Məhkəmə qərarları › İş №e-2(004)-5218/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-5218/2022

03.11.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-5218/2022 03.11.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Orxan Qədir oğlunun sədrliyi, X19 oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh iştirakı ilə, İddiaçı cavabdeh X13rşı “uşağın ölkə hüdudlarından kənara çıxarılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: İddiaçı cavabdeh X13rşı “uşağın ölkə hüdudlarından kənara çıxarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2017-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək X16 razılığı olmadan Azərbaycan Respublikasının hüdudlarından kənara çıxarılmasına və qaytarılmasına icazə verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o və cavabdeh 05 noyabr 2011-ci ildə rəsmi nikaha daxil olaraq ailə qurmuşlar. 24 iyun 2016-cı ildə onların nikahı pozulmuş və uzun müddətdir ki, onlar ayrı yaşayırlar. Onların birgə nikahlarından 30 iyun 2017-ci ildə anadan olmuş X3 adlı bir uşaqları var. O, uşağı X2 çox sevir, onun normal yaşayış tərzini təmin etmək üçün əlindən gələni edir, onun inkişafı üçün ən yaxşı şəraiti yaratmağa çalışır. Bunun üçün onu məşğələlərə, hazırlıqlara aparır. Uşağı tətildə xaricdə gəzməyə aparmaq istəyir, həm dünya görüşü artsın, həm də uşağın özü də onunla getmək istəyir. Uşağın xarici ölkəyə aparılması üçün cavabdehə dəfələrlə müraciət etsə də o buna razılıq verməmişdir. Cavabdehdən belə bir razılıq almaq onun üçün mümkün deyildir. Cavabdeh məhkəməyə İddiaçı cavabdeh X13rşı “uşağın ölkə hüdudlarından kənara çıxarılması” tələbinə dair iddia ərizəsinə etiraz təqdim edərək ərizəsində qeyd etmişdir ki, sabiq həyat yoldaşı İddiaçı ilə xx.xx.2011-ci il tarixdə nikah bağlamış, 2016-cı il tarixədək bir yerdə yaşamaqla birgə təsərrüfat aparmışlar. Birgə yaşayışlarının mümkün olmadığı səbəbindən nikahları xx.xx.2016-cı il tarixdə pozulmuşdur. Boşandıqdan sonra 5 ay yenə də, bir yerdə yaşamış, lakin sonradan birgə yaşamaqlarının mümkün olmadığını görüb ayrılmışlar. Uşaq doğulandan sonra cavabdeh uşağın hansı xəstəxanada dünyaya gəlməsi, sosial şəbəkədən xəbər tutaraq “Oksigen” xəstəxanasına gedərək uşağın doğum haqqında tibbi şəhadətnaməsini aldı. Oğlunun anadan olması barədə tibbi şəhadətnamədə onun soyadı Quliyev, ata adı Behrouz yazılmışdır, lakin sabiq həyat yoldaşı oğluna 1 saylı Bakı Asan Xidmət X8 doğum haqqında şəhadətnamə alarkən ona məlum olmayan səbəbdən şəhadətnamədə oğlunun soyadı qanunazidd olaraq X11 qeyd etdirərək saxta sənəd əldə etmişdir. Bu sənəd sonradan oğluna verilmiş Azərbaycan Repsublikası vətəndaşının AZE seriyalı 18240934 saylı şəxsiyyət vəsiqəsində də öz əksini tapmışdır. Belə ki, istər doğum haqqında şəhadətnamədə istərsə də, şəxsiyyət vəsiqəsində Seyyedi Vəfai əvəzinə X11 qeyd edilmişdir. Bu məlumatlardan xəbəri olduqda sabiq həyat yoldaşının əldə etdiyi sənədlərdə təshihlər aparılması üçün o, min bir əzabla atalığının müəyyən edilməsi üçün maddi xərclərə məruz qalmağı ilə bahəm mənəvi əzablara düçar olmuşdur. Bakı Nikah Evi tərəfindən xx.xx.2011-ci il tarixdə verilmiş AZ-İ № 694624 saylı nikah haqqında şəhadətnamədə ərə, yəni ona Seyyidi Vefaei, sabiq həyat yoldaşına Quliyeva soyadı verlmişdir. Lakin sabiq həyat yodaşı 1 saylı Bakı Asan Xidmət X12 yalan məlumat verməklə xx.xx.2017-ci il tarixli təhrif olunmuş şəhadətnamədə oğlunun soyadını qanunazidd olaraq qəsdən X20 qeyd etdirərək saxta sənəd əldə etmişdir. 1 saylı Bakı Asan Xidmət Mərkəzinin təhrif olunmuş sənədi sonradan oğlunun şəxsiyyət vəsiqəsində də təhrif olunmasına zəmin yaratmışdır. Belə ki, Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsində də, onun xx.xx.2017-ci il tarixdə Bakı şəhərində doğulduğu, soyadı Quliyev (Seyyadi Vəfaei) əvəzinə Bəylər Behrouz oğlu, anası İddiaçı qeyd edilmişdir. Atalıq ərlə ananın nikahı haqqında təsdiq olunan tələblərini, həmçinin MPM-in 106.1 və 311-ci maddələrini rəhbər tutaraq onun cavabdeh X10 qarşı “atalığın mübahisə olunması” tələbinə dair iddiasını təmin edərək qeydiyyat orqanı tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli doğum haqqında şəhadətnamənin ləğv olunması və yeni verilmiş doğum haqqında şəhadətnamədə oğlunun soyadı Seyyedi Vəfaei, atasının adı isə Cavabdeh olması barədə düzəlişlər aparılması öhdəliyinin qeydiyyat orqanın üzərinə qoyulması barədə iş 2(006)-2267/2018 saylı xx.xx.2018-ci il tarixli qətnamə çıxarmış və qətnamə icra olunmuşdur. Qeyd olunanlara rəğmən sabiq həyat yoldaşının xaricdə yaşayan rəfiqələri ilə görüşmək adı ilə oğlunu respublikadan xarici dövlətlərə sərbəst surətdə gedib-gəlmə hüquqlarının verilməsi barədə ona qarşı Bakı Şəhər Yasamal Rayon Məhkəməsində iddia qaldırmışdır. Doğma övladını atası ilə görüşmək imkanından məhrum edən ana hansı dünya görüşünə malikdir ki, övladını da xarici dövlətə aparmaqla dünya görüşünü artıracaq. Onun özünün dünya görüşünün artırılması ehtiyacı olması halda oğlunun dünya görüşünün artırılmasını iddia ərizəsində bildirməsi acı təəssüf doğurur. Qeyd olunanları nəzərə alaraq sabiq həyat yoldaşının onun övladını respublikadan xarici dövlətlərə sərbəst gedib-gəlmə hüquqlarının verilməsinə dair onun razılıq verməyinə dair iddiasıya qəti etirazını bildirir və məhkəmədən MPM-in və Ailə Məcəlləsinin maddə və müddəalarını rəhbər tutaraq iddianın təmin edilməməsi barədə ədalətli qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddia tələbini müdafiə edərək izahatında bildirdi ki, atalığın müəyyən edilməsi ilə bağlı şəhadətnamə var. Tərəflərin nikahı Asan Xidmətdə pozulmuşdur. Həmin vaxt uşaq yox idi. Uşaq hal-hazırda Avropa məktəbində təhsil alır. Cavabdeh heç vaxt aliment ödəməyib. Uşağın dünya görüşünün artması, təhsil alması üçün ölkə hüdudlarından kənara çıxarmaq istəyir. Uşaq hazırda “Landau” məktəbində xarici dildə təhsil alır. Uşağın yaxşı təhsil alması, dünyagörüşünün artması üçün ölkə hüdudlarından kənara çıxarılmasını istəyir. Daimi əsaslarla uşağı ölkə xaricinə çıxarılması nəzərdə tutulmur. Sadəcə 1 həftəlik müddət nəzərdə tutulub. Başqa heç bir məsələ yoxdur. Cavabdehlə uşağın arasında ünsiyyətlə bağlı heç bir problem yoxdur. İstənilən vaxt istədiyi yerə apara da bilər. Bununla bağlı heç bir məhdudiyyət yoxdur. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahatında bildirdi ki, iddianı qəbul etmir. Onlar iddiaçı ilə nikahda olan vaxtı da onun xaricə getmək məsələləri var idi. Bununla bağlı onların arasında problemlər yaranırdı. Nəticədə də nikahları pozuldu. Pozulandan sonra o, İrana getdi. Sonra iddiaçı ona heç yerə getməyəcəyini bildirdi, yenidən onlar bir müddət Bakıda yaşadılar. Ondan sonra yenə iddiaçının Türkiyəyə getməsi məsələsi ortaya çıxdı. Belə məlum oldu ki, iddiaçı hamilə olduğunu biləndən sonra yenidən xarici ölkəyə getməyə başlayıb. Nəsimi Rayon Məhkəməsinin vasitəsi ilə o, uşaq üzərində atalıq hüquqlarını bərpa etdirdi. Məhkəmə işdə iştirak edən tərəflərin izahatını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan AZ-İ 265270 saylı Nikahın pozulması haqqında Şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətinə əsasən Cavabdeh ilə İddiaçı arasında olan nikah ləğv edilmiş və bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında xx.xx.2016-cı il tarixdə 71 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan AA seriyalı, ******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X4 xx.xx.2017-ci il tarixdə Azərbaycan Respublikasında anadan olmuşdur. İş materiallarında olan AZ-T seriyalı, 080679 nömrəli doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətinə əsasən X4 xx.xx.2017-ci il tarixdə Bakı şəhərində anadan olmuş, atası X21 X26, anası İddiaçıdır. İş materiallarında olan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2267/2018 saylı, 25 sentyabr 2018-ci il tarixli qətnaməsinə əsasən iddiaçı X24 Behrouzun cavabdeh İddiaçı qarşı “atalığın mübahisə olunması” tələbinə dair iddia tələbinin təmin edilməsi, cavabdeh İddiaçı Bakı Oksigen Xəstəxanasında 30 iyun 2016-cı il tarixdə doğduğu oğlan cinsindən olan uşağın atası X5masının müəyyən edilməsi, qeydiyyat orqanı tərəfindən verilmiş 08 iyul 2017-ci il tarixli doğum haqqında şəhadətnamənin ləğv olunması və yeni doğum haqqında şəhadətnamənin verilməsi, yeni verilmiş doğum haqqında şəhadətnamədə uşağın soyadının Seyyedi Vəfaei, ata qrafasında atasının adının soyadının isə X24 Behrouz yazılması qət edilmişdir. İş materiallarında olan AZ-l № 328155 saylı Atalığın müəyyən olunması haqqında Şəhadətnamədən görünür ki, X24 X25 Asghar 30 iyun 2017-ci ildə İddiaçı doğulmuş X6 atası hesab edilmiş və bu barədə atalığın müəyyən edilməsi haqqında akt qeydləri kitabında xx.xx.2019-cu il tarixdə 14 nömrə ilə qeyd edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 28-ci maddəsinin İİİ hissəsinə əsasən, qanuni surətdə Azərbaycan Respublikasının ərazisində olan hər kəs sərbəst hərəkət edə bilər, özünə yaşayış yeri seçə bilər və Azərbaycan Respublikasının ərazisindən kənara gedə bilər. Azərbaycan Respublikası Miqrasiya Məcəlləsinin 11.2-ci maddəsinə əsasən, yetkinlik yaşına çatmayan vətəndaş ölkədən valideynlərinin biri ilə getdikdə digər valideynin notariat qaydasında təsdiq edilmiş razılığı tələb olunur. Yetkinlik yaşına çatmayan vətəndaş ölkədən tək getdikdə valideynlərinin, valideyn himayəsindən məhrum olduqda isə onu övladlığa götürən şəxsin, himayəçisinin və ya qəyyumunun notariat qaydasında təsdiq edilmiş razılığı tələb olunur. Həmin şəxslərdən birinin razılığı olmadıqda, yetkinlik yaşına çatmayan vətəndaşın ölkədən getməsi məsələsi məhkəmənin qərarı əsasında həll edilir. Göründüyü kimi, 18 yaşına çatmamış vətəndaşın daimi yaşayış üçün ölkədən getməsinə yalnız onun valideynlərinin və ya qanuni nümayəndəsinin yazılı şəkildə ifadə edilmiş və notarius tərəfindən və ya qanunvericiliklə nəzərdə tutulmuş qaydada təsdiq edilmiş yazılı razılığı ilə yol verilir. Odur ki, yetkinlik yaşına çatmamış uşağın Azərbaycan Respublikasından kənara getməsinə, belə getmənin müvəqqəti olduğu hallar üçün icazə verilməlidir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 51.2-ci maddəsinə əsasən, uşağın hüquqlarının və qanuni mənafelərinin müdafiəsi valideynlər (onları əvəz edən şəxslər), bu Məcəllə ilə nəzərdə tutulmuş hallarda isə müvafiq icra hakimiyyəti orqanı və məhkəmə tərəfindən həyata keçirilir. Həmin Məcəllənin 51.4-cü maddəsinə əsasən, uşağın valideynləri (onları əvəz edən şəxslər) tərəfindən sui-istifadə etmə hallarından müdafiə olunmaq hüququ vardır. Qeyd edilən Məcəllənin 60-cı maddəsinə əsasən, valideynlik hüquqları uşaqların mənafeyinə zidd həyata keçirilə bilməz. Valideynlik hüquqlarını həyata keçirərkən valideynlər uşaqların mənəvi inkişafına, fiziki və psixi sağlamlığına xələl yetirməməlidirlər. Uşaqların tərbiyə və təhsilinə aid olan bütün məsələlər uşaqların hüquq və mənafeləri, onların rəyi nəzərə alınmaqla, valideynlərin qarşılıqlı razılığı əsasında həll olunur. Valideynlər (onlardan biri) öz aralarında olan narazılığı həll etmək üçün müvafiq icra hakimiyyəti orqanına və ya məhkəməyə müraciət edə bilərlər. Valideynlər ayrı yaşadıqda uşaqların yaşayış yeri onların razılığı ilə həll edilir. Valideynlər arasında razılıq olmadıqda, məhkəmə mübahisəni uşaqların hüquq və mənafelərini, onların rəyini və sair halları (uşaqların qardaş və bacılarına, valideynlərdən hər birinə olan bağlılığı, valideynlərin əxlaqi və digər şəxsi keyfiyyətləri, uşağın yaşı, onun inkişafı və tərbiyəsi üçün şərait yaradılması) nəzərə almaqla həll edir. Azərbaycan Respublikası Miqrasiya Məcəlləsinin 11.2-ci maddəsinə əsasən yetkinlik yaşına çatmayan vətəndaş ölkədən valideynlərinin biri ilə getdikdə digər valideynin notariat qaydasında təsdiq edilmiş razılığı tələb olunur. Yetkinlik yaşına çatmayan vətəndaş ölkədən tək getdikdə valideynlərinin, valideyn himayəsindən məhrum olduqda isə onu övladlığa götürən şəxsin, himayəçisinin və ya qəyyumunun notariat qaydasında təsdiq edilmiş razılığı tələb olunur. Həmin şəxslərdən birinin razılığı olmadıqda, yetkinlik yaşına çatmayan vətəndaşın ölkədən getməsi məsələsi məhkəmənin qərarı əsasında həll edilir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin pesedent hüququna əsasən, uşaqlarla bağlı bütün qərarlar qəbul edilərkən ilk növbədə onların üstün maraqlarının nəzərə alınması ideyasının dəstəklənməsi istiqamətində geniş konsensus (o cümlədən beynəlxalq miqyasda) mövcuddur (Noylinger və Şuruk İsveçrəyə qarşı [BP], § 135; X Latviyaya qarşı [BP], § 96). Uşağın üstün maraqları, xarakterindən və ciddilik dərəcəsindən asılı olaraq, valideynlərin maraqlarından üstün tutulur. Bununla belə, valideynlərin maraqları, xüsusən onların uşaqla mütəmadi təmasda olmaq hüququ işdəki müxtəlif maraqlar balanslaşdırılarkən nəzərə alınmalı olan amildir (Şahin Almaniyaya qarşı [BP], § 66, Noylinger və Şuruk İsveçrəyə qarşı [BP], § 134). Uşağın ailəsi ilə əlaqələrinin onun üçün münasib hesab edilmədiyi hallar istisna olmaqla, uşağın maraqları onun ailəsi ilə əlaqələrinin qorunub saxlanmasını tələb edir. Uşaqların ölkədən getməsinə icazənin verilməsi ilə əlaqədar valideynlər arasında yaranan mübahisələr üzrə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 13 nömrəli Qərarının 1.7-ci bəndinə əsasən məhkəmələr tərəfindən uşaqların ölkədən getməsinə icazənin verilməsi ilə əlaqədar valideynlər arasında mübahisələrə baxılarkən, uşağın təhsil, peşə hazırlığı, tibbi xidmət, sağlamlığının bərpası, əmək fəaliyyətinə hazırlıq sahəsində xidmətlərdən səmərəli istifadə etməsini və istirahət vasitələrindən bəhrələnməsini təmin etmək məqsədi ilə bütövlükdə uşağın sosial həyata mümkün qədər daha yaxşı cəlb edilməsi, uşağın mədəni və mənəvi inkişafı da daxil olmaqla, şəxsiyyətinin formalaşması naminə hər bir halda üstün mənafeyi nəzərə alınmalıdır. Həmin qərarın 7.4-cü bəndinə əsasən məhkəmələr tərəfindən bu qəbildən olan işlərə baxılarkən, qanunla müəyyən edilmiş yaş həddinə çatmış uşağın fiziki və psixoloji vəziyyəti nəzərə alınmaqla dinlənilməsi təmin edilməlidir. Nəzərə alınmalıdır ki, bu dinlənilmə uşağın yaşayış yerində, təhsil aldığı müəssisədə, o cümlədən sosial həyata uyğunlaşdığı şəraitdən ölkəni bir valideyni ilə çıxması səbəbi ilə daimi və ya müvəqqəti məhrum olmasının onun əqli, fiziki və mənəvi inkişafına yaratdığı təsirlərlə əlaqədar uşağın fikirlərinin öyrənilməsi baxımından həyata keçirilməlidir. Məhkəmə sadalanan hüquq normalarına əsaslanmaqla belə nəticəyə gəlir ki, himayəsində olan valideyn tərəfindən uşağın müvəqqəti olaraq xarici ölkəyə aparılmasında cavabdehin razılığını almaq mümkün olmadığından iddiaçının öz uşağı ilə birlikdə qanunla müəyyən edilmiş qaydada sərbəst surətdə ölkədən getmək və ölkəyə gəlmək hüquqları pozulur. Bu zaman isə himayəsində uşaq olan valideyn kimi iddiaçı uşaqları ilə birlikdə sərbəst hərəkət edərək müvəqqəti olaraq ezamiyyət, istirahət, müalicə, qohumlara baş çəkmək və s. məqsədlə ölkədən getmək hüququndan məhrum olur. Məhkəmə qeyd edir ki, uşağın da hər bir ölkə vətəndaşı kimi ölkə daxilində və xaricdə hərəkət etmək, istirahət və digər sosial təminat hüquqları vardır. Bunların həyata keçirilməsinin qarşısının alınması ədalətli olmamaqla qanuna və uşağın mənafeyinə uyğun hesab edilə bilməz. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, yetkinlik yaşına çatmamış vətəndaşların ölkədən getməsi məsələsi, 18 yaşına çatmamış vətəndaşların ölkədən müvəqqəti getməsi hallarında məhkəmənin qərarı ilə həll edildiyindən, iddia ərizəsi təmin edilərək, xx.xx.2017-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək cavabdeh X16 razılığı olmadan müvəqqəti olaraq, anası İddiaçı ilə birlikdə Azərbaycan Respublikası hüdudlarından kənara getməsinə icazə verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qətetdi: İddia ərizəsi təmin edilsin. xx.xx.2017-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək cavabdeh X16 razılığı olmadan müvəqqəti olaraq, anası İddiaçı ilə birlikdə Azərbaycan Respublikası hüdudlarından kənara getməsinə icazə verilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Orxan Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar