Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-4816/2025 13.11.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı əşyaların mənzildən çıxarılması tələbinə dair iş üzrə (açar sözlər: əşyaların çıxarılması) Hakim Əsədzadə Aytəkin Aqil oğlunun sədrliyi, Əhmədli Qəndab Ruslan qızının katibliyi, Cavabdeh, cavabdehin nümayəndəsi Mustafayeva Larysanın iştirakları ilə, İddiaçı Cavabdeh qarşı əşyaların mənzildən çıxarılması tələbinə dair mülki işə baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestr xidmətinin hüquqların dövlət qeydiyyatı haqqında daınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 1 ünvanında olan 55 nömrəli mənzil ********** qeydiyyat nömrəsi ilə xx.xx.2016-cı il tarixdən İddiaçı adına qeydə alınmışdır.
2. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(008)- 5007/2024 nömrəli qətnaməsinə əsasən X6 ilə Cavabdeh arasında bağlanmış nikah pozularaq xx.xx.2019-cu il təvəllüdlü X2 X3 yanında saxlanması qət edilmişdir.
İddia tələbinin və ona etirazın dəlilləri, məhkəmə icraat iştirakçılarının izahatları
a) iddia tələbi
3. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh məxsus olan əşyaların: Yataq otağında olan əşyalar kravat - taxt 1 ədəd, tryumo 1 ədəd, şkaf 1 ədəd, pufik 1 ədəd, tumboçka 2 ədəd, pastel dəsti dəsti 6 ədəd, dəsmallar böyük/balaca 1 ədəd, yataq otağı pərdələri, yorğanlar 3 ədəd, döşəklər-matras 3 ədəd, pokrivallar, yastıqlar 4, çərçivələr, qarderob 1 ədəd, qonaq otağında olan foto albomlar, divan 1 ədəd, kreslo 2 ədəd, divan kreslo örtükləri 3 ədəd, yemək stolu 1 ədəd, stul 6 ədəd, jurnaln stolu 2 ədəd, qonaq otağı pərdələri, vazalar 2 ədəd, xalçalar 1 ədəd böyük, 3 ədəd balaca və 1 ədəd yay xalçası, mətbəx otağında olan əşyalar qabları 6 ədəd, əlavə qablar 6 ədəd, süfrələr 3 ədəd, fincanlar 6 ədəd, stəkanlar 6 ədəd, nəlbəkilər 6 ədəd, fujerlər 6 ədəd, çay dəstləri servizi və çay aksesuarları 2 ədəd, çay dəsmalları 3 ədəd, qazan dəsti 3 ədəd, qaşıq, çəngəl dəsti 1 ədəd, boşqab dəsti 1 ədəd, ləyən 1 ədəd, çömçə 3 ədəd, süzgəc 3 ədəd, çörək qabları 6 ədəd, tort dəsti 3 ədəd, süfrə aksesuarları, mətbəxt asesuarları, şirə çəkən maşın 1 ədəd, qazan dəsti 3 ədəd, mətbəx konbaynı (mətbəx robotu), mikrodalğalı soba 1 ədəd, mikser 1 ədəd iddiaçıya məxsus olan ünvan 1 ünvanında olan 55 nömrəli mənzildən çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
4. İddianın əsaslarına görə, iddiaçının oğlu X6 ilə Cavabdeh arasında xx.xx.2018-ci il tarixdə nikah bağlanmış və bu nikahın bağlanması haqqında akt qeydləri kitabında 4300 nömrə ilə qeyd edilmişdir. Bu nikahdan xx.xx.2019-cu il təvəllüdlü X5 doğulmuşdur. İlk vaxtlar aralarında normal ailə münasibətləri olsa da, sonradan pozulmuşdur. İddiaçının oğlu X1 Kamilla Həsən qızına qarşı “nikahın pozulması və uşağın atanın yanında qalması” tələbinə dair iddia ərizəsi ilə Sabunçu Rayon Məhkəməsinə müraciət etmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(008)-5007/2024 nömrəli qətnaməsi ilə X6 ilə Cavabdeh arasında 3 saylı Bakı “Asan xidmət” mərkəzi Qeydiyyat şöbəsində nikahın bağlanması haqqında akt qeydləri kitabında 4300 nömrəli akt qeydi ilə tərtib olunmuş xx.xx.2018-ci il tarixli nikahın pozulması və birgə nikahdan doğulmuş xx.xx.2019-cu il təvəllüdlü X2 X3 himayəsində saxlanılmasına qət edilmişdir. Qeyd edilməlidir ki, iddiaçının oğlu və cavabdeh birgə nikaha daxil olduqları gündən İddiaçı mülkiyyətində olan evi müvəqqəti olaraq onların istifadəsinə vermişdir. Onlar arasında olan nikah məhkəmə qətnaməsi ilə pozulduqdan sonra cavabdeh evi tərk etmiş valideynlərinə məxsus olan ünvan 2 ünvanında yaşamağa başlamışdır. Lakin cavabdeh valideynləri ilə birgə yaşamasına baxmayaraq, nikahla əlaqədar olaraq gətirdiyi cehizlərin müəyyən bir qismini iddiaçıya məxsus olan evdən çıxarmamışdır.
b) iddiaya qarşı etiraz
5. İddia tələbinə qarşı yazılı etiraz daxil olmamışdır.
c) məhkəmə icraat iştiakçılarının izahatları
6. İddiaçının vəkili və nümayəndəsi ərizə təqdim edərək, iclasın onların iştirakı olmadan keçirilməsi və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
7. Məhkəmə iclasında iştirak edən cavabdeh və onun nümayəndəsi iddia tələbini etiraf edərək izahatlarında bildirmişlər ki, iddiaçının tələbində qeyd edilənlərlə razıdır, həqiqətən də cavabdehə məxsus əşyalar iddiaçının mülkiyyətində olan mənzildədir, lakin əşyaların siyahısı tam deyil, tələbdə qeyd edilən əşyalardan başqa əşyalar da iddiaçının mənzilindədir.
Tətbiq edilən hüquq
8. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 152.1. Mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur; Maddə 153.4. Bütün mülkiyyətçilərin hüquqları eyni bərabərdə müdafiə edilir; Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.
9. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir; Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur; Maddə 119. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
Məhkəmə baxışının hədləri
10. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
Məhkəmənin mövqeyi
11. İşdəki sübutlarla müəyyən olunur ki, ünvan 1 ünvanında olan 55 nömrəli mənzil xüsusi mülkiyyət hüququ ilə iddiaçıya məxsusdur. İddiaçının oğlu və cavabdeh ailə olduqları müddətdə həmin mənzildə yaşamışlar, nikah pozulduqdan sonra isə cavabdeh mənzili tərk etmişdir.
12. Hazırda isə iddiaçı onun mülkiyyətdində olan mənzildən cavabdehə məxsus əşyaların çıxarılmasını tələb edir.
13. Məhkəmə işin faktiki hallarını maddi-hüquqi əsaslar baxımından yoxlayaraq hesab edir ki, iddia təmin edilməlidir.
14. Belə ki, iddiaçıya məxsus mənzildə cavabdehin əşyalarının olduğu cavabdeh və onun nümayəndəsi tərəfindən verilən izahatlar, iddiaçı tərəfindən təqdim edilmiş fotoşəkillərlə öz təsdiqini tapır.
15. Mülki Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.
16. Məhkəmə cavabdehin əşyaların siyahısının tam olmaması barədə dəlilinə münasibətdə isə qeyd edir ki, cavabdeh əşyaları mənzildən çıxardıqdan sonra ona məxsus digər əşyaların olmadığını aşkara çıxarsa bu barədə iddiaçıya və ya əşyaların faktiki sahibliyində olduğu sübut olunan digər şəxsə qarşı əşyaların qaytarılması tələbi ilə müstəqil olaraq məhkəməyə müraciət edə bilər.
17. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh məxsus olan əşyalar: Yataq otağında olan əşyalar kravat - taxt 1 ədəd, tryumo 1 ədəd, şkaf 1 ədəd, pufik 1 ədəd, tumboçka 2 ədəd, pastel dəsti dəsti 6 ədəd, dəsmallar böyük/balaca 1 ədəd, yataq otağı pərdələri, yorğanlar 3 ədəd, döşəklər-matras 3 ədəd, pokrivallar, yastıqlar 4, çərçivələr, qarderob 1 ədəd, qonaq otağında olan foto albomlar, divan 1 ədəd, kreslo 2 ədəd, divan kreslo örtükləri 3 ədəd, yemək stolu 1 ədəd, stul 6 ədəd, jurnaln stolu 2 ədəd, qonaq otağı pərdələri, vazalar 2 ədəd, xalçalar 1 ədəd böyük, 3 ədəd balaca və 1 ədəd yay xalçası, mətbəx otağında olan əşyalar qabları 6 ədəd, əlavə qablar 6 ədəd, süfrələr 3 ədəd, fincanlar 6 ədəd, stəkanlar 6 ədəd, nəlbəkilər 6 ədəd, fujerlər 6 ədəd, çay dəstləri servizi və çay aksesuarları 2 ədəd, çay dəsmalları 3 ədəd, qazan dəsti 3 ədəd, qaşıq, çəngəl dəsti 1 ədəd, boşqab dəsti 1 ədəd, ləyən 1 ədəd, çömçə 3 ədəd, süzgəc 3 ədəd, çörək qabları 6 ədəd, tort dəsti 3 ədəd, süfrə aksesuarları, mətbəxt asesuarları, şirə çəkən maşın 1 ədəd, qazan dəsti 3 ədəd, mətbəx konbaynı (mətbəx robotu), mikrodalğalı soba 1 ədəd, mikser 1 ədəd İddiaçı məxsus olan ünvan 1 ünvanında olan 55 nömrəli mənzildən çıxarılmalıdır.
18. Göstərilənlərə əsasən və MPM-in 119, 216-220, 227, 233, 358, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
qət etdi:
İddia təmin edilsin. Cavabdeh məxsus olan əşyalar: Yataq otağında olan əşyalar kravat - taxt 1 ədəd, tryumo 1 ədəd, şkaf 1 ədəd, pufik 1 ədəd, tumboçka 2 ədəd, pastel dəsti dəsti 6 ədəd, dəsmallar böyük/balaca 1 ədəd, yataq otağı pərdələri, yorğanlar 3 ədəd, döşəklər-matras 3 ədəd, pokrivallar, yastıqlar 4, çərçivələr, qarderob 1 ədəd, qonaq otağında olan foto albomlar, divan 1 ədəd, kreslo 2 ədəd, divan kreslo örtükləri 3 ədəd, yemək stolu 1 ədəd, stul 6 ədəd, jurnaln stolu 2 ədəd, qonaq otağı pərdələri, vazalar 2 ədəd, xalçalar 1 ədəd böyük, 3 ədəd balaca və 1 ədəd yay xalçası, mətbəx otağında olan əşyalar qabları 6 ədəd, əlavə qablar 6 ədəd, süfrələr 3 ədəd, fincanlar 6 ədəd, stəkanlar 6 ədəd, nəlbəkilər 6 ədəd, fujerlər 6 ədəd, çay dəstləri servizi və çay aksesuarları 2 ədəd, çay dəsmalları 3 ədəd, qazan dəsti 3 ədəd, qaşıq, çəngəl dəsti 1 ədəd, boşqab dəsti 1 ədəd, ləyən 1 ədəd, çömçə 3 ədəd, süzgəc 3 ədəd, çörək qabları 6 ədəd, tort dəsti 3 ədəd, süfrə aksesuarları, mətbəxt asesuarları, şirə çəkən maşın 1 ədəd, qazan dəsti 3 ədəd, mətbəx konbaynı (mətbəx robotu), mikrodalğalı soba 1 ədəd, mikser 1 ədəd - İddiaçı məxsus olan ünvan 1 ünvanında olan 55 nömrəli mənzildən çıxarılsın. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. HAKİM Aytəkin Əsədzadə