Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(004)-4721/2020 10.09.2020 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əyyubov Fərid İlham oğlunun sədrliyi ilə, İddiaçı Cavabdeh qarşı qarşı uşaqla ünsiyyət və aliment tələbinə dair iddia ərizəsinə baxaraq Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı qarşı uşaqla ünsiyyət və aliment tələbinə dair iddia ərizəsi ilə müraciət etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (MPM-in) 151.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin tələblərinə riayət edilməklə verilməsi yoxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.7-ci maddəsinə əsasən bir və ya bir neçə cavabdehə bir-bir ilə əlaqədar olmayan bir neçə tələb birləşdirildikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Məhkəmə İddiaçı iddia ərizəsini nəzərdən keçirərək qeyd edir ki, iddiaçı məhkəmədən xx.xx.2011-ci il təvəllüdlü X3 ilə özünün həftədə iki dəfə görüş vaxtının müəyyən edilməsi və xx.xx.2008-ci il doğum tarixli X1 18 yaşına çatanadək cavabdeh X2 hər ay 170 manat alimentin tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Göründüyü kimi iddia tələbində bir-birilə əlaqədar olmayan tələblər yəni uşaqla görüş vaxtının müəyyən edilməsi və aliment tələbləri birləşdirilmiş və bununla da ərizənin qanunla müəyyən edilən məzmununa riayət edilməmişdir. Beləliklə məhkəmə hesab edir ki, ərizəvə ona əlavə edilmiş sənədlər geri qaytarılmalı və iddiaçıya qərardadda qeyd edilən nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq Qərara aldı: İddiaçı Cavabdeh qarşı qarşı uşaqla ünsiyyət tələbinə dair ərizə və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. İddiaçıya izah olunsun ki, ərizənin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan 10 (on) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən:Fərid Əyyubov
Məhkəmə qərarları › İş №e-2(004)-4721/2020
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №e-2(004)-4721/2020
10.09.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver