Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-4957/2025 29.10.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair mülki iş üzrə (açar sözlər: aliment) Hakim Əsədzadə Aytəkin Aqil oğlunun sədrliyi, Ələsgərov Pərvin Asif oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(004)- 3821/2024 nömrəli qətnaməsinə əsasən İddiaçı ilə Cavabdeh arasında bağlanmış nikahın pozulması, birgə nikahdan doğulmuş xx.xx.2022-ci il təvəllüdlü X5 və xx.xx.2024-cü il təvəllüdlü X4 anası İddiaçı yanında saxlanması və xx.xx.2022-ci il təvəllüdlü X5 və xx.xx.2024-cü il təvəllüdlü X4 yetkinlik yaşlarına çatanadək saxlanmaları üçün Cavabdeh hər ay qazancının və (və ya) başqa gəlirlərinin üçdə bir hissəsi məbləğində aliment tutularaq İddiaçı ödənilməsi qət edilmişdir.
İddia tələbinin və ona etirazın dəlilləri, məhkəmə icraat iştirakçılarının izahatları
a) iddia tələbi
2. İddiaçı cavabdehlərə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, birgə nikahdan doğulmuş xx.xx.2022-ci il təvəllüdlü X5 və xx.xx.2024-cü il təvəllüdlü X6 adlı azyaşlı uşaqlarının 3 yaşına çatanadək saxlanması üçün onlara daimi qulluq edən və faktiki olaraq əmək fəaliyyəti ilə məşğul olmaq imkanına malik olmayan iddiaçıya hər ay 150 manat məbləğində alimentin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
3. İddianın əsaslarına görə, cavabdeh uzun müddətdir ki, bir ata kimi uşaqlarının tərbiyəsi və gündəlik qayğısı ilə faktiki olaraq məşğul olmamış, eyni zamanda onların maddi ehtiyaclarının qarşılanmasında da heç bir yardım göstərməmişdir. Hazırda iddiaçı himayəsində iki azyaşlı uşağının olması səbəbi ilə faktiki olaraq əmək fəaliyyəti ilə məşğul ola bilmir. Eyni zamanda uşaqların daim diqqətə və qayğıya ehtiyacının olması, artan yaşları və sosial ehtiyacları ilə əlaqədar olaraq onların gündəlik xərcləri də nəzərə çarpacaq dərəcədə artmaqdadır. Valideynlərdən biri kimi iddiaçı artıq bu maddi ehtiyacları təkbaşına qarşılamaqda ciddi çətinliklərlə üzləşir və bu vəziyyət uşaqlarının rifahına birbaşa təsir göstərməkdədir. Bu səbəbə görə iddiaçı uşaqların zəruri ehtiyaclarının qarşılanması, onların sağlam inkişafı və sosial təminatı məqsədilə cavabdeh tərəfindən müvafiq maddi yardımın göstərilməsi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.
b) iddiaya qarşı etiraz
4. İddia tələbinə qarşı etiraz daxil olmamışdır.
c) məhkəmə icraat iştiakçılarının izahatları
5. İddiaçının vəkili və nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək məhkəmə iclasının iştirakı olmadan keçirilməsini və iddianın təmin edilməsini xahiş etmişdir.
6. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir.
Tətbiq edilən hüquq
7. Azərbaycan Respublikası Ailə Məcəlləsi: Maddə 75.1. Valideynlər uşaqlarını saxlamağa borcludurlar; Maddə 75.4. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur; Maddə 85.1. Aşağıdakı şəxslər nikah pozulduqdan sonra məhkəmə qaydasında buna zəruri vəsaitə malik olan keçmiş ərdən (arvaddan) aliment ödəməyi tələb etmək hüququna malikdirlər: 85.1.1. hamiləlik dövründə və ümumi uşaqlarının doğulduğu gündən 3 il ərzində keçmiş arvad; Maddə 100.2. Aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur.
8. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” xx.xx.2024-cü il tarixli Qərarı: “... 8.4-1. Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər (məsələn, Məhkəmə 2024-cü ildə bir uşağın saxlanmasına görə alimentin tutulması barədə iddiaya baxarkən alimenti 255 manat həddində müəyyən etmək istəyirsə, həmin il üzrə minimum əmək haqqı məbləğinin 0,74 mislində (345 x 0,74 = 255 manat) alimentin tutulması barədə qətnamə qəbul etməklə, qətnamənin nəticə hissəsini “xx.xx.xxxx tarixindən başlayaraq yetkinlik yaşına çatmayan A-nın saxlanılması üçün B-dən C-nin xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,74 misli həddində sabit pul məbləğində aliment tutulsun” məzmununda ifadə etməlidir).”
9. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir; Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə 119. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; Maddə 234.2. Aşağıdakı qətnamələr dərhal icra olunur: 234.2.1. şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında.
Məhkəmə baxışının hədləri
10. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
Məhkəmənin mövqeyi
11. İşin faktiki hallarından görünür ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(004)-3821/2024 nömrəli qətnaməsi ilə iddiaçı ilə cavabdeh arasında bağlanmış nikahın pozulması, birgə nikahdan doğulmuş xx.xx.2022-ci il təvəllüdlü X5 və xx.xx.2024-cü il təvəllüdlü X4 anası İddiaçı yanında saxlanması və onların yetkinlik yaşlarına çatanadək saxlanmaları üçün cavabdehdən hər ay qazancının və (və ya) başqa gəlirlərinin üçdə bir hissəsi məbləğində alimentin tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir. Hazırda isə iddiaçı cavabdehdən onun xeyrinə uşaqların 3 yaşına çatanadək saxlanmaları üçün onlara daimi qulluq edərək və faktiki olaraq əmək fəaliyyəti ilə məşğul olmaq imkanına malik olmadığından hər ay 150 manat məbləğində alimentin tutulmasını xahiş edir.
12. İddiaçı xx.xx.2022-ci il təvəllüdlü X5 və xx.xx.2024-cü il təvəllüdlü X4 3 yaşına çatanadək saxlanmaları üçün hər ay 150 manat məbləğdə pul tutulmasını xahiş edir.
13. Məhkəmə qeyd edir ki, keçmiş arvad (ər) ümumi uşaqlarının doğulmasından sonra 3 il ərzində özünə görə maddi yardım tələb edə bilər və bu zaman qarşı tərəfin buna zəruri vəsaitinin olub-olmaması nəzərə alınmalı, ağlabatanlıq meyarı əsas götürülməlidir.
14. Hazırkı halda yetkinlik yaşına çatmayan uşaqlardan xx.xx.2022-ci il təvəllüdlü Yasin Həmzəyevin iddia ərizəsi məhkəməyə daxil olduqdan sonra 9 gün sonra 3 yaşı tamamlanmışdır. Odur ki, iddiaçının himayəsində olan xx.xx.2024-cü il təvəllüdlü azyaşlıya münasibətdə iddia tələbi nəzərə alınmalı, iddia qismən təmin edilməklə alimentin məbləği hər ay 100 manat müəyyən edilməlidir. Məhkəmənin qənaətinə görə bu məbləğ Ailə Məcəlləsinin 85-ci maddəsinin tələbləri baxımından iddiaçının hüquqlarının qorunması üçün yetərlidir.
15. Məhkəmə təcrübəsini müəyyən edən Ali Məhkəmənin məhkəmələrə tövsiyəsi ondan ibarət olmuşdur ki, məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər.
16. 2025-ci il üçün minimum əmək haqqı 400 manat olduğundan tutulmalı olan alimentin miqdarı minimum əmək haqqının 0,25 misli həddində müəyyən edilməlidir.
17. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, xx.xx.2024-cü il təvəllüdlü X4 3 yaşına çatanadək hər ay minimum əmək haqqının 0,25 misli həddində aliment cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
18. Göstərilənlərə əsasən və MPM-in 119, 216-220, 227, 233, 358, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
qət etdi:
İddia qismən təmin edilsin. 03 aprel 2024-cü il təvəllüdlü X4 3 yaşına çatanadək hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,25 misli həddində aliment Cavabdeh tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
HAKİM Aytəkin Əsədzadə