Məhkəmə qərarları › İş №e-2(004)-4835/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №e-2(004)-4835/2025

07.08.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(004)-4835/2025 07.08.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Babazadə Gülnar Vidadi qızının sədrliyi ilə, İddiaçı Cavabdeh Qubat oğluna qarşı “nikahın pozulması, uşaqların ananın yanında qalması, aliment, birgə nikah dövründə əldə edilmiş əmlak və öhdəlikdə payın müəyyən edilməsi, mənzilə köçürülmə” tələblərinə dair iddia ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh Qubat oğluna qarşı “nikahın pozulması, uşaqların ananın yanında qalması, aliment, birgə nikah dövründə əldə edilmiş əmlak və öhdəlikdə payın müəyyən edilməsi, mənzilə köçürülmə” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X2 ilə aramızda Abşeron rayonun Qobu qəsəbə nümayəndəliyində bağlanmış xx.xx.2005-ci il tarixli 58 saylı rəsmi nikahın pozulması, birgə nikahdan doğulmuş xx.xx.2010-cu il təvəllüdlü X1 onun himayəsinə verilməsi və yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay sabit pul məbləğində 246 manat alimetin onun xeyrinə tutulması, cavabdeh ilə birgə nikah dövründə əldə etdiyi ünvan 1 ünvanda yerləşən mənzilinə, ünvan 2 evinə və iki ədəd minik avtomobilinə 2/3 payının müəyyən edilərək naturada ayrılması, birgə nikah dövründə Yelo Bankdan alınmış 19.566(on doqquz min beş yüz altmış altı) manat kredit pulunun ½ hissənin cavabdeh tərəfindən ödənilməsi öhdəliyinin caabdehin üzərinə qoyulması və ünvan 3 ünvanda yerləşən mənzilə köçürülməyi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, Azərbaycan Respublikası MPM-nin 152.1.7-ci maddəsinə əsasən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Azərbaycan Respublikası MPM-nin 149.3-cü maddəsinə əsasən iddiaçı bir-biri ilə bağlı olan bir neçə tələbi bir iddia ərizəsində birləşdirməyə haqlıdır. Həmin Məcəllənin 152.1.7-ci maddəsinə görə bir və ya bir neçə cavabdehə bir-biri ilə əlaqədar olmayan bir neçə tələb birləşdirildikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. İddia tələbinin “xahiş edirəm” hissəsindən də aydın görünür ki, iddiaçı bir-biri ilə əlaqədar olmayan tələbləri birləşdirmişdir. İddiaçının “xahiş edirəm” hissəsində qeyd olunan “cavabdeh X2 ilə aramızda Abşeron rayonun Qobu qəsəbə nümayəndəliyində bağlanmış xx.xx.2005-ci il tarixli 58 saylı rəsmi nikahın pozulması, birgə nikahdan doğulmuş xx.xx.2010-cu il təvəllüdlü X1 onun himayəsinə verilməsi və yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay sabit pul məbləğində 246 manat alimetin onun xeyrinə tutulması, cavabdeh ilə birgə nikah dövründə əldə etdiyi ünvan 1 ünvanda yerləşən mənzilinə, ünvan 2 evinə və iki ədəd minik avtomobilinə 2/3 payının müəyyən edilərək naturada ayrılması, birgə nikah dövründə Yelo Bankdan alınmış 19.566(on doqquz min beş yüz altmış altı) manat kredit pulunun ½ hissənin cavabdeh tərəfindən ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbləri ilə bir–biri ilə əlaqəli olmayan “mənzilə köçürülmə” barədə tələbi birləşdirmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 22-ci maddəsinə əsasən, nikah məhkəmə qaydasında pozularkən, ər-arvad məhkəməyə yetkinlik yaşına çatmayan uşaqlarının kiminlə qaldığını, uşaqların saxlanması üçün vəsaitin ödənilmə qaydasını, bu vəsaitin miqdarını müəyyən edən saziş təqdim edə bilərlər. Qeyd edilən məsələlər üzrə ərarvad arasında saziş olmadıqda, eləcə də bu saziş uşaqların və ya tərəflərdən birinin marağını pozduqda, məhkəmə boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərindən hansının yanında qaldığını, uşaqlar üçün alimentin hansı valideyndən və hansı miqdarda tutulduğunu və ərindən (arvadından) saxlanması üçün vəsait almaq hüququna malik olan arvadın (ərin) tələbi ilə ərdən (arvaddan) tutulmalı olan vəsaitin miqdarını müəyyən etməli, ər-arvadın (onlardan birinin) tələbi ilə onların birgə mülkiyyətində olan əmlakın bölgüsünü aparmalıdır. İddiaçıya izah edilməlidir ki, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Eyni zamanda Azərbaycan Respublikası MPM-in 114.1.3-cü maddəsinə əsasən, dövlət rüsumunun qaytarılması məsələləri həll edilməli, dövlət rüsumu kimi ödənilmiş 50 (əlli) manat məbləğində pul İddiaçı qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-in 114.1.3-cü maddəsinə əsasən, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa, ödənilmiş dövlət rüsumu qaytarılır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149, 152, 263, 264, 268-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: İddiaçı Cavabdeh Qubat oğluna qarşı “nikahın pozulması, uşaqların ananın yanında qalması, aliment, birgə nikah dövründə əldə edilmiş əmlak və öhdəlikdə payın müəyyən edilməsi, mənzilə köçürülmə” tələblərinə dair iddia ərizəsi və ərizəyə əlavə edilmiş sənədlər ərizəçiyə geri qaytarılsın. İddiaçı qərardadda göstərilən nöqsan aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etmək hüququnun olması izah olunur. İddiaçı tərəfindən 06 avqust 2025-ci il tarixli, ********** nömrəli qəbzə əsasən dövlət rüsumu kimi ödənilmiş 50 (əlli) manat məbləğində pul Bakı şəhəri Baş Maliyyə İdarəsi tərəfindən İddiaçı qaytarılsın. Qərardaddan qərardadın rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Gülnar Babazadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar