Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(004)-4729/2021 08.07.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Axundov Toğrul Bəhruz oğlu icraatıma daxil olan kreditor Tələbkar MMC-nin Borclu qarşı pul tələbinə dair məhkəmə əmrinin verilməsinə dair ərizəsinə və ərizəyə əlavə edilmiş sənədlərə baxaraq, MÜƏYYƏN ETDİM: Kreditor Tələbkar MMC məhkəməyə ərizə ilə müraciət edərək, Borclu 226 manat borc məbləği, 100 manat cərimə və 20 manat dövlət rüsumu, cəmi 346 manatın tutularaq tələbkara ödənilməsi barədə məhkəmə əmrinin verilməsini xahiş etmişdir. Məhkəmə əmrinin verilməsinə dair ərizəni və ona əlavə edilmiş sənədləri araşdırıb hesab edirəm ki, tələb barədə aşkar mübahisə mövcud olduğundan məhkəmə əmrinin verilməsindən imtina edilməlidir. Belə ki, kreditor tərəfidən borcludan ödənilməsi tələb edilən 100 manat məbləğində cərimə məbləğləri əsas borca mütənasib deyildir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 279.2.3-cü maddəsinə əsasən məhkəmə, məhkəmə əmrinin verilməsi haqqında ərizənin qəbul olunmasından ərizənin əsaslandığı tələb etmə hüququ barədə mübahisə varsa imtina edir. Həmin Məcəllənin 279.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 3 müddətində məhkəmə ərizənin qəbul edilməsindən imtina haqqında qərardad çıxarır. Bu qərardaddan şikayət verilə bilməz. Həmin Məcəllənin 279.4-cü maddəsinə əsasən məhkəmə əmrinin verilməsi haqqında ərizənin qəbul edilməsindən imtina olunması kreditorun həmin tələb üzrə iddia icraatı qaydasında iddia verməsinə mane olmur. Bu halda kreditor tərəfindən ödənilmiş dövlət rüsumu ödənilməli olan dövlət rüsumuna hesablanır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 263-264, 266-268, 279-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Kreditor Tələbkar MMC-nin Borclu qarşı pul tələbinə dair ərizəsinin qəbul edilməsindən imtina edilsin. Kreditora izah edilsin ki, məhkəmə əmrinin verilməsi haqqında ərizənin qəbul edilməsindən imtina olunması kreditorun həmin tələb üzrə iddia icraatı qaydasında iddia verməsinə mane olmur. Bu halda kreditor tərəfindən ödənilmiş dövlət rüsumu ödənilməli olan dövlət rüsumuna hesablanır. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: Toğrul Axundov
Məhkəmə qərarları › İş №e-2(004)-4729/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №e-2(004)-4729/2021
08.07.2021 · Əmr icraatı - Müqavilə tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver