Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-4041/2024 31.10.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Fariz Ariz oğlunun sədrliyi, X6 oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh1, Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və "xxxx" ASC-yə qarşı “nikahın pozulması, uşaqların ananın yanında saxlanılması, alimentin tutulması, birgə nikah dövründə əldə edilmiş əmlakın bölünməsi və pul” tələbinə dair mülki işə Bakı şəhər Yasamal Rayon Məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 qarşı “nikahın pozulması, uşaqların ananın yanında saxlanılması, alimentin tutulması, birgə nikah dövründə əldə edilmiş əmlakın bölünməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 ilə aralarında bağlanmış nikahın pozulması, birgə nikahdan olan n xx.xx.2012-ci il təvəllüdlü X2 və xx.xx.2017-ci il təvəllüdlü X3 iddiaçının yanında saxlanılması və xx.xx.2012-ci il təvəllüdlü X2 və xx.xx.2017-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay cavabdehin qazancının 1/3 hissəsi məbləğində alimentin tutulması və Birgə nikah dövründə mənzilin alınması üçün ödənilmiş ilkin ödəniş və aylıq ödəniş daxil olmaqla 37 842.66 manat məbləğindəki pul vəsaiti üzərində ½ hissədə pay hüququmun tanınmasına və həmin məbləğin iddiaçının payına aid olan hissəsinin, yəni 18 921,333 manat məbləğində pulun Cavabdeh1 tutularaq İddiaçı ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı nümayəndəsi və vəkili Nümayəndə xx.xx.2024-cü il tarixdə iddia tələbinin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək İddiaçı və Cavabdeh1 arasında “Səadət Sarayında” 774 nömrəli xx.xx.2011-ci il tarixli akt qeydi ilə rəsmiləşdirilmiş nikahının pozulması, yetkinlik yaşına çatmayan xx.xx.2012-ci il təvəllüdlü X2 və xx.xx.2017-ci il təvəllüdlü X3 iddiaçının yanında saxlanılması, iddia ərizəsi məhkəməyə təqdim edildiyi gündən yetkinlik yaşına çatmayan xx.xx.2012-ci il təvəllüdlü X2 və xx.xx.2017-ci il təvəllüdlü X1 üçün onlar yetkinlik yaşına çatana qədər hər ay Cavabdeh1 əmək haqqının, qazancının (başqa gəlirinin) 1/3 miqdarında alimentin Cavabdeh1 tutularaq İddiaçı ödənilməsi, birgə nikah dövründə mənzilin alınması üçün ilkin ödəniş olaraq ödənilmiş 24986 manat məbləğindəki pul vəsaiti üzərində iddiaçının ½ hissədə pay hüququmun tanınmasına və həmin məbləğin iddiaçının payına aid olan hissəsinin, yəni 12493 manat məbləğində pulun Cavabdeh1 tutularaq İddiaçı ödənilməsi, birgə nikah dövründə mənzilin alınması üçün cavabdeh "xxxx" ASC-yə ödənilmiş hər ay 1071,38 manat olmaqla 12 ay üçün cəmi 12 856.56 manat manat məbləğindəki pul vəsaiti üzərində iddiaçının ½ hissədə pay hüququnun tanınmasına və həmin məbləğin iddiaçının payına aid olan hissəsinin, yəni 6428.28 manat məbləğində pulun cavabdehlər Cavabdeh1 və "xxxx" ASC-dən müştərək qaydada tutularaq İddiaçı ödənilməsi, ödənilmiş 204 manat dövlət rüsumunun və 50 manat mediasiya xərcinin Cavabdeh1 tutularaq iddiaçı İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə icraata qəbul edilmişdir. İddiaçı nümayəndəsi və vəkili Nümayəndə məhkəmə iclasında iştirak edərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdeh1 məhkəmə iclasında iştirak edərək iddia tələbini qismən qəbul etdiyini, nikahın pozulması, uşaqların ananın yanında saxlanılması və alimentin tutulmasını qəbul etdiyini, birgə nikah dövründə əldə edilmiş əmlakın bölünməsinə qismən etiraz etdiyini bildirmişdir. Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil2 məhkəmə iclasında iştirak edərək müvəkkili ilə eyni mövqedə olduğunu, iddia tələbini qismən qəbul etdiyini, nikahın pozulması, uşaqların ananın yanında saxlanılması və alimentin tutulmasını qəbul etdiyini, birgə nikah dövründə əldə edilmiş əmlakın bölünməsinə qismən etiraz etdiyini bildirmişdir. Digər cavabdeh məhkəmə iclaslarında iştirak etməmişdir. İş materiallarında olan AZ T 069567 nömrəli nikah haqqında şəhadətnamənin surətinə əsasən müəyyən olunur ki, İddiaçı ilə Cavabdeh1 “Səadət Sarayında” 774 nömrəli xx.xx.2011-ci il tarixli akt qeydi ilə nigaha daxil olmuşlar. İş materiallarında olan doğum haqqında şəhadətnamələrinə əsasən müəyyən olunur ki, xx.xx.2012-ci il təvəllüdlü X2 və xx.xx.2017-ci il təvəllüdlü X3 atası Cavabdeh1, anası İddiaçıdır. Elektron məhkəmə informasiya sistemindən əldə edilmiş məlumatlara əsasən müəyyən edilir ki, Cavabdeh1 rəsmi əmək müqaviləsi üzrə işləyir və aylıq əmək haqqı 667 manat təşkil edir.. İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli **********73112 nömrəli Alqısatqı müqaviləsinə əsasən müəyyən edilir ki, Satıcı "xxxx" ASC ilə Alıcı Cavabdeh1 mənzilə dair alqı-satqı müqaviləsi bağlanmışdır (mülki işin mübahisəsiz halıdır). İş materiallarına əsasən müəyyən edilir ki, sözügedən mənzilin əldə edilməsi ilə bağlı Borcalan Cavabdeh1 ilə Kreditor "xxxx" ASC arasında bağlanmış xx.xx.2022-ci il tarixli kredit müqaviləsinə əsasən Borcalana 180 ay müddətinə illik 10% dərəcəsi ilə aylıq 1071,38 manat ödəniş ödəmək şərtilə 99700 manat məbləğində kredit verilmişdir (ipoteka). İş materiallarına əlavə edilmiş "xxxx" ASC-nin xx.xx.2024-cü il tarixli məktubuna əsasən müəyyən edilir ki, sözügedən alqı-satqı müqaviləsi üzrə Cavabdeh1 tərəfindən 24986 manat ilkin ödəniş ödənilmişdir (Cavabdeh1 nöqteyi-nəzərdən mülki işin mübahisəsiz halıdır). Məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə 2024-cü il üçün yaşayış minimumu uşaqlar üçün 235 (otuz beş) manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 19.1-ci maddəsinə əsasən, bu məcəllənin 17.2-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla ər-arvadın yetkinlik yaşına çatmayan ümumi uşaqları olduqda və ya ər (arvad) nikahın pozulmasına razı olmadıqda nikah məhkəmə qaydasında pozulur. Həmin Məcəllənin 20.1-ci maddəsinə əsasən, ər-arvadın birgə yaşamasının və ailənin saxlanmasının qeyri-mümkünlüyü məhkəmə tərəfindən müəyyən edildikdə, nikah məhkəmə qaydasında pozulur. Həmin Məcəllənin 20.2-ci maddəsinə əsasən, tərəflərdən birinin nikahın pozulması haqqında razılığı olmadıqda, məhkəmə ər-arvadın barışması üçün 3 ay müddət müəyyən etməklə işi təxirə sala bilər. Barışıq olmadıqda və ya onlar (onlardan biri) nikahın pozulmasında təkid etdikdə nikah pozulur. Həmin Məcəllənin 22.2-ci maddəsinə əsasən, bu Məcəllənin 22.1-ci maddəsində göstərilən məsələlər üzrə ər-arvad arasında saziş olmadıqda, eləcə də bu saziş uşaqların və ya tərəflərdən birinin marağını pozduqda, məhkəmə boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərindən hansının yanında qaldığını və uşaqlar üçün alimentin hansı valideyndən və hansı miqdarda tutulduğunu müəyyən etməlidir. Həmin Məcəllənin 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 76.1.2-ci maddəsinə əsasən, 2 uşağa görə qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin üçdə bir hissəsi miqdarında aliment tutulur. Həmin Məcəllənin 100.2-ci maddəsinə əsasən, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. “Uşaq hüquqları” haqqında Azərbaycan Respublikası qanunun 19-cu maddəsinə əsasən, valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32.1-ci maddəsinə əsasən, nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Həmin Məcəllənin 32.2.2-ci maddəsinə əsasən, ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit təşkilatlarına və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak ər-arvadın birgə mülkiyyətinə daxildir. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən, nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır). Həmin Məcəllənin 37.2-ci maddəsinə əsasən, ayrı-ayrı hallarda məhkəmə yetkinlik yaşına çatmayan uşaqların mənafeyini və (və ya) ərin (arvadın) diqqətəlayiq mənafeyini, o cümlədən ər-arvaddan biri üzürsüz səbəbdən gəlir əldə etmədiyi və ya birgə mülkiyyəti ailənin mənafeyinə zidd olaraq sərf etdiyi hallarda nəzərə alıb onların birgə mülkiyyətinin bölünməsi zamanı payları bərabər bölməyə bilər. Məhkəmə araşdırması zamanı müəyyən edilir ki, İddiaçı ilə Cavabdeh1 “Səadət Sarayında” 774 nömrəli xx.xx.2011-ci il tarixli akt qeydi ilə nigaha daxil olmuşlar. Tərəflərin birgə nikahından xx.xx.2017-ci il təvəllüdlü X3 iddiaçının yanında saxlanılması və xx.xx.2012-ci il təvəllüdlü X4 anadan olmuşdur. Sonuncular hazırda anaları İddiaçı yanındadırlar. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mülki prosessual qanunvericiliyin tələblərinə əsasən “formal həqiqət” prinsipi nəzərə alınmaqla, həmçinin məhkəmənin mülki prosesdə arbitr rolunda iştirak etməsi qedy edilməklə məhkəmənin öz təşəbbüsü ilə tərəflərdən birinin lehinə və ya əleyhinə sübutlar toplaması yolverilməzdir. Bu səbəbdən, məhkəmə mülki işə tərəflərin təqdim etdiyi sübutlar əsasında baxaraq qərar qəbul etməyi qanuni və əsaslı hesab edir. Məhkəmə mülki işə iddia tələbi həddində baxır. Odur ki, tələb üzrə alimentin sabit pul məbləğində deyil, cavabdehin qazancı və gəlirlərinin 1/3 hissəsində tutulması yolveriləndir. Cavabdeh tərəfindən iddia tələbinin nikahın pozulması, uşaqların ananın yanında saxlanılması və alimentin tutulması hissəsində qəbul edilməsi xüsusatı məhkəmə tərəfindən nəzərə alınır. Odur ki, tərəflər barışıq üçün zamanın təyin edilməsinə hüquqi zərurət yoxdur, uşaqların üstün mənafelərinin müdafiəsi nəzərə alınmaqla onların ananın yanında saxlanılmaqla cavabdehin aylıq gəlirlərindən 1/3 hissədə alimentin tutulması təmin edilməlidir. Uşağı saxlamaq hər iki valideynin borcudur, birinin digərinə nisbətən üstünlük hüququ və ya əlavə mükəlləfiyyəti qanunla qadağandır. Birgə nikah dövründə əldə edilmiş mənzillə bağlı Borcalan Cavabdeh1 ilə Kreditor "xxxx" ASC arasında bağlanmış xx.xx.2022-ci il tarixli kredit müqaviləsinə əsasən Borcalana 180 ay müddətinə illik 10% dərəcəsi ilə aylıq 1071,38 manat ödəniş ödəmək şərtilə 99700 manat məbləğində kredit verilmişdir (ipoteka). Sözügedən alqı-satqı müqaviləsi üzrə Cavabdeh1 tərəfindən 24986 manat ilkin ödəniş ödənilmişdir (Cavabdeh1 nöqteyi-nəzərdən mülki işin mübahisəsiz halıdır). Yəni, Cavabdeh1 24986 manat hissədə də iddia tələbini qəbul edir. Odur ki, birgə nikah dövründə mənzilin alınması üçün ilkin ödəniş olaraq ödənilmiş 24986 manat məbləğindəki pul vəsaiti üzərində iddiaçının ½ hissədə pay hüququ müəyyən edilməli və həmin məbləğin iddiaçının payına aid olan hissəsinin, yəni 12493 manat məbləğində pulun Cavabdeh1 tutularaq İddiaçı ödənilməlidir. Lakin, birgə nikah dövründə mənzilin alınması üçün cavabdeh "xxxx" ASC-yə ödənilmiş hər ay 1071,38 manat olmaqla 12 ay üçün cəmi 12 856.56 manat manat məbləğindəki pul vəsaiti üzərində iddiaçının ½ hissədə pay hüququmun tanınmasına və həmin məbləğin iddiaçının payına aid olan hissəsinin, yəni 6428.28 manat məbləğində pulun cavabdehlər Cavabdeh1 və "xxxx" ASC-dən müştərək qaydada tutulması hissəsində iddia tələbi üzrə iddiaçı tərəfindən əsaslı arqumentlər irəli sürülməmiş, bu istiqamətdə yalnız formal mülahizələr bildiririlərək məhkəmədən tələbin həmin hissədə təmin edilməsi xahiş edilmişdir. Sözügedən hissədə məhkəmə müvafiq qərardad qəbul edərək sübutların əldə edilməsi ilə bağlı prosessual qərardad qəbul etsə də, həmin qərardadın icrası ilə bağlı müvafiq sübutlar əldə edilməmiş, iddiaçı tərəfin vəkili də qərardadın icrasının təmin edilməsi istiqamətində heç bir fəaliyyət göstərməmişdir. Tələbin həmin hissədə əsassız olması müəyyən edilir. Nəzərə alınır ki, banka ödənişlər yalnız əsas borc üzrə deyil, həm də faiz borcu üzrə hesablanır ki, ödənişin qalan hissəsinin müqavilə üzrə faiz borcuna aid edilməsi rasional və ağlabatandır. İddiaçı yalnız tələb irəli sürməklə kifayətlənməməli, irəli sürdüyü tələbin təmin edilməsi istiqamətində dəlil və sübutların məhkəməyə təqdim edilməsini təşkil etməli, prosessual aktivlik nümayiş etdirməlidir. Odur ki, iddia tələbi sözügedən hissədə təmin edilə bilməz. Azərbaycan Respublikası MPM-in 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləlikdə, ödənilmiş 50 (əlli) manat mediasiya xərci və ödənilmiş 204 (iki yüz dörd) manat dövlət rüsumunun 170 (yüz yetmiş) manat hissəsi Cavabdeh1 tutularaq İddiaçı ödənilməlidir. Beləliklə, məhkəmə iş materiallarına məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin olunmalı, İddiaçı ilə Cavabdeh1 “Səadət Sarayında” 774 nömrəli xx.xx.2011-ci il tarixli akt qeydi ilə bağlanmış nikah pozulmalı, yetkinlik yaşına çatmayan xx.xx.2017-ci il təvəllüdlü X5 və xx.xx.2012-ci il təvəllüdlü X4 iddiaçı (ana) İddiaçı yanında qalmalı və xx.xx.2017-ci il təvəllüdlü X5 və xx.xx.2012-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay Cavabdeh1 aylıq gəlirləri və qazancının 1/3 hissəsi məbləğində aliment tutularaq İddiaçı xeyrinə ödənilməlidir. Birgə nikah dövründə mənzilin alınması üçün ilkin ödəniş olaraq ödənilmiş 24986 manat məbləğindəki pul vəsaiti üzərində iddiaçının ½ hissədə pay hüququ müəyyən edilməli və həmin məbləğin iddiaçının payına aid olan hissəsinin, yəni 12493 (on iki min dörd yüz doxsan üç) manat məbləğində pul Cavabdeh1 tutularaq İddiaçı ödənilməlidir. İddia tələbi qalan hissədə təmin edilməməlidir. Alimentin tutulma müddəti Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-16(004)-377/2024 nömrəli qərardadı nəzərə alınmaqla məhkəməyə müraciət edildiyi tarixdən, yəni xx.xx.2024-cü il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Odur ki, alimentin tutulma hissəsi dərhal icra olunmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və "xxxx" ASC-yə qarşı “nikahın pozulması, uşaqların ananın yanında saxlanılması, alimentin tutulması, birgə nikah dövründə əldə edilmiş əmlakın bölünməsi və pul” tələbinə dair iddiası qismən təmin edilsin. İddiaçı ilə Cavabdeh1 “Səadət Sarayında” 774 nömrəli xx.xx.2011-ci il tarixli akt qeydi ilə bağlanmış nikah pozulsun. Yetkinlik yaşına çatmayan xx.xx.2017-ci il təvəllüdlü X5 iddiaçının yanında saxlanılması və xx.xx.2012-ci il təvəllüdlü X4 iddiaçı (ana) İddiaçı yanında qalsın. xx.xx.2017-ci il təvəllüdlü X5 və xx.xx.2012-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay Cavabdeh1 aylıq gəlirləri və qazancının 1/3 hissəsi məbləğində aliment tutularaq İddiaçı xeyrinə ödənilsin. Birgə nikah dövründə mənzilin alınması üçün ilkin ödəniş olaraq ödənilmiş 24986 manat məbləğindəki pul vəsaiti üzərində iddiaçının ½ hissədə pay hüququ müəyyən edilməli və həmin məbləğin iddiaçının payına aid olan hissəsinin, yəni 12493 (on iki min dörd yüz doxsan üç) manat məbləğində pul Cavabdeh1 tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Mülki iş üzrə ödənilmiş 50 (əlli) manat mediasiya xərci və ödənilmiş 204 (iki yüz dörd) manat dövlət rüsumunun 170 (yüz yetmiş) manat hissəsi Cavabdeh1 tutularaq İddiaçı ödənilsin. Alimentin tutulma müddəti Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-16(004)-377/2024 nömrəli qərardadı nəzərə alınmaqla məhkəməyə müraciət edildiyi tarixdən, yəni xx.xx.2024-cü il tarixdən hesablansın. Alimentin tutulması dərhal icra edilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fariz Əlizadə
Məhkəmə qərarları › İş №e-2(004)-4041/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-4041/2024
31.10.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver