Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-4362/2024 18.09.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Babazadə Gülnar Vidadi qızının sədrliyi, Əlihüseynli Mehin Mətin qızının katibliyi, Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı "vurulmuş mənəvi ziyana görə pul" tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı "vurulmuş mənəvi ziyana görə pul" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək mənəvi ziyana görə 15000 (on beş min) manat və dövlət rüsumu olaraq 135 (yüz otuz beş) manat, cavabdehdən alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, X1 şikayəti əsasında Yasamal RPİ-nin İstintaq Şöbəsində araşdırma zamanı izahatı şahid kimi X9 izahatında göstərmişdir ki, X7 anasıdır. X14 08 fevral 2023-cü il tarixində vəfat etmişdir. X3 uşaq yaşlarından tanıyır. X8 təxminən 5 ildir tanıyır. İddiaçı isə təxminən 4-5 ildir ki tanıyır. Belə ki, İddiaçı Zemfiranın tanışı olmuşdur. 2022-ci ilin aprel ayında Zemfira onun mərhum X14ya zəng edərək Esmiranın gələcəyini və Esmiraya 30 000 ABŞ dollar pul verməsini bildirmişdir. Həmin gün Esmira onun anasına zəng etmiş və anası yaşadığı evin ünvanını başa saldıqdan sonra Esmira özü tək onun əvvəllər yaşadıqları Bakı şəhəri Yasamal rayonu Murtuza Muxtarov küçəsində yerləşən hazırda binanın və mənzilin nömrəsini xatırlamadığı OMD ilə üzbəüz yerləşən ünvana gəlmişdir. Həmin vaxtı yaşadıqları mənzildə o, mərhum anası və mərhum nənəsi X2muşdur. Nənəsi 07 may 2021-ci il tarixdə vəfat etmişdir. Həmin vaxtı anası Esmira ilə bir qədər söhbət etdikdən sonra anası onun və nənəsinin yanında Esmiraya 100 ABŞ dolları əskinazlarından ibarət 30000 (otuz min) ABŞ dollar pul vermişdir. Esmira həmin pulu təxminən 1-2 ay ərzin də tam şəkildə ona qaytaracağına vəd vermişdir. Bildiyinə görə anası həmin pulları Esmiranın ticarət ilə məşğul olub qazanc eldə etmələri üçün vermişdir. Lakin sonradan anası onun yanında dəfələrlə demək olar ki, hər gün Esmiraya zəng edib pul barədə soruşduqda Esmira ilkin vaxtlar pulu bir nəfər şəxsə verdiyini həmin şəxsin onu aldatdığını və həmin şəxs barəsində məhkəməyə müraciət etdiyini, pulu verməyəcəyini bildirmiş çox vaxt isə anasının telefon zənglərinə cavab vərməmişdir. Esmira hazırkı vaxta kimi anasına hər hansı bir məbləğdə pul verməmişdir. Müxtəlif vaxtlarda istər tədqiqat araşdırmasında istərsə də istintaq şöbəsində araşdırılma aparılarkən haqqında yalandan şahidlik etmişdir. Buda aşağıda göstərdiyi polis qərarlarında öz əksini tapmışdır. 05 mart 2024-ci il tarixində Bakı şəhəri, Yasamal rayon Polis İdarəsinin İstintaq şöbəsinin müstəntiqi, polis polkovnik-leytenantı X4, cinayət işinin rədd edilməsi haqında qərarının təsviri hissəsindən görünür ki, cavabdeh onun haqqında həqiqəti əks eydirməyən aramsız şikayətlər yazır, bu da işindən ayrılaraq günlərinin polis idarələrində keçməsinə səbəb olur. 27 fevral 2024-ci il tarixdə Yasamal rayon prokuroru, baş ədliyyə müşaviri Elman Süleymanov tərəfindən toplanmış material üzrə qəbul edilmiş «cinayət işinin başlanmasının rədd edilməsi haqqında» 06 fevral 2023-cü il tarixli qərar ləğv edilərək material araşdırmanın davam etdirilməsi üçün Yasamal RPİ-nin İstintaq şöbəsinə göndərilmiş və 29 fevral 2024-cü il tarixdə araşdırmanın davam etdirilməsi X5 həvalə edilmişdir. O da öz növbəsində cinayət işinin rədd edilməsi barədə qərar qəbul etmişdir. Yuxarıda göstərdiyi kimi cavabdeh ona belə şər-böhtan ataraq yalandan şahidlik etmiş, onun işgüzar nüfuzuna xələl gətirmiş və işlədiyi kollektiv içərisində biabır olaraq, etibarını itirmişdir. Əsəb və stresslər keçirmiş, bu gündə davam etmədədir. Əsəbləri pozulduğu üçün həkimə müraciət etmək məcburiyyətində qaldı. Bunu mülki işə əlavə etdiyi reseptlər və müraciət əsasında alınmış xəstəliyin diaqnozu barədə cavab məktubundan da aydın görmək olar. Məhkəmə iclasının vaxtı və yeri barədə lazimi qaydada məlumat verilməsinə baxmayaraq iddiaçı məhkəmə iclasında iştirak etməmiş, bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə iddiaya mahiyyəti üzrə baxılmasını tələb edərək, məhkəmə baxışının iddiaçı tərəfin iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə iddia tələbini qəbul etməyərək, izahatında göstərdi ki, ilk növbədə qeyd edir ki, iddiaçı iddiasında cavabdehin cinayət işi üzrə araşdırma zamanı şahid kimi ifadə verən zaman onun şərəf və ləyaqətini alçatdığını bildirmiş, hası ki beə bir hal mövcud deyildir. Eyni zamanda yalan şahidlik etdiyini bildirir. Bununla bağlı qanunvericilin tələbi mövcuddur. Cavabdeh şahid kimi iltizam imzalamışdır. Yalan ifadə vermiş olsa idi, bununla bağlı hər hansı inzibati və ya cinayət məsuliyyətinə cəlb edilməsi ilə bağlı qərar mövcud olmalı idi. İddiaçnın istinad etdiyi “cinayət işinin başlanılmasının rədd edilməsi” ilə bağlı qərar isə artıq ləğv olunmuş və yenidən araşdırılması üçün Yasamal Rayon Polis İdarəsinə göndərilmişdir. İdarədə yenidən araşdırma aparılır. Qeyd edir ki, iddiaçının iş yerinə onun barəsində araşdırma olduğu bilindiyindən işgüzaar nüfüzuna xələl gəlib. Qeyd edir ki, bununla bağlı polis araşdırma üçün sorğu vermişdir. Belə olan halda, şahidin hansı təqsiri olduğu müəyyən edilmir. Şikayətçi başqa şəxsdir. Onun ərizəsi əsasında araşdırma aparılır. Cavabdeh şahiddir. O da ona məlum olan bildiyi hallar barədə məlumat vermişdir. İddianın əsassız olduğundan rədd edilməsini xahiş etmişdir. Məhkəmə cavabdehin nümayəndəsinin və vəkilinin izahatını dinləyib, işdə olan sübutları araşdıraraq hesab edir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, iş materiallarında olan Yasamal RPİ-nin İŞ-nin müstəntiqi Ceyhun Mircavdlının 05 mart 2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarına əsasən Cavabdeh izahatından görünür ki, X10 anasıdır. X14 08 fevral 2023-cü il tarixdə vəfat etmişdir. X3 uşaq yaşlarından tanıyır. X8 təxminən beş ildir ki, tanıyır. İddiaçı təxminən 4-5 ildir ki, tanıyır. Belə ki, İddiaçı Zemfrianın tanışı olmuşdur. 2022-ci ilin aprel ayında Zemfira onun mərhum anası Rəna Ağayevaya zəng edərək Esmiranın gələcəyini və Esmiraya 30.000 ABŞ dollar pul verməsinin bildirmişdir. Həmin gün Esmira onun anasına zəng etmiş və anası yaşadığı evin ünvanını Esmiraya başa saldıqdan sonra Esmira özü tək onun əvvəllər yaşadıqları Bakı şəhəri, Yasamal rayonu, Murtuza Muxtarov küçəsində yerləşən hazırda binanın və mənzilin nömrəsini xatırlamadığı “UMD” ilə üzbəüz yerləşən ünvanına gəlmişdir. Həmin vaxtı yaşadıqları mənzildə o, mərhum anası və mərhum nənəsi X2muşdur. Nənəsi 07 may 2021-ci il tarixdə vəfat etmişdir. Həmin vaxtı anası Esmira ilə bir qədər söhbət etdikdən sonra anası onun və nənəsinin yanında Esmiraya 100 ABŞ dolları əskinazlarından ibarət 30.000 ABŞ dolları pul vermişdir. Esmira həmin pulu təxminən 1-2 ay ərzində tam şəkildə ona qaytaracağına vəd vermişdir. Bildiyinə görə anası həmin pulları Esmiranın dərman ticarəti ilə məşğul olub qazanc əldə etmələri üçün vermişdir. Lakin sonradan anası onun yanında dəfələrlə demək olar ki, hər gün Esmiraya zəng edib pul barədə soruşduqda Esmira ilkin vaxtlar pulu bir nəfər şəxsə verdiyini, həmin şəxsin onu aldatdığını, həmin şəxs barəsində məhkəməyə müraciət etdiyini, sonradan pulu verməyəcəyini bildirmiş, çox vaxt isə anasının telefon zənglərinə cavab verməmişdir. Esmira hazırki vaxta kimi anasına hər hansı bir məbləğdə pul verməmişdir. İş materiallarında olan Bakı şəhəri Yasamal Rayon Prokurorluğu tərəfindən Yasamal RPİ-nin İstintaq şöbəsinin rəisi Elvin Nəsibova göndərilən məktubun surətindən görünür ki, X1 müraciəti əsasında toplanmış material üzrə Yasamal RPİ-nin İstintaq Şöbəsinin müstəntiqi, polis polkovnik-leytenantı Ceyhun Mircavadlının cinayət işinin başlanmasının rədd edilməsi haqqında 09 mart 2024-cü il tarixli qərarı əsassız olduğundan ləğv edilərək qərar materialla birlikdə Yasamal RPİ-nin İstintaq Şöbəsində əlavə araşdırma aparılması üçün göndərilmişdir. Beləliklə, Yasamal RPİ-nin İŞ-nin müstəntiqi Ceyhun Mircavdlının 05 mart 2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarından görünür ki, Cavabdeh izahatı əlavə olunmuşdur və Bakı şəhəri Yasamal Rayon Prokurorluğu tərəfindən göndərilən məktubundan görünür ki, əsasən X1 müraciəti əsasında toplanmış material üzrə Yasamal RPİ-nin İstintaq Şöbəsinin müstəntiqi, polis polkovnik-leytenantı Ceyhun Mircavadlının cinayət işinin başlanmasının rədd edilməsi haqqında 09 mart 2024cü il tarixli qərarı əsassız olduğundan ləğv edilmişdir. Hazırda isə İddiaçı həmin qərara əsasən yalan ifadə verdiyinə görə Cavabdeh 15000 (on beş min) manat pul tutularaq ona ödənilməsini xahiş edir. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, İddiaçı tərəfindən X1 müraciəti əsasında toplanmış material üzrə Yasamal RPİ-nin İstintaq Şöbəsinin müstəntiqi, polis polkovnikleytenantı Ceyhun Mircavadlının cinayət işinin başlanmasının rədd edilməsi haqqında 09 mart 2024-cü il tarixli qərarında Cavabdeh verdiyi ifadəsinin yalan olması, eyni zamanda onun şərəf, ləyaqət və işgüzar nüfuzuna cavabdeh tərəfindən toxunulması barədə məhkəməyə hər hansı sübut təqdim edilməmişdir. Belə ki, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, X1 müraciəti əsasında toplanmış material üzrə Yasamal RPİ-nin İstintaq Şöbəsinin müstəntiqi, polis polkovnik-leytenantı Ceyhun Mircavadlının cinayət işinin başlanmasının rədd edilməsi haqqında 09 mart 2024cü il tarixli qərarı ləğv edildiyindən, həmçinin həmin qərarda olan Cavabdeh ifadəsinin yalan olması barədə iddiaçı tərəfindən məhkəməyə hər hansı mötəbər sübut təqdim edilmədiyindən iddia tələbi əsassız olmaqla təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.http://www.eqanun.az/alpidata/code/data/0/c_c_8.htm Mülki Məcəllənin 21.2-ci maddəsinə əsasən, zərər dedikdə - hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xəclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Mülki Məcəllənin 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Qanunun mənasına görə zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. Bu əsaslar müəyyən olunmadan cavabdehin üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilməz. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli, 07 saylı Qərarında göstərilir ki, mənəvi zərər, insanın anadan gəlmə və ya qanun əsasında ona məxsus olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqların, habelə əmlak hüquqlarının pozulması nəticəsində fiziki əzab çəkməsi kimi başa düşülür. Fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə isə ona qarşı törədilmiş qanunsuz hərəkətin və ya hərəkətsizliyin onun şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi başa düşülür. Şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü biruzə verir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1 və 21.2-ci maddələrinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Kraska İsveçreyə qarşı iş üzrə 19 aprel 1993-cü il tarixli qərarında ifadə etdiyi hüquqi mövqeyə görə, Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin təsir dairəsi digər məsələlərlə yanaşı (məhkəmə) üçün öz qərarına aid olub-olmamasına qabaqcadan qiymət vermədən tərəflərin təqdim etdiyi bütün müraciətləri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq öhdəliyi yaradır (§ 30). Həmin Məhkəmənin Van de Huk Niderlanda qarşı işi üzrə 19 aprel 1994-cü il tarixli qərarında göstərilmişdir ki, sübutların qiymətləndirilməsi və onların aidiyyəti və mümkünlüyü məsələsinin həllində milli məhkəmələrin səlahiyyətini nəzərə alaraq Məhkəmə xatırladır ki, Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ədalət mühakiməsi orqanının üzərinə tərəflərin təqdim etdiyi mülahizələri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq vəzifəsini qoyur. Məhkəmə qeyd edir ki, iddiaçı hazırki iddia tələbi ilə bağlı öz sübutetmə vəzifələrini yerinə yetirə bilməmişdir. Məhkəmə qanunvericiliyin qeyd edilən normalarını nəzərə alaraq sübutlara məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, Yasamal RPİ-nin İstintaq Şöbəsinin müstəntiqi, polis polkovnik-leytenantı Ceyhun Mircavadlının cinayət işinin başlanmasının rədd edilməsi haqqında 09 mart 2024-cü il tarixli qərarında Cavabdeh ifadəsi olsa da, həmin qərardakı ifadənin yalan olması iş materiallarında öz əksini tapmamış, həmçinin iş materiallarından görünür ki, Bakı şəhəri Yasamal Rayon Prokurorluğu tərəfindən Yasamal RPİ-nin İstintaq şöbəsinin rəisi Elvin Nəsibova göndərilən məktuba əsasən X1 müraciəti əsasında toplanmış material üzrə Yasamal RPİ-nin İstintaq Şöbəsinin müstəntiqi, polis polkovnik-leytenantı Ceyhun Mircavadlının cinayət işinin başlanmasının rədd edilməsi haqqında 09 mart 2024-cü il tarixli qərarı əsassız olduğundan ləğv edilmişdir. Belə olan halda, məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı Cavabdeh qarşı vurulmuş mənəvi ziyana görə 15000 (on beş min) manat məbləğində pulun cavabdehdən tutulması tələbinə dair iddiası əsassızdır və iddia tələbi rədd edilməlidir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Odur ki, məhkəmə belə qənaətə gəlir ki, iddia əsassız olduğundan rədd edilməli, ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İstinad olunan maddənin mənasından göründüyü kimi sübut etmə vəzifəsi ifadəsi mülki prosessual hüquq üçün xarakterik olan mənada işlədilir. Ona görə də burada sanksiya ilə təmin olunan lazımi davranış qaydasından yox, tərəflərin və digər maraqlı şəxslərin öz mövqeyini təsdiq etmək üçün fəaliyyət göstərməli olduqlarını bildirən dispozitiv xarakterli tələbdən gedir. Qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır. İşin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qətnaməsinin qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Mülki məhkəmə icraatında tərəfləri sübutetmə üzrə aktiv prosessual fəaliyyətə sövq edən əsas hərəkətverici stimul kimi onların öz mənafeyinə uyğun qərarın qəbul edilməsinə olan marağı çıxış edir. İşin nəticəsində maraqlı olan hər bir şəxs bilməlidir ki, sübutetmədə passivlik onun üçün uğursuz qərarın çıxarılmasına gətirib çıxara bilər. Bundan başqa Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir; 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; Məhkəmə iş üzrə sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 357, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı vurulmuş mənəvi ziyana görə 15000 (on beş min) manat məbləğində pulun cavabdehdən tutulması tələbinə dair iddia ərizəsi təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gülnar Babazadə
Məhkəmə qərarları › İş №e-2(004)-4362/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-4362/2024
18.09.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver