Məhkəmə qərarları › İş №e-2(004)-446/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-446/2022

03.02.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-446/2022 03.02.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundov Toğrul Bəhruz oğlunun sədrliyi, Kərimova Leyla Abbas qızının katibliyi, İddiaçı, onun nümayəndəsi və eyni zamanda vəkili Vəkil, Cavabdeh ASC-nin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Cavabdeh ASC-yə qarşı pul tələbinə dair mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh ASC-yə qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 185720 AZN əsas borc, 50000 AZN mənəvi borc, 30 (otuz) manat dövlət rüsumu, ümumilikdə 235750 AZN onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, 06.07.2009-cu il tarixində onunla Cavabdeh ASC arasında RBB2115 saylı Kredit müqaviləsi bağlanmışdır. Kredit müqaviləsinə əsasən Cavabdeh ASC tərəfindən illik 27% olmaqla 36 ay müddətinə 38000 ABŞ dolları məbləğində kredit ayrılmışdır. Müqavilə rəsmi qaydada onunla bağlanmış olsa da, faktiki olaraq kredit məbləğini onun dostu olmuş Cahangir Məmmədova verilmişdir. Kredit müqaviləsinin 4.1-ci maddəsinə əsasən kreditin qaytarılmasının təminatı olaraq ona məxsus olan ünvan 1 ünvanında yerləşən 2 mərtəbəli 7 otaqlı yaşayış evinin ikinci mərtəbəsinin 4 otaqlı 06.07.2009-cu il tarixli RBB2115 saylı İpoteka Müqaviləsi ilə Bank qarşısında yüklü edilmişdir. Krediti faktiki götürmüş Cahanqir Məmmədov bir müddət krediti ödəsə də sonradan krediti ödəməkdə çətinliklər çəkmişdir. Bir müddətdən sonra o faciəli surətdə vəfat etmişdir. Bank onlara qarşı iddia qaldırmış və Binəqədi rayon məhkəməsinin 19 aprel 2013-cü il tarixli qətnaməsi ilə ondan Cavabdeh ASC-nin xeyrinə 24785 ABŞ dolları məbləğində - əsas borcun, 22517 ABŞ dollan məbləğində faiz borcunun, 711 ABŞ dollan məbləğində dəbbə pulunun, cəmi 48013 ABŞ dollarının və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması qət edilmişdir. Onlar tərəfndən borcun bir hissəsi ödənilmiş və 15 700 ABŞ dollan məbləğində borc qalmışdır. Borcun mütəmadi ödənilməsinə baxmayaraq Bank öz vasitələri ilə İcra məmurlarına təsir edərək onlarla birlikdə yeganə yaşayış yeri olan evlərindən çox qəddarcasına və hörmətsizliklə çıxarmışlar. Bu vaxtı icra məmuru əşyalarının evdə qalması və mühafizə edilməsi üçün rüsum adı ilə bizdən 1400 (min dörd yüz) manat pul almışdır. Baxmayaraq ki, ipoteka ilə cəmi 2-ci mərtəbədəki 4 otaq yüklü edilmişdir, məhkəmə qətnaməsi və İcra vərəqəsi yalnız bu 2-ci mərtəbədəki 4 otağa yönəldilmişdir, cavabdeh vəzifələrindən sui-istifadə edərək onları bütün evdən çıxarmış, bu zaman evdən hər hansısa əşya götürməyinə maneçilik törədərək onları çölə atmışdılar. Halbuki, həmin mənzil 8 otaqdan ibarətdir və onların yaşamaq üçün başqa evləri yoxdur. Bununla qane olmayaraq Cavabdeh ASC-i özbaşına, vəzifəsindən sui-istifadə edərək onun məlumatı və xəbəri olmadan, icra məmurlarını bu prosesə cəlb etmədən, onun mülkiyyətində olan əmlak və əşyaları mütəxəssis tərəfindən qiymətləndirilməsini təmin etməyərək evdən çıxartmış, bu barədə müvafiq protokol tərtib etməyərək harasa aparıb güya ki, saxlanılmağa qoymuşdur. Bundan sonra cavabdeh yenədə vəzifələrindən sui-istifadə edərək onun məlumatı və xəbəri olmadan, onun mülkiyyətində olan əmlakı güya qiymətləndirilməsini, hərrac vasitəsi ilə satılmasını təşkil etmişlər. Yenə də sənədləri saxtalaşdıraraq güya hərrac iştirakçılarının olmaması səbəbindən hərrac baş tutmamış və bu səbəblərdən də 200000 (iki yüz min) manat minimal qiyməti olan tikilini 38250 (otuz səkkiz min iki yüz əlli) manata İpoteka saxlayan Cavabdeh ASC-ə satılmış və 24 iyun 2016-cı il tarixində Bankın adına rəsmiləşdirilərək ona mülkiyyət hüququ haqqında şəhadətnamə verilmişdir. Bu barədə xəbər tutduqdan sonra o, cavabdehlər “Əmlak İxtisaslaşdırılmış Hərrac Mərkəzi’ MMC-yə, "xxxx" MMC-yə, Cavabdeh ASC-yə və Üçüncü şəxs Azərbaycan Respublikası ƏMDK-i DƏDRX-nin Bakı Ərazi İdarəsinə qarşı qiymətləndirmə hesabatının və hərracın yekunları barədə protokolun etibarsız hesab edilməsi, çıxarışın ləğvi, evə mülkiyyət hüququnun tanınması və köçürülmə tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Səbail rayon məhkəməsinə müraciət etmişdir. Səbail Rayon Məhkəməsi 21 fevral 2018-ci il tarixli qətnaməsi ilə onun iddia ərizəsini təmin edərək, "xxxx" MMC-nin və “Əmlak İxtisaslaşdırılmış Hərrac Mərkəzi’ MMCnin protokolların etibarsız hesab edilməsi, ünvan 2 ünvanında yerləşən yaşayış evinin Cavabdeh ASC-nin mülkiyyət hüququna dair ƏMDK-i DƏDRX-nin Bak Ərazi İdarəsində aparılmış qeydiyyat və həmin qeydiyyata dair verilmiş Çıxarışın ləğv edilməsi, ünvan 2 ünvanında yerləşən yaşayış evinin daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüququ ilə onun adına qeydiyyata alınmış və onun həmin evə köçürülməsi barədə qətnamə qət etmişdir. Bakı Apelyasiya Məhkəməsinin 16 may 2018-ci il tarixli qətnaməsi ilə Səbail rayon məhkəməsinin 21 fevral 2018-ci il tarixli qətnaməsini dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 29 oktyabr 2018-ci il tarixli qərarı ilə Bakı Apelyasiya Məhkəməsinin 16 may 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Beləliklə də qüvvəyə minmiş məhkəmə aktları ilə onun haqlı olması, cavabdehin ona qarşı etdiyi qanunsuzluqlar öz təsdiqini tapmışdır. Bundan sonra evə dair cavabdehə verilmiş Çıxarış ləğv edilərək, əvvəlki mülkiyyətçinin, yəni ona məxsus olan ünvan 2 ünvanında yerləşən 2 mərtəbəli 8 otaqlı yaşayış evinə dair mülkiyyət hüququ bərpa edilmişdir. Beləliklə sübut olunur ki, cavabdeh tərəfindən onun mülkiyyət hüquqları kobud şəkildə pozulmuş, ona böyük məbləğdə maddi və mənəvi zərər vurulmuşdur. Bu səbəblərdən məhkəmədən xahiş edir ki, cavabdehin hərəkətlərinə hüquqi qiymət verilsin ki, Binəqədi rayon məhkəməsinin 19 aprel 2013-cü il tarixli qətnaməsi və onun əsasında verilmiş İcra vərəqəsi ilə tutma yalnız 2-ci mərtəbədəki 4 otağa yönəldiyi halda, nədən cavabdeh onu və 6 nələr ailə üzvlərini bütün evdən çıxarmışdır? Cavabdehin hərəkətlərinə hüquqi qiymət verilsin ki, məhkəmə qətnaməsi və İcra vərəqəsi yalnız 2-ci mərtəbədəki 4 otağa yönəldiyi halda, nədən cavabdeh 2-ci mərtəbədəki əşyaları yox, 1-ci mərtəbədiki əşyaları özbaşnalıq edərək gizli yolla harasa aparmışdır, əslində mənimsəmişdir? Cavabdehin hərəkətlərinə hüquqi qiymət verilsin ki, nədən cavabdehlər, əgər əşyaların çıxarılması mütləq lazım idisə, 2-ci mərtəbədəki əşyaları onun mülkiyyətində qalan 1-ci mərtəbəyə yığmamışdılar? Cavabdehin hərəkətlərinə hüquqi qiymət verilsin ki, ümumiyyətlə nədən əşyalar evdən çıxarılmalı idi, axı əşyalar nə girov predmeti olmamış, onların evdən çıxardılmasına dair nə məhkəmə qərarı nə də İcra Vərəqəsi olmamışdır? Cavabdehin hərəkətlərinə hüquqi qiymət verilsin ki, məhkəmə qərarının icra edilməsi İcra məmurlarının vəzifəsi olduğu halda, nədən Cavabdeh ASC-i özbaşına, vəzifəsindən suiistifadə edərək onun məlumatı və xəbəri olmadan, onun iştirakını təmin etməyərək, icra məmurlarını bu prosesə cəlb etməyərək, onun mülkiyyətində olan əmlak və əşyaları mütəxəssis tərəfindən qiymətləndirilməsini təmin etməyərək evdən çıxartmaqla bu barədə müvafiq protokol tərtib etməyərək harasa aparıb güya ki, saxlanılmağa qoymuşdur ? Cavabdehin hərəkətlərinə hüquqi qiymət verilsin ki, nədən evdən 1-ədəd qəhvəyi rəngli, 2 hissədən ibarət güzgülü, içərisində müxtəlif geyim əşyaları olan dolab-qiyməti 4000 manat; 1-ədəd qəhvəyi rəngli, içərisində müxtəlif geyim əşyaları olan trümo-qiyməti 1500 manat; 3 ədəd kiçik ölçülü və 3 ədəd böyük ölçülü xalçalar qiyməti-2500 manat; 1 ədəd işlənmiş yataq dəsti- qiyməti-450 manat; 3 hissədən ibarət qəhvəyi rəngli siyirməli dolab- qiyməti- 500 manat; 1 ədəd qəhvəyi rəngli pərdə və kamiz- qiyməti-350 manat; 2 ədəd böyük, bir ədəd kiçik qəhvəyi rəngli çarpayı dəsti- qiyməti-3500 manat; 1 ədəd “Dell” markalı monitor - qiyməti-350 manat; 1 ədəd boz rəngli kompyutor masası- qiyməti-250 manat; 1 ədəd qara rəngli kiçik ölçülü “Daevo” markalı televizor- qiyməti-250 manat; 1 ədəd qara rəngli “Nexus” markalı prosessor- qiyməti-150 manat; 1 ədəd “Daevo” markalı istilik radiatoruqiyməti-250 manat; 4 ədəd ağ rəngli və 2 ədəd qırmızı rəngli yastıqlar- qiyməti-300 manat; 2 ədəd güldan- qiyməti-300 manat; 1 ədəd qəhvəyi rəngli 3 hissədən ibarət içindəki qablarla birlikdə mebel- qiyməti-5000 manat; 2 ədəd kreslo- qiyməti-600 manat; 1 ədəd boz rəngli kiçik və 1 ədəd boz rəngli böyük ölçülü “Samsunq” markalı televizor- qiyməti- 750 manat; 1 ədəd stol və 6 ədəd stul- qiyməti-800 manat; 1 ədəd tünd qəhvəyi rəngli beşik içindəki paltarlara birlikdə- qiyməti-2500 manat; 4 ədəd çil-çıraq- qiyməti-1000 manat; 1 ədəd süni palma gülü- qiyməti-150 manat; 1 ədəd ağ rəngli pərdə- qiyməti-200 manat; 1 ədəd orta ölçülü xalça- qiyməti-300 manat; 2 ədəd j alyuz- qiyməti-300 manat; 1 ədəd pianino- qiyməti-1200 manat; 2 ədəd çarpayı döşəklə birlikdə- qiyməti-3000 manat; 1 ədəd stul- qiyməti-100 manat; 1 ədəd qəhvəyi rəngli kiçik masa- qiyməti-250 manat; 1 ədəd “Proqress” markalı boz rəngli tozsoran- qiyməti-150 manat; 1 ədəd xalça - qiyməti- 300 manat; 2 ədəd böyük 2 ədəd kiçik ölçülü xrustsl qab-qiyməti-600 manat; 2 ədəd qəhvəyi rəngli çarpayı döşəklə birgə- qiyməti-1500 manat; İki hissədən ibarət dolab içərisində müxtəlif əşyalar- qiyməti-5000 manat; 1 ədəd qədimi tikiş maşını- qiyməti-700 manat; 1 ədəd servant içindəki qədimi qablarla birgə-qiyməti-2500 manat; 1 ədəd 4 gözlü içərisindəki paltarlarla birlikdə-qiyməti-2200 manat; 1 ədəd xalça- qiyməti-500 manat; 1 ədəd “Beko” markalı soyuducu- qiyməti-600 manat; 1 ədəd “Simens” markalı paltaryuyanqiyməti-900 manat; lədəd qəhvəyi rəngli mətbəx mebel dəsti, içərisindəki qablarla birlikdəqiyməti-2500 manat; lədəd ağ rəngli qaz plitəsi-qiyməti-300 manat; lədəd qırmızı rəngli elektrik sobası-qiyməti-300 manat; 1 ədəd kiçik ölçüdə xalça- qiyməti-300 manat; 1 ədəd künc divanı 1 ədəd divan- qiyməti-4500 manat; 1 ədəd qara rəngli “Samsunq” markalı televizor- qiyməti-1200 manat; 1 ədəd boz rəngli “Samsunq” markalı videomaqnitafonqiyməti-250 manat; 1 ədəd boz rəngli “Supermax” markalı dvd- qiyməti-100 manat; 1 ədəd “Siemens” markalı kondisioner- qiyməti-800 manat; 1 ədəd stol 4 ədəd stul- qiyməti-900 manat; 1 ədəd dəridən əl işi- qiyməti-500 manat; 51.1 ədəd böyük ölçülü çilçıraq- qiyməti- 400 manat; 1 ədəd kürsülü dolab-qiyməti-250 manat; 3 ədəd yumşaq oyunçaq- qiyməti- 120 manat; 8 ədəd qəhvəyi rəngli stul - qiyməti-800 manat; 1 ədəd ağ rəngli mətbəx mebeli- qiyməti-150 manat; 1 ədəd qəhvəyi rəngli sökülü halda olan mebel dəsti- qiyməti- 4000 manat; Müxtəlif növ geyim əşyaları - qiyməti-5000 manat; 1 ədəd tar musiqi alətiqiyməti-400 manat; “Siemens” markalı ev telefonu- qiyməti-150 manat; breket diş üçünqiyməti-350 manat; qadın üçün gümüşdən bəzək- qiyməti-700 manat; 1 ədəd kişi üçün üz qırxan- qiyməti-50 manat; 10 ədəd müxtəlif növ gül dibçəkləri-qiyməti-700 manat; idman alətləri- qiyməti-250 manat omaqla, cəmi 70720 manatlıq əşyalar Cavabdeh ASC tərəfindən naməlum yerə aparılmış, 3 ildir ki, onların vəziyyətindən məlumatı yoxdur və hansı səbəblərdən bu günə kimi bu əşyalar bizə qaytarılmamışdır? Bundan başqa bu əşyaların içində olan mənim 26 illik iş təcrübəsi ilə bağlı fləşkart da Cavabdeh ASC tərəfindən aparılmışdır ki, onda olan materiallar bərpa oluna və ya haradansa yenidən yazıla bilməz. Bunun isə qiyməti yoxdur. Bundan başqa CavabdehASC tərəfindən əşyalar aparılarkən həyətdə olan arı ailəsi ilə birlikdə 4 yeşik yararsız hala salınmış arılar məhv edilmişdir ki, bununlada onlara 2000 (iki min) manat məbləqində zərər vurulmuşdur. Bundan başqa onların fəaliyyəti nəticəsində babamın babasından qalan, tarixi qiyməti nəzərə alınmadan, maddi dəyəri 100000 (yüz min) - 150000 (yüz əlli min) manat olan qiymətli metaldan və qiymətli daşlardan hazırlanmış əntiq bel kəməri də götürülmüşdür. Cavabdehin hərəkətlərinə hüquqi qiymət verişin ki, onların iki ailəsi onun özbaşnalığı nəticəsində 13 ay kirayədə qalmış və hər ay 1000 manat kirayə haqqı ödəmişlər! Cavabdehdən aydınlıq gətirlməsi tələb edilsin ki, onların 24785 ABŞ dolları məbləqində əsas borcun, 22517 ABŞ dolları məbləqində faiz borcunun qaldığı, mərhum Cahangir Məmmədov və onlar tərəfindən götürülmüş kreditin qaytarılması istiqamətində 148000 ABŞ dolları ödənildiyi halda necə olur ki, yenə də kredit borcları qalmışdır? Bundan başqa onları evdən məcburi qaydada çıxartdıqdan sonra cavabdeh evə yüngül əxlaqlı qadınlar gətirib orada yaşamağa icazə vermişdir, faktiki olaraq oranı əxlaqsız yuvasına çevirmişdir. Yuxarıda göstərdiyi xüsusatlardan da görünür ki, Bank onların qanını içir, dərilərini soyur, şərəf və ləyaqətini alçaldır. Cavabdehin qeyri-qanuni hərəkətləri nəticəsində onlara 185720 AZN məbləqində maddi və 50000 AZN dəyərində mənəvi zərər yetirilmişdir. Onun bu hərəkətləri nəticəsində mənəvi əzab, iztirablar keçirməyindən ağır xəstəliyə düçar olmuş, dəfələrlə əməliyyatlar keçirmiş, uzun müddətə müaləcədə olmuş və bu gündə müalicə davam edir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, cavabdehin təkidi ilə onlar qanunsuz olaraq evlərindən çıxarılmış və aralarındakı razılaşmaya görə onlara borcun ödəniməsi üçün vaxt verildiyindən onlar şəxsi əşyalarını evdən çıxartmayaraq, olan əşyaları icra məmurunun iştirakı ilə aktlaşdıraraq cavabdehə təhvil vermişdirlər. Daha sonra onlar borcu qaytara bilmədikləri üçün onları evə buraxmayaraq əşyalarını da bu günə kimi onlara təhvil verməmişdirlər. Əşyaların içində ailəsinə məxsus qızıl əşyaları və eləcə də, anasına məxsus olmuş antik əşyalar olmuşdur ki, onların dəyəri kifayət qədər bahalıdır. Düzdür "xxxx" MMC tərəfindən onlarda saxlanılan əşyaların götürülməsi təklif olunsa da, onlar bundan imtina etmişdirlər. Çünki hesab edir ki, həmin əşyalar bir ildən artıq müddətə şəraitsiz vəziyyətdə saxlanılaraq yararsız hala düşmüş və bu da, əmlaklarının dəyərlərinin itirilməsinə səbəb olmuşdur. Hesab edir ki, bütün bunlar cavabdehin qanunsuz hərəkətlərinin nəticəsində baş vermişdir. Eyni zamanda bildirir ki, atası da, eyni tələblə iddia qaldırsa da, hazırda tələb edilən məbləğin qiymətinin artırılması, həmin dövrdən xeyli vaxt keçdiyindən və baş verən infilyasiyaları da nəzərə alınsa əmlaklarının dəyəri də, qalxdığından iddia tələbini hazırki qiymətlərə uyğun olaraq irəli sürmüşdür. Odur ki, məhkəmədən iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və eyni zamanda vəkili Vəkil da iddiaçı ilə oxşar məzmunlu izahat verdi və əlavə olaraq bildirdi ki, bank qarşısında cavabdehin atasına məxsus əmlak ipoteka ilə yüklü edilmişdir. İddiaçının atasına məxsus əmlak iki mərtəbədən ibarət olmaqla ümumilikdə 7 otaqlıdır. Həmin ipoteka müqaviləsi üzrə yalnız evin ikinci mərtəbəsində yerləşən otaqlar yüklü edilmiş, birinci mərtəbə isə yüklü edilməmişdir. İddiaçı kredit müqaviləsi üzrə banka borclu olmuş, məhkəmə qətnaməsi ilə tutma evə yönəldilmiş və açıq hərracdan satılması qət edilmişdir. Ev hərraca çıxarılaraq satılmış, lakin iddiaçı və onun ailəsinə bu barədə lazımi qaydada məlumat verilməmişdir. Bu səbəbdən də onlar məhkəməyə müraciət edərək hərracın və yekun protokolun nəticələrinin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş və müvafiq qətnamə ilə iddia tələbləri təmin edilmişdir. Hazırda sözü gedən ev iddiaçıların mülkiyyətinə geri qaytarılmışdır. Mənzildə olan əşyaların daşınılması zərurəti yaranmışdırsa da, həmin əşyaların başqa yerə aparılması zərurəti olmadan, yalnız mənzilin 1-ci mərtəbəsinə yerləşdirilməsi mümkün idi, lakin həmin əmlaklar "xxxx" MMC-yə saxlanca verilmişdir və bunun müqabilində 1400 manat ödəniş də alınmışdır. Bu günə kimi cavabdeh tərəfindən iddiaçının şəxsi əşyaları geri qaytarılmamışdır. Onu da, qeyd edir ki, ipoteka ilə yüklü edilmiş əmlak iddiaçının atasına məxsus olsa da, iddiaçı da, tərəflər arasında mövcud olmuş əsas məhkəmə mübahisələrində cavabdeh olmuş və ona görə də, hazırki iddianı da, qaldırmağa subyektiv hüququ olmuşdur. Bundan başqa mənzilləri iddiaçının sahiblik və istifadəsində olan zaman müxtəlif şəxslərə kirayə verilməklə həmin mənzildən əxlaqsızlıq yuvası kimidə istifadə edilmiş və bununla da iddiaçıya həm də, mənəvi ziyanda dəymişdir. Qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh ASC-nin nümayəndəsi X3 iddia tələbinə etiraz edərək bildirdi ki, iddiaçının iddia tələbi əsassızdır və iddianın heç bir hüquqi əsası yoxdur. Belə ki, iddiaçının hazırki işlə bağlı iddia qaldırmaq üçün subyektiv hüququ yoxdur. İddiaçı iş üzrə əsas borclu olmuş, onun atası isə evin mülkiyyətçisi olmuşdur. 05.10.2017-ci il tarixli akta əsasən borclu İddiaçı 20.10.2017-ci il tarixədək tələbkarla aralarında hər-hansı bir razılıın olmadığı təqdirdə evdə olan saxlanca verilmiş əşyaların istənilən hər-hansı bir saxlanc anbarına yerləşdirilməsinə etiraz etmədiyini bildirmiş və akt, adları qeyd edilmiş şəxslər tərəfindən imzalanmışdır. 15.11.2018-ci il tarixli akta əsasən isə sözü gedən əmlaklar Ə.Əfənova geri qaytarılmışdır. Qeyd olunmuş bu hallar müvafiq məhkəmə qətnamələri ilə də müəyyən edilərək öz əksini tapmış və iddia tələbləri əsasız olduğu üçün rədd edilmişdir. Yəni işin halları ilə tələb olunan əşyaların mülkiyyətçiyə geri qaytarılması artıq müəyyən edilmişdir. Bildirir ki, mülkiyyətçi olaraq iddiaçının atası tələb olunan əşyaların ona aid olması qeyd edilməklə eyni tələblə, yəni hazırki iddia ərizəsində qeyd olunmuş əşyalarla bağlı artıq iddia qaldırmış və iddiası rədd edilmişdir. Həmin iddiada tələb olunan əşya və əmlaklar hazırki tələb olunan əmlaklarla eynilik təşkil edərək sadəcə dəyərləri yüksək qeyd edilmişdir. Odur ki, iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi əsassız olduğu üçün təmin edilməməlidir. Belə ki, işin halları ilə müəyyən edilmişdir ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1045/2013 saylı, 19.04.2013-cü il tarixli qətnaməsi ilə iddiaçı "xxxx" İKB ASC-nin cavabdehlər İddiaçı və Əfənov Əhməd Məhəmməd oğluna qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi və borcun ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddiası qismən təmin edilərək, İddiaçı "xxxx" İKB ASC-nin xeyrinə 24785 ABŞ dolları əsas, 22517 ABŞ dolları faiz, 711 ABŞ dolları dəbbə pulu olmaqla, cəmi 48013 ABŞ dolları pul vəsaitinin tutulması, tutmanın ipoteka predmeti olan Əfənov Əhməd Məhəmməd oğluna məxsus Bakı şəhəri, M.Ə.Rəsulzadə qəsəbəsi, 8 mart küçəsi, ev 68V saylı fərdi yaşayış evinə (V tikilisi 4 otaq) yönəldilməsi, evin açıq hərracdan satılması və ən geci 1 ay ərzində boşaldılması qət edilmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)- 515/2018 saylı, 21.02.2018-ci il tarixli qətnaməsinə əsasən iddiaçı Əfənov Əhməd Məhəmməd oğlunun cavabdehlər "xxxx" MMC, "xxxx" MMC və "xxxx" İKB ASC-yə qarşı qiymətləndirmə hesabatının və hərracın yekunları barədə protokolun etibarsız hesab edilməsi, çıxarışın ləğvi, evə mülkiyyət hüququnun tanınması və köçürülmə tələbinə dair iddiası təmin edilmişdir. Bundan başqa iş materiallarında olan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 20 may 2019-cu il tarixli, 2(006)-2725/2019 saylı qətnaməsinə əsasən ilə müəyyən edilir ki, iddiaçı Əfənov Əhməd Məhəmməd oğlunun cavabdeh "xxxx" İKB ASC və digərlərinə qarşı “maddi ziyana görə 100.000 manat, mənəvi ziyana görə 50.000 manat pul tələbinə dair” iddiası rədd edilmiş, iddiaçı qətnamədən apellyasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 17 sentyabr 2019-cu il tarixli, 2(103)- 11618/2019 saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin edilmədən, iş üzrə Bakı şəhəri, Nəsimi rayon məhkəməsinin 20 may 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İddiaçı Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 17 sentyabr 2019-cu il tarixli, 2(103)- 11618/2019 saylı qətnaməsindən kassasiya şikayəti vermiş və Azərbaycan Respublikası Ali Məhkəməsinin 28.01.2020-ci il tarixli, 2(102)-792/2020 saylı qərarı ilə iddiaçı Əfənov Əhməd Məhəmməd oğlunun kassasiya şikayəti təmin edilməmiş və Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 17 sentyabr 2019-cu il tarixli, 2(103)-11618/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 20 may 2019-cu il tarixli, 2(006)-2725/2019 saylı qətnaməsinə əsasən həmçinin, 05.10.2017-ci il tarixli akta əsasən İddiaçı 20.10.2017-ci il tarixədək "xxxx" İKB ASC ilə hər hansı bir razılığa gəlməsə ünvan 3 ünvanda olan saxlanca verilmiş əmlakların "xxxx" İKB ASC-nin saxlanc anbarına yerləşdirilməsinə heç bir etirazının olmadığı, mübahisələndirilən evdə olan qızıl-zinət və digər qiymətli əşyaların oğlu Əfənov Əhməd Məhəmməd oğlu tərəfindən götürüldüyü və 15.11.2018-ci il tarixli akt ilə Ə.Əfənova qaytarıldığı, həmin aktı Əfənov Əhməd Məhəmməd oğlu və İddiaçı imza edərək heç bir etirazlarının olmadığı müəyyən edilmişdir. Qeyd etmək lazımdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 23.02.2016-cı il tarixli Qərarında göstərilir ki, “Preyudisiallıq məhkəmə aktının qanuni qüvvəsinin təkzibedilməzliyi, müstəsnalığı və məcburiliyi kimi keyfiyyət göstəricilərinin nəticəsidir. Preyudisiya institutu məhkəmə aktlarına yenidən baxılmasının qarşısının alınmasına, məhkəmə təcrübəsində eyniliyin, sabitliyin və hüquqi müəyyənliyin təmin edilməsinə yönəlmişdir. Preyudisiallığı tənzim edən normalar sübut etmə prosesini sadələşdirməyə, işlərə baxılma müddətinin qısaldılmasına, məhkəmələrin, eləcə də məhkəmə prosesi iştirakçılarının vəsaitinə qənaət edilməsinə yönəlmişdir. Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyinə əsasən preyudisiya institutunun əsas funksiyası eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni və məhkəmə qərarları arasındakı stabilliyi təmin etməkdir. Preyudisiya institutunun mülki prosesdə eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni təmin etmək funksiyasının mahiyyəti eyni faktiki halların təkrarən, lüzumsuz olaraq araşdırılması və onlar barəsində yenidən nəticəyə gəlinməsinin qarşısını almaqdan ibarətdir. Beləliklə, məhkəmə qərarının preyudisiallığı qanuni qüvvəyə minmiş məhkəmə qərarının əsaslandırıcı hissəsində müəyyənləşdirilmiş faktların və hüquq münasibətlərinin işdə iştirak edən şəxslər tərəfindən yenidən mübahisələndirilməsinin, məhkəmə üçün isə onların başqa prosesdə araşdırılmasının və təkzib edilməsinin mümkünsüzlüyü deməkdir. MPM-nin 233.3-cü maddəsinə görə qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərini, eyni əsas üzrə yenidən irəli sürə bilməzlər, habelə məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “X1 şikayəti üzrə” 13.02.2007-ci il tarixli Qərarında qeyd edilmişdir ki, "qanuni qüvvəyə minmiş məhkəmə aktı özündə mübahisələndirilən maddi hüququn, yaxud belə hüquqa əsaslanan faktın mövcud olub-olmamasını qəti surətdə müəyyənləşdirir və səlahiyyətli şəxsin tələbi ilə hər hansı qeyd-şərt qoyulmadan onların həyata keçirilməsini ehtiva edir. Məhz bu baxımdan prosessual qanunvericilikdə nəzərdə tutulmuş bütün müdafiə vasitələri istifadə edildikdən sonra qanuni qüvvəyə minmiş məhkəmə aktı təkzibolunmazlıq, müstəsnalıq və məcburilik kimi hüquqi xassələrə malikdir. Məhkəmə aktının müstəsnalığı isə artıq bir dəfə həll olunmuş məsələnin yenidən hər hansı formada mübahisələndirilməsinə və məhkəmələrdə yenidən baxılmasına yol vermir.” Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9-cu maddəsinə əsasən məhkəmə ədalət mühakiməsini faktlar əsasında həyata keçirməli, tərəflər öz tələblərini sübutlarla əsaslandırmalı, proses çəkişmə prinsipi əsasında aparılmalı və hakimin qərarı yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırılmalıdır. Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun “İ.Şabanovanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 24 oktyabr 2011-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 27 avqust 2012-ci il tarixli Qərarına görə mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31.01.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Beləliklə, məhkəmə iş üzrə tədqiq olunmuş sübutlara tam, hərtərəfli və obyektiv qiymət verərək, yuxarıda sadalanan hüquq normalarına əsaslanmaqla hesab edir ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 20 may 2019-cu il tarixli, 2(006)-2725/2019 saylı qanuni qüvvəsini almış qətnaməsi ilə 05.10.2017-ci il tarixli akta əsasən İddiaçı 20.10.2017-ci il tarixədək "xxxx" İKB ASC ilə hər hansı bir razılığa gəlməsə, ünvan 3 ünvanda olan saxlanca verilmiş əmlakların "xxxx" İKB ASC-nin saxlanc anbarına yerləşdirilməsinə heç bir etirazının olmadığı, mübahisələndirilən evdə olan qızıl-zinət və digər qiymətli əşyaların oğlu İddiaçı tərəfindən götürüldüyü və 15.11.2018-ci il tarixli akt ilə Ə.Əfənova qaytarıldığı, həmin aktı Əfənov Əhməd Məhəmməd oğlu və İddiaçı imza edərək heç bir etirazlarının olmadığı müəyyən edilməklə, iddiaçı Əfənov Əhməd Məhəmməd oğlunun cavabdeh "xxxx" İKB ASC və digərlərinə qarşı “maddi ziyana görə 100.000 manat, mənəvi ziyana görə 50.000 manat pul tələbinə dair” iddiası rədd edildiyindən, eləcə də hazırki mülki iş üzrə İddiaçı Cavabdeh ASC-yə qarşı pul tələbi ilə bağlı iddia tələbi ilə çıxış etmək hüququnun yaranmadığına görə iddia ərizəsi əsassız və qanunsuz olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 14.2-ci, 77.1-ci, 78.1-ci, 80-ci və 81-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli, sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilməli, işin gedişində təqdim olunmuş ancaq o sübutlar qəbul edilməli və nəzərə alınmalıdır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədar olsun. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh ASC-yə qarşı pul tələbinə dair iddiası rədd edilsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Toğrul Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar