Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-4284/2024 04.09.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Babazadə Gülnar Vidadi qızının sədrliyi, Əlihüseynli Mehin Mətin qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “uşaqların ölkədən çıxarılmasına icazə verilməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “uşaqların ölkədən çıxarılmasına icazə verilməsi” tələbinə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 26 aprel 2008-ci il təvəllüdlü X7 və 16 iyun 2010-cu il təvəllüdlü X3 anaları Cavabdeh razılığı olmadan ataları ilə birlikdə ölkədən getmək hüququnun verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Cavabdeh ilə faktiki ailə münasibətinə daxil olaraq ailə həyatı qurmuşdur. Nikah xx.xx.2008-ci ildə rəsmi qaydada qeydə aldırmışdır. Birgə nikahdan xx.xx.2008-ci il təvəllüdlü X7, xx.xx.2010-cu il təvəllüdlü X6 və xx.xx.2016-ci il təvəllüdlü X5 adlı üç uşağı doğulmuşdur. Səbail Rayon Məhkəməsinin 2(009)-239/2024 saylı, xx.xx.2024-cü il tarixli Barışıq sazişi barədə Qərardadına əsasən tərəflər arasında nikah pozulmuş, nikahın pozulmasından sonra 26 aprel 2008-ci il təvəllüdlü X7 və 16 iyun 2010-cu il təvəllüdlü X1 Rüstəmovun yanında, digər uşaq 16 may 2016-cı il təvəllüdlü X5 isə anası Cavabdeh yanında saxlanılmışdır. Hazırda 26 aprel 2008-ci il təvəllüdlü X7 və 16 iyun 2010-cu il təvəllüdlü X6 ataları ilə birlikdə Portuqaliya Respublikasında yaşamaqla yanaşı, eyni zamanda təhsil alırlar. Uşaqlar davamlı olaraq ölkəyə gəlmək və ölkədən getmək məcburiyyətində olduğu üçün digər valideyinin icazəsi tələb olunur. Tərəflər arasında davamlı olaraq münasibətlərin soyuq olması bəzən bu icazənin verilməsinə maneələr yaradır. Davamlı olaraq maneəsiz şəkildə uşaqların ölkədən aparılıb-gətirilməsini təmin etmək üçün məhkəmə qətnaməsinə ehtiyac yaranmışdır. Tərəflər Mediasiya prosesindən keçsələrdə lakin bu məsələ öz həllini tapmamışdır. Odur ki, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Sədrlik edənin sualına cavab olaraq bildirir ki, uşaqların Portuqaliyada yaşama səbəbləri təhsil ilə əlaqədardır. Daimi olaraq xaricdə yaşama fikirləri yoxdur. İddiaçının işi Bakıdadır. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia ərizəsinə etiraz edərək, izahatında bildirdi ki, iddiaçı uşaqlarla onun əlaqəsini tamamilə kəsmişdir. Onun məqsədi uşaqlarla xaricdə yaşamaq, hətta Portuqaliyadan da başqa ölkəyə getməkdir. Uşaqları ona qarşı öyrətmiş, uşaqlar onunla əlaqə saxlamaq istəmir. Bu səbəbdən uşaqların onun razılığı olmadan ölkədən aparılmasına icazənin verilməsinə dair iddiaçının iddiasının təmin edilməməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, tərəflərin xx.xx.2008-ci il təvəllüdlü X7, xx.xx.2010-cu il təvəllüdlü X6 və xx.xx.2016-ci il təvəllüdlü X5 anadan olmuşdur. İş materiallarında olan Bakı şəhəri Səbail rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİ 396813 saylı xx.xx.2020-cu il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, tərəflərin nikahından 26 aprel 2008-ci il tarixdə X7 anadan olmuşdur. İş materiallarında olan Bakı şəhəri Səbail rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİ 474467 saylı xx.xx.2010-cu il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, tərəflərin nikahından 16 iyun 2010-cu il tarixdə X6 anadan olmuşdur. İş materiallarında olan Bakı şəhəri Səbail rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİİ 807331 saylı xx.xx.2016-cı il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, tərəflərin nikahından 16 may 2016-cı il tarixdə X5 anadan olmuşdur. İş materiallarında olan Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-239/2024 saylı xx.xx.2024-cü il tarixli qərardadından görünür ki, İddiaçı və Cavabdeh arasında bağlanmış xx.xx.2024-ci il tarixli aşağıdakı məzmunda olan Barışıq Sazişi təsdiq edilməsi: 1.Tərəflər razılaşırlar ki, aralarında olan nikahın pozulmasına etiraz etmirlər. 2.Tərəflər yetkinlik yaşına çatana qədər 26 aprel 2008-ci il təvəllüdlü X4, 16 iyun 2010-cu il təvəllüdlü X3 “İddiaçının” yanında saxlanılmasının müəyyən edilməsi, yetkinlik yaşına çatana qədər 16 may 2016-cı il təvəllüdlü X2 isə “Cavabdehin” yanında saxlanılmasının müəyyən edilməsi barədə yekun məhkəmə aktının çıxarılması barədə razılaşırlar. 3.Tərəflər razılaşırlar ki, “İddiaçı” Məhkəmənin yekun aktı qanuni qüvvəyə minib nikahın pozulması barədə icra vərəqəsi veriləndən sonra “Cavabdeh” və 16 may 2016-cı il təvəllüdlü X2 yaşaması üçün “Cavabdeh”ə Bakı şəhərinin - Səbail, Nərimanov, Nəsimi və Yasamal rayonlarının birində 2 otaqlı, yeni tikili hesab edilən təmir edilmiş, yeni əşyalarla təchiz edilmiş 2 otaqlı mənzil alıb verməyi və onun mülkiyyətinə keçirməyi öhdəsinə götürür. 4. Tərəflər razılaşırlar ki, “Cavabdeh” barışıq sazişi hər iki tərəfin nümayəndəsi tərəfindən imzalanıb elektron məhkəmə sistemi vasitəsilə təqdim edildikdən sonra aralarında olan Səbail rayon Məhkəməsinin hakimi Mədinə Bağırovanın icraatında olan e2(009)-409/2024 saylı mülki iş üzrə, Səbail rayon Məhkəməsinin hakimi İlkin Rüstəmlinin icraatında olan e- 2(009)-796/2024 saylı mülki iş üzrə iddiaların baxılmamış saxlanılması barədə ərizə verməyi öhdəsinə götürür. 5. Tərəflər razılaşırlar ki, “Cavabdeh” “Saziş” məhkəmədə təsdiq edilib hazırki iş üzrə yekun məhkəmə aktı qanuni qüvvəsini alıb icra vərəqəsi veriləndən sonra, Səbail rayon Məhkəməsinin hakimi Mədinə Bağırovanın icraatında olmuş e-2(009)-310/2024 saylı mülki iş üzrə qəbul edilmiş qətnamədən irəli gələn tələbindən imtina etməsi barədə ərizə verməyi, Səbail rayon Məhkəməsinin hakimi İlkin Rüstəmlinin icraatında olmuş e-2(009)- 413/2024 saylı iş üzrə tərəfindən verilmiş apellyasiya şikayətini geri götürməyi, eyni zamanda Sazişin 3-cü bəndində qeyd edilən mülki işlər üzrə iddialardan imtina edilməsi barədə ərizələri müvafiq məhkəmələrə təqdim etməyi öhdəsinə götürür. 6. Bu sazişlə tərəflər gələcəkdə bir-birlərinə qarşı birgə nikah dövründə əldə edilmiş əmlaklarla bağlı iddia və tələblərinin olmayacağını öhdələrinə götürür. 7. Bu Sazişlə müəyyən edilmiş öhdəliklərin “İddiaçı” və ya “Cavabdeh” və ya hər ikisi tərəfindən yerinə yetirilməməsi Sazişin etibarsız hesab edilməsinə əsas olacaqdır. 8. Bu Sazişlə nəzərdə tutulmayan və tənzimlənməyən digər məsələlər Azərbaycan Respublikası qanunvericiliyinin tələblərinə uyğun olaraq tənzimlənir. 9. Tərəflər təsdiq edirlər ki, X12 Barışıq Sazişi imzalanması səlahiyyəti aydın şəkildə qeyd edilmiş və məhkəmədə təmsil etmək səlahiyyəti olan etibarnamə verilmiş nümayəndəsi tərəfindən imzalanır. 10. X12 imzalandığı və Səbail rayon Məhkəməsi tərəfindən təsdiq edildiyi tarixdən qüvvəyə minir və “Saziş” üzrə öhdəliklər tam həcmdə icra edildiyi tarixədək qüvvədədir. 11. Bu Sazişə bütün əlavə və dəyişikliklər yalnız qarşılıqlı razılaşma əsasında yazılı formada edilə bilər və Tərəflər imzaladıqda qüvvəyə minir. 12. Bu Saziş Azərbaycan dilində, eyni hüquqi qüvvəyə malik olan 3 (üç) əsl nüsxədə tərtib edilir. Nüsxələrin biri “İddiaçı”da, ikincisi isə “Cavabdeh”də, saxlanılır. Üçüncü nüsxə təsdiq edilməsi üçün Səbail Rayon Məhkəməsinə təqdim olunur, İddiaçı Cavabdeh qarşı «nikahın pozulması və s.» tələbinə dair ilkin, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İddiaçı qarşı “nikahın pozulması və s” tələbinə dair qarşılıqlı iddia ərizəsi üzrə 2(009)-239/2024 saylı mülki işin icraatına xitam verilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 24-cü maddəsinə əsasən hər kəsin doğulduğu andan toxunulmaz, pozulmaz və ayrılmaz hüquqları və azadlıqları vardır. Azərbaycan Respublikası Konstitusiyasının 28-ci maddəsinin İİİ hissəsinə əsasən qanuni surətdə Azərbaycan Respublikasının ərazisində olan hər kəs sərbəst hərəkət edə bilər, özünə yaşayış yeri seçə bilər və Azərbaycan Respublikasının ərazisindən kənara gedə bilər. Ailə Məcəlləsinin 49.3-cü maddəsinə əsasən uşaq öz valideynləri tərəfindən tərbiyə olunmaq, öz maraqlarının təmin olunması, hərtərəfli inkişafı, onun ləyaqətinə hörmət olunması hüququna malikdir. Ailə Məcəlləsinin 51.1-ci maddəsinə əsasən uşaq öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi hüququna malikdir. Ailə Məcəlləsinin 51.4-cü maddəsinə əsasən uşağın valideynləri (onları əvəz edən şəxslər) tərəfindən sui-istifadə etmə hallarından müdafiə olunmaq hüququ vardır. Ailə Məcəlləsinin 60.1, 60.2-ci maddəsinə əsasən valideynlik hüquqları uşaqların mənafeyinə zidd həyata keçirilə bilməz. Valideynlik hüquqlarını həyata keçirərkən valideynlər uşaqların mənəvi inkişafına, fiziki və psixi sağlamlığına xələl yetirməməlidirlər. Birləşmiş Millətlər Təşkilatının xx.xx.1989-cu ildə qəbul olunmuş “Uşaq hüquqları haqqında” Konvensiyasının 3-cü maddəsində əsasən sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr, habelə məhkəmələr, inzibati orqanlar, yaxud qanunvericilik orqanları tərəfindən həyata keçirilib-keçirilməməsindən asılı olmayaraq uşaqlar barəsində bütün tədbirlərdə uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə əsas diqqət yetirilir. Uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən. İştirakçı dövlətlər uşağın valideynlərinin, qəyyumlarının və ya onun üçün qanuna görə məsuliyyət daşıyan digər şəxslərin hüquq və vəzifələrini nəzərə alaraq, uşağı onun rifahı üçün zəruri olan müdafiə və qayğı ilə uşağı təmin etməyi öhdələrinə götürür və bu məqsədlə bütün qanunvericilik tədbirlərini və inzibati tədbirləri görürlər. Azərbaycan Respublikası Miqrasiya Məcəlləsinin 9.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşı (bundan sonra - vətəndaş) dövlət sərhədinin buraxılış məntəqələrindən keçərək sərbəst surətdə ölkədən getmək və ölkəyə gəlmək hüququna malikdir. Miqrasiya Məcəlləsinin 9.2-ci maddəsinə əsasən vətəndaş ölkədən getmək və ölkəyə gəlmək hüququndan məhrum edilə bilməz. Miqrasiya Məcəlləsinin 11.1-ci maddəsinə əsasən bu Məcəllənin 11.2-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, yetkinlik yaşına çatmayan vətəndaş ölkədən valideynləri, övladlığa götürəni, himayəçisi və ya qəyyumu ilə gedə bilər. Miqrasiya Məcəlləsinin 11.2-ci maddəsinə əsasən yetkinlik yaşına çatmayan vətəndaş ölkədən valideynlərinin biri ilə getdikdə digər valideynin notariat qaydasında təsdiq edilmiş razılığı tələb olunur. Yetkinlik yaşına çatmayan vətəndaş ölkədən tək getdikdə valideynlərinin, valideyn himayəsindən məhrum olduqda isə onu övladlığa götürən şəxsin, himayəçisinin və ya qəyyumunun notariat qaydasında təsdiq edilmiş razılığı tələb olunur. Həmin şəxslərdən birinin razılığı olmadıqda, yetkinlik yaşına çatmayan vətəndaşın ölkədən getməsi məsələsi məhkəmənin qərarı əsasında həll edilir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. “Elşolts Almaniyaya qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 13 iyul 2000-ci il tarixli qərarında deyilir ki, Konvensiyanın 8-ci maddəsi tələb edir ki, dovlət hakimiyyəti orqanları uşağın maraqları ilə valideynlərin arasında ədalətli tarazlığa riayət etsinlər və tarazlaşdırma prosesində uşağın yüksək maraqlarına xüsusi əhəmiyyət verilməlidir, həmin maraqlar onların xarakterindən və ciddiliyindən asılı olaraq valideynlərin maraqlarından üstün tutula bilər. Xususən, 8-ci maddəyə əsasən valideyn uşağın sağlamlığına və inkişafına ziyan yetirə bilən tədbirlər görmək hüququna malik ola bilməz (§50). Avropa İnsan Hüquqları Məhkəməsi oxşar hüquqi mövqeyini “Johansen Norveçə qarşı” işi üzrə xx.xx.1996-cı il tarixli qərarında (§78) da ortaya qoymuşdur. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 4 saylı Protokolunun 2-ci maddəsinin 1, 2, 3-cü bəndlərinə əsasən qanuni əsaslarla hər hansı dövlətin ərazisində olan hər kəsin həmin ərazidə sərbəst hərəkət etmək və özünə yaşayış yeri seçmək hüququ vardır. Hər kəs öz ölkəsi də daxil olmaqla hər hansı ölkəni tərk etməkdə azaddır. Bu hüquqların həyata keçirilməsinə milli təhlükəsizlik və ictimai asayiş maraqları naminə, ictimai qaydanı qorumaq üçün, cinayətlərin qarşısını almaq üçün, sağlamlığın və mənəviyyatın qorunması üçün və ya digər şəxslərin hüquq və azadlıqlarının müdafiəsi üçün qanunla nəzərdə tutulmuş və demokratik cəmiyyətdə zəruri olanlardan başqa heç bir məhdudiyyət qoyula bilməz. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 50.1-ci maddəsinə əsasən uşaq valideynləri, babaları, nənələri, qardaşları, bacıları və başqa qohumları ilə ünsiyyətdə olmaq hüququna malikdir; 61.1-ci maddəsinə görə uşaqlardan ayrı yaşayan valideyn onlarla ünsiyyət hüququna, uşaqların tərbiyə və təhsili ilə bağlı məsələlərin həll edilməsində iştirak etmək hüququna malikdir; 61.2-ci maddəsinə əsasən uşaqlarla yaşayan valideyn uşağın fiziki, psixi sağlamlığına, onun əxlaqi inkişafına zərər yetirməyən digər valideynlə uşağın ünsiyyətinə mane olmamalıdır; 61.3-cü maddəsinə əsasən uşaqlardan ayrı yaşayan valideynlər valideynlik hüququnun həyata keçirilməsi qaydası haqqında yazılı saziş bağlaya bilərlər. Valideynlər razılığa gələ bilmədikdə mübahisə onların (onlardan birinin) tələbi əsasında müvafiq icra hakimiyyəti orqanının iştirakı ilə məhkəmə tərəfindən həll edilir; 61.4-cü maddəsinə əsasən məhkəmənin qətnaməsinə əməl etməyən valideynə qarşı mülki-prosessual qanunvericiliyə uyğun ölçü götürülür. Bu qətnaməyə qəsdən əməl edilmədikdə, məhkəmə uşaqdan ayrı yaşayan valideynin tələbi ilə uşağın mənafeyi və rəyi nəzərə alınmaqla onun həmin valideynə verilməsi haqqında qətnamə qəbul edə bilər. Uşaq hüquqlarına dair BMT Konvensiyasının 9-cu maddəsinin 1-ci bəndinə əsasən, iştirakçı dövlətlər təmin etməlidirlər ki, uşaq öz valideynlərinin arzusuna zidd olaraq onlardan ayrılmasın. Həmin Konvensiyanın 3-cü maddəsinə görə, məhkəmələr, uşaqlar barəsində görülən bütün tədbirlərdə, uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət etməlidirlər. İşin mübahisəsiz halıdır ki, tərəflər arasındakı nikah pozulmuş, onların birgə nikahından olan 26 aprel 2008-ci il təvəllüdlü X7 və 16 iyun 2010-cu il təvəllüdlü X3 ataları İddiaçı, xx.xx.2016-ci il təvəllüdlü X2 isə Cavabdeh yanında qalmaları müəyyən edilmişdir. “Uşaqların ölkədən getməsinə icazənin verilməsi ilə əlaqədar valideynlər arasında yaranan mübahisələr üzrə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi” haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli, 13 saylı qərarında izah olunur ki, qanunverici Miqrasiya Məcəlləsinin 11.2-ci maddəsində yetkinlik yaşına çatmayan vətəndaşın ölkədən valideynlərinin biri ilə və ya tək getməsi qaydasının nizamlayarkən onların valideynləri ilə birlikdə və ya ayrı yaşaması faktını nəzərə almadan, universal şərt kimi notariat qaydasında təsdiq edilmiş razılığın olmasını müəyyənləşdirmişdir. Həmin şəxslərdən birinin razılığının olmadığı halda isə, yetkinlik yaşına çatmayan vətəndaşın ölkədən getməsi yalnız məhkəmənin qərarı əsasında mümkün hesab edilir. Qeyd olunan maddi hüquq normalarına əsaslanaraq məhkəmə hesab edir ki, cavabdehin razılığını almaq mümkün olmadığından iddiaçının öz uşaqları ilə birlikdə qanunla müəyyən edilmiş qaydada sərbəst surətdə ölkədən getmək hüquqları pozulur. Bu zaman isə iddiaçı uşaqları ilə birlikdə sərbəst hərəkət edərək müvəqqəti olaraq istirahət, müalicə, qohumlara baş çəkmək, təhsil və s. məqsədlə ölkədən getmək hüququndan məhrum olur. Məhkəmə həmçinin nəzərə alır ki, hazırki işin halları baxımından iddiaçının uşaqları ilə birlikdə ölkədən getmək hüququnun məhdudlaşdırılmasına imkan verən qanunvericilikdə nəzərdə tutulmuş əsaslar da mövcud deyildir. “Uşaqların ölkədən getməsinə icazənin verilməsi ilə əlaqədar valideynlər arasında yaranan mübahisələr üzrə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi” haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli, 13 saylı qərarında izah olunur ki, ölkədən daimi əsaslarla çıxarılmanın uşağın mənafeyinə uyğunluğu ilə bağlı sübut etmə yükünü iddiaçının üzərinə qoymalıdır, həmçinin uşağın mənafeyi ilə bağlı bütün məsələlər daha ciddi yoxlamadan keçirilməlidir. Belə ki uşaq himayəyə verilərkən məhkəmə, yanında saxlanıldığı valideynin şəxsi keyfiyyətləri ilə yanaşı, uşağın yaşayış yeri, həyat şəraiti, təhsil aldığı mühit, daxil olduğu sosial qrupun onun mənafeyinə uyğunluğunu nəzərə alır. Faktiki himayədə olduğu hallarda isə bu məsələlər digər valideyn tərəfindən mübahisələndirilmir. Odur ki, uşağın valideyni ilə birlikdə daimi əsaslarla başqa ölkəyə getməsi onun həyat şəraitinin köklü surətdə dəyişilməsinə səbəb olacağından, bu dəyişikliyin uşağın mənafeyinə uyğun olacağına dair sübut etmə yükü də, məhz iddiaçının üzərinə düşür. Bu yanaşma iddiaçının belə əsaslarla çıxış etməməsinə baxmayaraq, cavabdeh tərəfin iddiaçının uşağı daimi əsaslarla ölkədən çıxaracağını sübuta yetirdiyi hallara da tətbiq edilməlidir. Belə olan halda, məhkəmə iddia ərizəsi ilə bağlı işin faktiki hallarını araşdıraraq, hesab edir ki, iddia təmin olunmalı, İddiaçı Cavabdeh razılığı olmadan 26 aprel 2008-ci il təvəllüdlü X7 və 16 iyun 2010-cu il təvəllüdlü X3 yetkinlik yaşlarına çatanadək, iddiaçı ilə birlikdə daimi əsaslarla ölkəni tərk etmələri istisna olunmaqla, müvəqqəti olaraq Azərbaycan Respublikasının hüdudlarından kənara çıxarılmalarına icazə verilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 28-ci maddəsinin 3-cü hissəsinə görə hər kəs qanuni surətdə Azərbaycan Respublikasının ərazisində sərbəst hərəkət edə bilər, özünə yaşayış yeri seçə bilər və Azərbaycan Respublikasının ərazisindən kənara gedə bilər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə itirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı Cavabdeh razılığı olmadan 26 aprel 2008-ci il təvəllüdlü X7 və 16 iyun 2010cu il təvəllüdlü X3 yetkinlik yaşlarına çatanadək, iddiaçı ilə birlikdə daimi əsaslarla ölkəni tərk etmələri istisna olunmaqla, müvəqqəti olaraq Azərbaycan Respublikasının hüdudlarından kənara çıxarılmalarına icazə verilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Gülnar Babazadə
Məhkəmə qərarları › İş №e-2(004)-4284/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-4284/2024
04.09.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver