Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-5223/2024 17.12.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Babazadə Gülnar Vidadi qızının sədrliyi, Mahmudzadə Sabrina Ramiz qızının katibliyi, İddiaçının nümayəndəsi və eyni zamanda vəkili Vəkil1, Cavabdehin nümayəndəsi və eyni zamanda vəkili Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün 30 sentyabr 2021-ci il tarixdən hesablanaraq hər ay Cavabdeh qazancın və başqa gəlirlərinin dörddə bir hissəsi miqdarda aliment müəyyən edilməsi və alimentin tutularaq İddiaçı ödənilməsi, Cavabdeh qazancını müəyyən etmək mümkün olmadıqda X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün 30 sentyabr 2021-ci il tarixdən hesablanaraq hər ay Cavabdeh 235 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Cavabdeh ilə 13 dekabr 2013-cü il tarixdə rəsmi nikah bağlamışlar. Həmin nikah münasibətindən bir uşağı xx.xx.2018-ci il təvəllüdlü X3 anadan olmuşdur. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 11 dekabr 2019-cu il tarixli 2(004)-7081/2019 saylı qətnaməsi ilə İddiaçı ilə Cavabdeh arasında xx.xx.2013-cü il tarixli Bakı Səadət Sarayı nikah evində bağlanmış nikah pozulmuş, yetkinlik yaşına çatmayan xx.xx.2018-ci il təvəllüdlü X2 anası İddiaçı yanında saxlanması qət edilmişdir. Həmin məhkəmə qətnaməsi ilə nikahın pozulması və uşağın iddiaçının yanında saxlanılması həll edilsə də, uşaq üçün alimentin hansı miqdarda tutulması məhkəmə tərəfindən müəyyən edilməmişdir. Nikah pozulması zamanı tərəflər arasında alimentin könüllü qaydada ödənilməsi ilə bağlı şifahi razılaşma mövcud olsa da, sonradan cavabdeh tərəfindən həmin razılaşmaya riayət edilməmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, X1 üçün 30 sentyabr 2024-cü il tarixdən hər ay 235 manat sabit pul məbləğində, əvvəlki dövr üçün 2021-ci il üzrə 525 manat (3 ay*175 manat), 2022-ci il üzrə 2316 manat (12 ay*193 manat), 2023-cü il üzrə 2640 manat (12 ay *220 manat), 2024-cü il üzrə 2115 manat (9 ay*235 manat) aliment Cavabdeh tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və eyni zamanda vəkili Vəkil1 iddia tələbini müdafiə edərək, iddia ərizəsinin və onun dəqiqləşdiriməsi barədə ərizənin məzmununa uyğun izahat verdi və məhkəmədən iddia tələbinin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və eyni zamanda vəkili Nümayəndə iddia tələbini qismən qəbul edərək, izahatında bildirmişdir ki, iddia tələbini aylıq 235 manat məbləğində alimentin təyin edildiyi təqdirdə qəbul edir. Uzun illərdir ki, cavabdeh övladının təhsili və digər xərcləri üçün kifayət qədər məbləğdə pul xərcləmişdir. Uşaq hazırda özəl məktəbdə təhsil alır. Onun təhsil xərcləri cavabdeh tərəfindən qarşılanır. Bu qədər məbləği ödəyən cavabdeh ata təbii ki əvvəlki illərdə də uşağın saxlanılmasında iştirak etmişdir. Göstərilənlərə əsasən məhkəmədən iddia tələbinin 2024cü il üzrə 235 manat aliment hissəsində təmin edilməsi, əvvəlki üç il müddətində alimentlə bağlı hissədə isə rədd edilməsini xahiş etdi. Məhkəmə, proses iştirakçılarının izahatlarını dinləyərək, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 11 dekabr 2019-cu il tarixli, 2(004)-7081/2019 saylı qətnaməsinin surətindən müəyyən olunur ki, iddia tələbinin təmin edilməsi, iddiaçı Alina Vyaçeslavovna ilə Cavabdeh arasında xx.xx.2013-cü il tarixdə Bakı Səadət Sarayı nikah evində bağlanmış nikahın pozulmasını, yetkinlik yaşına çatmayan xx.xx.2018-ci il təvəllüdlü X2 anası İddiaçı yanında saxlanılması qət edilmişdir. İş materiallarında olan "xxxx" Tam orta təhsil müəssisəsi MMC-nin 04 dekabr 2024cü il tarixli 319A saylı arayışdan görünür ki, X3 məktəbin ingilis bölməsində 2023-2024-cü il təhsil ilində təhsil almışdır. Şagirdin illik təhsil haqqı 5850 manat olmuşdur. Təəhsil haqqı Cavabdeh tərəfindən tam ödənilmişdir. İşin mübahisəsiz halı odur ki, tərəflər 13 dekabr 2013-cü ildə nikaha daxil olmuş, tərəflərin birgə nikahından xx.xx.2018-ci il təvəllüdlü X3 anadan olmuş, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 11 dekabr 2019-cu il tarixli, 2(004)-7081/2019 saylı qətnaməsi ilə tərəflər arasındakı nikah pozulmuş, uşağın anası Alina Vyaçeslavovnanın yanında saxlanılması qət edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Məcəllənin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Qanuna əsasən 2023-cü il üçün yaşayış minimumu uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunu “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” xx.xx.2016-cı il tarixli Qərarında göstərilmişdir ki, “Bu Qərarın nəticə hissəsinin 1-ci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır.” Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh xx.xx.2018-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 235 (iki yüz otuz beş) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilməlidir. Belə ki, “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Qanunla 2024-cü il üçün yaşayış minimumu uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə iddia tələbinin Cavabdeh alimenti verməkdən boyun qaçırmasına görə 3 il əvvəlki dövr üçün verməli olduğu alimentin tutulması hissəsində münasibətdə qeyd edir ki, iddia tələbi bu hissədə təmin edilə bilməz. Belə ki, iddiaçı tərəfindən aliment almaq üçün məhkəməyə müraciət edənədək tədbirlər görməsi, lakin aliment ödəməli olan cavabdehin bundan boyun qaçırması və imtinasını təsdiq еdən hеç bir sübut məhkəməyə təqdim еdilməmişdir. Bu səbəbdən də, məhkəmə hesab edir ki, iddia tələbi bu hissədə rədd edilməlidir. Ailə Məcəlləsinin 100.3-cü maddəsinə əsasən məhkəmə iddiaçının aliment almaq üçün məhkəməyə müraciət edənədək tədbirlər gördüyünü, lakin aliment ödəməli olan şəxsin onu verməkdən boyun qaçırması nəticəsində alimentin alınmadığını müəyyən edərsə, əvvəlki dövr üçün aliment 3 illik müddət həddində verilə bilər. “Mahmudov Rusiyaya qarşı iş üzrə” 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirilərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) Prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§68). Məhkəmə hesab edir ki, alimentin tutulması iddiaçının məhkəməyə müraciət etdiyi vaxtdan, yəni xx.xx.2024-cü il tarixdən hesablanmalı və dərhal icra edilməlidir. Belə ki, Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqındakı qətnamələr dərhal icra olunur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh xx.xx.2018-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 235 (iki yüz otuz beş) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilsin. Alimentin tutulması xx.xx.2024-cü il tarixdən hesablansın. Qətnamə dərhal icra edilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gülnar Babazadə
Məhkəmə qərarları › İş №e-2(004)-5223/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-5223/2024
17.12.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver