Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-4407/2022 03.10.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Orxan Qədir oğlunun sədrliyi, X1 iclas katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdeh, Cavabdehin vəkili X2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “nikahın pozulması, uşağın ananın yanında qalması, aliment və əmlak” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “nikahın pozulması, uşağın ananın yanında qalması, aliment və əmlak” tələbinə dair iddia ərizəsi ilə Yasamal Rayon Məhkəməsinə müraciət edərək, onunla Cavabdeh arasında 17 noyabr 2009-cu il tarixdə bağlanmış nikahın pozulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Cavabdeh ilə 17 noyabr 2009-cu il tarixdə rəsmi nikaha daxil olmuşdur. Birgə nikahdan 19 aprel 2012-ci il təvəllüdlü X5 və 01 iyul 2014-cü il təvəllüdlü X3 anadan olmuşdur. İlk vaxtlar münasibətləri normal olsa da, sonradan münasibətlər gərginləşməyə, soyuqluq yaranmağa başlamış, cavabdehlə xasiyyətlərində uyğunsuzluq yaranmışdır, artıq cavbdehlə faktiki olaraq ayrı yaşyırlar. Halhazırda nikahları formal xarakter daşıyır. Ər-arvad kimi yaşamaqları və ailənin mövcudluğunu saxlamaq qeyri-mümkündür. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsini müdafiə edərək, nikahın ləğv edilməsi ilə bağlı qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh və cavabdehin vəkili X4 iddia tələbini qəbul etdiklərini və nikahın pozulmasına dair qətnamə qəbul edilməsini xahiş etdilər. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 19, 20.1, 21.1-ci maddələrini rəhbər tutaraq müəyyən etdi: İş materiallarında olan Xətai Rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş nikah haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Cavabdeh ilə İddiaçı xx.xx.2009-cu il tarixdə nikaha daxil olmuşlar. Nikahdan sonra arvada Nağıyeva soyadı verilmişdir. İş materiallarında olan AZ-İİİ seriyalı, 358183 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X3 01 iyul 2014-cü il tarixdə Bakı şəhərində anadan olmuş, atası Cavabdeh, anası İddiaçıdır. İş materiallarında olan AZ-İİ seriyalı, 884726 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X5 19 aprel 2012-ci il tarixdə Bakı şəhərində anadan olmuş, atası Cavabdeh, anası İddiaçıdır. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdeh məhkəməyə barışıq sazişi və mülki iş üzrə icraata xitam verilməsi barədə ərizə təqdim edərək tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli barışıq sazişinin məhkəmə qərardadı ilə təsdiq edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişlər. Belə ki, bununla bağlı qəbul edilmiş Bakı Şəhəri Yasamal rayon Məhkəməsinin 2(004)-4407/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə İddiaçı Cavabdeh qarşı “nikahın pozulması, uşağın ananın yanında qalması, aliment və əmlak” tələbinə dair iddia ərizəsi üzrə barışıq sazişi təsdiq olunması və İddiaçı Cavabdeh qarşı “nikahın pozulması, uşağın ananın yanında qalması, aliment və əmlak” tələbinə dair mülki iş üzrə icraata “uşağın ananın yanında qalması, aliment və əmlak” tələbinə dair hissədə xitam verilməsi qərara alınmışdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli barışıq sazişindən görünür ki, Cavabdeh və İddiaçı nikahın pozulması, uşaqların ananın himayəsində qalması, uşaqlarla ünsiyyət və aliment ödənilməsi məsələləri baradə razılığa gəlmişdirlər. Məhkəmə hesab edir ki, tərəflərin uzun müddətdir ki, ailə münasibətləri pisləşmişdir və formal xarakter daşıyır, bərpa olunması qeyri-mümkündür. İş materiallarında olan xx.xx.2022-ci il tarixli barışıq sazişinə əsasən, İddiaçı ilə Cavabdeh arasında nikahın pozulmasından irəli gələn məsələlər sözügedən barışıq sazişi ilə razılaşdırılmışdır. Ona görə də məhkəmə belə hesab edir ki, iddia tələbi qanuni və əsaslı olduğundan təmin olunmalı, İddiaçı ilə Cavabdeh arasında xx.xx.2009-cu il tarixdə Bakı şəhəri Xətai Rayon Qeydiyyat Şöbəsində bağlanmış və 1764 nömrə ilə qeyd edilmiş nikah pozulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia ərizəsi təmin edilsin. İddiaçı ilə Cavabdeh arasında xx.xx.2009-cu il tarixdə Bakı şəhəri Xətai Rayon Qeydiyyat Şöbəsində bağlanmış və 1764 nömrə ilə qeyd edilmiş nikah pozulsun. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Orxan Məmmədli
Məhkəmə qərarları › İş №e-2(004)-4407/2022
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-4407/2022
03.10.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver