Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(004)-5195/2025 29.08.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Sultanova-X2, İddiaçı Cavabdeh MMC-yə qarşı “iş vaxtından artıq işləməyə görə əmək haqqının və istifadə edilməmiş aylıq məzuniyyət haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MMC-yə qarşı “iş vaxtından artıq işləməyə görə əmək haqqının və istifadə edilməmiş aylıq məzuniyyət haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2025-ci il tarixdə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh MMC-dən xx.xx.2019-cu ildən xx.xx.2019-cu ilədək (tam ştat dövrü) 6 aylıq (günə 7 saat) müddətdə iş vaxtından artıq işlədiyi iş vaxtına görə ödənilməmiş 2091,60 manat , xx.xx.2019-cu ildən xx.xx.2023-cü ilədək (yarım ştat) iş vaxtından artıq işlədiyim müddət üçün ödənilməmiş (günə 7 saat) 24081,21 manat (44 aylıq) olmaqla, cəmi 26.172,81 manat əmək haqqı miqdarında pulun və istifadə etmədiyim 4 illik əmək məzuniyyətinə görə ödənilməmiş məzuniyyət pullarının alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsi ilə eyni zamanda buraxılmış iddia müddətin bərpa olunmasına dair ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-yə qarş “2019- 2023-cü illər üzrə artıq işlədiyi müddət üçün ödənilməmiş əmək haqqı və son haqq hesabına ödənilməsi” tələbinə dair iddiaçı Fərəzəliyev qabil Cəlil oğlu tərəfindənxx.xx.2023-cü il tarixdən sonra qanunla müəyyən edilmiş bir illik iddia müddətinin 2025-ci ilin yanvar ayınadək ötürülməsinin səbəbələrinin üzürlü hesab edilməsi və həmin müddətin bərpa olunması haqqında qərardad qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının MPM-in 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbulundan imtina edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-in 153.2.1-ci maddəsinə əsasən məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Həmin Məcəllənin 153.3-cü maddəsinə əsasən hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana müraciət etməli olmasını orada göstərir. İddia ərizəsinə əlavə edilmiş: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(004)- 3220/2025 saylı qətnaməsi ilə iddiaçı İddiaçı Cavabdeh MMC-yə qarşı “2019-2023-cü illər üzrə artıq işlədiyi müddət üçün ödənilməmiş əmək haqqı və son haqq hesabına ödənilməsi” tələbinə dair iddiası təmin edilməmişdir. Həmin qətnamənin məzmunundan müəyyən edilir ki, “Cavabdeh MMC-nin nümayəndəsi X1 məhkəmə iclasında iştirak edərək iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi məhkəməyə yazılı ərizə ilə müraciət edərək tələb üzrə iddia müddətinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, İddiaçı xx.xx.2019-cu il tarixdə Cavabdeh MMC ilə əmək müqaviləsi bağlayaraq Parakəndə satış mağazalarının Abçabədi mağazasında “gözətçi” vəzifəsinə işə qəbul edilmiş, xx.xx.2023-cü il tarixdə isə əmək müqaviləsinə xitam verilmişdir. Deməli, iddia müddətinin axımı xx.xx.2023-cü il tarixdə başlanmışdır. Hazırki mübahisənin predmeti həmin dövrlər üzrə ödənilməmiş və ya əksik ödənilmiş əmək haqqı təşkil edir. İddiaçı mübahisə üzrə xx.xx.2024-cü il tarixdə mediasiya prosesini başlatmış, proses xx.xx.5025-ci il tarixdə bitmiş, iddia ərizəsi ilə xx.xx.2025-ci il tarixdə məhkəməyə müraciət etmişdir. Cavabdeh tərəf yazılı ərizə təqdim edərək iddia müddətinin tətbiq edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir. Nəticə etibarilə, iddia əmək münasibətlərindən əmələ gələn tələb üzrə iddia müddətini ötürmüşdür. İddiaçı tərəfindən X3 Xidmətinə müraciətlərin edilməsi iddia müddətinin dayandırılmasına münasibətdə hər hansı hüquqi əsası yaratmır və hüquqi nəticəyə səbəb olmur. İddiaçı tərəf arqument olaraq bildirir ki, cavabdeh iddia müddətinin tətbiq edilməsi barədə ərizə verməklə dolayı yolla iddia tələbinin əsaslı olduğunu qəbul edir və hüquqdan sui-istifadə edərək iddia müddətinin tətbiq edilməsini xahiş edir. Həmin arqumentə münasibətdə məhkəmə qeyd edir ki, iddia müddətinin tətbiq edilməsi barədə ərizənin təqdim edilməsi cavabdehin qanunla müəyyən edilmiş hüququdur və bu hüquqdan istifadə etmək hər hansı üsulla məhdudlaşdırılmamışdır. Mübahisəyə qanun çərçivəsində baxılmalı və hüquq normalarının imperativ şərtləri əsasında mübahisə həll edilməlidir. Bundan əlavə, iddiaçının iddia tələbi öz-özlüyündə əsassızdır. Belə ki, tələb üzrə əsaslı və mötəbər sübutlar məhkəməyə təqdim edilməmişdir. Məhkəmə iclasında izahatı alınmış şahidlərin izahatlarının təhlili nəticəsində müəyyən edilir ki, şahidlərin ifadələri dolayı xarakterlidir və iddia tələbinin təmin edilməsi üçün kifayət etmir. İddiaçıya izah edilir ki, hazırki iddia tələbinin təmin edilməməsi iddiaçının işəgötürən barədə müvafiq dövlət orqanlarına şikayət ərizəsi ilə müraciət etməsinə maneə deyildir. İddianın təmin edilməməsi digər məsuliyyət növlərinin (inzibati, cinayət və s.) istisna edilməsinə səbəb olmur. Bu səbəbdən, mübahisəyə Azərbaycan Respublikası Mülki Məcəlləsinin normaları deyil, sahəni normativ hüquqi akt olan Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinin 4-cü bəndinin dispozitiv şərtləri tətbiq edilməlidir... Nəticədə, cavabdehin iddia müddətinin tətbiq olunması barədə ərizəsi tətbiq olunmalı, iddia müddəti ötürülmüş hesab edilməlidir.” Göründüyü kimi, İddiaçı hazırki iddia ərizəsi ilə iddia icraatı qaydasında Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət etməklə haqlı olmamışdır. O, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(004)-3220/2025 saylı qətnaməsindən apellyasiya şikayəti vermək hüququna malikdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 357.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. Həmin Məcəllənin 361.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş formada verilən apellyasiya şikayətində: şikayətin verildiyi məhkəmənin adı və ünvanı; şikayəti verən şəxsin soyadı, adı, atasının adı, (hüquqi şəxsə münasibətdə adı) şəxsiyyətini eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, işdə prosessual vəziyyəti; barəsində şikayət verilən məhkəmə aktı, onun qəbul edilmə tarixi, nəticə hissəsi, həmin aktı qəbul edən məhkəmənin adı; şikayəti verən şəxsin tələbi və məhkəmə aktının hansı hissədə mübahisələndirildiyi; şikayət verən şəxsin məhkəmə aktını düzgün hesab etmədiyi konkret əsaslar; şikayət verən şəxsin istinad etdiyi konkret fakt və hallar, habelə onları təsdiq edən sübutlar və şikayətə əlavə edilən sənədlərin siyahısı göstərilməlidir. Həmin Məcəllənin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 233.1-ci maddəsinə əsasən, Bu Məcəllənin 355-7.4-cü, 355-17.3-cü, 355-18.4-cü, 355-19.3-cü və 355-22.4-cü maddələrində qeyd olunan hallar istisna olmaqla, məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. 233.3-cü madddəsinə əsasən, Qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərini, eyni əsas üzrə yenidən irəli sürə bilməzlər, habelə məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər. İşin hallarından göründüyü kimi, digər məhkəmə prosesində məhkəmə qətnaməsi ilə iddiaçının iddia müddətini ötürməsi məsələsinə məhkəmə tərəfindən hüquqi qiymət verilmiş və iddia tələbi iddia müddəti ötürüldüyündən təmin edilməmişdir. Məhkəmə qeyd edir ki, iddiaçının iddia tələbi ilə bağlı yekun məhkəmə aktı qəbul edildiyindən, həmçinin iddia müddətinin ötürülməsinin üzrlü hesab edilib-edilməməsinə məhkəmə tərəfindən artıq qiymət verildiyindən, hazırki ərizə ilə məhkəməyə müraciət etməsi əsassızdır. Tərəfə izah olunur ki, yuxarıda qeyd olunan məhkəmə qətnaməsindən apellyasiya şikayəti vermək hüququ vardır və qətnamədən şikayət verdiyi təqdirdə, iddia ərizəsində qeyd olunan hallara apellyasiya icraatı zamanı qiymət verilə bilər. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçının hazırkı ərizəsinə məhkəmə qaydasında baxılmalı olmadığından, iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbulundan imtina edilməlilidir. Azərbaycan Respublikası MPM-in: 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. 114.1.2-ci maddəsinə əsasən, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizəni baxılmaq üçün qəbul etməkdən imtina edilərsə ödənilmiş dövlət rüsumu qaytarılır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 153, 153.2.1, 263- 264, 268-ci maddəsini rəhbər tutaraq, QƏRARA ALDİ: İddiaçı Cavabdeh MMC-yə qarşı “iş vaxtından artıq işləməyə görə əmək haqqının və istifadə edilməmiş aylıq məzuniyyət haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsinin qəbulundan, iddianın yolverməzliyinə görə imtina edilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra tərəflər 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verə bilərlər. Hakim: Ayşən Sultanova-Məmmədova
Məhkəmə qərarları › İş №e-2(004)-5195/2025
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №e-2(004)-5195/2025
29.08.2025 · Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver