Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-4990/2022 16.11.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əyyubov Fərid İlham oğlunun sədrliyi, X8 oğlunun katibliyi İddiaçı Cavabdehin nümayəndəsi və vəkili Vəkil iştirakı ilə İddiaçı Cavabdeh qarşı mənəvi zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı mənəvi zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh iddiaçının xeyrinə 30.000 (otuz min) manat məbləğində mənəvi zərərin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh iddiaçıya qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 2006-cı il buraxılışlı, «Audi Q7» markalı ** KR *** dövlət qeydiyyat nişanlı avtomobilin ona satılması üçün guya aralarında şifahi şəkildə razılaşdırılmış dəyəri kimi 30.000 manatın iddiaçıdan alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh iddia ərizəsini onunla əsaslandırmışdır ki, 2017-ci il tarixdən mülkiyyətində 2006-cı il buraxılışlı, «AUDİ Q7» markalı ** KR *** dövlət qeydiyyat nişanlı minik avtomobili olmuşdur. İddiaçı isə onun bacısı Yeganə Quliyevanın həyat yoldaşı olmuşdur. Guya 2020-ci ilin mart ayında cəzacəkmə müəssisəsindən çıxdıqdan sonra həmin nəqliyyat vasitəsini 2020-ci ilin may ayında yalnız müvəqqəti idarə etmək məqsədilə iddiaçıya etibarnamə vermişdir. 2020-ci ilin oktyabr ayınadək sözügedən avtomaşını yalnız sürmək hüququ üçün verilmiş etibarnamə əsasında idarə etmişdir. Guya 2020-ci ilin oktyabr ayında iddiaçı ona bildirmişdir ki, avtomobili satırsa ondan almaq istəyir. Guya aralarında 3 ay müddətinə ödəmək şərtilə 30.000 manata avtomobili ona satmaq barədə razılaşmışlar. Guya həmin zaman aralarında qohumluq münasibəti olduğu üçün, o iddiaçıya inanaraq xx.xx.2020-ci il tarixdə Abşeron rayonu Xırdalan şəhərində yerləşən 1 saylı notariat kontorunda baş etibarnamə vermişdir. İddiaçı baş etibarnamə verildikdən 3 ay keçdikdən sonra guya ona avtomobil üçün razılaşdıqları pulun ödənilməsini gözləmişdir. 2020-ci ilin fevral ayının sonuna yaxın ona məlum olmuşdur ki, iddiaçı baş etibarnamə verildiyi gündən bir gün sonra həmin avtomobili bacısı oğlu X4 baş etibarnamə ilə etibar etmiş, bundan sonra xx.xx.2020-ci il tarixdə avtomobili öz adına rəsmiləşdirmişdir. xx.xx.2020-ci il tarixdə həmin avtomobili X1 adlı şəxsə satmışdır. Bundan sonra Dəyanət Qurbanov da həmin avtomobili başqa şəxsə satmışdır. Cavabdeh avtomobillə əlaqədar onun iddiaçıya olan etibarından sui-istifadə nəticəsində əmlakının ələ keçirilməsi ilə bağlı Abşeron və Nəsimi rayon polis idarələrinə şikayət ərizələri ilə müraciət etmişdir. Nəsimi rayon Polis idarəsinin istintaq şöbəsi işi aiddiyatı üzrə araşdırılması məqsədilə Abşeron rayon Polis idarəsinə göndərmişdir. Abşeron rayon polis idarəsinin xx.xx.2021-ci il tarixli qərarı ilə cinayət işinin başlanması rədd edilmiş, həmin qərarla hazırkı mübahisə üzrə mülki mübahisə qaydasında məhkəməyə müraciət edilməsi tövsiyə edilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-4499/2021 nömrəli 02 noyabr 2021-ci il tarixli Qətnaməsi ilə iddia ərizəsi əsassız və uydurma olduğundan rədd edilmişdir. Bundan başqa onun tərəfindən polisə müraciət etməklə iddiaçını faktiki olaraq şərləməsi nəticəsində böyük stress yaşamış, problemlərlə üzləşmişdir. Dəfələrlə polis idarələrinə, məhkəmələrə əsassız yerə getmələri iddiaçıya stress yaşatmışdır. Mənəvi zərəri 30.000 (otuz min) manat məbləğində dəyərləndirir. Cavabdehin nümayəndəsi və vəkili Vəkil məhkəməyə etiraz ünvanlayaraq bildirmişdir ki, Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair" 2002-ci il 31 may tarixli Qərarında göstərilmişdir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi, ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər fərdin hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O, həm vurulmuş əmlak zərəri ilə birlikdə, həm də əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Eyni zamanda sözügedən qərarda qeyd edilir ki, cəmiyyətin hərtərəfli inkişafı üçün əsas prinsiplərdən biri də fikir və söz azadlığının təmin olunmasıdır. Belə hüquq Azərbaycan Respublikası Konstitusiyasının 47-ci maddəsində təsbit olunmuşdur. Beləliklə, bir hüququn həyata keçiirlməsi digər hüququn məhdudlaşdırılması və ya ümumiyyətlə nəzərə alınmaması ilə müşayiət edilə bilməz. Bu baxımdan şərəf və ləyaqətin müdafiəsi həyata keçirilərkən fikir və söz azadlığı hüququnu nəzərdə tutan Konstitusiya müddəalarına da riayət edilməli və hər iki hüquq arasında mütənasiblik təmin olunmalıdır. Bütün hüquqlar həyata keçirilərkən biri digəri ilə rəqabətdə olur və on görə də qanunun mənəvi zərərin ödənilməsini nəzərdə tutan müddəaları tətbiq edilərkən, bir hüququn müdafiəsi digər hüququn məhdudlaşdırılması hesabına həyata keçirilə bilməz. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Məhkəməsi Plenumunun 2008-ci il 3 noyabr tarixli qərarının 8-ci bəndinə əsasən, məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərər vuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Mənəvi zərərlə bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 aprel 2020-ci il Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair qərarı ilə nuiəyyən edilir ki, mənəvi zərər insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir və yaxın şəxsin itirilməsi, fəal ictimai həyatın davam etdirilməsinin qeyri-mümkünlüyü, əmək qabiliyyətinin itirilməsi, ailə və şəxsi həyat sirrinin ictimailəşməsi, şərəf və ləyaqəti alçaldan məlumatların yayılması, müəyyən hüquq və azadlıqların qanunsuz məhdudlaşdırılması, fiziki əzab, sağlamlığa zərər vurulması və s. nəticəsində yarana bilər. Eyni zamanda həmin qərarla mənəvi təzminat isə hüquqa zidd əməl ilə zərərçəkənin mənəvi və ya fiziki bütövlüyünə edilən təcavüz nəticəsində meydana gələn ağrı və iztirabın, mənəvi sarsıntının unudulması, yaşama sevinci və arzusunun təkrar qazanılması, pozulan mənəvi tarazlığın yenidən bərpa edilməsi üçün bərabərləşdirmə vasitəsidir. Beləliklə hesab edirlər ki, hər bir kəsin məhkəmədə hüquqlarının tələbi onun söz və fikir azadlıqlarına nisbətdə dövlət tərəfindən təmin olunan hüququdur. Cavabdeh İddiaçıa qarşı inzibati və ya məhkəmə orqanlarında öz hüquqlarının təmini məqsədilə qaldırmış olduğu tələbi nəticəsində iddiaçıya hər hansı mənəvi və ya digər zərər vurulması kimi qiymətləndirilməməlidir. Belə tələblərə baxılarkən yuxarıda sadaladıqları, instansiyaların münasibəti əsas meyar olaraq tətbiq edilməlidir. Qeyd edilənləri nəzərə alaraq məhkəmədən xahiş edirlər ki, iddia tələbi əsassız olduğundan təmin edilməməsi barədə qətnamə qəbul edilsin. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Bildirmişdir ki, Cavabdeh bacısı Yeganə Quliyevanın həyat yoldaşı olmuşdur. Cavabdeh ona qarşı iddia qaldırmış, ondan müxtəlif orqanlara şikayət edərək bildirmişdir ki, guya Cavabdeh 2020-ci ilin mart ayında cəzacəkmə müəssisəsindən çıxdıqdan sonra həmin nəqliyyat vasitəsini 2020-ci ilin may ayında yalnız müvəqqəti idarə etmək məqsədilə ona etibarnamə vermişdir. 2020-ci ilin oktyabr ayınadək sözügedən avtomaşını yalnız sürmək hüququ üçün verilmiş etibarnamə əsasında idarə etmişdir. Guya 2020-ci ilin oktyabr ayında iddiaçı ona bildirmişdir ki, avtomobili satırsa iddiaçı ondan avtomobili almaq istəyir. Guya aralarında 3 ay müddətinə ödəmək şərtilə 30.000 manata avtomobili almaq barədə razılaşma olmuşdur. Guya həmin zaman aralarında qohumluq münasibəti olduğu üçün cavabdeh iddiaçıya inanaraq xx.xx.2020-ci il tarixdə Abşeron rayonu Xırdalan şəhərində yerləşən 1 saylı notariat kontorunda baş etibarnamə vermişdir. Cavabdeh öz bacısının əməllərini ört bastır etmək və onun qisasını almaq üçün iddiaçıdan bir növ acıq çıxır. Cavabdeh etdiyi bu hərəkətlərə görə iddiaçı Nəsimi rayon polis idarəsində, Abşeron rayon polis idarəsində olmuşdur. İddiaçının bu idarələrdə olmağı, izahatlar verməyi ona çox böyük sarsıntılar keçirtmişdir. Bu səbəbdən də iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili Vəkil etiraz ərizəsinin məzmununa uyğun izahat verərək iddianın rədd edilməsini xahiş etmişdir. İş materiallarında olan Abşeron RPİ-nin TŞ-nin baş təhqiqatçısı polis mayoru İlkin Ağayevin xx.xx.2020-ci il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərarından görünür ki, aparılmış araşdırma zamanı X3 və başqa hər hansısa şəxsin əməlində cinayət əməli aşkar edilməmişdir. Cavabdeh müraciəti əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş və Cavabdeh 30.000 manat məbləğində pulun ödənilməsi tələbi ilə bağlı məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. İş materiallarında olan Abşeron RPİ-nin TŞ-nin baş təhqiqatçısı polis mayoru Maarif Abbasovun xx.xx.2021-ci il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərarından görünür ki, aparılmış araşdırma zamanı X3 və başqa hər hansısa şəxsin əməlində cinayət əməli aşkar edilməmişdir. Cavabdeh müraciəti əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş və Cavabdeh 30.000 manat məbləğində pulun ödənilməsi tələbi ilə bağlı məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. İş materiallarında olan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)— 4499/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən müəyyən olunur ki, iddiaçı Cavabdeh İddiaçı qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh İddiaçı 2006-cı il buraxılışlı Audi Q7 markalı, **-KR-*** dövlət qeydiyyat nişanlı avtomobilin ona satılması üçün aralarında şifahi şəkildə razılşdırılmış dəyəri kimi 30.000 manatın alınaraq ona verilməsi barədə qətnamə çıxarılması xahiş etmiş, idda tələbi rədd edilmişdir. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin 2(103)-2084/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən müəyyən olunur ki ,iddiaçı X2 apellasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi əsassız olduğundan rədd edilməlidir. Belə ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. İddiaçı tərəf cavabdeh tərəfindən iddiaçı barəsində polis idarələrinə müraciət etdiyini, ona qarşı iddia qaldırdığını, bununla da ona mənəvi zərər vurulduğunu iddia etsə də, iş materialları ilə iddiaçıya mənəvi ziyan vurulması halı məhkəmə tərəfindən müəyyən edilmir və iddiaçı tərəfindən sübuta yetirilmir. İddiaçı yalnız formal mülahizələrə əsaslanaraq cavabdehin ona qarşı iddiaçı barəsində polis idarələrinə müraciət etdiyi, iddia qaldırdığı üçün ona mənəvi zərər vurulduğunu bildirmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Konstitusiyasında da təsbit olunduğu kimi hər kəsin məhkəmə müdafiəsi hüququ vardır. Cavabdeh qanunvericiliklə ona verilmiş hüququndan istifadə edərək iddiaçı barəsində polis idarələrinə müraciət etmiş, iddiaçıya qarşı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Bir şəxsin öz hüquqlarından istifadə edərək digər şəxsə qarşı mülki iddia qaldırması və ya polis orqanına şikayət etməsi, həmin şəxsə mənəvi zərər vurulması halı kimi qiymətləndirilə bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın. Mülki Məcəllənin 14.2-ci maddəsinə əsasən mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri də başqa şəxslərə zərər vurulmasıdır. Mülki Məcəllənin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin maddənin 2-ci bəndinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Miilki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair" 2002-ci il 31 may tarixli Qərarına əsasən mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 223, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi : İddiaçı Cavabdeh iddiaçının xeyrinə 30.000 (otuz min) manat məbləğində mənəvi zərərin tutulması barədə iddia tələbi rədd edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fərid Əyyubov
Məhkəmə qərarları › İş №e-2(004)-4990/2022
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-4990/2022
16.11.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver