Məhkəmə qərarları › İş №e-2(004)-4970/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №e-2(004)-4970/2021

16.08.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(004)-4970/2021 16.08.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Babazadə Gülnar Vidadi qızının sədrliyi, X4 oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “alimentin miqdarının azaldılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “alimentin miqdarının azaldılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 01.11.2006-cı il təvəllüdlü X1 və 29.04.2014-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün müyyən olunmuş 500 manat aliment məbləğini azaldaraq, ölkə üzrə müəyyən olunmuş sabit pul məbləğində hər uşağa görə 175 manat, cəmi 350 manat alimentin Cavabdeh xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Bakı Apelyasiya Məhkəməsi 2(103)- 3119/2016 saylı 05 may 2021-ci il tarixli qətnaməsi ilə Yasamal rayon Məhkəməsinin 22 yanvar 2016-cı il tarixli 2(004)-437/2016 saylı qətnaməsini ləğv edərək, aliment hissəsində tərəflərin ümumi uşaqları 01.11.2006-cı il təvəllüdlü X1 və 29.04.2014-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün İddiaçı hər ay hər bir uşağa görə 250 manat olmaqla, cəmi 500 manat sabit pul məbləğində aliment tutulub Cavabdeh verilməsi, alimentin tutulması 22 yanvar 2016-cı il tarixdən etibarən hesablanmasını qət etmişdir. Qətanmə çıxarılan vaxtdan sonra o uzun illər işləyərək, hər ay uşaqlara 500 manat aliment ödəməkdə davam edirdi. Lakin, son zamanlar ölkə üzrə davam edən pandemiya və ölkədə maddi vəziyyətin ağır olması ona da öz təsiri göstərdi. Belə ki, son zamanlar işlədiyi işdə də müəyyən maddi problemlər olduğu üçün, o 01.08.2021-ci il tarixdən işlədiyi vəzifədən azad olunduğundan və müəyyən olunmuş 500 manat aliment məbləğinin ödəməsində çətinlik çəkir. Eyni zamanda kredit öhdəliyi olduğuna görə, bu məbləğdə alimentin vaxtıvaxtında ödənilməsinin öhdəsindən gələ bilməyəcək. Daha sonra İddiaçı nümayəndəsi və vəkili Vəkil AZEMİS elektron məhkəmə sistemi vasitəsilə ərizə ilə məhkəməyə müraciət edərək, iddia ərizənin baxılmamış saxlanılmaqla iddia ərizəsini və ona əlavə olunmuş sənədlərin geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə Cavabdeh qanunla müəyyən olunmuş qaydada məlumat verilsə də, cavabdeh heç bir səbəb göstərmədən məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barədə ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə iddia ərizəsini baxılmamış saxlayır. Beləliklə, məhkəmə iddiaçının iddia ərizəsinin qaytarılmasına dair ərizəsini və cavabdehin mülki işin mahiyyəti üzrə baxılmasını tələb etmədiyini nəzərə alaraq hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanılmalı, eyni zamanda iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılmalıdır. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0, 259.0.11, 260.1, 263-264, 267, 268-ci maddələrini rəhbər tutub məhkəmə QƏRARA ALDİ: Ərizə təmin edilsin. İddiaçı Cavabdeh qarşı “alimentin miqdarının azaldılması” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Gülnar Babazadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar