Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-4980/2020 19.10.2020 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Orxan Qədir oğlunun sədrliyi, Əfəndiyeva Aygül Fikrət qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin tələbi”nə dair mülki işə Bakı Şəhəri Yasamal Rayon Məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı “alimentin tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2008-ci il tarixli X3 18 yaşına çatanadək cavabdeh X4 hər ay 170 manat tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Yasamal Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(004)-499/2019 saylı qətnaməsi ilə İddiaçı ilə X5 arasında bağlanmış və xx.xx.2008-ci il tarixdə Yasamal Rayon Qeydiyyat Şöbəsində rəsmiləşdirilmiş nikahın pozulması, birgə nikahdan doğulmuş xx.xx.2008-ci il təvəllüdlü X1 atası İddiaçı yanında qalması qət edilmişdir. Hal-hazırda iddiaçı öz himayəsində qalmış xx.xx.2008-ci il təvəllüdlü X3 üçün cavabdehdən aliment tutulması tələbi ilə məhkəməyə müraciət etməyi zəruri hesab edir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək, yuxarıda qeyd edilmiş izahata uyğun izahat verərək, iddia ərizəsinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia ərizəsinə etiraz edərək, izahatında bildirdi ki, o iddiaçıya aliment ödəməyə razı deyil. Belə ki, onların birgə nikahında olan digər övladı onun yanındadır. İddiaçı həmin uşağın saxlanması üçün ona 100 manat aliment ödəyir. Əgər iddiaçı uşağı saxlaya bilmirsə, o, özü uşağı saxlaya bilər. Həmçinin o, tezliklə uşaq tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edəcək. Bütün bunları nəzərə alaraq o, məhkəmədən iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıraq, məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. «Azərbaycan Respublikasında 2020-ci il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikasının Qanunu ilə 2020-ci il üçün yaşayış minimumu uşaqlar üçün 170 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75, 76, 78-ci maddələrini, Mülki Prosessual Məcəllənin 14, 77, 83, 217, 218 və 220-ci maddələrini, «Azərbaycan Respublikasında 2020-ci il üçün yaşayış minimumu haqqında» Qanunu və «Uşaq hüquqları» haqqında Azərbaycan Respublikası qanunun 19-cu maddələrini rəhbər tutaraq məhkəmə müəyyən etdi: Məhkəmə araşdırılması zamanı müəyyən edildi ki, iddiaçı ilə cavabdeh xx.xx.2008ci ildə nikaha daxil olmuşlar. Birgə nikahdan iki övladları dünyaya gəlmişdir. İş materiallarında olan Yasamal Rayon Məhkəməsinin 2(004)-4991/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsi ilə İddiaçı ilə Əliyeva (Qasımova) Xəyalə Əli qızı arasında xx xxxxxxx 2008-ci il tarixdə Bakı şəhəri Yasamal rayon qeydiyyat şöbəsində 1132 saylı akt qeydi ilə rəsmiləşdirilmiş nikahın pozulması, tərəflərin birgə nikahından doğulmuş xx xxxxxx 2011-ci il təvəllüdlü X2 anası- iddiaçı Əliyeva (Qasımova) Xəyalə Əli qızının yanında qalması, tərəflərin birgə nikahından doğulmuş xx xxxxxxxx 2008-ci il təvəllüdlü X1 atası cavabdeh İddiaçı yanında qalması, cavabdeh İddiaçı xx xxxxxx 2011-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün məhkəməyə müraciət olunan xx.xx.2019-cu il tarixdən başlayaraq, hər ay 100 manat sabit pul məbləğində alimentin tutularaq, iddiaçı Əliyeva (Qasımova) Xəyalə Əli qızına ödənilməsi qət edilmişdir. İş materiallarında olan Nikahın pozulması haqqında şəhadətnamədən də görünür ki, tərəflər arasında bağlanmış nikah xx.xx.2019-cu il tarixdə ləğv edilmişdir. Belə ki, Ailə Məcəlləsinin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Ona görə də, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh xx.xx.2008-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 170 manat sabit pul məbləğində aliment tutularaq iddiaçı İddiaçı ödənilməlidir. Alimentin tutulma müddəti xx xxxxxxxx 2020-ci il tarixdən hesablanmalı və alimentin tutulması dərhal icra edilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D i: İddia tələbi təmin edilsin. Cavabdeh xx.xx.2008-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 170 (yüz yetmiş) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. Alimentin tutulma müddəti xx xxxxxxxx 2020-ci il tarixdən hesablansın. Qətnamə dərhal icra edilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Orxan Məmmədli
Məhkəmə qərarları › İş №e-2(004)-4980/2020
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-4980/2020
19.10.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver