Məhkəmə qərarları › İş №e-2(004)-5293/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-5293/2024

03.12.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-5293/2024 03.12.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Sultanova-Məmmədova Ayşən Ramiz qızının sədrliyi, Həsənova Aysel Zaur qızının katibliyi, İddiaçı X3 nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh X6, Cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı X3 cavabdeh X8 qarşı "alimentin təyin edilməsi" tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı X3 cavabdeh X8 qarşı "alimentin təyin edilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 14 may 2013-cü il təvəllüdlü X9 və 28 sentyabr 2011-ci il təvəllüdlü X1 üçün onların yetkinlik yaşına çatanadək, hər ay hər uşaq üçün 300 (üç yüz) manat, cəmi 600 (altı yüz) manat sabit pul məbləğində alimentin tutularaq, ona veriliməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi belə əsaslandırılmışdır ki, o, Cavabdeh ilə 06 may 2011-cı ildə rəsmi nikaha daxil olaraq, ailə qurmuşdur. Birgə nikahlarından 28 sentyabr 2011-ci il tarixində X10 və 14 may 2013-cü il tarixində X14 doğulmuşdur. Əvvəllər münasibətləri normal olsa da, son vaxtlar isə münasibətlərində soyuqluq yaranmağa başlamışdır. İddiaçı münasibətləri normallaşdırmağa, yenidən sağlam bir ailə kimi birləşməyinə cəhd etsə də, bu mümkün olmamışdır. Cavabdehin ailəyə laqeyd şəkildə yanaşması, ailəsi üçün heç bir müsbət addım atmaması, həyat şəraitləri uyğun olmaması, xarakterləri uyğun gəlməməsi, onların ailə kimi birgə yaşamağına imkan vermir. Buna görə də artıq uzun müddətdir ki, ayrı yaşayırlar. Uşaqlar iddiaçının himayəsindədir. İddiaçı isə işsizəm. İki yetkinlik yaşına çatmayan uşaqları saxlamaq tək qadın olaraq ona çətindir. Məhkəmə iclasında iştirak edən iddiaçı X3 nümayəndəsi və vəkili Vəkil1 iddia ərizəsində qeyd edilən məzmunda izahat vermiş və iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh X12 məhkəməyə verdiyi izahatında, iddia tələbini qismən qəbul etdiyini bildirmişdir. Həmçinin bir il yarım ayrı yaşadıqlarını və maddi vəziyyəti ilə əlaqədar 2 uşağa 150 manat aliment pulu verə biləcəyini bildirdirmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili Vəkil2 məhkəməyə verdiyi izahatında, iddia tələbini qismən qəbul etdiyini bildirmişdir və cavabdehin dediklərinin təstiqləyərək, iddianın qismən təmin olunmasını xahiş etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verib, uşağın yüksək mənafeyini nəzərə alaraq hesab edir ki, iddia ərizəsi qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan: Xarkov şəhərini ədliyyə idarəsinin qeydiyyat xidmətinin Moskva vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyat şöbəsi tərəfindən verilmiş İ-BЛ seriyalı, 254540 saylı, Ukrayna Doğum haqqında şəhadətnamədən görünür ki, X11 xx.xx.2011-ci il tarixdə Xarkov şəhərində anadan olmuşdur. X2, anası X13. Xarkov şəhərini ədliyyə idarəsinin qeydiyyat xidmətinin Moskva vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyat şöbəsi tərəfindən verilmiş İ-BЛ seriyalı, 314013 saylı, Ukrayna Doğum haqqında şəhadətnamədən görünür ki, X15 xx.xx.2013-cü il tarixdə Xarkov şəhərində anadan olmuşdur. X2, anası X13. “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemindən əldə olunmuş məlumata əsasən cavabdeh X6 adına qüvvədə olan əmək müqaviləsi aşkar olunmamışdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar; 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, yaxud qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər; 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. "Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minumumu haqqında" Azərbaycan Respublikası Qanununa uyğun olaraq 2024-cü il üçün yaşayış minumumu uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının 19 may 1998-ci il tarixli Qanununun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Məhkəmə yetkinlik yaşına çatmamış uşağın təminatının mümkün qədər maksimal saxlanması imkanlarını, həmçinin tərəflərin maddi və ailə vəziyyətini, eyni zamanda diqqətəlayiq olan digər halları nəzərə alaraq məhkəmə hesab edir ki, xx.xx.2011-ci il təvəllüdlü X10 və xx.xx.2013-cü il təvəllüdlü X14 yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdehdən uşağın saxlanılması üçün iddiaçının xeyrinə tutulacaq alimentin miqdarı hər ay hər uşağa görə 235 (iki yüz otuz beş) olmaqla, cəmi 470 (dörd yüz yetmiş) manat sabit pul məbləğində aliment tutularaq, cavabdehdən iddiaçıya ödənilməlidir. Məhkəmə eyni zamanda hesab edir ki, qətnamə dərhal icra edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 216-220-ci, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh X5 28 sentyabr 2011-ci il təvəllüdlü X4 və 14 may 2013-cü il təvəllüdlü X9 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşağa görə 235 (iki yüz otuz beş) olmaqla, cəmi 470 (dörd yüz yetmiş) manat sabit pul məbləğində aliment tutularaq, iddiaçı X7 ödənilsin. Alimentin tutulması 07 oktyabr 2024-cü il tarixdən hesablansın. Qətnamə dərhal icra edilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ayşən Sultanova-Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar