Məhkəmə qərarları › İş №e-2(004)-509/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-509/2023

01.02.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-509/2023 01.02.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Babazadə Gülnar Vidadi qızının sədrliyi, Qasımova Aytən Elçin qızının katibliyi, İddiaçı, onun nümayəndəsi X6, iddiaçının nümayəndəsi və vəkili Vəkil1, cavabdehin nümayəndəsi Nümayəndə, Cavabdeh2, onun nümayəndəsi və vəkili-Cavabdeh1 vəkili Vəkil2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı qızıl-zinət əşyalarının və cehiz əmlakın qaytarılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı qızıl-zinət əşyalarının və cehiz əmlakın qaytarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanda yerləşən, İddiaçı mülkiyyətində olan yuxarıda göstərilən daşınar əşyaların Cavabdeh1 qanunsuz sahibliyindən alınaraq iddiaçıya qaytarılması, həmin əmlaklar olmadıqda isə onların dəyəri məbləğində 29265 (iyirmi doqquz min iki yüz altmış beş) manat pul vəsaitinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə Cavabdeh1 27 iyun 2022-ci il tarixdə rəsmi nikaha daxil olaraq evlənmişlər, iddiaçı cavabdehin atası evinə 23 iyul 2022-ci il tarixdə gəlin köçmüşdür. İddiaçı ər evinə gəlin köçəndən sonra ailədaxili münaqişələr olmuşdur (həm qayınanası, həm baldızı, həm qayını ilə dəfələrlə söz-söhbətlər olmuşdur) və həmin münaqişələr onların ər-arvad münasibətlərinə mənfi təsir etmişdir. Buna baxmayaraq iddiaçı dözüb ailəsini dağıtmaq istəməmişdir. İddiaçının valideynləri hazırkı qızını, kürəkənin və onun valideynlərini adətə uyğun olaraq toydan sonra 01 oktyabr 2022ci il tarixdə qonaq çağırmışlar. Lakin 01 oktyabr 2022-ci il tarixdə iddiaçının qayınatası onu maşınla atası evinə gətirmiş, başqa heç kim qonaq gəlməmişdir. Qayınatası orada bildirmişdir ki, iddiaçı 3-4 gün atasıgildə qonaq qalsın sonra gəlib apararlar. Bir gün sonra iddiaçı ərinə-hazırki cavabdehə mesaj yazaraq onunla hal-əhval tutmaq istəmiş, lakin cavabında cavabdeh bildirmişdir ki, “bir də evə qayıtma, səni istəmirik” və təhqiramiz ifadələr işlətmişdir. Bundan bir neçə gün sonra 6 oktyabrda iddiaçı atası ilə birgə gəlin köçdüyü evə gedərək, oradan həm geyim əşyalarını, həm də qızıl-zinət əşyalarını götürmək istəmişdir. Belə ki, iddiaçıya nişan taxılarkən və o, gəlin köçərkən el adətinə uyğun olaraq ona qızıl-zinət əşyaları hədiyyə edilmiş, o cümlədən gəlin köçərkən özü ilə atası evindən bir sıra qızıl və zinət əşyaları aparmışdır. Hansı ki, həmin qızıl və zinət əşyalarını atası evində hələ balaca olanda atası ona hədiyyə etmişdir. İddiaçı isə ata evinə gələrkən birdəfəlik gəldiyini bilmədiyindən həm ona ər tərəfindən hədiyyə edilmiş qızıl-zinət əşyalarını, həm də ata evindən apardığı qızıl-zinət əşyalarını ər evində qoyub gəlmişdir. İddiaçı atası evinə gələndən bir neçə gün sonra 06 oktyabrda atası ilə birgə ər evinə gedib həmin qızıl-zinət əşyalarını, paltarlarını götürmək istəsə də, qızıllarını və zinət əşyalarını yerində tapmamışdır. Hətta evinə gedəndə qayınanası ona qapını açmaq istəməmiş, tələsdirmişdir ki, ərin də evdə yoxdur, niyə gəlmisən? Tez ol paltarlarını götür çıx. İddiaçı da paltarlarını götürmüş, lakin qızıllarını tapa bilməyəndə qayınanasından qızıl-zinət əşyalarını qaytarmasını istəmiş, lakin onlar verməkdən imtina etmişlər. Belə ki, iddiaçı gəlin köçdüyü evdə əri ilə 2-ci mərtəbədə, qayınanasıgil isə 1-ci mərtəbədə yaşamışlar. Baxmayaraq ki, iddiaçı əri ilə 2-ci mərtəbədə yaşamışdır, onların yaşadığı evin, otaqların açarı həmişə qayınanasında olmuşdur. Ona görə də iddiaçı qızıl-zinət əşyalarını yerində tapa bilməyəndə qayınanasından tələb etmişdir ki, onun qızıllarını qaytarsınlar. Lakin iddiaçıya nə özünün ata evindən apardığı qızıl-zinət əşyalarını, nə də gəlin gələrkən hədiyyə etdikləri qızıl-zinət əşyalarını qaytarmamışlar. Buna görə də iddiaçının atası həmin vaxt qızılların oğurlanması ilə DİN-nin 102 qaynar xəttinə müraciət etmişdir. Həmin vaxt polis əməkdaşı gəlmiş, iddiaçı tərəfi dinləmiş izahatlarını almışdır. Həmçinin cavabdeh sonra iddiaçıya sms yazaraq bildirmişdir ki, “cehizlərini götürmək üçün məhkəməyə müraciət edərsən, ondan sonra cehizlərini yalnız icra məmuru ilə gəlib götürə bilərsən.” Buna görə də iddiaçı hazırki iddia ilə məhkəməyə müraciət edərək, iddiaçının mülkiyyətində olan və cavabdehin qanunsuz istifadəsində qalmış əşyalarını geri tələb etmək məcburiyyətində qalmışdır. Mebellər: Yataq dəsti- şifoner,çarpayı, tirmo və 2 tumba, 1 komod, 1 ədəd pufik, 1 ədəd çarpayı bazası 1.2. Qonaq otağı üçün mebel dəsti- 1 ədəd künc divanı, 1 ədəd komod, 2 ədəd qorka 1-i bir qapılı, 1- iki qapılı, tv altlığı, jurnalstolu, stol və 6 ədəd stul (perla mebeldən), yurnalmasasısektor – cəmi 4190 2. Mətbəx mebeli dəsti - 1800 manat 3. Mətbəx stol və stullarıağ rəngdə - 500 manat Mebellerin ümumi qiyməti – 6490 manat Məişət avadanlığı 1. Əl-üz dəsmalı – 26 ədəd- 400 manat 2. Çay dəsmalı - 16 ədəd – 100 manat 3. Süfrə - 8 ədəd - 150 manat 4. Yataq dəsti- (yorğan döşək üzü) 8 ədəd - 500 manat 5. Yataq dəstisadə - 2 ədəd – 40 manat 6. Yataq dəsti işləməli –1 ədəd - 40 manat

7. Balış üzü (naxışlı, karobkada, üstü güllü) - 10 ədəd - 120 manat 8 Hamam dəsmalı (qətifə)- 10 ədəd – 200 manat 9 Piknik süfrəsi – 1 ədəd – 20 manat 10 Sindifon yorğan 1 ədəd – 60 manat 11 Sindifon urəkli yorğan - 20 manat 12 Göy rəngdə odeyal - 2 ədəd – 30 manat 13 Ağ rəngdə odeyal - 2 ədəd – 80 manat 14 3 ədəd yorğan, 1ədəd döşək- 600 manat 15 Ağ rəngli pokrıval - 1 ədəd - 200 manat 16 Naxışlı pokrıval – 1 ədəd – 40 manat 17 Balınc - 7 ədəd - 122 manat 18 Qırmızı qzan - 3 ədəd - 80 manat 19 Süd qazanı böyük və balaca qazan - 60 manat 20 Qazan dəsti –papilla - 6 ədədlik - 300 manat 21 Balaca qazan - 3 ədəd - 30 manat 22 Çemodan qaşıq dəsti – 1 dəst – 130 manat 23 Gündəlik qaşıq,çəngəl, bıcaq, mürəbbə qaşığı, limon vilkası 48 ədədlik 70 manat 24 Güzgülü padnos - 1 ədəd – 80 manat 25 Yemək naboru 18 nəfərlik – 400 manat 26 Karaca firmasından olan 12 nəfərlik stəkan –nəlbəki – 400 manat 27 Xrustalmeyvə qabı, böyük - 2 ədəd – 120 manat 28 Xrustal lodka konfetqabı 2 ədəd 100 manat 29 Xrustal konfet qabı 6ədəd Rusiya istehsalı, 2ədəd Türkiyə istehsalı - 300 manat 30 Xrustal güldan 1 ədəd böyük 70 manat 31 Güldan karaca 1 ədəd 168 manat 32 Güldan 1 ədəd qırmızıalmaniya istehsalı 50 manat 33 Konfet qabı karaca 1 ədəd 92 manat 34 Meyvə qabı 1 ədəd stolustü karacadan 60 manat 35 Külqabı 1 ədəd bohema 30 manat 36 Lokum qabı – 2 ədəd karacadan 60 manat 37 Kuvşin bohema 6 ədəd bokal ilə qırmızı rəngdə - 100 manat 38 Göy rəngli rumka bohema - 12 ədəd – 200 manat 39 Qurani Kərim öz qabıpnda - 100 manat 40 Rəngli bokal Alman markası 6 ədəd - 300 manat 41 Ağ bokal İtaliya markası neçə 6 ədəd - 180 manat 42 Meyvə qabı bohema 1 ədəd,ağ rəngli - 100 manat 43 Ağ xrustal rumka 6 ədəd - 90 manat 44 Televizor- 550 manat 45 Televizor üstü fiqurlar – farfor qız, fil, su pəruus və dini yazı – 300 46 Çilçıraq 3 ədəd – 200 manat, 46 Pərdə 2 otaq və koridor üçün – 300 manat, 47 Salat qabları 30 ədəd - 40 manat 48 Meyvə qabızərli qulplu 2 ədəd - 40 manat 49 Şüşə qablar borçam firmasısoba üçün 2 ədəd – 30 manat 50 Balaca meyvə qabımətbəx üçün 2 ədəd - 30 manat 51 Qənd qabı 1 ədəd Almaniya istehsalı – 30 manat 52 Çörək qabı, iynə-sap qabı 4 ədəd, mətbəx taxtası, miskalar,çuqun taslar, vedrlər, 2 ədəd aşsuzən – cəmi 245 manat 53 Soyuducu LG markası - 1600 manat 54 Paltaryuyan Vestelmarkas - 800 manat 55 Qaz,aspirator və qabyumaqçün moyka- 250 manat 56 Çay dəsgahı üçün madonna servis 6 nəfərlik – 150 manat 57 Çay dəsgahı üçün göy rəngdə servis 6 nəfərlik – 60 manat 58 Çay dəsgahı üçün ağ rəngdə güllü servis,boşqabları ilə birgə 6 nəfərlik–60 m 59 Çay dəsgahı üçün rəngli 6 nəfərlik–25 m 60 Çay dəsgahı suvenir zelhome firması 60 manat 61 Dəm çayniki 2 ədəd 30 manat,çaydan 2 ədəd 75 manat 62 Tort qabı qırmızı və ədva qabı 7 ədəd 45 manat 63 1 böyük, 6 ədəd balaca salat qabı – 45 manat 64 1 çərəz qabı 1 qaşıqla - 45 manat 65 Saxlama qabı 7 ədəd - 12 manat 66 Su bokalı Love firması 12 ədəd 30 manat 67 Kuvşin, bokal 6 ədəd luminark 30 manat 68 2 Kuvşin və 12 bokal neçə manat 60 manat 69 Armudu stəkan-nəlbəki – 6 ədəd billur 25 manat 70 Viski bokalı 6 ədəd 30 manat 71 Müxtəlif saxlama qabları, mətbəx qabları – duz qabı, razetka, bıçaq dəsti, qaşıq dəsti, satuetkalı qablar, qaşıq qabı, şüşəliədva qabı - 340 manat 72 Səhər yeməyi üçün 2 nabor 100 manat 73 Tava - 3 ədəd - 40 manat 74 Tozsoran - 1 ədəd - 200 manat 75 Tost aparatı - 1 ədəd - 100 manat 76 Plasmas qablar 6 ədəd 25 manat 77 Çərəz qabı karacadan 1 ədəd 90 manat 78 Balaca xalçalar ağ və bozrəngli - 2 ədəd - 120 manat 79 Saç buran fen 1 ədəd 30 manat 80 Ütü stolu 1 ədəd – 50 manat 81 Paltar qurudan 1 ədəd – 35 manat 82 Ayaqlı plasmas meyvə - tərəvəz qabı – 1 ədəd 25 manat 83 Hamam və qapıağzı üçün ayaqaltı – 19 manat 84 Polağacı və vedrəsi,zibil vedrəsi – 35 manat 85 Qurur ərzaqlar tokmək üçün balon 7 ədəd – 32 manat 86 Yumşaq oyuncaq 3 ədəd 100 manat 87 Krosnıantena aparatı ilə birgə 100 manat 88 Kolimba musiqialəti 1 ədəd 89 Müxtəlif suvenirlər, şamlar 50 manat Cavabdeh tərəfindən hədiyyə edilmiş qızıllar: 1. Həri üzüyü 750 proba, brilyant qaşlı, 1 ədəd – 750 manat, 2. Nişan üzüyü 750 proba, brilyant qaşlı, 1 ədəd – 800 manat 3. Toyda taxılan komplekt qızıl-brilyatnt dəsti (boyunbağı – 585 proba, sırğa, üzük, bilərzik- 750 proba)– 3000 manat 4. Qayınanasının hədiyyə etdiyi setkalı üzük 1 ədəd, rus qızılı 585 proba İddiaçının ata evindən apardığı qızıl- zinət əşyaları: 1. Boyunbağı 15 qr, 750 proba 1500 manat 2. 3 ədəd sırğa- (1 uşaqlıq sırğası 2qr, 1 ədəd hörmə sırğa 2 qr, 1 ədəd pndora sırğa 4 qr) – 640 manat 3. Qolbaq pandora 4 qr - 350 manat 4. Qolbaq halqa - 5 qr -500 manat 5. Klon kəpənək formalı -2 qr, 150 manat 6. Svarovski sep və müxtəli bijuteriya aksesuarlar 500 manat İddiaçıya məxsus geyim əşyaları - həmin əşyaları iddiaçıatasıevində olanda almış və gəlin köçəndə özü ilə aparmışdır: 1. Punyarlar 6 ədəd - 100 manat 2. Mayka 6 ədəd – 25 manat 3. Corablar 7 ədəd 5 manat 4. Tərlik 2 cüt qırmızı və tüklü – 40 manat, 1 ədəd hamam üçün- 6 manat, 2 ədəd yay üçün – 20 manat 5. Evdə geyinmək üçün dəst kostyum - 1 ədəd yay üçün 45 manat 6. Qış geyimləri – 4 ədəd kofta – 80 manat 7. Toy sumkaları -5 ədəd 140 manat 8. Sapoqi –qış ayaqqabılıarı – cüt – 100 manat 9. 2 cüt krasovka, 1 cüt makosin – 50 manat

10. 3 cüt basanoşka – 135 manat 11. 1 ədəd pul qabı içində 570 manat və 1 ədəd 100 dollarlıq əskinas, 1 ədəd 5 dollarlıq əskinas, 1 ədəd 10 dollarlıq əskinas 4 ədəd 1 dollarlıq əskinas) 12. Bozrəngli 1 ədəd şarf – 25 manat. Yuxarıda göstərilən daşınar əşyalar iddiaçının mülkiyyətində olsa da, cavabdeh onların üzərində qanunsuz olaraq sahiblik edir. Qeyd olunan əşyalar iddiaçıya qaytarılmalı, həmin əşyalar olmadıqda isə onların dəyəri məbləğində 29265 (iyirmi doqquz min iki yüz altmış beş) manat pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, əlavə olaraq izahatında göstərmişdir ki, oktyabrın 1-i ata evinə qonaq gəlmişdir. Atasıgil cavabdehin ailəsini də qonaq çağırmaqlarına baxmayaraq onlar gəlmək istəməmiş və ona təkcə özünün getməsini bildirmişlər. O, qonaq gələnə kimi ailəyə qıraqdan çoxlu müdaxilələr olduğundan həyat yoldaşı ilə də münasibətləri normal olmamışdır. Onlar cavabdehlə yuxarı mərtəbədə yaşamışlar. Evləri iki otaq, bir mətbəxdən ibarət olmuşdur. O, öz cehizini ikinci mərtəbəyə gətirmişdir. Cavabdeh2 isə birinci mərtəbədə yaşamışdır. Oktyabrın 1-i atasıgilə qonaq gəldiyində özü ilə paltar belə gətirməmişdir, çünki qayıdacağını düşünmüşdür. Qızıllarını, barmağına böyük olduğundan hətta nişan üzüyünü belə taxmamışdır. Çünki taxmaq istədikdə qaynanası “taxma qızım, toya getmirsən ki, atanın evinə gedirsən” demişdir. Yaşadığı mənzilin açarların biri həmişə qarşı tərəfdə olmuşdur. Eyni zamanda qaynanası da onlara tez-tez gedib gəlmişdir. Oktyabrın 2-si o həyat yoldaşına cavabdeh ona qızılları apardığını söylədikdə o, isə aparmadığını, gizlətdiyini bildirmişdir. Qızılları harada gizlətdiyini isə yoldaşı həmişə bilmişdir. O, qızıllarını həmişə matrasın altında gizlədirmiş və bunu yoldaşı da bilmişdir. Ayın 6-sı evə getdiyində matrası qaldırmış və qızılları orada görməmişdir. Halbuki, yoldaşının qızılların harada olması barədə xəbəri var idi. Hətta cüzdanında olan pul da yoxa çıxmışdır. O, evdən dalaşıb çıxmamışdır. Atası evinə qonaq getmişdir. Ata evindən gətirdiyi pandora qızıl qolbaq, pandora qızıl üzük, afrodita sepi, taxma bilərzik, uşaqlıq sırğası və iki böyüklük sırğası, göy kəpənək klonu (hansı ki anası həftə hamamında gətirmişdi), qızıl üzük, nişan üzüyü, qaynananın hədiyyə etdiyi öz qızıl üzüyü, və bir də komplekt gəlin getdiyi evdə idi. O, növbəti ayın ayın 4-ü icra məmuru ilə oraya getmiş, ona məxsus əşyaların üzərinə həbs qoyulmuşdur. Əşyalar orda olsa da qızıl-zinət əşyaları aşkar edilməmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil1 iddia ərizəsinin məzmununa uyğun izahat verərək, əlavə olaraq izahatında göstərmişdir ki, iddiaçı cavabdehlə birlikdə evin ikinci mərtəbəsində yaşamışlar, birinci mərtəbədə qaynana, qaynata, qayın və baldız yaşamışdır. Hər otağın bir açarı da mütləq onlarda olmuşdur. Oktyabrın 1-i iddiaçını atasıgil qonaq çağırmışdır. Ancaq bu müddətədək iki ailə arasında münasibətlər korlanmış, iddiaçı da xoşbəxt bir şəkildə ata evinə gəlməmişdir. Onu qaynatası gətirmişdir. Qaynatası ona bu gecə atasıgildə qalmağını, sabah yoldaşının onu gəlib aparacağını bildirmişdir. Səhəri gün iddiaçı yoldaşı ilə yazışdıqda, yoldaşı Vüsal ona evə qayıtmamağını bildirmişdir. Daha sonra qızıllarla bağlı yazışmalarda Fəridə qızılları gizlətdiyini bildirsə də ancaq ayın 6-sı Fəridə evə atası ilə birlikdə gedən zaman qızılları gizlətdiyi yerdən götürə bilməmişdir. Bu səbəbdən qaynananı cavabdeh qismində cəlb etmişlər ki, həmin zaman evdə yanlız qaynana olub və Fəridəgilin otağının açarı da qaynanada olmuşdur. Hətta Fəridə evə gələn zaman qaynanası ona “yoldaşın evdə deyilsə nə üçün gəlmisən” deyərək narazılıq etmişdir. Belə olan zaman qalxıb yuxarıdan ona məxsus paltarlarını götürmüşdür. Götürüb çıxdıqdan sonra maşına minəndə yadına düşüb ki qızılları götüməyib və geri qayıdıb qızılları götürmək istəyən zaman yerində tapmayıb. Bir neçə gün sonra isə Vüsal iddiaçıya mesajla iddiaçıya məxsus əşyaları yanlız icra məmuru vasitəsilə ala biləcəyini bildirmişdir. Daha sonra cavabdehin anası, qardaşı da ona zəng edərək əşyaları gəlib götürmələrini demişdir. Onlar razılaşmışlar. Mediasiyaya barışıq sazişi bağlamaq üçün getmiş, ancaq həmin gün alınmamış və təxirə düşmüşdür. Təxir olunan müddət ərzində əşyaları götürmək istəmişlər, yükdaşıma şirkətinin təklif etdiyi məbləğ çox yüksək olduğundan fəhlələrin köməkliyi ilə yükü daşımalı olmuşlar. Cavabdehin nümayəndəsi isə buna qəti şəkildə etiraz etmiş və yanlız Fəridə ilə icra məmurunun gəlməli olduğunu bildirmişdir. Barışıq sazişi imzalanan mərhələdə isə icra məmuru olmadığından onlar məhkəməyə müraciət etməli olmuşlar. Bəzi var ki, icra məmurunun aktda qeyd etmədiyi bəzi əşyaları da istəyirlər. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə iddia tələbini qismən qəbul edərək izahatında bildirmişdir ki, iddiaçı onun qardaşının 2 aylıq həyat yoldaşı olmuşdur. Gələrkən gətirdiyi cehizlər evdədir. Məhkəmə tərəfindən qəbul edilmiş müvəqqəti təminat tədbirinin icrası məqsədilə icra məmuru tərəfindən iddiaçıya məxsus əşyaların üzərinə həbs qoyulmuşdur. Həmin aktda göstərilən bütün cehiz əşyaları yerindədir və iddiaçıya qaytarılmasına etirazı yoxdur. Bundan əlavə iddiaçı atası evinə gedərkən gəlin gələrkən atası evindən gətirmiş olduğu, eləcə də toyda valideynləri tərəfindən gəlinə hədiyyə edilmiş bütün qızılları özüylə bərabər götürmüşdür. Öz musiqi alətini, ətçəkən maşınını, paltaryuyan maşının siyirməsini aparan insanın qızıllarını qoyub getməsi haqqında fikirlər absurddur. Odur ki, iddia tələbini icra məmuru tərəfindən tərtib edilmiş protokolda göstərilən əşyalardan başqa qalan hissədə rədd edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 nümayəndəsi və vəkili-Cavabdeh1 vəkili Vəkil2 iddia tələbini qəbul etməyərək izahatında göstərmişdir ki, iddia tələbi tam əsassızdır. Səsyazıları və votsap yazışmalarından aydın olur ki, həmin əşyaların cavabdehin ünvanından gətirilib götürülməsinə heç kəs etiraz etmir, etiraz olmadığından iddia qaldırmaları da əsassızdır. İddiaçı cavabdehlə bir evdə yaşamış və açar özündə olmuşdur. Bu səbəbdən digər cavabdehin heç bu işə aidiyyatı yoxdur. Çünki onlar ayrı-ayrı ünvanlarda yaşayırmışlar. Qızıl zinət əşyaları ilə bağlı isə iddiaçı özü qızılları gizlətdiyini yazmışdır. Bununla bağlı səsyazması da vardır. Belə ki, oktyabrın 2-si cavabdeh iddiaçıya səs ataraq bildirmişdir ki, yeməyib-içməyib qızılları götürüb aparmısan, qızılları yerinə qaytar qoy. Bu hadisədən sonra iddiaçının qızılları qaytarıb yerinə qoyması onlara məlum deyil ki, sonradan qızılları kimsə götürsün. İddiaçı isə deyir ki, qızılları gizlətmişdir. İddiaçının gizlətdiyi qızılları cavabdehlər necə götürə bilərlər? İddiaçının yoldaşı ilə arasında söz söhbət olduqdan sonra öz açarı ilə evinin qapısını açmış, əşyalarını götürüb getmişdir. Cavabdeh Şəhla xanıma münasibətdə iddia əsassızdır, eyni evdə yaşamırlar, digər cavabdehə münasibətdə isə ümumiyyətlə mənası yoxdur, çünki əşyalarını yığıb aparmasına etiraz etmirlər. İlk gündən gəlib götürməsi barədə təkidlər olub. İddiaçı yeni gəlindir, ən azından onun nişan üzüyünü unutması mümkün deyil. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 iddia tələbini ona dair hissədə qəbul etməyərək izahatında bildirmişdir ki, iddiaçı onlara gəlin gələrkən oğlu ilə birlikdə evin ikinci mərtəbəsində, o isə digər ailə üzvləri ilə birlikdə evin birinci mərtəbəsində yaşamışlar. Yəni, iddiaçı gətirdiyi cehiz əşyalarını və ona hədiyyə edilmiş, eləcə də özünə məxsus qızıl-zinət əşyalarını onun yaşadığı mərtəbəyə deyil, gəlin kimi yaşadığı mərtəbəyə gətirmişdir. İddia tələbinin rədd edilməsini məhkəmədən xahiş edir. Məhkəmə tərəflərin izahatlarını, şahidlərin ifadələrini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan Vəkil1 tərəfindən “Ekarat” qızıl mağazasına ünvanlanmış 19VB-390)22 saylı, xx.xx.2022-ci il tarixli sorğudan görünür ki, məhkəmə prossesində sübutların təqdim edilməsi zərurəti ilə əlaqədar olaraq xx.xx.2022-ci il tarixdə “Ekarat” qızıl mağazasından iddiaçı ilə cavabdeh qaynanası və baldızı tərəfindən hansı qızıl zinət əşyalarının və hansı qiymətə alınması barədə rəsmi məlumatın, o cümlədən qaimə fakturaların təqdim edilməsi xahiş olunmuşdur. İş materiallarında olan Vəkil1 tərəfindən “Perla” mebel firmasının baş ofisinə ünvanlanmış 19VB-389/22 saylı, xx.xx.2022-ci il tarixli sorğudan görünür ki, məhkəmə prossesində sübutların təqdim edilməsi zərurəti ilə əlaqədar olaraq xx.xx.2022-ci il tarixdə “Perla” mebel firmasının Yasamal rayonunda yerləşən filialından X9 tərəfindən hansı mebel əşyalarının və hansı qiymətə alınması barədə rəsmi məlumatın, o cümlədən qaimə fakturaların təqdim edilməsi xahiş olunmuşdur. İş materiallarında olan Yasamal Rayon İcra şöbəsinin icra məmuru K.Quliyevin xx.xx.2022-ci il tarixli icra sənədi üzrə icraata xitam verilməsi haqqında qərarının surətindən görünür ki, xx.xx.2022-ci il tarixdə ünvan 2 ünvanında yerləşən ərizəçi X2 məxsus cehiz əşyaları üzərinə həbs qoyulmuş və siyahıya alınmışdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Yasamal Rayon İcra şöbəsinin icra məmuru K.Quliyev ünvan 2 ünvanında yerləşən evə baxış keçirilmiş və orada icra vərəqəsində qeyd olunmuş əşyalardan 3 ədəd əl-üz dəsmalı,1 ədəd çay dəsmalı,2 ədəd yataq dəsti (yorğan döşək üzü), hamam dəsmalı 3 ədəd, 3 ədəd mayka, 3 ədəd corab, 1 cüt tüklü tərlik, 1 cüt səndəl, yataq dəsti (işləməli) 1 ədəd, balış üzü-10 ədəd, saç buran fen, kolimba musiqi aləti, həri üzüyü 750 proba, brilyant qaşlı, 1 ədəd – 750 manat, Nişan üzüyü 750 proba, brilyant qaşlı, 1 ədəd – 800 manat, Toyda taxılan komplekt qızıl-brilyatnt dəsti (boyunbağı – 585 proba, sırğa, üzük, bilərzik- 750 proba)– 3000 manat, Qayınanasının hədiyyə etdiyi setkalı üzük 1 ədəd, rus qızılı 585 proba İddiaçının ata evindən apardığı qızıl- zinət əşyaları: 1. Boyunbağı 15 qr, 750 proba 1500 manat 2. 3 ədəd sırğa- (1 uşaqlıq sırğası 2qr, 1 ədəd hörmə sırğa 2 qr, 1 ədəd pndora sırğa 4 qr) – 640 manat 3. Qolbaq pandora 4 qr - 350 manat 4. Qolbaq halqa - 5 qr -500 manat 5. Klon kəpənək formalı -2 qr, 150 manat 6. Svarovski sep və 500 manat dəyərində müxtəli bijuteriya aksesuarları aşkar olunmamış, digər əşyalar aşkar olunaraq istifadəsi qadağan olunmuşdur. İş materiallarında olan fotoşəkillərdən iddiaçının üzərində zinət əşyalarının olduğu görünür. Məhkəmə iclasında şahid qismində iştirak etmiş X4 ifadəsində bildirmişdir ki, İddiaçı ailəsi ilə kirvədirlər. Onlar ilk dəfə el adəti üzrə üzəçıxdıya gedəndə iddiaçının anası Şəhla xanım qızına apardığı qızılları göstərmişdir. Hətta onda iddiaçının anasına “indi niyə aparırsan, gələn il uşağı olan zaman pay kimi apararsan” demişdir. O, isə cavabında “yox, onsuz da Fəridənindir, universitetə gedəndə taxar” demişdir. Orada da cavabdehin anasının yanında çıxardıb verərkən Fəridənin qızlıq qızılları olduğunu demişdir. Fəridə atasıgilə qonaq gələndən bir gün sonra o da ora getmiş, görmüşdür ki, hamı çox pərişandır. Anası demişdir ki, qaynatası qızı gətirib, sabah qayıtmalı idi. Ancaq yoldaşı zəng edib, ona qarşı kobud ifadələr işlədib. Məhkəmə iclasında şahid qismində iştirak etmiş X1 ifadəsində bildirmişdir ki, iddiaçı gəlininin bacısıdır. Ayın 1-i iddiaçının anası ona zəng edərək qaynatasının Fəridəni gətirdiyini və sabah günorta onlara gəlməyini təklif etmişdir. Ayın 2-si o da Fəridənin anasıgilə getmiş, Fəridənin halının yaxşı olmadığını görmüş, nə olduğunu soruşduqda yoldaşı ilə dalaşdığını bildirmişdir. Ayın 3-ü iddiaçının anası Fəridənin yoldaşı ilə dalaşdıqlarını demiş və ondan iddiaçının pal-paltarını gəlin köçdüyü evdən gətirməyini xahiş etmişdir. O da evə gedəndə 2-ci mərtəbədə paltarları toplayan zaman Cavabdeh2 icazə verməmişdir. O, Fəridədən qızıllarını götürüb götürmədiyini soruşmuş, Fəridə isə ona götürmədiyini demişdir. Sonra o geri qayıdaraq “Fəridənin qızılları qalıb” demişdir. Cavabında “qızıl yoxdu, ona qızıl düşmür” demişdirlər. Daha sonra qaynatası gəlmiş narahat olmayın qızılları alıb verəcəkdir demişdir. Daha sonra bu sözlərindən imtina etmişdilər. İddiaçının atası polis çağırmış, bu hadisədən sonra oradan çıxıb evə qayıtmışdır. Məhkəmə iclasında şahid qismində iştirak etmiş X8 ifadəsində bildirmişdir ki, iddiaçı onun baldızıdır. İddiaçının ailəsi ilə qonşuluqda yaşayırlar. İddiaçı ilə cavabdehin münasibətləri çox yeni idi, hələ 2 aylıq evli idilər. Toydan sonra ilk və son dəfə iddiaçı onlara oktyabrın 1-i qonaq gəlmişdir. Belə ki, onu və cavabdehin ailəsini qonaq çağırmışlar. Təkcə Fəridə gəlmişdir. Digərlərinin gəlməmə səbəblərini soruşduqda, iddiaçı “onların gəlmək istəmədiklərini, yoldaşının isə onun tək gəlməsinə etiraz etmədiyini” demişdir.. Həmin gün süfrə açıb gözləmişlər. Ancaq səhəri gün yoldaşından şiddətli sms gəldiyində narazıçılıq olduğunu başa düşmüşdür. Əslində Fəridə 2-3 gün qalmalı idi. Ancaq cavabdehin ailəsi bildirib ki, qayıtmasın, qayıdacaqsa da müəyyən şərtlərə razı olmalıdır. Sədrlik edənin sualına cavab olaraq bildirmişdir ki, Fəridənin özü ilə gələndə nəsə gətirdiyini bilmir, çünki həmin an evdə olmamışdır, gəldiyində isə Fəridənin üzərində heç bir qızıl-zinət əşyası olmadığını görmüş, hətta nişan üzüyünü taxmadığına görə onu danlamışdır. O isə atası evinə gəldiyi üçün elə də fikir vermədiyini demişdir. Daha sonra Fəridə yoldaşına əşyalarını gedib götürmək üçün müraciət etmişdi, çünki universitetə gedəcəkdi. Cavabdeh isə Fəridəyə gəlməməsini, gəldiyində isə icra məmuru ilə gəlməsini söyləmişdir. Fəridə ayın 6-ı atası və Püstə xala ilə paltarını götürməyə getmişdi, o isə onlarla getməmişdir. Özü ilə geyim əşyalarını və kosmetik vasitələrini gətirmişdi. Məhkəmə iclasında şahid qismində iştirak etmiş X10 ifadəsində bildirmişdir ki, iddiaçının anasıdır. Toydan sonra Fəridəni qonaq çağırmış, qaynatası onu oktyabrın 1-i onlara gətirmişdir. Onlar süfrə açmışlar. Fəridədən nişan üzüyünü niyə taxmadığını soruşmuş, o isə barmağına böyük olduğunu və cavabdehin ona alyans alacağını demişdir. Özü də deyirmiş ki, qızılları taxma, oğurlayarlar. Özü üzəçıxdıda qızına 40 qramdan çox qızıl taxmışdır. Fəridə gəldiyi günün səhəri cavabdeh ona sərt bir səsyazısı atmışdı. Fəridənin atası, bacısı və onun digər qudası danışıq üçün getmiş, o getməmişdir. Fəridə ayın 6-sı özü ilə paltarlarını, kitab-dəftərlərini, qavalını və ətmaşınını gətirmişdi. Çünki ətçəkən maşının səs etdiyini demişdi. O da ətçəkən maşınını 500 manata kreditə götürüb Fəridəyə vermişdi. Sədrlik edənin sualına cavab olaraq bildirmişdir ki, Ayın 6-sı Fəridə qayıtdıqdan sonra ondan niyə qızıllarını gətirmədiyini soruşmuş, Fəridə də demişdir ki, qızıllar yox idi, qaynatası deyib ki, ortalıq sakitləşdikdən sonra qızılları özü gətirəcəkdir. Paltaryuyanın siyirtməsini də gətirmişdir ki, onun paltaryuyanından istifadə etməsinlər. Məhkəmə iclasında şahid qismində iştirak etmiş X5 ifadəsində bildirmişdir ki, iddiaçının atasıdır. Qızı 2 aylıq evli olsa da ailədaxili problemləri var idi, bu barədə tez-tez qaynatası ilə danışırdı. Ayın 1-i Fəridə evə gəlmiş, bir ya iki gün sonra cavabdehlə qızı dalaşmışdır. Fəridə gələndə özü ilə heçnə gətirməmişdir. Ayın 6-sı Fəridənin paltarlarını götürməyə getmişlər, Fəridə içəri girəndə cavabdeh Şəhla xanım “qapını sən açma, özüm açacağam” demişdir. Qızı Şəhla xanımın arxasında irəliləyərək içəri girmişdir. Qapını Cavabdeh2 açmışdır. Qızı paltarlarını götürüb, çıxmışdır. X3 yadına salmışdır ki, qızıllarını götürüb ya yox. Fəridə isə götürmədiyini deyərək yenidən evə yönəlmişdir. Ancaq Şəhla xanım onu içəri buraxmamışdır. Qaynatası Məhərrəm ara sakitləşdikdən sonra qızılları gətirəcəyini demişdir. Daha sonra ona bildirdi ki, qızıl-filan yoxdu. O, 102 xidmətinə zəng etmiş, polis gəlmiş, polis bölməsində izahat yazmışlar. Axırda isə qızıllar qaytarılmamışdır. Qızı ayın 6-sı özü ilə geyimini və anasının kreditə götürmüş olduğu ətçəkən maşınını gətirmişdi, başqa əşyasını görməmişdir. Beləliklə məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı ilə Cavabdeh1 27 iyun 2022-ci il tarixdə rəsmi nikaha daxil olaraq evlənmişlər, iddiaçı ünvan 2 ünvanında yerləşən evə 23 iyul 2022-ci il tarixdə gəlin köçmüşdür. Tərəflərin də izahatlarından məlum olur ki, ev 2 mərtəbədən ibarətdir. İkinci mərtəbədə iddiaçı ilə Cavabdeh1, birinci mərtəbədə isə Cavabdeh2 ailəsi ilə birlikdə yaşayır. Hazırda iddiaçı həm cehiz apardığı əşyaları, həm də özünə məxsus olan və ona hədiyyə olunan qızıl-zinət əşyalarını cavabdehlərdən tələb edir. Məhkəmə hesab edir ki, icra məmuru tərəfindən tərtib edilmiş protokolda göstərilən əşyalar Cavabdeh1 tutularaq iddiaçıya qaytarılmalıdır. Məhkəmə qeyd edir ki, iddiaçının iddia ərizəsində tələb etdiyi icra məmuru tərəfindən aşkar edilməmiş əşyalar və qızıl-zinət əşyaları sözügedən ünvanda aşkar edilməmişdir. Nəzərə alınmalıdır ki, iddiaçının təqdim etdiyi fotoşəkillər və video görüntü özü-özlüyündə tələb edilən qızılzinət əşyasının cavabdehdə olmasını və göstərilən dəyərdə olmasını təsdiq edən birmənalı sübut kimi qəbul oluna bilməz. Məhkəmə şahidlərinin qızıllarla bağlı verdiyi ifadələri qiymətləndirərək hesab edir ki, qızılların hal-hazırda məhz cavabdehlərin yaşadığı evdə olması sübuta yetirilmir. Bundan əlavə, tələb olunan qızıl-zinət, digər əşyalarının cavabdehin yaşadığı evdə qalıb-qalmadığının müəyyən edilməsi baxımından iddiaçının evdən getdiyi şərait xüsusi əhəmiyyətə malikdir. İddiaçı özü də məhkəmə iclasında bildirmişdir ki, oktyabrın 1-i evdən atası evinə qonaq getmişdir, qaynatası onu ata evinə aparmışdır, oktyabrın 6-sı isə əşyalarını götürməyə evə gəmiş, paltarlarını götürmüş, qızıl əşyalarını isə tapa bilməmişdir. Göründüyü kimi, iddiaçı evdən qovulmamışdır. Məhkəmə qeyd edir ki, hazırkı halda qızılzinət əşyalarının cavabdehlərdə olmasını sübut etmə yükü iddiaçının üzərinə düşür. İddiaçı isə qızıl-zinət əşyalarının cavabdehdə olmasını sübut edə bilməmişdir. Məhkəmə iddia tələbini Cavabdeh2 dair hissədə isə əsassız hesab edir və təmin edilməməsi qənaətinə gəlir. Belə ki, iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizədə, ayın 6-sı qızıl-zinət əşyalarını Cavabdeh2 tələb etdiyini, lakin onda olmadığını bildirmişdir. İşin hallarından da göründüyü kimi qızıl-zinət əşyalarının Cavabdeh2 olması mülahizə xarakterlidir, bu səbəbdən ona dair hissədə iddia təmin edilməməlidir. Məhkəmə bildirir ki, çıxarılmış məhkəmə qərarı tərəflərin mülahizələri əsasında deyil, dəqiq və mötəbər sübutlar əsasında çıxarılır. Mülki prosessual qanunvericiliyə görə sübut hüququ öz daxilində ümumən işə baxan hakim tərəfindən ardıcıl bir neçə prosessual hərəkətlərin edilməsini nəzərdə tutur. Həmin ardıcıllığa uyğun olaraq hakim ilk növbədə nə vaxt sübutun tələb edilməli olduğunu müəyyən etməli, bundan sonra sübutetmə yükünün bölüşdürülməsinə uyğun olaraq tələb olunan sübutun kimin tərəfindən təqdim edilməli olduğunu aydınlaşdırmalı, daha sonra sübutetmənin hansı qaydada həyata keçirilməli olduğunu tərəflərə izah etməli və nəhayət, təqdim edilmiş sübutları qiymətləndirməlidir. Məhkəmənin bütün bu prosessual hərəkətləri sözsüz ki, iddianın predmeti və irəli sürülən tələbin xüsusiyyətləri nəzərə alınmaqla həyata keçirilməlidir. Mülki prosessual qanunvericilikdə müəyyən edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. İşdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir. Zəruri olan hallarda məhkəmə işdə iştirak edən şəxsə sübutun əldə edilməsi üçün sənəd verə bilər. Məhkəmənin tələb etdiyi sübutu onda olan şəxs biləvasitə məhkəməyə göndərir, yaxud məhkəməyə çatdırmaq üçün sorğunu təqdim edən şəxsə verir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 77.3, 78.1, 78.2, 80, 88-ci maddələri). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 31.1-ci maddəsinə əsasən ər-arvadın birgə mülkiyyətinin rejimi onların əmlakının qanuni rejimi hesab olunur; 31.2-ci maddəsinə əsasən nikah müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, ər-arvadın əmlakının qanuni rejimi fəaliyyət göstərir; 32.1-ci maddəsinə əsasən nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır; 32.2.1-ci maddəsinə əsasən onların hər birinin əmək, sahibkarlıq və intellektual fəaliyyəti nəticəsində əldə etdikləri gəlirlər, aldıqları pensiya və müavinətlər, eləcə də xüsusi təyinatı olmayan digər pul ödəmələri (şikəstlik, sağlamlığın bu və ya digər formada pozulması nəticəsində əmək qabiliyyətinin itirilməsinə görə ödənilən məbləğ, maddi yardımın məbləği və s.) ər-arvadın ümumi birgə mülkiyyətinə daxildir; 32.2.2-ci maddəsinə əsasən ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və ya sair kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak ər-arvadın ümumi birgə mülkiyyətinə daxildir; 34.1-ci maddəsinə əsasən, nikaha daxil olanadək onlara məxsus əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir; 34.2-ci maddəsinə əsasən zinət əşyaları istisna olmaqla, fərdi istifadə şeyləri (geyim, ayaqqabı və s.) nikah zamanı ər-arvadın ümumi vəsaiti hesabına əldə edilsə də, ərarvaddan kimin istifadəsində olubsa, ona məxsusdur; 36.1-ci maddəsinə əsasən ər-arvadın ümumi əmlakının bölünməsi nikah dövründə, eləcə də onlardan birinin tələbi ilə nikah pozulduqdan sonra, habelə kreditor ödəməni ərarvadın ümumi əmlakında olan onlardan birinin payına yönəltmək üçün ümumi əmlakın bölünməsi tələbi barədə ərizə verdikdə həyata keçirilir; 36.3-cü maddəsinə əsasən mübahisə olduqda, ər-arvadın ümumi əmlakının bölünməsi, eləcə də bu əmlakda ər-arvadın paylarının müəyyən olunması məhkəmə qaydasında həyata keçirilir; 37.1-ci maddəsinə əsasən ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152-ci maddəsinə görə mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək, və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 225.1-ci maddəsinə əsasən ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir; 225.2-ci maddəsinə əsasən, nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir; 225.3-cü maddəsinə əsasən, daş-qaş və digər zinət şeyləri istisna olmaqla, fərdi istifadədə olan əmlak (paltar, ayaqqabı və i.a.) nikah dövründə ərlə arvadın ümumi vəsaiti hesabına əldə edilmiş olsa da, ondan istifadə etmiş arvadın (ərin) mülkiyyəti sayılır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Yakovlev Rusiya Federasiyasına qarşı işdə” qeyd etmişdir ki, Konvensiya nəzəri və ya xəyali hüquqların deyil, praktiki və səmərəli hüquqların təmininə yönəlmişdir. Məhkəmədə çəkişmə prinsipi prosessual funksiyaların ciddi olaraq fərqləndirilməsində, tərəflərin prosessual bərabərliyində və məhkəmənin tərəflərə münasibətdə müstəqil vəziyyətində təzahür edir. Çəkişmə və tərəflərin bərabərliyi prinsipi tərəflərə bərabər prosessual imkanların verilməsini nəzərdə tutmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Oxşar mövqe Avropa Məhkəməsinin təcrübəsində də öz əksini tapmışdır. Belə ki, Avropa Məhkəməsinin Mahmudov Rusiya Federasiyasına qarşı iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında göstərilmişdir ki, Konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm movcudluğundan, həmçinin təkzib olunmaz oxşar ehtimallarından irəli gələ bilər. Sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər şəkildə aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, İddiaçı məxsus ünvan 3 ünvanında olan mebeller-yataq dəsti- şifoner, çarpayı, tirmo və 2 tumba, 1 komod, 1 ədəd pufik, 1 ədəd çarpayı bazası, qonaq otağı üçün mebel dəsti-1 ədəd künc divanı, 1 ədəd komod, 2 ədəd qorka 1-i bir qapılı, 1- iki qapılı, tv altlığı, jurnal stolu, stol və 6 ədəd stul (perla mebeldən), jurnal masası sektor, mətbəx mebeli dəsti, mətbəx stol və stulları ağ rəngdə, məişət avadanlığı - əl-üz dəsmalı – 23 ədəd, çay dəsmalı - 15 ədəd, süfrə - 8 ədəd, yataq dəsti- (yorğan döşək üzü) 6 ədəd, yataq dəsti sadə - 2 ədəd, hamam dəsmalı (qətifə)- 7 ədəd, piknik süfrəsi – 1 ədəd, sintifon yorğan 1 ədəd, sintifon ürəkli yorğan, göy rəngdə odeyal - 2 ədəd, ağ rəngdə odeyal - 2 ədəd, 3 ədəd yorğan, 1 ədəd döşək, ağ rəngli pokrıval - 1 ədəd, naxışlı pokrıval – 1 ədəd, balınc - 7 ədəd, qırmızı qazan - 3 ədəd, süd qazanı böyük və balaca qazan, qazan dəsti (papilla) - 6 ədədlik, balaca qazan - 3 ədəd, çemodan qaşıq dəsti – 1 dəst, gündəlik qaşıq, çəngəl, bıçaq, mürəbbə qaşığı, limon çəngəli 48 ədədlik, güzgülü sini - 1 ədəd, yemək dəsti 18 nəfərlik, Karaca firmasından olan 12 nəfərlik stəkan –nəlbəki, xrustal meyvə qabı, böyük - 2 ədəd, xrustal qayıq formalı konfetqabı 2 ədəd, xrustal konfet qabı - 6 ədəd Rusiya istehsalı, 2 ədəd Türkiyə istehsalı xrustal güldan 1 ədəd böyük, güldan karaca 1 ədəd, güldan (qırmızı alman istehsalı) 1 ədəd, konfet qabı karaca 1 ədəd, meyvə qabı 1 ədəd stolustü karaca, külqabı 1 ədəd bohema, lokum qabı – 2 ədəd karaca, sürahi qırmızı rəngdə bohema 6 ədəd bokal ilə, göy rəngli rumka bohema - 12 ədəd, Qurani-Kərim öz qabında, rəngli bokal alman markası 6 ədəd, ağ bokal İtaliya markası 6 ədəd, ağ rəngli meyvə qabı (bohema) 1 ədəd, ağ xrustal rumka 6 ədəd, televizor, televizor üstü fiqurlar – farfor qız, fil, su pərisi və dini yazı, çilçıraq 3 ədəd, pərdə 2 otaq və dəhliz üçün, salat qabları 30 ədəd, meyvə qabı zərli qulplu 2 ədəd, şüşə qablar borçam firması soba üçün 2 ədəd, balaca meyvə qabı mətbəx üçün 2 ədəd, qənd qabı 1 ədəd Almaniya istehsalı, çörək qabı, iynə-sap qabı 4 ədəd, mətbəx taxtası, miskalar, çuqun taslar, vedrələr, 2 ədəd aşsuzən, soyuducu LG markası, paltaryuyan Vestel markası, Qaz, aspirator və qab yumaq üçün moyka, çay dəsgahı üçün madonna servis 6 nəfərlik, çay dəsgahı üçün göy rəngdə servis 6 nəfərlik, çay dəsgahı üçün ağ rəngdə güllü servis, boşqabları ilə birgə 6 nəfərlik, çay dəsgahı üçün rəngli 6 nəfərlik, çay dəsgahı suvenir zelhome firması, dəm çayniki 2 ədəd, çaydan 2 ədəd, tort qabı qırmızı və ədva qabı 7 ədəd, 1 böyük, 6 ədəd balaca salat qabı, 1 çərəz qabı 1 qaşıqla, saxlama qabı 7 ədəd, su bokalı Love firması 12 ədəd, kuvşin, bokal 6 ədəd luminark, 2 sürahi və 12 bokal, armudu stəkan-nəlbəki – 6 ədəd billur, viski bokalı 6 ədəd, müxtəlif saxlama qabları, mətbəx qabları – duz qabı, razetka, bıçaq dəsti, qaşıq dəsti, satvetkalı qablar, qaşıq qabı, şüşəli ədva qabı, səhər yeməyi üçün 2 dəst, tava - 3 ədəd , tozsoran - 1 ədəd, tost aparatı - 1 ədəd, plasmas qablar 6 ədəd, çərəz qabı karaca 1 ədəd, balaca xalçalar ağ və bozrəngli - 2 ədəd, ütü stolu 1 ədəd , Paltar qurudan 1 ədəd, ayaqlı plasmas meyvə - tərəvəz qabı – 1 ədəd, hamam və qapıağzı üçün ayaqaltı, pol ağacı və vedrəsi, zibil vedrəsi, quru ərzaqlar tökmək üçün balon 7 ədəd, yumşaq oyuncaq 3 ədəd, anten aparatı ilə birgə, müxtəlif suvenirlər, şamlar, iddiaçıya məxsus geyim əşyaları - pünyarlar 6 ədəd, mayka 3 ədəd, corablar 4 ədəd, tərlik 2 cüt qırmızı - 1 ədəd hamam üçün, 1 ədəd yay üçün, evdə geyinmək üçün dəst kostyum - 1 ədəd yay üçün, qış geyimləri – 4 ədəd kofta, toy sumkaları -5 ədəd, çəkmə–qış ayaqqabıları, 2 cüt krasovka, 1 cüt makosin, 2 cüt səndəl, boz rəngli 1 ədəd şarf Cavabdeh1 alınaraq İddiaçı qaytarılmalı, iddia qalan hissədə sübuta yetirilmədiyindən və əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddia qismən təmin edilsin. İddiaçı məxsus ünvan 3 ünvanın olan mebeller-yataq dəsti- şifoner, çarpayı, tirmo və 2 tumba, 1 komod, 1 ədəd pufik, 1 ədəd çarpayı bazası, qonaq otağı üçün mebel dəsti-1 ədəd künc divanı, 1 ədəd komod, 2 ədəd qorka 1-i bir qapılı, 1-i iki qapılı, tv altlığı, jurnal stolu, stol və 6 ədəd stul (perla mebeldən), jurnal masası sektor, mətbəx mebeli dəsti, mətbəx stol və stulları ağ rəngdə, məişət avadanlığı - əl-üz dəsmalı – 23 ədəd, çay dəsmalı - 15 ədəd, süfrə - 8 ədəd, yataq dəsti- (yorğan döşək üzü) 6 ədəd, yataq dəsti sadə - 2 ədəd, hamam dəsmalı (qətifə)- 7 ədəd, piknik süfrəsi – 1 ədəd, sintifon yorğan 1 ədəd, sintifon ürəkli yorğan, göy rəngdə odeyal - 2 ədəd, ağ rəngdə odeyal - 2 ədəd, 3 ədəd yorğan, 1 ədəd döşək, ağ rəngli pokrıval - 1 ədəd, naxışlı pokrıval – 1 ədəd, balınc - 7 ədəd, qırmızı qazan - 3 ədəd, süd qazanı böyük və balaca qazan, qazan dəsti (papilla) - 6 ədədlik, balaca qazan - 3 ədəd, çemodan qaşıq dəsti – 1 dəst, gündəlik qaşıq, çəngəl, bıçaq, mürəbbə qaşığı, limon çəngəli - 48 ədədlik, güzgülü sini - 1 ədəd, yemək dəsti 18 nəfərlik, Karaca firmasından olan 12 nəfərlik stəkan –nəlbəki, xrustal meyvə qabı, böyük - 2 ədəd, xrustal qayıq formalı konfetqabı 2 ədəd, xrustal konfet qabı - 6 ədəd Rusiya istehsalı, 2 ədəd Türkiyə istehsalı xrustal güldan 1 ədəd böyük, güldan karaca 1 ədəd, güldan (qırmızı alman istehsalı) 1 ədəd, konfet qabı karaca 1 ədəd, meyvə qabı 1 ədəd stolustü karaca, külqabı 1 ədəd bohema, lokum qabı – 2 ədəd karaca, sürahi qırmızı rəngdə bohema 6 ədəd bokal ilə, göy rəngli rumka bohema - 12 ədəd, Qurani-Kərim öz qabında, rəngli bokal alman markası 6 ədəd, ağ bokal İtaliya markası 6 ədəd, ağ rəngli meyvə qabı (bohema) 1 ədəd, ağ xrustal rumka 6 ədəd, televizor, televizor üstü fiqurlar – farfor qız, fil, su pərisi və dini yazı, çilçıraq 3 ədəd, pərdə 2 otaq və dəhliz üçün, salat qabları 30 ədəd, meyvə qabı zərli qulplu 2 ədəd, şüşə qablar borçam firması soba üçün 2 ədəd, balaca meyvə qabı mətbəx üçün 2 ədəd, qənd qabı 1 ədəd Almaniya istehsalı, çörək qabı, iynəsap qabı 4 ədəd, mətbəx taxtası, miskalar, çuqun taslar, vedrələr, 2 ədəd aşsüzən, soyuducu LG markası, paltaryuyan Vestel markası, Qaz, aspirator və qab yumaq üçün moyka, çay dəsgahı üçün madonna servis 6 nəfərlik, çay dəsgahı üçün göy rəngdə servis 6 nəfərlik, çay dəsgahı üçün ağ rəngdə güllü servis, boşqabları ilə birgə 6 nəfərlik, çay dəsgahı üçün rəngli 6 nəfərlik, çay dəsgahı suvenir zelhome firması, dəm çayniki 2 ədəd, çaydan 2 ədəd, tort qabı qırmızı və ədva qabı 7 ədəd, 1 böyük, 6 ədəd balaca salat qabı, 1 çərəz qabı 1 qaşıqla, saxlama qabı 7 ədəd, su bokalı Love firması 12 ədəd, sürahi, bokal 6 ədəd luminark, 2 sürahi və 12 bokal, armudu stəkan-nəlbəki – 6 ədəd billur, viski bokalı 6 ədəd, müxtəlif saxlama qabları, mətbəx qabları – duz qabı, razetka, bıçaq dəsti, qaşıq dəsti, salfetkalı qablar, qaşıq qabı, şüşəli ədva qabı, səhər yeməyi üçün 2 dəst, tava - 3 ədəd , tozsoran - 1 ədəd, tost aparatı - 1 ədəd, plasmas qablar 6 ədəd, çərəz qabı karaca 1 ədəd, balaca xalçalar ağ və bozrəngli - 2 ədəd, ütü stolu 1 ədəd , Paltar qurudan 1 ədəd, ayaqlı plasmas meyvə - tərəvəz qabı – 1 ədəd, hamam və qapıağzı üçün ayaqaltı, pol ağacı və vedrəsi, zibil vedrəsi, quru ərzaqlar tökmək üçün balon 7 ədəd, yumşaq oyuncaq 3 ədəd, anten aparatı ilə birgə, müxtəlif suvenirlər, şamlar, iddiaçıya məxsus geyim əşyaları - pünyarlar 6 ədəd, mayka 3 ədəd, corablar 4 ədəd, tərlik 2 cüt qırmızı - 1 ədəd hamam üçün, 1 ədəd yay üçün, evdə geyinmək üçün dəst kostyum-1 ədəd yay üçün, qış geyimləri – 4 ədəd kofta, toy sumkaları -5 ədəd, çəkmə–qış ayaqqabıları, 2 cüt krasovka, 1 cüt makosin, 2 cüt səndəl, boz rəngli 1 ədəd şarf Cavabdeh1 alınaraq İddiaçı qaytarılsın. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər.

Hakim Gülnar Babazadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar