Məhkəmə qərarları › İş №e-2(004)-413/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-413/2021

29.04.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-413/2021 29.04.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Orxan Qədir oğlunun sədrliyi, Ağalı Tural Qara oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul tələbi”nə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ : İddiaçı Cavabdeh qarşı “pul tələbi”nə dair ərizəsi və tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən icra olunmamış öhdəliyin icrası təmin edilərək bir günü 50 (əlli) manatdan ayda 3000 (üç min) olmaqla 15000 (on beş min) manatı, iddiaçı tərəfindən ödənilmiş 8540 (səkkiz min beş yüz qırx) manatı, hüquqlarını bərpa etmək üçün hüquqi yardıma görə 300 (üç yüz) manatı və məhkəməyə müraciət etmək üçün ödənilmiş dövlət rüsumu olaraq 31 (otuz bir) manatı cavabdehdən tutaraq iddiaçıya ödənilməsi barədə qərar qəbul edəsiniz. İddia tələbi onunla əsaslandırılmışdır ki, avtomobil təmirçisi kimi tanıdığı Cavabdeh ilə ona məxsus 99KK271 dövlət qeydiyyat nişanlı “X6 Yük” markalı yük maşınının təyinatını sərnişin daşınması üçün salonun (interyerinin) yenidən quraşdırılması barədə razılığa gəlmişlər. Cavabdeh işi iki aya yekunlaşdıraraq ona təhvil verəcəyini və bunun müqabilində ona 13500 manat ödəməli olduğunu qeyd etmişdir. 2019-cu il tarixində Bakı şəhəri, Nobel prospekti 108 ünvanında yerləşən avtoservisdə işləyən cavabdehə avtobusu yenidənqurma işləri aparması üçün təhvil vermişdir. Əvvəlcədən cavabdehə görüləcək iş üçün 5000 manat, sonrakı 3 ay ərzində isə hissə-hissə olmaqla 7200 manat məbləğində pul ödəmişdir. Ümumilikdə Cavabdeh bu günə qədər iddiaçı tərəfindən 12200 manat məbləğində pul vəsaiti ödənilmişdir. Lakin bir müddət sonra cavabdeh üzərinə götürdüyü öhdəliyin yalnız 30%-ni yerinə yetirmiş və iki aya bitirəcəyini dediyi işi səkkiz ay müddətinə uzatmışdır. Məsələ ilə bağlı cavabdehlə söhbət zamanı söz-söhbət yaranmış, maşını yarımçıq vəziyyətdə ona qaytarmışdır. O isə məcbur qalaraq maşını 2019-cu ilin avqust ayında əlavə xərc çəkərək emalatxanada təmir etdirmişdir. Ötən bu müddət ərzində cavabdeh ödədiyi pulları geri qaytarmaqdan imtina etmişdir. Onu da qeyd etmək lazımdır ki, bu tip mikroavtobus icarəyə verilməklə bir günü 50 manat olmaqla sərnişin daşınması xidmətindən ayda 3000 manat gəlir qazanmaq mümkündür. Lakin cavabdeh həm pulunu almış, həm də işi ləngidərək onu dolandıraraq nəzərdə tutduğu qazancdan onu məhrum etmiş, daimi olaraq əsəb, gərginlik, stress irə səbəb olmuş və iddiaçıya xeyli miqdarda maddi və mənəvi ziyan vurmuşdur. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili izahatında bilirmişdir ki, mülkiyyətində olan “Mersedes” markalı maşını icarəyə vermək məqsədi ilə VİP formada təmir etdirmək üçün cavabdehə verir. Cavabdeh maşın ustasıdır. Cavabdeh avtomobili yüksək göstəricilərlə təmir edəcəyini və razılaşdırılmış vaxtda iddiaçıya təhvil verəcəyini öz üzərinə götürmüşdür. İddiaçının məqsədi həmin maşını təmir etdirib icarəyə vermək olmuşdur. Tərəflər 27.06.2019-cu il tarixdə razılığa gəlmiş və ümumi qiyməti 13500 manat müəyyən etmişlər. İddiaçı razılaşdırılmış məbləğin 12200 manatını ödəyib. Yerdə qalan məbləği isə maşın hazır olub təhvil verilərkən ödəyəcəkdi. Razılığı rəsmiləşdirmək məqsədi ilə tərəflər arasında Səbuhi adlı şəxsin şahidliyi ilə əlyazma saziş bağlanmışdır. Həmin saziş məhkəməyə təqdim edilmişdir. Uzun sürən süründürməçilikdən sonra iddiaçı cavabdehdən maşını almış və başqa bir ustaya təmir üçün vermişdir. Cavabdeh maşında təxminən 30 faizlik hissədə təmir işləri görüb, bütün digər işləri isə etməyib. Maşın hələ də təmir olunmayıb. Çünki maşının təmir edilməsi üçün bütün vəsaiti iddiaçı cavabdehə verib. Və cavabdeh vəsaiti geri qaytarmadığı üçün iddiaçının maşını təmir etdirməyə vəsaiti yoxdur. Təxmini hesablansa, cavabdeh avtomobildə 30 faiz iş görüb. Onlar ödədiyi 12200 manat puldan 30 faizini çıxaraq yerdə qalan 8540 manat pulu cavabdehdən tələb edirlər ki, avtomobilin təmirini tamamlaya bilsinlər. Məhkəmə iclasında iştirak edən cavabdeh izahatında bildirdi ki, ilk öncə Səbuhi adlı şəxs onun yanına gəlmişdir. 3 ədəd Mersdes Vito markalı maşının salonu təmir edilməli idi. 2 maşın 16000 manat, digəri isə 13500 manat qiymətində razılaşdırıldı. Birinci maşının behi verildi. Razılaşma belə olmuşdu ki, birinci maşının yarı işləri görüləndən sonra digər iki maşının behi veriləcək. Lakin vaxt bir az uzandı. Belə ki, o, maşını 3 aya təhvil verəcəyini desə də, proses 4,5-5 ayadək uzandı, ona görə də qarşı tərəf digər iki maşını ona təhvil verməmişdir. Həmin maşınları və behi vermədiklərinə görə götürdüyü maşının da təmiri yarımçıq qaldı. Çünki bəzi detallar var idi ki, onlar alınmalı idi, o isə ala bilmirdi. Sonra isə qarşı tərəf gəlib, maşını ondan alıb apardılar. O, pulu Səbuhi adlı şəxsdən almışdır. Sonradan Rəfail adlı şəxs ortaya çıxdı və yanına gəlib bildirdi ki, o maşını Səbuhidən alıb və ondan yazılı sənəd istəmişdir. O da maşını hansı tarixdə aldığını, hansı tarixdə təhvil verəcəyini və aldığı pulu bir vərəqə yazıb imzalamış və Rəfailə vermişdir. Dəqiq yadında deyil, təqribi 12200 manat pul almışdır. Həmin pul qarşılığında maşının bütün salonu yenidən yığılmalı idi. Təxminən maşının 70 faizlik işi görülmüşdü. Onda maşının ona təhvil veriləndə və o qarşı tərəfə təhvil verdiyi vaxtda şəkilləri də var. Əlavə olaraq maşına maqnitofon və səs gücləndiricilər qoyulmalı idi, lakin qarşı tərəf pulun qalan hissəsini vermədiyi üçün onları alıb, maşına quraşdıra bilməmişdir. Maşının salonu sadəcə olaraq dəmirdən və şüşələrdən ibarət idi. Maşının tavanı, işıq sistemi, avtomatik idarə olunan oturacaqları, salonda manitor bu detalların hamısının alınmağı və elektrik işi hamısı görülmüşdü. Maşında döşəmənin təmir olunması, oturacaqların mühərrikinin qoyulması, maqnitofon və 6 ədəd səs gücləndiricinin, qapının mühərrikinin qoyulması və inventor deyilən sistemin quraşdırılması işləri qalmışdı. O, qarşı tərəfə ziyan vurduğunu qəbul edir, lakin tələb olunan məbləğ ilə razı deyil. Maşının sonradan tam təmir edilməsi üçün lazım olan vəsait təxminən 2500 manat civarında ola bilər və o, 2500 manat zərərin hissə-hissə ödənilməsinə razıdır. Məhkəmə iclasında dindirilən şahid X3 ifadəsində bildirmişdir ki, Rəfail maşını Ruslan adlı şəxsin təmir sexinə gətirmişdi. Məqsəd o idi ki, avtomobilin işi müasir formada təmir edilməli idi. Ruslan pulu öncədən istədi ki, gedəcək Türkiyəyə və ordan təmir üşün ləvazimatlar alıb gətirəcək. Öz aralarında yazılı sazış də bağladılar. Ruslan sazişdə təsdiq edirdi ki, pulu alıb və üzərinə götürürdü ki, müəyyən olunmuş tarixdə avtomobili təmir etdirib, Rəfailə təhvil verəcək. Lakin maşın sexdə qaldı. Ruslan qaçıb gizləndi. Maşını da vermək istəmirdilər. Bir müddət sexləri də bağlı oldu. Maşının üzərində gördüyü işlər isə təxminən ümumi işlərin 20-30 faizini təşkil edir. Məhkəmə iclasında dindirilən şahid X2 ifadəsində bildirmişdir ki, iddiaçı Səbuhi ilə birlikdə maşını onun yanına gətirib. Maşının təmir işlərinin az bir qismini görüb, qalan işlər isə qalıb. Avtomobilin salonu təmir edilir. Avtomobil ona gətiriləndə içərisində 7 oturacaqdan cəmi 4-ü var idi. Bir televizor qoyulmuşdu. Həmçinin bahalı bir materialdan istifadə edilməklə içərisi təmir edilməli imiş, amma ucuz bir materialdan istifadə olunmuşdu, o da ki sökülüb tökülürdü. Döşəməsində heç bir iş görülməmişdi. avtomobildə təxminən 20-30 faiz iş görülmüşdü. Maşın ona təxminən 2019-cu ilin axırlarında təhvil verilmişdir. Məhkəmə iş materiallarını araşdırıb, tərəflərin izahatlarını və şahid ifadələrini dinləyib və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə qismən təmin edilməlidir. İş materiallarında olan 27.06.2019-cu il qəbzdən görünür ki, Cavabdeh 99KK271 dövlət qeydiyyat nişanlı avtomobilin təmiri üçün İddiaçı 12200 aldığını, qalan pulun 1300 manat olduğunu, maşını 10.07.2019-cu il tarixdə təhvil verəcəyini, İddiaçı isə 12200 manat pulu verdiyini öz imzası ilə təsdiqləmişlər. İş materiallarında olan X4 tərəfindən iddia tələbini qismən qəbul etdiyini və 2500 manat məbləği hissə-hissə ödəməyə razı olduğunu bildirmişdir. Məhkəmə hesab edir ki, iddia tələbi Cavabdeh ödənilmiş 8540 manat məbləğində ödənişin tutulmasına dair hissədə qismən əsaslı olduğundan, cavabdeh tərəfindən etiraf edilən hissədə təmin edilməlidir. Belə ki, məhkəmə iclasında Cavabdeh iddia tələbini 2500 manat pulun ondan alınaraq iddiaçıya ödənilməsi hissəsində etiraf etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Qeyd edilən Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmçinin, Azərbaycan Respublikası MPM-nin 106.3-cü maddəsinə əsasən, tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Məcəllənin 191.3-cü maddəsinə əsasən, cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, iddiaçının iddia tələbinin əsası kimi istinad etdiyi hallar cavabdeh tərəfindən 2500 manat pulun ondan alınaraq iddiaçıya ödənilməsi hissəsində etiraf edilərək, qəbul edildiyindən, iddiaçı həmin faktları sübut etmək vəzifəsindən azaddır. Odur ki, göstərilən hallar işin sübut olunmuş xüsusatları kimi qəbul edilərək, göstərilən qaydada qiymətləndirilməli, cavabdeh X1 2500 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilməlidir. Göstərilən tələb məhkəmənin gəldiyi qənaətə görə qalan hissədə təmin edilməməlidir. Belə ki, iddiaçı məhkəməyə cavabdeh tərəfindən avtomobildə konkret olaraq hansı işlərin görülməsi, həmin işlərin hansı məbləğə görülə biləcəyi, ümumiyyətlə görülməli olan işlərin dəqiq nədən ibarət olması və avtomobildə nəzərdə tutulmuş işlərin neçə faizinin görülüb, neçə faizinin görülmədiyini sübuta yetirə bilməmişdir. Məhkəmə həmçinin hesab edir ki, iddia ərizəsi bir günü 50 manatdan ayda 3000 olmaqla 15000 manat, hüquqlarını bərpa etmək üçün hüquqi yardıma görə 300 manat pulun tutulması hissəsində təmin edilməməlidir. Belə ki iddiaçı həmin hissədə heç bir sənəd və sübut təqdim edə bilməmişdir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki iddiaçı tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı xeryinə ödənilməlidir. Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Bundan əlavə Azərbaycan Respublikası MPM-in 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ İddia tələbi qismən təmin edilsin. İddiaçı Cavabdeh 2500 (iki min beş yüz) manat məbləğində pul vəsaiti və ödənilmiş 31 (otuz bir) manat dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. İddia ərizəsi qalan hissədə təmin edilməsin. Qətnamə tərəfə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Orxan Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar