Məhkəmə qərarları › İş №e-2(004)-4087/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №e-2(004)-4087/2022

15.07.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(004)-4087/2022 15.07.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Yasamal rayon Məhkəməsinin hakimi Xudayev Kərim Bahəddin oğlunun sədrliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “alimentin məbləğinin azaldılması” tələbinə dair iddia ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq, MÜƏYYƏN ETDİM: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “alimentin məbləğinin azaldılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı ilə Cavabdeh1 arasında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-1372/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə müəyyən olunmuş 19 aprel 2014-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay qazancının və başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında aliment tutulmasına və iddiaçı ilə digər Cavabdeh2 arasında 16 iyun 2022-ci il tarixdə bağlanmış, 16 yanvar 2007-ci il təvəllüdlü X1 və 23 oktyabr 2010cu il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay qazancının və (və ya) başqa gəlirlərinin üçdə bir hissəsi miqdarında aliment tutulmasına dair Barışıq Sazişinə dəyişiklik edilərək, 19 aprel 2014-cü il təvəllüdlü X2, 16 yanvar 2007-ci il təvəllüdlü X1 və 23 oktyabr 2010-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün İddiaçı hər ay qazancının və (və ya) başqa gəlirlərinin yarısı qədər miqdarında aliment tutulması barədə və iddiaçı tərəfindən “ilkin mediasiya sessiyasında iştirak edilməsi” ilə əlaqədar ödəmiş olduğu 50 (əlli) manat məbləğində mediasiya xərcini Cavabdeh1 tutulması barədə qətnamə qəbul eilməsini xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Azərbaycan Respublikası MPM-nin 149.3-cü maddəsinə əsasən iddiaçı bir-biri ilə bağlı olan bir neçə tələbi bir iddia ərizəsində birləşdirməyə haqlıdır. Həmin Məcəllənin 152.1.7-ci maddəsinə görə bir və ya bir neçə cavabdehə bir-biri ilə əlaqədar olmayan bir neçə tələb birləşdirildikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Məhkəmə qeyd edir ki, İddiaçı tələbində Cavabdeh1 ilə birgə nikahından doğulmuş 19 aprel 2014-cü il təvəllüdlü X2 və digər Cavabdeh2 ilə birgə nikahından doğulmuş 16 yanvar 2007-ci il təvəllüdlü X1 və 23 oktyabr 2010-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün müəyyən edilmiş aliment məbləğinin azaldılaraq hər ay qazancının və (və ya) başqa gəlirlərinin yarısı miqdarında alimentin cavabdehlərin xeyrinə tutulmasını xahiş etmiş, bununla da cavabdehlərə qarşı bir-biri ilə əlaqədar olmayan tələbləri birləşdirmişdir. Həmçinin məhkəmə qeyd edir ki, iddiaçı hər ay qazancının və (və ya) başqa gəlirlərinin yarısı miqdarında alimentin cavabdehlərin xeyrinə tutulmasını tələb etsə də, hər ay qazancının və (və ya) başqa gəlirlərinin cavabdehlərin hər birinin xeyrinə hansı hissədə tutulmalı olmasını göstərməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.2.3-cü maddəsinə əsasən, iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb iddia ərizəsində göstərilməlidir. Həmin Məcəllənin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin Mülki Prosessual Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı cavabdehlərə qarşı bir-biri ilə əlaqədar olmayan bir neçə tələb birləşdirdiyindən və iddia ərizəsi iddia ərizəsinin formasına və məzmununa riayət edilmədən verildiyindən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalı, iddiaçıya nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Azərbaycan Respublikası MPM-nin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 152, 152.1.6, 263-264cü maddəsini rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “alimentin məbləğinin azaldılması” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər, icraata qəbul edilmədən geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Bakı şəhəri Yasamal rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Kərim Xudayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar