhkəmənin iş vaxtının lüzumsuz sərf edilməsini istəyirsə, onun heç bir etirazı ola bilməz. Lakin aliment məbləğini ödədiyi kimi 300 manat həcmində ödəməyi davam edəcək. Kapital Bankdan kredit almaq üçün banka təqdim etdiyi arayışın surətini etirazına əlavə edir. Həmin arayışda iş yeri və hansı həcmdə əmək haqqı almağı qeyd edilib. Qeyd edilənləri nəzərə alaraq, iddianı əsassız hesab edir. X9 (50+10) 60 manat xərcinin ona heç bir aidiyyatı olmadığını qeyd edir.
II. Tərəflərin mövqeləri:
6. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək təmin olunmasını xahiş etdi.
7. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.
8. Əvvəlki məhkəmə iclasında iştirak edən cavabdeh etirazı müdafiə edərək bildirmişdir ki, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi ilə o, hər uşağa görə 300 manat olmaqla,cəmi 600 manat məbləğində aliment ödəyirdi. 2021-ci ildən etibarən bir övladı yetkinlik yaşına çatdığına görə həmin uşağa görə ödədiyi 300 manat alimentin ödənilməsini dayandırmışdır. Digər övladı hələ də yetkinlik yaşına çatmadığına görə hər ay təyin edilən 300 manat alimenti ödəməyə davam edir. Aylıq olaraq qazancı 1130 manatdır. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində məsləhətçi vəzifəsində işləyir.
9. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir.
III. Məhkəmə baxışının hədləri:
10. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
11. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-6075/2019 saylı, xx.xx.2019cu il tarixli qətnaməsinə əsasən xx.xx.2003-cü il təvəllüdlü X10 və xx.xx.2008-ci il təvəllüdlü X7 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün xx.xx.2019-cu il tarixdən başlayaraq cavabdeh X3 hər ay hər uşaq üçün 250 manat olmaqla, cəmi 500 manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı ödənilməsi qət edilmişdir.
12. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-822/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsinə əsasən Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-6075/2020 saylı, 16 oktyabr 2020-ci il tarixli qətnaməsinin alimentin məbləğinə aid hissədə dəyişdirilməsi, xx.xx.2003-cü il təvəllüdlü X10 və xx.xx.2008-ci il təvəllüdlü X7 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün xx.xx.2019-cu il tarixdən başlayaraq cavabdeh X3 hər ay hər uşaq üçün 300 manat, ümumilikdə hər ay 600 manat sabit pul məbləğində alimnetin cavabdehdən alınaraq iddiaçıya ödənilməsi, qətnamənin qalan hissədə onun apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılması qət edilmişdir.
13. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-4099/2020 saylı, xx.xx.2020-ci il tarixli Qərarına əsasən İddiaçı kassasiya şikayətinin təmin edilməməsi, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 10 yanvar 2020-ci il tarixli qətnaməsinin İddiaçı kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılması qərara alınmışdır.
14. Yasamal Rayon Qeydiyyat Şöbəsi tərəfindən xx.xx.2008-ci il tarixli, AZ-İİ 193893 seriya nömrəli doğum haqqında şəhadətnamənin surətinə əsasən tərəflərin xx.xx.2008-ci il təvəllüdlü X11 adlı övladı var.
15. "xxxx" MMC-nin xx.xx.2024-cü il tarixli, 021/24 nömrəli arayışına əsasən müəyyən edilir ki, Cavabdeh xx.xx.2024-cü il tarixdən cəmiyyətin biznes məsələləri üzrə məsləhətçisi vəzifəsində çalışır. Aylıq əmək haqqı vergilər daxil olmaqla, əmək müqaviləsinə uyğun olaraq 1130 manat təşkil edir.
16. Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin 16 oktyabr 2024-cü il tarixli, 3-21-2-3/2- 204503/2024 saylı məktubuna əsasən müəyyən edilir ki, uçot baza məlumatlarına əsasən Cavabdeh tərəfindən xx.xx.2009-cu il tarixdən xx.xx.2024-cü il tarixədək olan hesabat dövrü üçün təqdim edilmiş sadələşdirilmiş vergi bəyannamələri üzrə dövriyyə məbləği 0,0 manat təşkil etmişdir.
17. Məhkəmə materialları araşdıraraq və onlara zəruri hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi təmin olunmalıdır.
18. Belə ki, Ailə Məcəlləsinin 76.1-ci maddəsinə müvafiq olaraq aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay miqdarda aliment tutulur: 1 uşağa görə-qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi; 2 uşağa görə-qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi; 3 və daha çox uşağa görə-qazancın (başqa gəlirlərin) yarısı miqdarda aliment tutulur.
19. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər
20. Məhkəmə qeyd edir ki, alimentin miqdarının dəyişdirilməsi tələblərinin qanuni əsasını Ailə Məcəlləsinin 112.1-ci maddəsi təşkil edir və hazırkı işdə həmin maddənin dispozitiv şərtləri mövcuddur.
21. Azərbaycan Respublikası Konstitusiyasının 17.2-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir.
22. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli 8-2/2016 nömrəli qərarının 8.14-cü bəndinə əsasən əsasən məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir..
23. “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Qanunla 2024-cü il üçün yaşayış minimumu uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir.
24. “Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır.
25. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunu “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” xx.xx.2016-cı il tarixli Qərarında göstərilmişdir ki, “Bu Qərarın 1-ci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır.
26. İş materiallarından göründüyü kimi, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-822/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsinə əsasən Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-6075/2020 saylı, 16 oktyabr 2020-ci il tarixli qətnaməsinin alimentin məbləğinə aid hissədə dəyişdirilməsi, xx.xx.2003-cü il təvəllüdlü X10 və xx.xx.2008-ci il təvəllüdlü X7 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün xx.xx.2019-cu il tarixdən başlayaraq cavabdeh X3 hər ay hər uşaq üçün 300 manat, ümumilikdə hər ay 600 manat sabit pul məbləğində alimentin cavabdehdən alınaraq iddiaçıya ödənilməsi qət edilmişdir. X2 yetkinlik yaşına çatmışdır və iddiaçı X7 yetkinlik yaşına çatanadək saxlanılması üçün müəyyən edilmiş alimentin miqdarının dəyişdirilməsini xahiş etmişdir.
27. Odur ki, məhkəmə hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(103)-822/2020 saylı qətnaməsi ilə müəyyən edilmiş hər ay 300 manat aliment məbləği hazırki halda uşağın mənafeyinə uyğun olmadığından, iddiaçı sabit pul məbləğində müəyyənləşdirilmiş alimetin cavabdehin qazancının və başqa gəlirlərinin ¼ hissəsində dəyişdirilməsini tələb etdiyindən iddia təmin edilməlidir.
28. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
29. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən iddiaçı tərəfindən ödənilmiş 60 manat mediasiya xərci Cavabdeh İddiaçı xeyrinə tutulmalıdır.
V. Nəticə:
30. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 119, 216-220, 227, 233, 358, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ: İddia təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(103)-822/2020 saylı qətnaməsi ilə xx.xx.2008-ci il təvəllüdlü X1 üçün Cavabdeh İddiaçı xeyrinə tutulan alimentin miqdarı dəyişdirilsin. Cavabdeh xx.xx.2008-ci il təvəllüdlü X7 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay qazancının və başqa gəlirlərinin ¼ hissəsində aliment tutularaq İddiaçı xeyrinə ödənilsin. Ödənilmiş 60 manat mediasiya xərci Cavabdeh tutularaq İddiaçı ödənilsin. Alimentin tutulması qətnamə qanuni qüvvəyə mindiyi tarixdən hesablansın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim: Ülkər Xəlil