Məhkəmə qərarları › İş №e-2(004)-5256/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №e-2(004)-5256/2023

11.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(004)-5256/2023 11.10.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Sultanova-X4, İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı “ipoteka predmetinin təkrar qiymətləndirilməsi” tələbinə dair iddia ərizəsinə və ona əlavə edilmiş sənədlərə məhkəmənin inzibati binasında, məhkəmə iclasından kənar qaydada baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı “ipoteka predmetinin təkrar qiymətləndirilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla "xxxx" ASC arasında bağlanmış xx.xx.2014-cü il və xx.xx.2014-cü il tarixli ipoteka müqavilələrinə əsasən ipoteka ilə yüklü edilmiş “Lexus570 minik” markalı, **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobil və Masallı rayonu, Qasımli kəndində yerləşən 287.3 kv/m ümumi sahəsi olan 4 otaqlı fərdi yaşayış evinin qiymətinin yenidən real bazar qiymətinə uyğun olaraq müəyyən olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbulundan imtina edilməlidir. Belə ki, iş materiallarında olan Şirvan Kommersiya Məhkəməsinin e-2-2(121)- 582/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsindən görünür ki, iddiaçı ləğv porsesində olan "xxxx" ASC-nin cavabdehlər İddiaçı və X2 qarşı “kredit borcunun qaytarılması, tutmanın ipoteka predmetinə yönəldilməsi və s.” tələblərinə dair iddia ərizəsi qismən təmin edilmiş, xx.xx.2014-cü il tarixli 028/14 nömrəli kredit müqaviləsi üzrə 700.000 manat məbləğində əsas borc, 153.527,43 manat məbləğində faiz borcu, 15.166,67 manat məbləğində müqavilə müddəti bitdikdən sonra gecikdirilmiş vaxt üçün hesablanmış faiz borcu; xx.xx.2014-cü il tarixli 144/14 nömrəli kredit müqaviləsi üzrə 900.000 manat məbləğində əsas borc, 201.200 manat məbləğində faiz borcu, 6.625 manat məbləğində müqavilə müddəti bitdikdən sonra gecikdirilmiş vaxt üçün hesablanmış faiz borcu; xx.xx.2014-cü il tarixli 209/14 nömrəli kredit müqaviləsi üzrə 585.000 manat məbləğində əsas borc, 123.000,81 manat məbləğində faiz borcu; xx.xx.2014-cü il tarixli 259/14 nömrəli kredit müqaviləsi üzrə 1.444.500 manat məbləğində əsas borc, 358.246,50 manat məbləğində faiz borcu; xx.xx.2014-cü il tarixli 257/14 nömrəli kredit müqaviləsi üzrə 600.000 manat məbləğində əsas borc, 154.018 manat məbləğində faiz borcu; xx.xx.2014cü il tarixli 258/14 nömrəli kredit müqaviləsi üzrə 555.500 manat məbləğində əsas borc, 142.584,15 manat məbləğində faiz borcu; xx.xx.2015-ci il tarixli 094/15 nömrəli kredit müqaviləsi üzrə 231.153,74 manat məbləğində əsas borc, 30.331,38 manat məbləğində faiz borcu; 400 manat ilkin mediasiya sessiyasın keçirilməsi ilə bağlı ödənilmiş məbləğ, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 30 manat və iş üzrə ödənilmiş 3.510 manat dövlət rüsumu olmaqla, cəmi 6.204.793,68 manat məbləğində pulun İddiaçı alınaraq ləğv prosesində olan "xxxx" ASCyə ödəniməsi, tələb X1 mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, B.Bağırova küçəsində yerləşən ev 15-də 136 kv.m ümumi, 77.6 kv.m yaşayış, 58.4 kv.m yardımçı sahədən ibarət 3 otaqlı 28 nömrəli mənzilinə, X3 və İddiaçı mülkiyyətində olan Masallı rayonu, Qasımlı kəndində 0,07 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 287,3 kv/m, yaşayış sahəsi 51,7 kv/m, yardımçı sahədən ibarət 4 otaqlı fərdi yaşayış evinə və İddiaçı məxsus “LEXUS" markalı, LX-570-minik markalı, buraxılış ili 2012-ci il olan, **-BH-*** i/o dövlət nömrə nişanlı avtomobilə yönəldilmiş, Bakı şəhəri, Yasamal rayonu, B.Bağırova küçəsində yerləşən ev 15-də 136 kv.m ümumi, 77.6 kv.m yaşayış, 58.4 kv.m yardımçı sahədən ibarət 3 otaqlı 28 nömrəli mənzilin ilkin satış qiyməti 145.000 manat; Masallı rayonu, Qasımlı kəndində 0,07 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 287,3 kv/m, yaşayış sahəsi 51,7 kv/m, yardımçı sahədən ibarət 4 otaqlı fərdi yaşayış evinin ilkin satış qiyməti 90.000 manat və “LEXUS” markalı, LX-570-minik markalı, buraxılış ili 2012-ci il olan, **-BH-*** i/o dövlət nömrə nişanlı avtomobilin ilkin satış qiyməti 68.000 manat məbləğində olmaqla açıq hərracdan satılmaları və həmin əmlakların satılmasından əldə edilən vəsaitdən 6.204.793,68 manat məbləğində kredit borcunun ləğv prosesində olan “Zaminbank" ASC-yə ödənilməsi, Bakı şəhəri, Yasamal rayonu, B.Bağırova küçəsində yerləşən ev 15-də 136 kv.m ümumi, 77.6 kv.m yaşayış, 58.4 kv.m yardımçı sahədən ibarət 3 otaqlı 28 nömrəli mənzilə və Masallı rayonu, Qasımlı kəndində 0,07 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 287,3 kv/m, yaşayış sahəsi 51,7 kv/m, yardımçı sahədən ibarət 4 otaqlı fərdi yaşayış evinə tutma yönəldikdə və satıldıqdan 1 ay sonra həmin evin və mənzilin boşaldılması qət olunmuşdur. Həmin qətnamənin əsaslandırıcı hissəsinə əsasən müəyyən olunur ki, məhkəmə qərardadı ilə göstərilən daşınmaz əmlak(lar)ın bazar qiymətinə uyğun qiymətləndirilməsi "xxxx" MMC-yə həvalə olunmuşdur. Məhkəmə qeyd edir ki, iddiaçı qiymətləndirmə hesabatının nəticəsindən narazı olduğu halda, həmin rəyin iş materialı kimi qiymətləndirildiyi mülki iş üzrə məhkəmə aktının nəticəsindən yuxarı instansiya məhkəməsinə şikayət verən zaman qiymətləndirmə rəyinə də münasibət bildirə bilər. Hazırki iddia tələbinə məhkəmədə iddia icraatı qaydasında baxıla bilməz. Azərbaycan Respublikası MPM-in: 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür. 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. 114.1.2-ci maddəsinə əsasən, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizəni baxılmaq üçün qəbul etməkdən imtina edilərsə ödənilmiş dövlət rüsumu qaytarılır. Ona görə də məhkəmə hesab edir ki, xx.xx.2023-cü il tarixli, ********** nömrəli mədaxil qəbzinə əsasən Azərbaycan Respublikası-X6 vasitəsilə dövlət rüsumu kimi ödənilmiş 100 manat pul İddiaçı qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-in 153.3-cü maddəsinə əsasən hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana və ya məhkəməyə müraciət etməli olmasını orada göstərir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 153, 153.2.1, 263- 264-cü maddəsini rəhbər tutaraq, QƏRARA ALDİ: İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı “ipoteka predmetinin təkrar qiymətləndirilməsi” tələbinə dair iddia ərizəsinin qəbulundan iddianın yolverilməzliyinə görə imtina edilsin. xx.xx.2023-cü il tarixli, ********** nömrəli mədaxil qəbzinə əsasən Azərbaycan Respublikası-X6 vasitəsilə dövlət rüsumu kimi ödənilmiş 100 manat pul İddiaçı qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Ayşən Sultanova-Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar