Məhkəmə qərarları › İş №e-2(004)-454/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-454/2023

01.02.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-454/2023 01.02.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xəlilova Təhminə Cəmil qızının sədrliyi Allahverdiyeva Aytac Fizuli qızının katibliyi İddiaçı İddiaçının vəkili və nümayəndəsi Nümayəndə iştirakı ilə İddiaçı Cavabdeh qarşı alimentə xitam verilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçının xx.xx.2013-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-3342/2020 saylı qətnaməsi ilə müəyyən edilmiş aliment öhdəliyinə xitam verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 03 iyul 2012-ci il tarixdə cavabdehlə rəsmi nikaha daxil olmaqla ailə həyatı qurmuşdur. Birgə nikahlarından 10 iyun 2013-cü il təvəllüdlü X3 anadan olmuşdur. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- 7219/2014 saylı qətnaməsi ilə nikahları pozulmuş, X2 cavabdehin himayəsinə verilməsi qət edilmişdir. 21 may 2020-ci il tarixdə cavabdeh ona qarşı aliment tələbi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-3342/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, iddiaçıdan X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 170 manat sabit pul məbləğində alimentin cavabdehin xeyrinə tutulması qət edilmişdir. Daha sonra o, cavabdehə qarşı atalığa dair mübahisə açma tələbi ilə Bakı şəhər Yasalmal Rayon Məhkəməsinə müraciət etmişdir. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-410/2021 saylı, 01 sentyabr 2021-ci il tarixli qiyabi qətnaməsi ilə iddia ərizəsi təmin edilərək onun 10 iyun 2013-cü il təvəllüdlü X2 atası olmaması müəyyən edilmiş, Sumqayıt Şəhər Qeydiyyat Şöbəsi tərəfindən 10 iyun 2013-cü il təvəllüdlü X3 barədə 15 aprel 2014-cü il tarixdə tərtib edilmiş 546 nömrəli doğum haqqında akt qeydindən uşağın atası kimi İddiaçı haqqında məlumatların çıxarılması qət edilmişdir. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-410/2021 saylı, 01 sentyabr 2021-ci il tarixli qiyabi qətnaməsi xx.xx.2021-ci ildə qanuni qüvvəsini alaraq icra olunmuşdur. O, X2 valideyni hesab edilmədiyindən onun saxlanılması ilə bağlı məsuliyyət daşımır. Belə olan halda ondan X1 ilə bağlı alimentin tutulması Azərbaycan Respublikasının Ailə Məcəlləsinə və Azərbaycan Respublikasının Mülki Məcəlləsinə ziddir. İddiaçı və iddiaçının nümayəndəsi məhkəmə iclasında iddianın məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlməmiş və üzrlü səbəblər barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə MPM-nin 185.5-ci maddəsinə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının və iddiaçının nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Azərbaycan Respublikasının Ailə Məcəlləsi 75.1. Valideynlər uşaqlarını saxlamağa borcludurlar. Yasamal Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(004)-410/2021 saylı qiyabi qətnaməsi ilə İddiaçı xx.xx.2013-cü il təvəllüdlü X2 atası olmaması; Sumqayıt Şəhər Qeydiyyat Şöbəsi tərəfindən xx.xx.2013-cü il təvəllüdlü X3 barədə xx.xx.2014-cü il tarixdə tərtib edilmiş 546 nömrəli doğum haqqında akt qeydindən uşağın atası kimi İddiaçı haqqında məlumatların çıxarılması müəyyən edilmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli arayışına əsasən Yasamal Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(004)-410/2021 saylı qətnaməsi xx.xx.2021-ci il tarixdə qanuni qüvvəsini almışdır. Məhkəmə hesab edir ki, qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə İddiaçı Cavabdeh anadan olmuş xx.xx.2013-cü il təvəllüdlü X2 valideyni olmaması müəyyən edildiyindən, Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən isə uşaqları saxlamaq valideynlərin vəzifəsi olduğundan iddia əsaslıdır və təmin edilərək iddiaçının uşaq barədə aliment öhdəliyinə xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227 və 360cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ : İddia təmin edilsin. İddiaçı xx.xx.2013-cü il təvəllüdlü X3 barəsində Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-3342/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş aliment öhdəliyinə xitam verilsin. Qətnamədən rəsmi verildiyi gündən bir ay müddətində “Elektron Məhkəmə” İnformasiya Sistemində yaradılan elektron kabinet vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Təhminə Xəlilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar