Məhkəmə qərarları › İş №e-2(004)-4162/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Məhkəmə əmri — İş №e-2(004)-4162/2021

10.06.2021 · Əmr icraatı - Müqavilə tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından MƏHKƏMƏ ƏMRİ Bakı şəhəri İş № e-2(004)-4162/2021 10.06.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Məmmədov Ayaz Süleyman oğlu, ünvan 1 ünvanında yerləşən kreditor "Tələbkar" MMC-nin, Bakı şəhəri, Yasamal rayonu, Ə.Hüseynzadə küçəsi, ev 53 ünvanında qeydiyyatda olan X3 qarşı “məhkəmə əmrinin verilməsi”nə dair əmr icraatı qaydasındakı ərizəsinə və ona əlavə olunmuş sənədlərə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ M: Kreditor "Tələbkar" MMC ərizə ilə Yasamal Rayon Məhkəməsinə müraciət edərək borclu X1 1130 manat məbləğində əsas borc, 200 manat cərimə borcu və 20 manat məbləğində ödənilmiş dövlət rüsumunun, cəmi 1350 (bir min üç yüz əlli) manat tutulması barədə məhkəmə əmrinin çıxarılmasını xahiş etmişdir. Kreditor ərizəsini onunla əsaslandırılmışdır ki, “Tələbkar" MMC-nin direktoru X4 ilə borclu X7 cğlu arasında 11 iyul 2019-cu il tarixdə hissə-hissə şərti ilə WTCN-000736 nömrəli alqı-satqı müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən alıcı olan X5 'Tələbkar" mağazasından ümumi nisyə dəyəri 2340 (iki min üç yüz qırx) manat olan İphone X64 (İMEİ **********66896) markalı mobil telefon almışdır. Müqavilənin 4-cü bəndinə uyğun olaraq alıcı X5 15.07.2019-cu il tarixdən başlayaraq hər ayın 11-dən gec olmayaraq ödəniş cədvəlinə uyğun olaraq aylıq 167 (yüz altmış yeddi) manat ödəniş etməli olduğu halda aylıq ödənişlər etməmiş, aldığı malın qalıq pulunu ümumi dəyəri 1130 (bir min bir yüz otuz) manatı mağazaya ödəməmişdir. Odur ki, borclu X2 1130 manat məbləğində əsas borc, 200 manat cərimə borcu olmaqla cəmi 1330 (bir min üç yüz otuz) manat məbləğində borcu qalıb. Ərizəyə əlavə olunmuş sənədlərdən görünür ki, "Tələbkar" MMC-nin tələbi aşkardır. Həmin tələb borclunun mübahisə edilməyən vəzifəsinə və sadə yazılı formada bağlanmış əqdə əsaslanır. Bu halda Azərbaycan Respublikası MPM-nin 276-cı maddəsinə əsasən məhkəmə əmri verilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə kreditorun borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır və həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Azərbaycan Respublikası Prosesual Mülki Məcəlləsinin 280-ci maddəsinə görə məhkəmə əmri, irəli sürülmüş tələb məhkəməyə daxil olan gündən 3 gün ərzində, məhkəmə baxışı keçirilmədən və izahatları dinlənilmək üçün tərəflər çağırılmadan çıxarılır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən hesab edirəm ki, "Tələbkar" MMCnin məhkəməyə ərizə verərkən dövlət rüsumu kimi ödədiyi 20 (iyirmi) manat məbləğində pul vəsaiti də borcludan kreditorun xeyrinə tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 275, 276, 280-282 və 284-cü maddələrini rəhbər tutaraq, Ə M R E T D İ M: xx.xx.1996-cı il tarixdə ünvan 2 ünvanında qeydiyyatda olan borclu X1 kreditor "Tələbkar" MMC-nin xeyrinə, 1130 manat məbləğində əsas borc, 200 manat cərimə borcu və 20 manat məbləğində ödənilmiş dövlət rüsumunun, cəmi 1350 (bir min üç yüz əlli) manat pul tutulsun. Borclu məhkəmə əmrini aldığı gündən 10 (on) gün müddətində verilmiş tələbə və ya onun hissəsinə qarşı Yasamal Rayon Məhkəməsini yazılı xəbərdar etməklə etiraz edə bilər. Məhkəmə əmri qətnamə qüvvəsinə malikdir. Məhkəmə əmrindən şikayət verilə bilməz. Sədrlik edən: Ayaz Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar