Məhkəmə qərarları › İş №e-2(004)-4116/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-4116/2023

20.09.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-4116/2023 20.09.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Babazadə Gülnar Vidadi qızının sədrliyi, İmanzadə Ziya Yadigar oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil və cavabdeh Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinə qarşı mənəvi zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinə qarşı mənəvi zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh – Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyindən onun xeyrinə 60.000 (altmış min) manat məbləğində mənəvi zərərə görə kompensasiyanın tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Fövqəladə Hallar Nazirliyinin X23 Xidmətinin Dərinləşdirmə İşlər İdarəsində sürücü işləyən X16 “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq, sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli olduğu halda bu tələblərə riayət etməmiş, hadisənin qarşısını texniki imkanı olduğu halda almamış, “VAZ- 21063” minik markalı ** KM *** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq sol hissəsi hərəkət zolağında toqquşmuş, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 4-cü hissəsinin tələblərini pozaraq hadisə yerindən qaçaraq ehtiyatsızlıqdan üç şəxsin, həmçinin mərhum həyat yoldaşı X4 həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vuran bədən xəsarətlərindən hadisə yerində ölməsinə səbəb olmuşdur. Belə ki, X16 31 avqust 2012-ci il tarixində, saat 18:26 radələrindən idarə etdiyi Fövqəladə Hallar Nazirliyinə məxsus “İVECO OTOYOL M23.9” markalı, Az ** FH *** dövlət qeydiyyat nişanlı avtobusda Qazax istiqamətində hərəkətdə olarkən Bakı-Qazax-Gürcüstan yolunun 60-cı kilometrində, Qaradağ rayonu ərazisində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq, sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli olduğu halda bu tələblərə riayət etməmiş, hadisənin qarşısını texniki imkanı olduğu halda almamış, X10 Bakı istiqamətində idarə etdiyi “VAZ-21063” minik markalı Az ** KM *** dövlət qeydiyyat nişanlı avtomobilin qarşısında eyni istiqamətdə hərəkətdə olan nəqliyyat vasitəsini ötmək üçün sola istiqamətlənərək əks hərəkət hissəsinə çıxdığını, təhlükə yarandığını görüb idarə etdiyi avtomaşını dayandırmağa kifayət qədər məsafə olduğu halda dayandıra bilməmiş, Cavanşir Əsədovun idarə etdiyi avtomobilin qabaq sol hissəsi Qazax istiqamətindəki hərəkət zolağında toqquşmuş, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 4-cü hissəsinin tələblərini pozaraq hadisədən sonra yol nəqliyyat hadisəsi yerindən qaçaraq ehtiyatsızlıqdan üç şəxsin, “VAZ-21063” markalı avtomobilin sürücüsü X20 və həmin avtomobildə olan sərnişinlər – X7 və X4 həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vuran bədən xəsarətlərindən hadisə yerində ölmələrinə, habelə “VAZ-21063” markalı Az ** KM *** dövlət qeydiyyat nişanlı avtomobilin zədələnməsinə səbəb olmuşdur. Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-542/14 nömrəli hökmünə əsasən təqsirləndirilən şəxs – X16 Azərbaycan Respublikasının CM-nin 263.3 və 264-cü maddələri (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma iki və ya daha çox şəxsin ölümünə səbəb olduqda; Yol nəqliyyat hadisəsi yerindən qaçma) ilə təqsirli bilinib 8 (səkkiz) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Cinayət işinə əlavə edilən materiallardan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X5 17 sentyabr 2012-ci il tarixli 120 saylı rəyində göstərilir ki, mərhum X4 meyitində başın gövdədən tam ayrılması, beyin toxumasının əzilib-dağılması (evakuasiyası), kəllə sümüklərinin qəlpəli sınıqları, sol qoltuqaltı nahiyənin, sol baldırın yuxarı 1/3-nün ön-bayır səthinin əzilmiş yaraları olmuşdur. Həmin xəsarətlər 31 avqust 2012-ci ildə baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilərdilər, ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aiddir, Rövşən Vahidovun ölümü ilə birbaşa səbəbli əlaqədədirlər, onun ölümünə səbəb başının bədəndən tam ayrılması olmuşdur. Tədqiqat materiallarına daxil edilmiş yol nəqliyyat hadisəsi ekspertizasının 17 fevral 2014-cü il tarixli, 2288 saylı rəyindən görünür ki, təhlükə yaranan anda toqquşmaya kimi “VAZ-2106” markalı avtomobilin 120 metr məsafə qət etməsi və toqquşmanın “VAZ-2106” markalı avtomobilin öz yoluna doğru istiqamətlənmiş vəziyyətində baş verməsi şəraitində “İVECO OTOYOL M23.9” markalıAz ** FH *** nömrə nişanlı avtobusun sürücüsü X8 hadisənin qarşısını almağa texniki imkanı olmuş və onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 50-cimaddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. Bu baş vermiş hadisə ilə əlaqədar Azərbaycan Respublikası CM-nin 263.3 və 264-cü maddələri ilə cinayət işinin ibtidai istintaqı aparılmış və cinayət işi məhkəməyə göndərilmiş, iş üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 1(101)- 542/14 saylı hökmü çıxarılmış və qanuni qüvvəsini almışdır. Məhkumun cinayət əməlində təqsiri tam sübuta yetirilmiş, zərərçəkmiş şəxslərin hüquqi varislərinin və şahidlərin ifadələri, ekspertiza rəyləri və işin bütün materialları ilə tam təsdiq olunmuşdur. Cinayət işindən aşkardır ki, hadisə Fövqəladə Hallar Nazirliyinin X23 Xidmətinin Dərinləşdirmə İşlər İdarəsində sürücü işləyən X8 təqsiri ucbatından baş vermişdir. Qeyd etmək lazımdır ki, cavabdeh orqanın məsul vəzifədə çalışan əməkdaşının qanunsuz və hüquqazidd cinayət xarakterli hərəkətləri və baş verən hadisə nəticəsində ona maddi və mənəvi ziyan dəymişdir. Həyat yoldaşı ailədə işləyən tək şəxs idi, uzun müddət işsiz qaldıqdan sonra təzə tapdığı daş karxanasına işə düzəlmək üçün evdən çıxmışdı. Rövşən evdən çıxanda ümid edirdi ki, o, tezliklə təzə işə başlayacaq və dolanacağı yaxşılaşdıracaq. Lakin, bu faciəvi ölüm baş verdi... Qəzanın baş verdiyi günün gecəsi meyitxanaya gedənə qədər çəkdiyi iztirab bir yana, meyitxanada başı bədənindən ayrılmış həyat yoldaşının bədənini tanıdıqdan sonra bədənindən elə bir gizilti keçdi ki, ölənə qədər unutmaz. Mərhum yoldaşının bədəni elə bir vəziyyətə düşmüşdü ki, gördüyü gündən bu günə qədər ürəyi sızlayır. O an rastlaşdığı mənzərədən sonra gözlərini rahat yuma bilmir, gecələr yuxuya gedənə qədər zülm çəkir. Hər gün arzulayır ki, bu əzab-əziyyət tezliklə sona çatsın, lakin çətin ki, çata. Hələ siz bir də belə bir halın ən yaxın adamına, ailə üzvünə, ailənin dirəyinə münasibətdə baş verdiyini təsəvvür edin. Allah heç kəsə göstərməsin, o çəkən ağrını heç kəs çəkməsin. Baş vermiş cinayət hadisəsi nəticəsində həyat yoldaşının faciəvi şəkildə ölməsi ilə bağlı onun və digər ailə üzvlərinin mənəvi sarsıntı keçirməsi mübahisəsizdir və bu hadisə nəticəsində və ondan sonrakı prosesslər zamanı yaşadığı mənəvi sarsıntılar, stress, iztirablar, əzab və əziyyətlər ilə bağlı vurulmuş mənəvi ziyanın ödənilməsini tələb etməkdə hüququ vardır. Qanunverici isə bu halda mənəvi ziyanın pul məbləğində ifadə olunmasını mümkün sayır. Çəkdiyi mənəvi ziyanın dərəcəsini ondan başqa heç kəs bilə bilməz. Bu səbəbdən yuxarıda qeyd etdiyi halları, iztirabını, əzab və mənəvi sarsıntılar nəticəsində ona vurulmuş mənəvi zərərin əvəzi olaraq, 60.000 (altmış min) manat məbləğində pul cavabdeh – Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyindən alınaraq ona ödənilməlidir. Cavabdeh Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin nümayəndəsi Nümayəndə iddia ərizəsinə yazılı etirazı daxil olmuşdur. Etiraz onunla əsaslandırılmışdır ki, X2 31 avqust 2012-ci il tarixdə Fövqəladə Hallar Nazirliyinin X28-Xilasetmə Xidmətinin Dibdərinləşdirmə İşləri İdarəsinin Avtonəqliyyat sahəsinə sürücü vəzifəsinə təyin edilmiş və həmin tarixdə arzuolunmaz hadisələrin baş verməsinə səbəb olmuş və azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Hesab edir ki, qeyd olunan hadisə ilə bağlı mənəvi zərərin ödənilməsinə dair iddia tələbi qanunsuzdur və rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099.1 -ci maddəsinə əsasən, hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 43.1 -ci maddəsinə əsasən hüquqi şəxs qanunla müəyyənləşdirilən qaydada dövlət qeydiyyatından keçmiş, xüsusi yaradılmış elə bir qurumdur ki, mülkiyyətində ayrıca əmlakı vardır, öz öhdəlikləri üçün bu əmlakla cavabdehdir, öz adından əmlak və şəxsi qeyri-əmlak hüquqları əldə etmək və həyata keçirmək, vəzifələr daşımaq, məhkəmədə iddiaçı və ya cavabdeh olmaq hüququna malikdir. Hüquqi şəxsin müstəqil balansı olmalıdır. Fövqəladə Hallar Nazirliyi isə Azərbaycan Respublikası Prezidentinin 19 aprel 2006-cı il tarixli 394 nömrəli Fərmanı ilə təsdiq edilmiş Əsasnaməsinə uyğun olaraq mərkəzi icra hakimiyyəti orqanıdır. Bildirmək istəyir ki, Daxili İşlər Nazirliyi tərəfindən X11 15 sentyabr 2005-ci ildə BCDE dərəcəli sürücülük vəsiqəsi verilmiş və həmin sürücülük vəsiqəsi 15 sentyabr 2015-ci ilədək etibarlı olmuşdur. Qeyd olunan hadisə Fövqəladə Hallar Nazirliyinin qanunsuz hərəkəti və hərəkətsizliyi nəticəsində baş verməmişdir. Ona göröədə iddia tələbinin rədd edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin nümayəndəsi Nümayəndə etirazın məzmununa uyğun izahat verərək, eyni zamanda iddia müdətinin tətbiqi barədə ərizə təqdim edərək iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını, iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2014cü il tarixli, 1 (101)-542/2014 saylı hökmünün surətindən görünür ki, X17 xx.xx.2012-ci il tarixdə Fövqəladə Hallar Nazirliyinə məxsus “İveco Otoyol M23.9” markalı, ** FH *** dövlət qeydiyyat nişanlı avtobusla Qazax istiqamətində hərəkətdə olarkən Yol hərəkəti haqqında qanunun 50.1-ci maddəsinin tələblərini pozaraq X12 Bakı istiqamətində idarə etdiyi “VAZ- 21063” minik markalı, ** KM *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, nəticədə avtomobildə olan 3 nəfər şəxsin ölümünə səbəb olmuşdur. Cinayət işi üzrə keçirilmiş məhkəmə tibb ekspertizasının rəyindən görünür ki, avtomobilində olan mərhum Rövşən Vahidovun başın bədəndən tam ayrılması onun ölümünə səbəb olmuşdur. X17 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.3 və 264-cü maddələri ilə təqsirli bilinərək qəti olaraq 4 il müddətinə nəqliyyat vasitələrinin idarəetmə hüququndan məhrum edilməklə 8 il müddətinə azaldıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. İş materiallarında olan İddiaçı ünvanlanmış məktubda qeyd olunur ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 1 (101)-542/2014 saylı hökmü 07 yanvar 2015-ci il tarixdə qanuni qüvvəsini almışdır. İş materiallarında olan nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, X13 ilə X1 xx.xx.1993-cü il tarixdə nikaha daxil olmuşlar, bu barədə akt qeydləri kitabında 03 may 1993-cü il tarixdə 12 nömrəli akt qeydi tərtib edilmişdir. Nikah bağlandıqdan sonra arvada Vahidova soyadı verilmişdir. İş materiallarında olan Ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X13 xx.xx.2012-ci il tarixdə baş beynin əzilməsi səbəbindən Bakı şəhərində ölmüşdür. İş materiallarında olan X28-Xilasetmə xidmətinin 391/1 nömrəli, 30-31 avqust 2012-ci il tarixli ümumi istifadə olunan avtobusa yol vərəqəsindən görünür ki, “İveco Otoyol M23.9” markalı, ** FH *** dövlət qeydiyyat nişanlı avtobusun sahibi Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyidir. İş materiallarında olan X28-Xilasetmə xidmətinin 81/q, xx.xx.2012-ci il tarixli əmrinin surətindən görünür ki, X17 xx.xx.2012-ci il tarixdən müvəqqəti olaraq 2 ay müddətinə X19 İdarəsinin Avtonəqliyyat sahəsinə sürücü vəzifəsinə təyin edilmişdir. Məhkəmə baxışı zamanı iş materiallarında olan sübutlara əsasən məhkəmə tərəfindən müəyyən edilmişdir ki, X17 əmək müqaviləsinə əsasən cavabdeh Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X28-Xilasetmə xidmətində işləməklə, yol vərəqəsi əsasında idarə etdiyi və cavabdeh Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinə məxsus “İveco Otoyol M23.9” markalı, ** FH *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə xx.xx.2012-ci il tarixdə yol-nəqliyyat hadisəsi törətmiş, hadisə nəticəsində iddiaçının həyat yoldaşı olan X4 ölümünə səbəb olmuşdur. Bakı Ağır Cinayətlər Məhkəməsininin xx.xx.2014-cü il tarixli, 1(101)-542/2014 saylı hökmünə əsasən, X17 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.3 və 264-cü maddələri ilə təqsirli bilinərək qəti olaraq 4 il müddətinə nəqliyyat vasitələrinin idarəetmə hüququqndan məhrum edilməklə 8 il müddətinə azaldıqdan məhrumetmə cəzasına məhkum edilmiş, barəsində seçilmiş başqa yerə getməmək haqqında qətimkan tədbiri dəyişdirilərək, məhkəmə zalından həbs edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssəsində çəkməklə, cəzanın əvvəli 23 iyul 2014-cü il tarixdən hesablanması qərara alınmışdır. Hökm 07 yanvar 2015-ci il tarixdə qanuni qüvvəsini almışdır. Hökmdə zərərçəkmiş şəxsin hüquqi varisi olan hazırki iddiaçıya mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. Hazırda iddiaçının tələbi məruz qaldığı mənəvi zərərin əvəzi kimi cavabdehdən 60.000 manat məbləğində pulun tutulmasından ibarətdir. Cavabdeh Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi iddianı qəbul etmir. Azərbaycan Respublikası MM-nin 21-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 23-cü maddəsinə əsasən Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlik). Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə, hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 1099.1-ci maddəsinə əsasən hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə birbaşa ziyan və ya zərər vurulmasına səbəb olan təqsirli, hüquqazidd əməldir. Bunun nəticəsində yaranmış öhdəlikdə delikt törətmiş zərərvuran və zərərçəkmiş şəxs iştirak edir. Mülki hüquq pozuntusunun yaranmasında nəzərdə tutulan hüquqazidd əməl dedikə, mülki qanunvericiliyin normalarını pozan hərəkət və ya hərəkətsizlik anlaşılır. Eləcə də delikt törətmiş şəxsin əməli təqsirli olmalıdır. Təqsirli əməl şəxsin qəsdi və ya ehtiyyatsızlığı nəticəsində yaranır. Məhkəmə qeyd edir ki, X15i qüvvədə olan hökmlə müəyyən edilən qanunazidd hərəkətləri nəticəsində iddiaçının məruz qaldığı ziyandan məhz Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi məsuliyyət daşıyır. Cavabdeh etirazının əsası kimi hadisənin Fövqəladə Hallar Nazirliyinin qanunsuz hərəkəti və hərəkətsizliyi nəticəsində baş vermədiyini göstərsə də, məhkəmə bununla razılaşmır. Çünki Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 82.4-cü maddəsinə əsasən, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və iqtisadi mübahisəyə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir və bu səbəblə də cavabdeh təşkilatın işçisi olmuş X.Məmmədovun təqsirliliyi məsələsinin araşdırılmasına ümumiyyətlə zərurət olmamaqla bu, prosessual qənaət prinsipinə də uyğun hesab edilməlidir. Məhkəmə hesab edir ki, iddiaçının hökmlə müəyyən edilmiş hərəkətlər nəticəsində mərhumun arvadı olaraq mənəvi sarsıntı keçirməsi şübhəsizdir. Odur ki, onun məruz qaldığı mənəvi ziyanın əvəzinin tutulmasını tələb etməkdə haqlı olmuşdur. Qanunvericiliyin müddəalarından da məlum olduğu kimi, hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır. Göründüyü kimi, X.Məmmədov Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin işçisi olmaqla sonuncu tərəfindən verilmiş yol vərəqəsi əsasında avtobusu idarə edərkən yol nəqliyyat hadisəsi törətdiyindən Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır. Hazırki halda iddiaçı cavabdeh Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinə qarşı iddia tələbi irəli sürməkdə haqlı olmuşdur. Bununla yanaşı məhkəmə işin halları baxımından mənəvi ziyana görə tələb edilən 60.000 manat məbləğini yüksək hesab edərək, qeyd edir ki, iddiaçıya dəymiş mənəvi zərərin 10000 manat həcmində müəyyənləşdirilməsi onun mənəvi iztirablarının ağlabatan və ədalətli əvəzi kimi qəbul edilə bilər. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. Qeyd edilən Plenum Qərarının 11-ci bəndinə görə mənəvi zərərin ödənilməsi barədə işlərə baxıldıqda mülki prosessual qanunvericiliyin ümumi müddəaları ilə bərabər xüsusi qanunvericilikdə məyyən olunmuş müddəalar, habelə adətlər, əxlaq normaları da nəzərə alınmalıdır. Məhkəmə iddia tələbi ilə bağlı da qeyd edir ki, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli Qərarına əsasən məhkəmələr mənəvi zərərin ödənilməsi barədə iddialara baxarkən Azərbaycan Respublikasının Konstitusiyasını, “İnsan Hüquqlarının və X9 Haqqında Konvensiya”nı, bu Konvensiyaya dair Protokolları, mənəvi zərərin ödənilməsini nəzərdə tutan milli qanunvericilik aktlarını, habelə Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərini rəhbər tutmalıdırlar. “İnsan Hüquqlarının və X9 Haqqında Konvensiya”nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri - əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Konkret hüquq münasibəti üzrə milli qanunvericilik aktında mənəvi zərərin ödənilməsinin mümkünlüyü barədə birbaşa göstərişin olmaması bu barədə tələbin rədd edilməsi üçün əsas deyildir. Mənəvi zərərin vurulması ilə əlaqədar yaranan hüquq münasibətlərinə müvafiq qanunvericilik aktları, habelə Azərbaycan Respublikası Mülki Məcəlləsinin İX bölməsinin (Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər) qaydaları tətbiq edilir Plenum izah etmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X9 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Zərərvuran şəxsin eyni əmələ görə mülki, inzibati və yaxud cinayət məsuliyyətinə cəlb edilməsi zərərçəkənin ondan həm də mənəvi zərərin ödənilməsini tələb etmək hüququnu istisna etmir. Həmin Qərarın 2-ci bəndinə əsasən Azərbaycan Respublikası qanunvericiliyinin, «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiya»nın müddəaları və Avropa İnsan Hüquqları Hüquqları Məhkəməsinin presedentləri baxımından «mənəvi zərər» anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyriəmlak xarakterli hüquq və azadlıqlarının, habelə, əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibb sirlərin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığa xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Qeyd edilən Qərarın 8-ci bəndinə əsasən məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınladırmağa borcludur. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin «mənəvi ziyanla» bağlı təcrübəsi göstəririr ki, mənəvi ziyanın müəyyən edilməsi üçün dəqiq meyarlar mövcud deyildir. Mənəvi ziyan xüsusi xarakterə malikdir, həm qurbanın şəxsiyyəti, həm də pozuntunun xarakterindən asılıdır. Məhkəmə mənəvi ziyanın məbləğini müəyyən etmək üçün bu və ya digər hüququn pozulması nəticəsində baş vermiş emosional amilləri – inamsızlıq, narahtlıq, məyusluq hissələrini, stresləri, əzab və əziyyətləri nəzərə alır. Məsələn, Avropa Məhkəməsi «Koinq Almaniyaya qarşı» işdə ərizəçiyə «mənəvi narahatlıq yetirilməsinə», «Artiko İtaliyaya qarşı» işdə «tənhalıq və kimsəsizlik hisslərinə», «Younq, Cames və X6rşı» işdə «alçaldıcı və təhqiredici hərəkətlərə» görə mənəvi zərər ödənilməsi qərarına gəlmişdir. Avropa Məhkəməsinin «Ədalətli kompensasiya tələbləri barədə Praktiki Qaydaları»nın 13-cü bəndinə əsasən, mənəvi zərərə aid Məhkəmənin təyin etdiyi kompensasiya qeyrimaddi zərərə, məsələn əqli və ya fiziki əziyyətə görə maliyyə kompensasiyasının təmin olunmasına yönəlib. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2020-ci il tarixli Qərarında göstərilir ki, məhkəmələr tərəfindən mənəvi zərərə görə təzminatın miqdarı müəyyən edilərkən hüquqa zidd əməlin növü, dərəcəsi, davam etdiyi müddət, hansı şəraitdə, mühitdə baş verməsi və digər amillər nəzərə alınmalıdır. Məcəllənin 1099-cu maddəsinə müvafiq olaraq, hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. Bu Məcəllənin 59-cu fəslində nəzərdə tutulan qaydalara tətbiqən, işçi əmək müqaviləsi əsasında iş görən fiziki şəxsdir, habelə mülki hüquq müqaviləsi üzrə iş görən fiziki şəxsdir, bir şərtlə ki, bu zaman o, müvafiq hüquqi və ya fiziki şəxsin tapşırığı ilə və işlərin təhlükəsiz aparılmasına onun nəzarəti altında fəaliyyət göstərsin və ya fəaliyyət göstərməli olsun. Göründüyü kimi, mülki qanunvericiliyin qeyd edilən normaları ilə hüquqazidd hərəkət nəticəsində vurulmuş zərərə görə mülki məsuliyyət müəyyən edilmişdir. Mülki Məcəllənin 21-ci maddəsi ilə isə hüquqazidd əməl nəticəsində yaranan maddi zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ yaranırsa, həmin Məcəllənin 23-cü maddəsinə uyğun olaraq şəxs mənəvi zərərin ödənilməsini tələb edə bilər. Qeyd edilməlidir ki, mülki qanunvericilikdə şəxsin ölümü və ya sağlamlığına zərər yetirilməsi ilə əlaqədar mənəvi zərərin ödənilməsi əsaslarını müəyyən edən konkret hüquq normasının nəzərdə tutulmaması bu barədə iddia tələbinin rədd edilməsi üçün əsas ola bilməz və belə tələb Mülki Məcəllənin 23-cü maddəsinə əsaslanmaqla mənəvi zərərin ödənilməsi qaydasında irəli sürülə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2020-ci il tarixli Qərarında qeyd edilir ki, şəxsin yaxınlarının, o cümlədən ailə üzvlərinin ölməsi və ya sağlamlığına zərər vurulması halında mənəvi zərərə görə ödənilən təzminat şəxsin keçirdiyi sarsıntı və iztirabın müəyyən dərəcədə yumşaldılmasına, pozulan mənəvi tarazlığın bərpa edilməsinə yönəlmiş olur. Belə halda zərərçəkmiş şəxsi müəyyən miqdarda təzminat ilə təmin etməklə yaxınının itirilməsi nəticəsində keçirdiyi sarsıntı və iztirabın unutdurulması, yaşama sevincindəki azalma və mənəvi hüzursuzluğun aradan qaldırılması məqsədi ilə ona mənəvi cəhətdən dəstək olunmasına xidmət edilmiş olur. Nəzərə alınmalıdır ki, mənəvi təzminat tələbi vərəsəliklə əlaqəli deyil. Belə ki, mənəvi təzminat tələbi ilə çıxış edən iddiaçı ölən şəxsin vərəsəsi olsa da, onların ölümdən əvvəl emosional yaxınlığı olmadığı, iddiaçı şəxsin ölməsi ilə əlaqədar ağrı və kədər hissi və ya mənəvi sarsıntı keçirmədiyi təqdirdə onun mənəvi təzminat almaq tələbi də istisna edilir. Mənəvi təzminatı tələb etmək hüququ olan şəxslərin dairəsinə gəlincə isə qeyd edilməlidir ki, bu hüquqa ölən və ya sağlamlığına zərər vurulan şəxsin yaxınları malik ola bilər. Şəxsin “yaxını” dedikdə onun məhz ailə hüququ çərçivəsində qohumu deyil, ölmüş və ya sağlamlığına zərər vurulmuş şəxslə xüsusi bağlılığı ilə səciyyələnən, səmimi münasibətinin və mənəvi yaxınlığının olduğu, həyatında mühüm yer tutan, uzun müddət birgə yaşadığı və birgə təsərrüfat apardığı, ölümündən və ya sağlamlığına vurulan zərər nəticəsində həyat şəraiti dəyişmiş, həqiqətən mənəvi sarsıntı, əzab və iztirab keçirmiş insan nəzərdə tutulur. Beləliklə, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, cavabdeh Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyindən vurulmuş mənəvi zərərin əvəzi olaraq 10.000 (on min) manat məbləğində pul tutularaq İddiaçı xeyrinə ödənilməlidir. Məhkəmə iddianın qismən, mənəvi təzminatın 10 000 manat məbləğində müəyyən edilməsi qənaətinə gələrkən, hazırki iş üzrə sözügedən hadisədən 10 ildən çox müddətin keçməsini nəzərə alır. Belə ki, həyat yoldaşının ölümü ilə əlaqədar iddiaçının mənəvi sarsıntı, əzab və iztirab keçirməsi şübhəsiz olsa da, hadisədən 10 ildən artıq müddətin də keçməsi çəkilmiş əzab və iztirabın həcminin müəyyən qədər azalmasını da istisna etmir. Məhkəmə xüsusi ilə qeyd etməyi zəruri hesab edir ki, hazırki iş üzrə cavabdeh olan Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin qətnamə ilə müəyyən edilmiş məbləğ ödənildikdən sonra X.Məmmədovdan ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1114.1-ci maddəsinə əsasən başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. Məhkəmə iddia müddətinin tətbiqi ilə bağlı cavabdehin ərizəsinə münasibətdə aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: Maddə 372.1. Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir; Maddə 372.2. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır; Maddə 373.1. Ümumi iddia müddəti on il təşkil edir; Maddə 377.1. İddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir; Mülki işin materiallarından da məlum olur ki, iddiaçının həyat yoldaşının ölümünə səbəb olan hadisə üzrə təqsirləndirilən X.Məmmədov barəsindəki Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 1(101)-542/2014 saylı hökmü 07 yanvar 2015-ci il tarixdə qanuni qüvvəsini almışdır. İddianın qanuni əsası Mülki Məcəllənin 1096.1,1097.1,1099-cu maddələri təşkil edir. Şəxsin təqsiri qanuni qüvvəyə minmiş hökmlə müəyyən edildiyindən, məhkəmə hesab edir ki, həmin tarixdən 10 illik ümumi iddia müddəti ötürülməmişdir. Odur ki, cavabdehin iddia müddətinin tətbiqi barədə ərizəsi təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 217.3-cu maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyindən vurulmuş mənəvi zərərin əvəzi olaraq 10.000 (on min) manat məbləğində pul tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Gülnar Babazadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar