Məhkəmə qərarları › İş №e-2(004)-41/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-41/2025

15.05.2025 · Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-41/2025 15.05.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xudayev Kərim Bahəddin oğlunun sədrliyi, Almasova Aytən Asəf qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “əmək haqqı” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “əmək haqqı” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək "xxxx" MMC-də işlədiyi xx.xx.2013-cü il tarixindən xx.xx.2023-cü il tarixədək olan dövr ərzində iş normasından artıq iş saatına uyğun əmək haqqının hesablanıb ona verilməsi öhdəliyinin cavabdeh "xxxx" MMC-yə həvalə edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, xx.xx.2013-cü il tarixində "xxxx" MMC-yə qazanxana operatoru vəzifəsinə təyin edilmişdir. xx.xx.2015-ci il tarixindən isə əmək müqaviləsi rəsmilədirilmiş, "xxxx" MMC-yə qazanxana operatoru vəzifəsinə təyin edilmişdir. (Əmr №037/1, xx.xx.2015-ci il). Əmək Müqaviləsinin 5.1-ci bəndinə əsasən iş vaxtları nahar daxil olmaqla gündə 2 saat olmaqla həftədə 10 saat təşkil edir. 5.2-ci bəndinə görə iş həftəsi bazar ertəsi başlayır və cümə günü daxil olmaqla (hər iki gün daxil olmaqla) bitir. İstirahət günləri şənbə və bazar günləridir. Müqavilənin 7.1-ci bəndinə əsasən aylıq əmək haqqı 431 manat təşkil edir və işin xüsusiyyətləri nəzərə alınmaqla 12 faiz əlavə hesablanmalı idi. Lakin cavabdeh tərəfindən müqavilə öhdəlikləri pozulmuş, onu müqavilədə nəzərdə tutulmuş müddətdən artıq müddətdə işlətmişlər. Belə ki, onun iş qrafiki Müqavilədə qeyd olunduğu kimi olmamış, səhər saat 08:00-dan növbəti gün səhər 08:00-da işdə olmuşdur. Növbəti iki gün evdə qalımışdır. 3-cü gün yenidən səhər saat 08:00-da işə getmiş və 1 sutka tamam olduqdan sonra işdən çıxmışdır. Buna baxmayaraq onun əmək haqqı iş saatına uyğun hesablanmamışdır. "xxxx" MMC-nin 010/k saylı xx.xx.2023-cü il tarixli əmri ilə xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən (işçinin sayı və ştatı ixtisarı) əsasən əmək müqaviləsinə xitam verilmişdir. Əmək müqaviləsinə xitam verilərkən işlədiyi iş normasından artıq iş saatlara görə son haqq-hesab hesablanıb ona verilməmişdir. "xxxx" MMC-də işlədiyi iş normasından artıq iş saatına uyğun əmək haqqının hesablanıb ona verilməsini cavabdehdən xahiş etmişdir. Lakin cavabdeh onun müraciətinin həllindən imtina etmişdir. Buna görə də məsələ ilə bağlı Mediasiya Şurasına müraciət etmişdir. Mediasiya prosesi zamanı cavabdeh ona 1000 (bir min) manat məbləğində pul təklif etmiş, lakin o həmin vəsaitlə razı olmamışdır və ona Mediasiya sessiyasında iştirak edilməməsi barədə arayış verilmişdir. Pozulmuş hüquqlarının bərpası üçün X3 Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə müraciət etmişdir. Cavabdeh tərəfindən lazımi sənədlər həmin İdarəyə təqdim olunmasa belə idarə tərəfindən müvafiq araşdırma aparılmış, cavabdeh tərəfindən Əmək Qanunvericiliyinin tələblərinin pozulduğu müəyyən edilmiş və bununla bağlı ünvanına 18 may 2023-cü il tarixli məktub göndərilmişdir. Hesab edir ki, onunla cavabdeh arasında əmək müqaviləsi bağlandığı gündən əmək müqaviləsinə xitam verildiyi günədək iş normasından artıq iş saatlarına görə əmək haqqı hesablanıb ona verilməlidir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 99.1-ci maddəsinə əsasən iş vaxtından artıq iş işəgötürənin əmri (sərəncamı, qərarı) və işçinin razılığı ilə əmək funksiyasını müəyyən olunmuş iş günü vaxtından artıq müddət ərzində yerinə yetirməsi sayılır. Əmək Müfəttişliyi Xidməti tərəfindən aparılmış araşdırma zamanı məlum olmuşdur ki, cavabdeh onunla bağlanmış Əmək Müqaviləsinə birtərəfli qaydada dəyişikliklər edərək Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Əmək və Məşğulluq” alt sisteminə yerləşdirilmişdir. Lakin əmək haqqı həmin dəyişikliklərə və iş normasından artıq iş saatlarına uyğun hesablanmamışdır. Daha sonra, cavabdeh xx.xx.2025-ci il tarixdə məhkəməyə ərizə ilə müraciət edərək, iş üzrə verilən iddianı qəbul etmədiklərini bildirmişlər. Həmçinin qeyd etmişlər ki, iddia əsassızdır, iddiaçı tərəfindən onun hər hansı bir əmək hüququnun və ya digər hüququnun cavabdeh tərəfindən pozulmasına dair mötəbər sübut məhkəməyə təqdim edilməmiş və iddianın əsasını təşkil edən tələb üzrə ekpertizanın rəy verilməsi mümkün olmamışdır. Eyni zamanda iş üzrə qüvvədə olan qanunvericiliyin təlıblərinə istina edərək iddia müddəti ötürülmüşdür.İddia müddəti ötürüldüyündən iddia tələbinin rədd edilməsini xahiş etmişlər. Məhkəmə iclasında iştirak edən İddiaçı Ovşar oğlu iddia tələbinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi xx.xx.2025-ci il tarixdə məhkəməyə ərizə ilə müraciət edərək, mülki işə onların iştirakı olmadan baxılmasını və İddia müddəti ötürüldüyündən iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Məhkəmə mülki işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid X2 ifadə verərək bildirmişdir ki, 2013-cü ildə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində operator maşinist vəzifəsinə işə qəbul edilmişdir. 2023-cü ilə qədər həmin vəzifədə çalışmışdır. 160-168 saat əvəzinə, 240 saat işləmişdir. 1 gün ərzində 24 saat işləmişdir. Həmin vəzifədə 3 nəfər işləmiş, onlardan biri də iddiaçı olmuşdur. Belə ki, iş materiallarında olan İddiaçı Ovşar oğluna məxsus ******* nömrəi xx.xx.2015-ci il tarixli əmək kitabçasına əsasən İddiaçı Ovşar oğlu xx.xx.2015-ci il tarixdə "xxxx" MMC-də qazanxana operatoru vəzifəsinə təyin edilmiş,xx.xx.2023-cü il tarixdə ƏM-nin 70-ci maddəsinin b bəndinə əsasən əmək müqaviləsinə xitam verilmişdir. İş materiallarında olan İddiaçı Ovşar oğlu ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2014cü il tarixli 021 nömrəli əmək müqaviləsin əsasən İddiaçı Ovşar oğlu "xxxx" MMC-də qazanxana operatoru vəzifəsinə işə qəbul edilmişdir.İşçini iş saatı nahar daxil olmamaqla gündə 2 saat olmaqla həftədə 10 saat müəyyən edilmişdir. İş materiallarında olan Məhkəmə Ekspertizası Mərkəzinin 3- 16-16/2-9/1789/2025 saylı 10 aprel 2025-ci il tarixli ekspert rəyindən görünür ki, İddiaçı Ovşar oğlunun "xxxx" MMC-də işlədiyi xx.xx.2014-cü tarixindən xx.xx.2023-cü il tarixinədək olan dövr ərzində iş normasından artıq iş saatına cəlb edilməsi və uyğun olaraq əmək haqqı hesablanmasını müəyyən etmək mümkün deyildir. İş materiallarında olan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İddiaçı Ovşar oğluna ünvanlanmış 18 may 2023-cü il tarixli məktubundan da görünür ki, iş normasından artıq iş saatlarına görə əmək haqqının hesablanması üçün müəssisə rəhbərliyi tərəfindən əmək haqqımın hesablanması cədvəli təqdim edilmədiyindən artıq iş saatlarına cəlb edildiyim dövr üzrə əmək haqqıma əlavənin müəyyən edilib ödənildiyi məsələsinə münasibət bildirmək mümkün olmamışdır. Müəssisənin rəhbərliyi tərəfindən ona aid sənədlər təqdim edildiyi təqdirdə müraciətimə yenidən baxılacaqdır. Azərbaycan RespublikasıƏmək Məcəlləsinin 99.1-ci maddəsininə əsasən iş vaxtından artıq iş - işəgötürənin əmri (sərəncamı, qərarı) və işçinin razılığı ilə əmək funksiyasını müəyyən olunmuş iş günü vaxtından artıq müddət ərzində yerinə yetirməsi sayılır. Əmək Məcəlləsinin 100.1-ci maddəsinin tələbinə görə hər bir işçi dalbadal gələn iki iş günü ərzində dörd saatdan, əmək şəraiti ağır və zərərli olan iş yerlərində isə iki saatdan çox iş vaxtından artıq işlərə cəlb edilə bilməz. Həmin Məcəllənin 102.1-ci maddəsinin tələbinə görə işəgötürən, faktiki olaraq hər bir işçinin iş vaxtının və iş vaxtından artıq işlənmiş saatlarının dəqiq, dürüst uçotunu aparmağa borcludur. Həmin Məcəllənin 160.1-ci maddəsinin tələbinə görə vaxtamuzd işçi eyni zamanda müxtəlif işlər, vəzifələr, peşələr və ya ixtisas dərəcələri üzrə əmək vəzifələrini yerinə yetirdikdə, habelə müəyyən edilmiş normalardan artıq dəzgaha, maşına, aparata xidmət etdikdə, onun əməyi daha yüksək haqq verilən ixtisas (peşə) dərəcələri, tarif (vəzifə) maaşları üzrə ödənilir və əmək haqqına əlavə müəyyən edilir. Eyni Məcəllənin 164.1-ci maddəsinin tələbinə görəaylıq maaş alan işçilərə iş aylıq iş vaxtı norması çərçivəsində görülmüşsə, maaşdan əlavə gündəlik vəzifə maaşı məbləğindən aşağı olmamaqla, əgər iş aylıq iş vaxtı normasından artıq vaxtda görülmüşsə, maaşdan əlavə gündəlik vəzifə maaşının ikiqat məbləğindən aşağı olmamaqla istirahət, səsvermə, iş günü hesab edilməyən bayram günləri və ümumxalq hüzn günü görülən işə görə əməkhaqqı ödənilir. Həmin Məcəllənin 165.1-ci maddəsinin tələbinə görə əməyin vaxtamuzd ödənilmə sistemində saatlıq tarif (vəzifə) maaşının ikiqat məbləğindən aşağı olmamaqla işçilərə iş vaxtından artıq vaxt ərzində görülən işin hər saatı üçün əmək haqqı aşağıdakı kimi ödənilir; 2. Əmək müqaviləsində, kollektiv müqavilədə iş vaxtından artıq vaxt ərzində görülən işə görə işçilərə daha yüksək məbləğdə əlavə haqqın ödənilməsi nəzərdə tutula bilər Əmək Məcəlləsinin 166.1-ci maddəsinin tələbinə görə gecə vaxtı yerinə yetirilən iş, habelə çoxnövbəli iş rejiminə görə əmək haqqı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş həddən aşağı olmamaqla işəgötürən tərəfindən yüksək məbləğdə ödənilir Əmək Məcəlləsinin 296-cı maddəsinin 4-cü bəndinə görə, pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. İşçilərin həyatına və sağlamlığına vurulmuş zərərin ödənilməsi haqqında tələblərə iddia müddəti şamil edilmir. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, iddiaçı xx.xx.2015-ci il tarixdə "xxxx" MMC-də qazanxana operatoru vəzifəsinə təyin edilmiş,xx.xx.2023-cü il tarixdə ƏM-nin 70-ci maddəsinin b bəndinə əsasən əmək müqaviləsinə xitam verilmişdir. İddiaçı Ovşar oğlu ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2014-cü il tarixli 021 nömrəli əmək müqaviləsin əsasən İddiaçı Ovşar oğlu "xxxx" MMC-də qazanxana operatoru vəzifəsinə işə qəbul edilmişdir. İşçini iş saatı nahar daxil olmamaqla gündə 2 saat olmaqla həftədə 10 saat müəyyən edilmişdir. Lakin buna baxmayaraq iddiaçı iş qrafiki Müqavilədə qeyd olunduğu kimi olmadığını, səhər saat 08:00-dan növbəti gün səhər 08:00-da işdə olmuşdur. Növbəti iki gün evdə qalımışdır. 3-cü gün yenidən səhər saat 08:00-da işə getmiş və 1 sutka tamam olduqdan sonra işdən çıxmışdır. Buna baxmayaraq iddiçının əmək haqqı iş saatına uyğun hesablanmamışdır. Hal-hazırda iddiaçı "xxxx" MMC-də işlədiyi xx.xx.2013-cü il tarixindən xx.xx.2023-cü il tarixədək olan dövr ərzində iş normasından artıq iş saatına uyğun əmək haqqının hesablanıb ona verilməsi öhdəliyinin cavabdeh "xxxx" MMC-yə həvalə edilməsini xahiş edir. Cavabdeh tərəf iddia müddətinin tətbiq edilməsi barədə ərizə təqdim edərək, iddia tələbinə 1 illik iddia müddətinin tətbiq edilərk iddianın rədd edilməsini xahiş edir. Göründüyü kimi, iddiaçının əmək müqaviləsində nəzərdə tutulan iş rejimindən artıq işləməsi iddiaçı, şahid ifadəsi ilə öz təsdiqini tapmışdır. Lakin iddiaçı yalnız məhkəməyə ərizə ilə müraciət etdiyi xx.xx.2023-cü il tarixdən əvvəlki 1 il ərzində olan iş rejimindən artıq işləməsi ilə bağlı olan əmək haqqını, yəni xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək olan dövr ərzində olan iş rijimindən artıq işləməsi ilə bağlı olan əmək haqqını tələb edə bilər. Belə ki, digər vaxtlar üzrə iddia müddətini ötürmüş, cavabdeh iddia müddətinin tətbiq edilməsi barədə ərizə təqdim etmişdir. xx.xx.2013-cü il tarixdən xx.xx.2022-ci il tarixdək olan dövr ərzində iddiaçının iş normasından artıq iş saatına uyğun əmək haqqının hesablanıb ona verilməsi öhdəliyinin cavabdeh "xxxx" MMC-yə həvalə edilməsi hissəsində iddia tələbi üzrə iddia müddəti ötmüşdür. Bu səbəbdən də iddia tələbi bu hissədə təmin edilməməlidir. Lakin iddia tələbi xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək olan dövr iddiaçının iş normasından artıq iş saatına uyğun əmək haqqının hesablanıb ona verilməsi öhdəliyinin cavabdeh "xxxx" MMC-yə həvalə edilməsi hissəsində təmin edilməlidir. Belə ki, iddiaçı gün ərzində 2 saat işləməli olsada əmək müqavilöəsində nəzərdə tutulan qaydada iş rejimi olmamış, səhər saat 08:00-dan növbəti gün səhər 08:00-da işdə olmuşdur. Növbəti iki gün evdə qalımışdır. 3-cü gün yenidən səhər saat 08:00-da işə getmişdir. Bundan başqa məhkəmə qeyd edir ki, cavabdeh təşkilatı bir neçə dəfə tabel cədvəlinin məhkəməyə təqdim edilməsi barədə sorğu verilsə də, cavabdeh tərəfindən təqdim edilməmiş, həmçinin iş üzrə bir neçə dəfə ekspertiza təyin edilmiş cavabdeh təşkilat lazımi sənədləri ekspertizaaya təqdim etməmişdir. Məhkəmə bu halı cavabdeh təşkilatın ziyanına şərh etməklə, iddiaçının iş rejimindən artıq işləməsi halının təsdiqi kimi qiymətləndirir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, İddiaçı Ovşar oğlunun xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək olan dövr ərizndə iş normasından artıq iş saatına uyğun əmək haqqının hesablanıb ödənilməsi öhdəliyinin cavabdeh "xxxx" MMC-nin üzərinə qoyulmalı,iddia qalan hissədə rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iş üzrə keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizasının xərci olan 20 (iyirmi) manat pul cavabdeh “Capital Tovvers" Məhdud Məsuliyyətli Cəmiyyətindən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (X1 kod: 2100005, VÖEN **********, müxbir hesabı: AZ41NABZ ********************, SFİFT BİK: CTREAZ22, VÖEN: **********, hesab: AZ34CTRE ********************) ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək olan dövr ərzində işlənilmiş iş normasından artıq iş saatına uyğun əmək haqqının hesablanıb ödənilməsi öhdəliyi cavabdeh "xxxx" MMC-nin üzərinə qoyulsun. İş üzrə keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizasının xərci olan 20 (iyirmi) manat pul cavabdeh Capital Tovvers" Məhdud Məsuliyyətli Cəmiyyətindən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (X1 kod: 2100005, VÖEN **********, müxbir hesabı: AZ41NABZ ********************, SFİFT BİK: CTREAZ22, VÖEN: **********, hesab: AZ34CTRE ********************) ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Kərim Xudayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar