Məhkəmə qərarları › İş №e-2(004)-5299/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-5299/2024

26.11.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-5299/2024 26.11.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xudayev Kərim Bahəddin oğlunun sədrliyi, Almasova Aytən Asəf qızının katibliyi, İddiaçı, Cavabdeh X4 iştirakları ilə, İddiaçı cavabdeh X7 qarşı “alimentin ödənilməsi” tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh X7 qarşı “alimentin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, birgə nikahdan anadan olmuş xx.xx.2008-ci il təvəllüdlü X8 və xx.xx.2011-ci il təvəllüdlü X11 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay hər uşaq üçün 250 manat olmaqla, ümumilikdə 500 manat alimentin cavabdeh Əzizova (Əliyeva) Nərmin Nizam qızından tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddianı onunla əsaslandırmışdır ki, onunla cavabdeh Əzizova (Əliyeva) Nərmin Nizam qızı xx.xx.2008-ci il tarixdə Bakı şəhəri Yasamal rayonu Qeydiyyat şöbəsində nikaha daxil olmuşlar, birgə nikahlarından xx.xx.2008-ci il təvəllüdlü X12 və xx.xx.2011-ci il təvəllüdlü X14 dünyaya gəlmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 17 noyabr 2022-ci il tarixli 2(004)-1913/2022 nömrəli qətnaməsi ilə onunla Əzizova (Əliyeva) Nərmin Nizam qızı arasında olan nikahın pozulması, xx.xx.2008-ci il təvəllüdlü X1 və tərbiyə edilməsi üçün onun yanında qalması, xx.xx.2011-ci il təvəllüdlü X2 və tərbiyə edilməsi üçün Əzizova (Əliyeva) Nərmin Nizam qızının yanında qalması, xx.xx.2011-ci il təvəllüdlü X11 yetkinlik yaşına çatana kimi saxlanılması üçün xx.xx.2022-ci il tarixdən başlayaraq hər ay ondan əmək haqqının və başqa gəlirlərinin 1/4 hissəsi miqdarında alimentin tutularaq Əzizova (Əliyeva) Nərmin Nizam qızına ödənilməsi qət edilmişdir. Qeyd edilən qətnamədən tərəfindən apellyasiya şikayəti verilmiş və Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli 2(103)-2312/2023 saylı qətnaməsi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1913/2022 saylı iş üzrə 17 noyabr 2022-ci il tarixli qətnaməsi “xx.xx.2011-ci il təvəllüdlü X2 və tərbiyə edilməsi üçün Əzizova (Əliyeva) Nərmin Nizam qızının yanında qalması, xx.xx.2011-ci il təvəllüdlü X11 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay İddiaçı əmək haqqının və başqa gəlirlərinin 1/4 hissəsi miqdarında alimentin tutulub Əzizova (Əliyeva) Nərmin Nizam qızına ödənilməsi” hissəsində ləğv olunmuş, iddia həmin hissədə təmin edilməmiş və Əzizova (Əliyeva) Nərmin Nizam qızı ilə onun birgə nikahlarından anadan olmuş xx.xx.2011-ci il təvəllüdlü X14 onun himayəsində saxlanılmışdır. Beləliklə də hər iki uşaq onun himayəsinə verilmişdir. Hazırda cavabdeh işləyir, lakin uşaqların saxlanılması xərclərində iştirak etmir. Bununla bağlı mediasiya sessiyası da olmuş, lakin qarşı tərəf gəlməmişdir Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh X10 izahatında bildirmişdir ki, iddia tələbini qəbul etmir. 250 manat əmək haqqı alır. Kirayədə qalır. Uşaqların saxlanılmaları üçün aliment ödəməyə maddi imkanı yoxdur. Məhkəmə işdə tərəflərin izahatlarını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1913/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən iddianın qismən təmin edilməsi, X9 ilə İddiaçı arasında xx.xx.2008-ci il tarixdə Yasamal Rayon Qeydiyyat Şöbəsində 722 nömrəli akt qeydinə əsasən bağlanılmış nikahın pozulması, xx.xx.2008-ci il təvəllüdlü X1 və tərbiyə edilməsi üçün İddiaçı yanında qalması, xx.xx.2011-ci il təvəllüdlü X2 və tərbiyə edilməsi üçün X5 yanında qalması, xx.xx.2011-ci il təvəllüdlü X11 yetkinlik yaşına çatana kimi saxlanılması üçün xx.xx.2022-ci il tarixdən başlayaraq hər ay İddiaçı əmək haqqının və başqa gəlirlərinin ¼ hissəsi miqdarında alimentin tutularaq X6 ödənilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-2312/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən İddiaçı apellyasiya şikayətinin qismən təmin edilməsi, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1913/2022 saylı, xx.xx.2022ci il tarixli qətnaməsinin “xx.xx.2011-ci il təvəllüdlü X2 və tərbiyə edilməsi üçün X5 yanında qalması, xx.xx.2011-ci il təvəllüdlü X11 yetkinlik yaşına çatana kimi saxlanılması üçün xx.xx.2022-ci il tarixdən başlayaraq hər ay İddiaçı əmək haqqının və başqa gəlirlərinin ¼ hissəsi miqdarında alimentin tutularaq X6 ödənilməsi” hissəsində ləğv olunması, iddia tələbinin həmin hissədə təmin edilməməsi, X9 ilə İddiaçı birgə nikahlarından doğulmuş xx.xx.2011-ci il təvəllüdlü X11 İddiaçı himayəsində saxlanması, qətnamənin mübahisələndirilən digər hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Bakı şəhəri Yasamal rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2009-cu il tarixli, AZ-İİ seriyalı 229480 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X12 xx.xx.2008-ci il tarixdə Bakı şəhərində anadan olmuş, ata qrafasında İddiaçı, ana qrafasında X9 göstərilmişdir. Bu barədə doğum haqqında akt qeydləri kitabında xx.xx.2009-cu il tarixdə 375 nömrə ilə qeyd edilmişdir. Bakı şəhəri Yasamal rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2011-ci il tarixli, AZ-İİ seriyalı 678869 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X14 xx.xx.2011-ci il tarixdə Bakı şəhərində anadan olmuş, ata qrafasında İddiaçı, ana qrafasında X9 göstərilmişdir. Bu barədə doğum haqqında akt qeydləri kitabında xx.xx.2011-ci il tarixdə 1527 nömrə ilə qeyd edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına almaq və onları tərbiyə etmək valideynlərin borcudur. “Uşaq hüquqları” haqqında Azərbaycan Respublikası qanunun 19-cu maddəsinə əsasən valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Həmçinin, Azərbaycan Respublikası Ailə Məcəlləsində təsbit edilmişdir ki, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər. Valideynlər bu Məcəllənin 16-cı fəslinə uyğun olaraq yetkinlik yaşına çatmayan uşaqlarını saxlamaq barədə saziş (aliment ödənilməsi barədə saziş) bağlamaq hüququna malikdirlər. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur (75.1-75.4cü maddələr). Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsinə görə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağınıəhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanmasıüçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən isə sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Ailə Məcəlləsinin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa görə 2024-cü il üçün yaşayış minimumu uşaqlar üçün 235 manat müəyyən edilmişdir. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, İddiaçı və X10 xx.xx.2008-ci il tarixdə rəsmi nikah bağlanmışdır. Birgə nikahlarından xx.xx.2008-ci il təvəllüdlü X12 və xx.xx.2011-ci il təvəllüdlü X14 dünyaya gəlmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1913/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən tərəflər arasında bağlanmış nikah pozulmuş, xx.xx.2008-ci il təvəllüdlü X1 və tərbiyə edilməsi üçün İddiaçı yanında qalması, xx.xx.2011-ci il təvəllüdlü X2 və tərbiyə edilməsi üçün X5 yanında qalması, xx.xx.2011-ci il təvəllüdlü X11 yetkinlik yaşına çatana kimi saxlanılması üçün xx.xx.2022-ci il tarixdən başlayaraq hər ay İddiaçı əmək haqqının və başqa gəlirlərinin ¼ hissəsi miqdarında alimentin tutularaq X6 ödənilməsi qət edilmişdir. Həmin qətnamədən narazı qalan X14 apellyasiya şikayəti vermiş və Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-2312/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən İddiaçı apellyasiya şikayəti qismən təmin edilərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1913/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinin “xx.xx.2011-ci il təvəllüdlü X2 və tərbiyə edilməsi üçün X5 yanında qalması, xx.xx.2011-ci il təvəllüdlü X11 yetkinlik yaşına çatana kimi saxlanılması üçün xx.xx.2022-ci il tarixdən başlayaraq hər ay İddiaçı əmək haqqının və başqa gəlirlərinin ¼ hissəsi miqdarında alimentin tutularaq X6 ödənilməsi” hissəsində ləğv olunması, iddia tələbinin həmin hissədə təmin edilməməsi, X9 ilə İddiaçı birgə nikahlarından doğulmuş xx.xx.2011ci il təvəllüdlü X11 İddiaçı himayəsində saxlanması, qətnamənin mübahisələndirilən digər hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Hazırda İddiaçı cavabdeh X7 qarşı “alimentin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, birgə nikahdan anadan olmuş xx.xx.2008-ci il təvəllüdlü X8 və xx.xx.2011-ci il təvəllüdlü X11 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay hər uşaq üçün 250 manat olmaqla, ümumilikdə 500 manat alimentin cavabdeh Əzizova (Əliyeva) Nərmin Nizam qızından tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə qeyd edir ki, sabit pul məbləğində alimentin tutulması tələblərinin qanuni əsasını Ailə Məcəlləsinin 78.1-ci maddəsi təşkil edir və hazırkı işdə həmin maddənin dispozitiv şərtləri mövcuddur. Azərbaycan Respublikası Konstitusiyasının 17.2-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Odur ki, məhkəmə tərəflərin yetkinlik yaşına çatmamış uşaqlarının təminatının mümkün qədər maksimal saxlanması imkanlarını, həmçinin tərəflərin maddi vəziyyətini və diqqətəlayiq olan digər halları nəzərə alaraq hesab edir ki, iddiaçı ilə cavabdehin birgə nikahından olan uşaqlarının saxlanması üçün tutulan sabit pul məbləğində alimentin miqdarı hər ay hər uşağa 150 manat müəyyən edilməlidir. İddia qalan hissədə isə təmin edilməməlidir. Çünki, uşaqların saxlanması hər iki valideynin borcudur, iddiaçı əmək qabiliyyətli olmaqla, uşaqların maddi təminatının ödənilməsində cavabdehlə bərabər iştirak etməlidir. “Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsinə əsasən isə uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Məhkəmə sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia qismən təmin edilərək, cavabdeh X3 xx.xx.2008-ci il təvəllüdlü X8 və xx.xx.2011-ci il təvəllüdlü X11 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün 07 oktyabr 2024-cü il tarixdən başlayaraq, hər ay hər uşaq üçün 150 (bir yüz əlli) manat olmaqla, cəmi 300 (üç yüz) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh X3 xx.xx.2008-ci il təvəllüdlü X8 və xx.xx.2011-ci il təvəllüdlü X11 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün hər ay hər uşaq üçün 150 (bir yüz əlli) manat olmaqla, cəmi 300 (üç yüz) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilsin. Alimentin tutulma vaxtı 07 oktyabr 2024-cü il tarixdən hesablansın. İddia qalan hissədə təmin edilməsin. Qətnamə dərhal icra edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Kərim Xudayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar