Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-4912/2022 26.10.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Babazadə Gülnar Vidadi qızının sədrliyi, Qasımova Aytən Elçin qızının katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2008-ci il təvəllüdlü X3, xx.xx.2010-cu il təvəllüdlü X4, xx.xx.2013-cü il təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün hər ay hər uşağa 193 manat, ümumilikdə 579 manat məbləğində alimentin Cavabdeh tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə xx.xx.2008-ci il tarixdə Yasamal rayon qeydiyyat şöbəsində rəsmi nikaha girərək ailə qurmuş, birgə nikahdan üç övladı xx.xx.2008-ci il tarixdə X7, xx.xx.2010-cu il tarixdə X8, xx.xx.2013-cü il tarixdə X9 anadan olmuşdur. Əvvəllər mehriban yaşasalar da, aralarındakı münasibətlər sonradan pozulmuşdur. Cavabdeh evi tərk edərək çıxıb getmişdir. Bu günə kimi ondan məlumat yoxdur. Cavabdeh uşağa maddi cəhətdən köməklik göstərmir. Uşaqlarla maraqlanmır. Uşağı ana qayğısından məhrum edir. Uşaqlardan xx.xx.2008-ci il təvəllüdlü X7 “üzvü emosianal labil pozulması, yüngül hoqrietiv pozulması” xəstəliyindən əziyyət çəkir. Müalicə alır. Uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün aliment tutulmalıdır. Odur ki, Cavabdeh xx.xx.2011-ci il təvəllüdlü X6, xx.xx.2008-ci il təvəllüdlü X3, xx.xx.2010-cu il təvəllüdlü X4, xx.xx.2013-cü il təvəllüdlü X1 üçün hər ay hər uşağa 193 manat, ümumilikdə 579 manat məbləğində alimentin tutularaq İddiaçı ödənilməsini xahiş edir. Məhkəmə iclasında İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdilər. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilsə də, o heç bir səbəb göstərmədən məhkəmə iclasına gəlməmiş və işin baxılmasının başqa vaxta keçirilməsi barədə vəsatət verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının və onun nümayəndəsi və vəkilinin izahatlarını dinləyib və iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Yasamal rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İ seriyalı 047849 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı ilə Cavabdeh 19 aprel 2008-ci il tarixdə nikaha daxil olmuş və bu barədə 325 nömrəli akt qeydi tərtib edilmişdir. İş materiallarında olan Yasamal rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİ 089255 nömrəli xx.xx.2008-ci il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X7 13 mart 2008-ci il tarixdə anadan olmuşdur və bu barədə doğum haqqında akt qeydləri kitabında 1116 nömrə ilə qeyd edilmişdir. Atası İddiaçı, anası Cavabdehdır. İş materiallarında olan Yasamal rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİ 575105 nömrəli xx.xx.2010-cu il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X8 13 oktyabr 2010-cu il tarixdə anadan olmuşdur və bu barədə doğum haqqında akt qeydləri kitabında 3952 nömrə ilə qeyd edilmişdir. Atası İddiaçı, anası Cavabdehdır. İş materiallarında olan Yasamal rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİİ 182738 nömrəli xx.xx.2013-cü il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X9 18 sentyabr 2013-cü il tarixdə anadan olmuşdur və bu barədə doğum haqqında akt qeydləri kitabında 3165 nömrə ilə qeyd edilmişdir. Atası İddiaçı, anası Cavabdehdır. İş materiallarında olan 5 nömrəli uşaq poliklinikasının 223 nömrəli 28 aprel 2022-ci il tarixli ambulator kitabçadan çıxarışından görünür ki, xx.xx.2008-ci il təvəllüdlü X3 diaqnozu “üzvü emosianal labil pozulması, yüngül hoqrietiv pozulması”-dır. Daimi qulluq və müalicə tələb olunur. Məhkəmə iclasında iştirak edən xx.xx.2010-cu il təvəllüdlü X8 və xx.xx.2013-cü il təvəllüdlü X9 ayrı-ayrılıqda bildirdilər ki, hal-hazırda atalarının yanında qalırlar. Anaları Türkiyəyə çıxıb getmişdir. Məhkəmə iclasında iştirak edən xx.xx.2008-ci il təvəllüdlü X2 ilə əlaqədar dindirilməsi mümkün olmamışdır. “Uşaq hüquqları” haqqında Azərbaycan Respublikası qanunun 19-cu maddəsinə əsasən valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. “Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar; 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, yaxud qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində, həm də bu Məcllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər; 84.2. Bu köməyin göstərilməsindən imtina edildikdə və ər-arvad arasında alimentin ödənilməsi barədə saziş olmadıqda aşağıdakılar buna zəruri vəsaitə malik olan digər tərəfin aliment ödəməsini məhkəmə qaydasında tələb etmək hüququna malikdirlər: “Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə 2022-ci il üçün yaşayış minimumu uşaqlar üçün 193 (bir yüz doxsan üç) manat məbləğində müəyyən edilmişdir. Məhkəmə iş materiallarını araşdıraraq, uşaqların saxlanması üçün cavabdehdən iddiaçının xeyrinə tutulmalı alimentin məbləği ilə bağlı belə qənaətə gəlir ki, uşaqların mənafeyinin ən yüksək səviyyədə təmin edilməsi baxımından alimentin məbləği də sabit pul məbləğində müəyyən edilməlidir. Odur ki, qanunvericiliyin göstərilən müddəalarını rəhbər tutmaqla məhkəmə hesab edir ki, Cavabdeh aliment sabit pul məbləğində tutulmalıdır. Belə ki, onun rəsmi işləməsinə və aylıq sabit gəlirə malik olmasına dair hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. Odur ki, hazırki mübahisə üzrə aliment ödəməli olan valideynin qazancını müəyyən etmək mümkün deyildir. Tutulacaq sabit pul məbləğinin miqdarına münasibətdə isə məhkəmə hesab edir ki, 3 uşaq üçün sabit pul məbləğində aliment tutularkən cavabdehin maddi vəziyyəti də nəzərə alınmalı, cavabdehdən hər ay hər uşağa görə ayrı-ayrılıqda 150 (yüz əlli) manat olmaqla, cəmi 450 (dörd yüz əlli) manat sabit məbləğdə aliment tutulmalıdır. Məhkəmə, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsaslanmaqla həmçinin hesab edir ki, aliment iddiaçının məhkəməyə müraciət etdiyi 01 sentyabr 2022-ci il tarixdən tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2008-ci il təvəllüdlü X3, xx.xx.2010-cu il təvəllüdlü X4, xx.xx.2013cü il təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün hər ay hər uşağa görə 150 (bir yüz əlli manat) manat olmaqla, cəmi 450 (dörd yüz əlli) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilsin. Alimentin tutulma vaxtı 01 sentyabr 2022-ci il tarixdən hesablansın. Qətnamə alimentin tutulma hissəsində dərhal icra edilsin. Qalan hissədə iddia təmin olunmasın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Gülnar Babazadə
Məhkəmə qərarları › İş №e-2(004)-4912/2022
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-4912/2022
26.10.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver