Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(004)-5066/2021 26.07.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Yasamal rayon Məhkəməsinin hakimi Hacıyev Vahid Məcid oğlu, Kreditor Borclu qarşı “pul məbləğinin ödənilməsi haqqında məhkəmə əmrinin verilməsi” barədə ərizəsini və ərizəyə əlavə edilmiş sənədləri araşdıraraq, MÜƏYYƏN ETDİM: Kreditor MMC Borclu qarşı “pul məbləğinin ödənilməsi haqqında məhkəmə əmrinin verilməsi” barədə elektro ərizə ilə 23.07.2021-ci il tarixdə məhkəməyə müraciət edərək, Borclu 24.07.2020-ci il tarixli ******* nomrəli nisyə alqı-satqı müqaviləsi üzrə yaranmış 1879 manat əsas borcun və ödənilmiş 20 manat dövlət rüsumunun tutularaq Kreditornə ödənilməsi barədə məhkəmə əmri çıxarılmasını xahiş etmişdir. Məhkəmə əmrinin verilməsi haqqında ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edirəm ki, məhkəmə əmrinin verilməsi haqqında ərizənin qəbulundan imtina edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 276.1-ci maddəsinə əsasən kreditorun tələbi aşkardırsa və ya həmin tələb borclunun barəsində mübahisə edilməyən vəzifəsinə əsaslanırsa, bu hallarda məhkəmə əmri verilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 279.2.2-ci maddəsinə əsasən verilmiş tələbi təsdiq edən sənədlər təqdim olunmamışdırsa, məhkəmə, məhkəmə əmrinin verilməsi haqqında ərizənin qəbul olunmasından imtina edir. Hazırkı mülki iş üzrə Kreditor MMC məhkəmə əmrinin verilməsi haqqında ərizəsində borclunun 480 manat ödəniş etdiyini və 1879 manat əsas borcu qaldığını qeyd edərək, 1879 manat əsas borcun tutulmasını xahiş edir. Lakin 07.07.2021-ci il tarixli arayışda Borclu 2359 manat borcundan 1080 manat ödəniş etdiyi və 1279 manat əsas borcu qaldığı göstərilmişdir. Məhkəmə hesab edir ki, kreditorun tələbi aşkar deyildir və tələbi təsdiq edən sənədlər arasında ziddiyyət vardır. Bu səbəbdən, məhkəmə əmrinin verilməsi barədə ərizənin qəbul olunmasından imtina edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 279.3-cü maddəəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 3 gün müddətində məhkəmə ərizənin qəbul edilməsindən imtina haqqında qərardad çıxarır. Bu qərardaddan şikayət verilə bilməz. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 276.1-ci və 279.2.2-ci maddəsini rəhbər tutaraq, QƏRARA ALDİM: Kreditor MMC-nin Borclu qarşı “pul məbləğinin ödənilməsi haqqında məhkəmə əmrinin verilməsi” barədə ərizəsinin qəbulundan imtina edilsin. Qərardaddan şikayət verilə bilməz. Məhkəmənin hakimi:Vahid Hacıyev
Məhkəmə qərarları › İş №e-2(004)-5066/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №e-2(004)-5066/2021
26.07.2021 · Əmr icraatı - Müqavilə tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver