Məhkəmə qərarları › İş №e-2(004)-5009/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-5009/2022

26.10.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-5009/2022 26.10.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundov Toğrul Bəhruz oğlunun sədrliyi, Kərimova Leyla Abbas qızının katibliyi, İddiaçı nümayəndəsi və eyni zamanda vəkili Vəkil1, Cavabdeh, onun nümayəndəsi və eyni zamanda vəkili Vəkil2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı aliment miqdarının dəyişdirilməsi tələbinə dair mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı aliment miqdarının dəyişdirilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə 2008-ci ildə nikaha daxil olmuşdur. 18 iyun 2015-ci il tarixli 2(004)-2638/2015 saylı qətnamə ilə aralarında bağlanmış nikaha xitam verilmiş və həmin nikahdan doğulmuş X4 anası Cavabdeh himayəsində saxlanılması və onun gəlirlərinin 1/4 hissəsinin alimentdə cəlb edilməsi qət edilmişdir. Bundan sonra o, X2 ilə 16 oktyabr 2018-cu il tarixdə nikaha daxil olmuşdur. Bu birgə nikahdan 05 sentyabr 2019-cu il tarixdə qızı X10 anadan olmuşdur. Şirəliyeva (Hüseynova) Elnarə Şirəli qızı ona qarşı aliment tələbi irəli sürmüşdür. Yasamal rayon məhkəməsinin 2(004)-3428/2022, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddiası təmin edilmiş və qazancının altıda bir hissəsinin (16,5 faiz) aliment qismində X1 ödənilməsi qət edilmişdir. Hal-hazırda onun əmək haqqının dörddə bir hissəsindən Cavabdeh, altıda bir hissəsindən isə X1 aliment qismində tutularaq ödənilir. Yəni iki uşağa görə qazancının cəmi üçdə bir hissəsi alimentə cəlb edilməli olduğu halda onun qazancımın 41,67 faizi (dörddə bir hissə üstəgəl altıda bir hissə) alimentə cəlb edilir. Halbuki iki uşağa görə onun qazancının cəmi üçdə bir hissəsi yəni 33 faizi alimentə cəlb edilə bilər. Onun qazancının 41,67 faizinin aliment kimi tutulması isə ona görə əsassız olaraq həyata keçirilir ki, Cavabdeh ödənilən alimentin məbləği hələ də, dörddə bir hissə (25 faiz) qalmaqdadır. Bunun qarşısını almaq üçün Cavabdeh xeyrinə tutulan aliment də, altıda bir hissəyə endirilməlidir ki, iki uşağa görə qazancının üçdə bir hissəsi yəni qanunveriliyin müəyyən etdiyialiment tələblərinə cavab versin. Eyni zamanda iki uşağa görə qazancının 41,67 faizinin tutulması onun yaşamaq hüququnu da pozur və onu maddi cəhətdən həddindən artıq pis vəziyyətə salır. Ona görə də, hal-hazırda iki uşağa görə aliment verməyi, bu alimentlərin ümumi məbləğinin onun qazancının üçdə bir hissəsində çox olması nəzərə alınmalı Cavabdeh xeyrinə tutulan aliment məbləği qazancının altı da bir hissəsinə (16,5 faizə) endirilməlidir ki, onun qazancından tutulan alimentin ümumi məbləği qanunvericilikdə nəzərdə tutulmuş qaydada, yəni iki aliment bir yerdə (16,5 faiz (altıda bir hissə) + 16,5 faiz (altıda bir hissə) = 33 faizi (qazancın üçdə bir hissəsinə)) aylıq qazancının üçdə bir hissəsini təşkil etsin. Göstərilənlərə əsasən Cavabdeh ödənilən alimentin məbləğini aylıq qazancının altı bir hissəsinə endirilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və eyni zamanda vəkili Vəkil1 iddia tələbini müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddia tələbinin təmin edilməsini xahiş etdi. Cavabdeh iddia tələbinə etiraz edərək bildirdi ki, onun iddiaçı ilə birgə nikahdan doğulmuş övladı xəstədir və daimi mülaicəyə ehtiyacı vardır. Uşağının müalicəsi üçün isə kifayət qədər böyük məbləğdə pul lazımdır. Adicə uşağının çənə əməliyyatına 2000 manata yaxın pul lazımdır. Qətnamə ilə təyin edilmiş aliment məbləğinin azaldılması uşağının mənafeyinə ziddir. Odur ki, iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi və eyni zamanda vəkili Vəkil2 iddia tələbinə etiraz edərək, məhkəmədən iddia tələbinin rədd edilməsini xahiş etdi. Məhkəmə iş materiallarını araşdırıb, tərəflərin izahatını dinləyərək və iş üzrə toplanmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- 2638/2015 saylı, xx.xx.2015-ci il tarixli qətnaməsindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında xx.xx.2008-ci il tarixdə 869 nömrə ilə Nərimanov rayon qeydiyyat şöbəsində qeyd alınmış nikahın pozulması; birgə nikahdan anadan olmuş xx.xx.2010-cu il təvəllüdlü X5 Cavabdeh yanında qalması və xx.xx.2010-cu il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün İddiaçı xx.xx.2015-ci il tarixdən başlayaraq aylıq gəlirinin ¼ hissəsi miqdarında alimentin hər ay alınaraq Cavabdeh verilməsi qət edilmişdir. İş materiallarında olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- 3428/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsindən görünür ki, cavabdeh İddiaçı xx.xx.2019-cu il təvəllüdlü X7 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay əmək haqqının (başqa gəlirlərinin) 1/6 hissəsi məbləğində aliment tutularaq iddiaçı X1 ödənilməsi qət edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 17.2-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə əsasən, valideynlərin uşaqların barəsində bərabər hüquq və vəzifələri vardır. Uşaq qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi hüquqlarının təmin etdirilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifəsidir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər. Valideynlər bu Məcəllənin 16-cı fəslinə uyğun olaraq yetkinlik yaşına çatmayan uşaqlarını saxlamaq barədə saziş (aliment ödənilməsi barədə saziş) bağlamaq hüququna malikdirlər. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Məhkəmə iclasında müəyyən edildi ki, İddiaçı ilə cavabdeh X3 birgə nikahından xx.xx.2010-cu il təvəllüdlü X8; X6 ilə nikahından isə xx.xx.2019-cu il təvəllüdlü X10 adlı uşaqları olmuşdur. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2638/2015 saylı, xx.xx.2015-ci il tarixli qətnaməsinə əsasən, İddiaçı ilə Cavabdeh arasında xx.xx.2008-ci il tarixdə 869 nömrə ilə Nərimanov rayon qeydiyyat şöbəsində qeyd alınmış nikahın pozulması; birgə nikahdan anadan olmuş xx.xx.2010-cu il təvəllüdlü X5 Cavabdeh yanında qalması və xx.xx.2010-cu il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün İddiaçı xx.xx.2015-ci il tarixdən başlayaraq aylıq gəlirinin ¼ hissəsi miqdarında alimentin hər ay alınaraq Cavabdeh verilməsi qət edilmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3428/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə isə, cavabdeh İddiaçı xx.xx.2019-cu il təvəllüdlü X7 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay əmək haqqının (başqa gəlirlərinin) 1/6 hissəsi məbləğində aliment tutularaq iddiaçı X1 ödənilməsi qət edilmişdir. İddiaçının cavabdehlə və hazırki həyat yoldaşı birgə nikahından ümumilikdə 2 uşaqlarının olması müəyyən edilmişdir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 76.1.2-ci maddəsinə əsasən, 2 uşağa görə - qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi miqdarında aliment tutulur. Beləliklə, məhkəmə iclasında tədqiq edilmiş sübutları və qanunvericiliyin göstərilən müddəalarını rəhbər tutaraq məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilməli və Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2638/2015 saylı, xx.xx.2015-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilərək, xx.xx.2010-cu il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay İddiaçı qazancının və başqa gəlirlərinin 1/6 hissəsi miqdarında alimentin tutularaq Cavabdeh verilməlidir. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 8-2/2016 saylı 28 mart 2016-cı il tarixli Qərarında qeyd edilir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, alimentin dəyişdirilməsi vaxtı məhkəmə qətnaməsi qanuni qüvvəyə mindiyi tarixdən hesablanmalıdır. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2638/2015 saylı, xx.xx.2015-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilsin. xx.xx.2010-cu il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay İddiaçı qazancının və başqa gəlirlərinin 1/6 hissəsi miqdarında alimentin tutularaq Cavabdeh verilsin. Yeni məbləğdə alimentin tutulma (dəyişdirilmə) vaxtı məhkəmə qətnaməsi qanuni qüvvəyə mindiyi tarixdən hesablansın. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Toğrul Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar