Məhkəmə qərarları › İş №e-2(004)-5167/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №e-2(004)-5167/2022

10.11.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-5167/2022 10.11.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əyyubov Fərid İlham oğlunun sədrliyi, X5 oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 6200 manat məbləğində pul tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlməmiş və işə onun iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəməyə ərizə təqdim edərək, iddia ərizəsinə cavabdehin iştirakı olmadan qiyabi qaydada baxılmasını və iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə, iddiaçının işə qiyabi icraat qaydasında baxılmasına dair yazılı razılığını nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 238-ci maddəsinə uyğun olaraq, işə qiyabi icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli Cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərardan görünür ki, izahatı alınmış Cavabdeh İddiaçı və Teymur Əhmədovun izahatında göstərdiklərini təsdiq edərək 2015-ci ildə onlardan ümumilikdə 23000 manat pul alaraq Sədərək Ticarət Mərkəzində ticarətlə məşğul olduğunu, müəyyən səbəblərə görə ziyana düşdüyünü və bu səbəbdən onların pulunu qaytara bilməməsini bildirmişdir. Cavabdeh İddiaçı və Teymur Əhmədova olan borcunu ödəyəcəyini bildirmişdir. X1 və İddiaçı ərizəsi əsasında aparılmış araşdırma zamanı müəyyən edilmişdir ki, Cavabdeh İddiaçı və Teymur Əhmədovdan ümumilikdə 25200 manat alaraq ticarətlə mə.ğul olmuş və bir müddət onra həmin məbləği qaytarmayaraq onunla əlaqəni kəşmişdir. Toplanmış materialda cinayət tərkibi olmadığı üçün cinayət işinin başlanması rədd edilməsi qərara alınmışdır. Məhkəmə iş materiallarını nəzərdən keçirərək, iddiaçının nümayəndəsi və vəkilinin izahatını dinləyərək, sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli və Cavabdeh 6200 manat məbləğində pul tutularaq İddiaçı ödənilməlidir. Belə ki, iş materialları ilə müəyyən olunmuşdur ki, iddiaçı tərəfindən cavabdehə 6200 manat məbləğində pul verilmişdir. Cinayət işinin başlanması haqqında qərardan da göründüyü kimi cavabdeh İddiaçı pul aldığını və qaytarmadığını etiraf etmişdir. Həmçinin, cavabdeh dəfələrlə məhkəmə iclasına çağırılsa da, məhkəmə iclaslarında iştirak etməmiş, iddianın dəlillərinə etiraz təqdim etməmiş, iddianı təkzib edən sübutları məhkəməyə təqdim etməmişdir. Məhkəmə qeyd edir ki, rəsmi qaydada məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasına gəlmədiyi üçün və iddiaçı tərəfindən təqdim edilmiş sübutları təkzib etmədiyi üçün, cavabdeh tərəfindən sübutların və etirazın təqdim edilməməsi işdə mövcud olan sübutlar əsasında işə baxılmasına mane olmadığından məhkəmə iddiaçı tərəfindən təqdim olunmuş sübutlar əsasında iş üçün əhəmiyyətli halları müəyyən olunmuş hesab etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.7-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin əmələ gəlmə əsaslarından biri də əsassız varlanmadır. Həmin Məcəllənin 1091-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Həmin Məcəllənin 1093.1-ci maddəsinə əsasən öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2.-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1 maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 238.1-ci maddəsinə görə iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 241.1-ci maddəsinə görə qiyabi icraat qaydasında işə baxarkən hakim, tərəflərin təqdim etdiyi sübutların tədqiqi ilə kifayətlənir, onların dəlillərini və vəsatətlərini nəzərə alır və qiyabi adlanan qətnamə çıxarır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh 6200 manat məbləğində pul tutularaq İddiaçı ödənilsin. Cavabdeh 82 manat məbləğində dövlət rüsumu tutularaq dövlət hesabına ödənilsin. Cavabdeh qiyabi qətnaməni aldıqdan sonra 10 (on) gün müddətində qiyabi qətnamənin ləğv edilməsi üçün Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinə ərizə verə bilər. Qiyabi qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qiyabi qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fərid Əyyubov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar