Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-5023/2023 07.11.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Vahid Məcid oğlunun sədrliyi, Həsənova Aysel Zaur qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili X2, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “aliment tutulması” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “aliment tutulması” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət edərək, Cavabdeh ilə onun faktiki nikahdan doğulmuş oğlu xx.xx.2012-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay aylıq qazancının və başqa gəlirlərinin ¼ (dörddə bir) hissəsi miqdarında aliment tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı nümayəndəsi və vəkili X4 məhkəmə iclasında iddia tələbini müdafiə etdi və izahatın bildirdi ki, İddiaçı ilə Cavabdehnın faktiki nikahdan xx.xx.2012-ci il təvəllüdlü X7 adlı bir uşağı var. xx.xx.2012-ci il tarixli atalığın müəyyən edilməsi haqqında şəhadətnaməyə əsasən Cavabdeh xx.xx.2012-ci il təvəllüdlü X3 atası hesab edilmiş və ona xx.xx.2012-ci il tarixdə doğum haqqında şəhadətnamə verilmişdir. İddiaçı ilə cavabdeh xasiyyətləri uyğun gəlmədiyinə görə faktiki ayrılmışlar, ayrı ünvanlardla yaşayırlar. Cavabdeh uşağın saxlanması üçün iddiaçıya maddi köməklik etsə də, hər dəfə pulun ödənilməsinə görə tərəflər arasında narazılıq yaranır. Bu səbəbdən iddiaçı alimentin rəsmi qaydada ödənilməsini istəyir. Cavabdeh hər ay 3588 manat pensiya alır. Odur ki, iddiaçı bir uşağın salanması üçün cavabdehin aylıq qazancının və başqa gəlirlərinin ¼ hissəsi miqdarında aliment tələb edir. Cavabdehin təklif etdiyi ayda 400 manat sabit pul məbləğində aliment tutulması ilə iddiaçı razı deyildir. Odur ki, iddianın təmin edilməsini xahiş edir. Cavabdeh məhkəmə iclasında iddia tələbini qismən qəbul etdi və iddia ərizəsinə qarşı yazılı etiraz verərək izahatında bildirdi ki, xx.xx.1987-ci il tarixdə valideynlərinin məsləhəti ilə xalası nəvəsi X5 ilə rəsmi nikaha daxil olmaqla ailə qurmuşdur. Həmin nikahdan 3 övladı vardır. Arvadı və qızı ruhi xəstəlikdən əziyyət çəkir. Bununla bağlı dəfələrlə xəstəxanada müalicə almışlar, hazırda da ev şəraitində müalicə alırlar. O, İddiaçı ilə 2011-ci ilə tanış olmuş və faktiki olaraq birlikdə yaşamışlar. Onların xx.xx.2012-ci il təvəllüdlü X7 adlı bir övladı var. Lakin iddiaçı onun qızı ilə yol getməmiş və faktik olaraq ayrılmışlar. Övladının anadan olduğu gündən bu günə qədər bütün xərclərini ödəmişdir. Hətta övladının məktəbə rahat gedib-gəlməsi üçün anasına avtomobilə qədər almışdır. O, mülkiyyətində olan Bakı şəhəri Yasamal rayonu Mirəli Seyidov küçəsi 45 nömrəli evin 27 nömrəli mənzilini oğlu X6 bağışlamışdır. Hazırda İddiaçı oğlu Yusiflə birlikdə həmin mənzildə yaşayırldar. Övladı ilə daim ünsiyyətdə olur, bütün xərclərini ödəyir, hətta təzəlikcə övladına “Kontakt Home”dən kreditlə yeni telefon alıb vermişdir və həmin krediti də hər ay özü ödəyir. O, övladına hər ay kartla müntəzəm olaraq ödəniş edir və qəbzin şəklini iddiaçıya göndərir. Onun iddaçıya hər ay 400 manat aliment ödəməyə maddi imkanı çatır. Çünki, o, hər dəfə oğlu ilə görüşəndə alimentdən əlavə pul xərcləyəcəkdir. Bu vəsaiti isə ödəməyə imkanı çatmır. Odur ki, aylıq qazancının və başqa gəlirlərinin ¼ hissəsi miqdarında aliment tutulması hissəsində iddianın rədd edilməsini, hər ay uşağın saxlanması üçün ondan iddiaçının xeyrinə 400 manat sabit pul məbləğində aliment tutulmasını xahiş edir. Bakı şəhəri Sabunçu rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2012-ci il tarixli AZ-İ 196664 nömrəli atalığın müəyyən edilməsi haqqında şəhadətnamədən müəyyən edilir ki, Cavabdeh xx.xx.2012-ci ildə vətəndaş İddiaçı doğulmuş X1 atası hesab edilmişdir. Bu barədə atalığın müəyyən edilməsi haqqında akt qeydləri kitabında xx.xx.2012-ci il tarixdə 110 nömrə ilə qeyd edilmişdir. Bakı şəhəri Sabuçu rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2012-ci il tarixli AZ-İİ 830561 nömrəli doğum haqqında şəhadətnamədən müəyyən edilir ki, X7 xx.xx.2012-ci ildə Bakı şəhərində doğulmuşdur, atası Cavabdeh, anası İddiaçıdır. Məhkəmə, iddiaçının nümayəndəsi və vəkilinin, cavabdehin izahatlarını dinləyib, təqdim edilmiş və iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia təmin edilməlidir. Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Ailə Məcəlləsinin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Ailə Məcəlləsinin 76.1.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay 1 uşağa görə - qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi miqdarda aliment tutulur. Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Məhkəmə hesab edir ki, uşağın saxlanması üçün iddiaçıdan cavabdehin xeyrinə aliment tutulmalıdır, hər ay Cavabdeh aylıq qazancının və başqa gəlirlərinin ¼ (dörddə bir) hissəsi miqdarında aliment tutulması tərəflərin maddi durumuna və uşağın mənafeyinə uyğundur. Tutulan uşağın əvvəlki vəziyyət saxlanmasının təmin edilməsi üçün yetərlidir. Cavabdeh hazırkı vaxta kimi uşağın saxlanması üçün iddiaçıya maddi köməklik etmişdir. Bu səbəbdən alimentin tutulmasının əvvəli qətnamə çıxarılan tarixdən hesablanmalıdır. “AZEMİS” sistemindən əldə edilmiş məlumatlardan müəyyən edilir ki, Cavabdeh hər ay 3588,90 manat pensiya alır. Cavabdeh hər ay stabil olaraq pensiya alır və qazancı sabitdir. Bu səbəbdən alimentin tutulması sabit pul məbləğində deyil, onun qazıncının və başqa gəlirlərinin ¼ hissəsində tutulması qanuna uyğundur. Cavabdehin oğluna mənzil bağışlaması onu aliment ödəməkdən azad etmir, hətta onun aliment ödəməyə maddi imkanının olması təsdiq edir. Məhkəmə sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh oğlu - xx.xx.2012-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün xx.xx.2023-cü il tarixdən başlayaraq hər ay aylıq qazancının və başqa gəlirlərinin ¼ (dörddə bir) hissəsi miqdarında aliment tutularaq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası MPM-in 234.2.1-ci maddəsinin tələbinə uyğun olaraq qətnamə alimentin alınması hissəsində dərhal icra edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 234.2.1, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh oğlu - xx.xx.2012-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün xx.xx.2023-cü il tarixdən başlayaraq hər ay aylıq qazancının və başqa gəlirlərinin ¼ (dörddə bir) hissəsi miqdarında aliment tutularaq İddiaçı ödənilsin. Qətnamə dərhal icra edilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Yasamal rayon Məhkəməsi vasitəsilə (Azərbaycan Respublikası MPM-in 10-1.3-cü maddəsinə əsasən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Vahid Hacıyev
Məhkəmə qərarları › İş №e-2(004)-5023/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-5023/2023
07.11.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver