Məhkəmə qərarları › İş №e-2(004)-535/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-535/2024

21.05.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-535/2024 21.05.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundov Toğrul Bəhruz oğlunun sədrliyi, İsmayılov Vüsal Baxış oğlunun katibliyi, İddiaçı, İddiaçının nümayəndəsi və eyni zamanda vəkili Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “uşaqların onun himayəsində qalması və aliment” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “uşaqların onun himayəsində qalması və aliment” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, yetkinlik yaşına çatmayan xx.xx.2010cu il təvəllüdlü X5 və xx.xx.2013-cü il təvəllüdlü X4 onun himayəsində qalması; Cavabdeh xx.xx.2010-cu il təvəllüdlü X3 və xx.xx.2013-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanması üçün qazancın (başqa gəlirlərin) üçdə bir hissəsində aliment tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, onun Cavabdeh ilə rəsmi nikahları 06 aprel 2010-cu il tarixdə Bakı Nikah evində 332 nömrəli akt qeydi ilə qeydə alınmışdır. Birgə nikahdan yetkinlik yaşına çatmayan xx.xx.2010-cu il təvəllüdlü X5 və xx.xx.2013-cü il təvəllüdlü X6 adlı övladları vardır. Sonradan Cavabdeh “nikahın pozulması tələbi”nə dair iddia ərizəsi ilə Yasamal Rayon Məhkəməsinə müraciət etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(004)-3489/2021 saylı qətnaməsi ilə iddia tələbi təmin edilərək, iddiaçı Cavabdeh ilə cavabdeh İddiaçı arasında Bakı Nikah evi tərəfindən xx.xx.2010-cu il tarixdə 332 saylı akt qeydi ilə bağlanmış nikahın pozulması, yetkinlik yaşına çatmayan xx.xx.2010-cu il təvəllüdlü X5 və xx.xx.2013-cü il təvəllüdlü X4 anası Cavabdeh yanında qalması qət edilmişdir. Nikahın pozulması barədə xx.xx.2021-ci il tarixdə qətnamə çıxmasına baxmayaraq faktiki olaraq ayrılmamışlar, onun mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, Zahid Xəlilov küçəsi ev 1, mənzil 19 mənzildə uşaqları ilə birlikdə bir yaşamış və birgə təsərrüfat aparmışlar. Baxmayaraq ki, məhkəmə qətnaməsi əsasında uşaqların Cavabdeh yanında qalması qət edilmişdir, Cavabdeh 2023cü ilin avqust ayında onları qoyub daimi yaşamaq üçün anasının evinə köçmüşdür. Həmin vaxtdan da uşaqların təhsili, maddi və mənəvi cəhətdən təmini ilə özü məşğul olur. Bu səbəbdən hesab edir ki, xx.xx.2010-cu il təvəllüdlü X5 və xx.xx.2013-cü il təvəllüdlü X6 onun himayəsində qalmalıdır. Cavabdeh “X10” QSC-də təyyarə bələdcisi vəzifəsində işləyir və aylıq gəliri 2750 manat təşkil edir. Hesab edir ki, uşaqlar onun himayəsində olduğundan və onların təhsili, maddi və mənəvi cəhətdən təmini ilə özü məşğul olduğundan cavabdehin gəlirinin 1/3 hissəsinə aliment tutulub ona verilməlidir. İşə məhkəmədə baxılan zaman iddiaçının nümayəndəsi və eyni zamanda vəkili Nümayəndə məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, yetkinlik yaşına çatmayan xx.xx.2010-cu il təvəllüdlü X5 və xx.xx.2013-cü il təvəllüdlü X4 anaları X2 himayəsindən alınaraq onun himayəsinə verilməsi, cavabdeh X1 xx.xx.2010-cu il təvəllüdlü X3 və xx.xx.2013-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanması üçün 2023-cü ilin sentyabr ayından qazancın (başqa gəlirlərin) üçdə bir hissəsində aliment tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və eyni zamanda vəkili Nümayəndə iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, uşaqlar hal-hazırda atalarının yanındadırlar. Onlara ataları qulluq edir. Odur ki, qeyd edilənləri nəzərə alaraq, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə Cavabdeh və müstəqil tələb irəli sürməyən üçüncü şəxs Yasamal rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasına xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh və müstəqil tələb irəli sürməyən üçüncü şəxs nümayəndəsinin iştirakını məhkəmədə təmin etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Əvvəlki məhkəmə iclasında iştirak etmiş Cavabdeh iddia tələbini qəbul etməyərək bildirmişdir ki, iddiaçı uşaqlarını əlindən alıb, onlarla görüşə bilmir. O, onları yaxın olsun deyə 42 saylı məktəbə yazdırmışdır. Lakin iddiaçı onları başqa məktəbə keçirmişdir. Qətnaməyə əsasən uşaqlar onun himayəsində qalmalı idi, lakin iddiaçı uşaqları özü ilə aparmışdır. Uşaqlarını uzun müddətdir ki, görə bilmir, iddiaçının psixi problemləri var. Odur ki, qeyd edilənləri nəzərə alaraq, iddia tələbinin təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən cavabdehin və müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə iş materiallarını araşdırıb, iddiaçının və iddiaçının nümayəndəsinin izahatlarını dinləyərək və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, iddia qismən təmin edilməlidir. Məhkəmə iclasında dindirilmiş xx.xx.2010-cu il təvəllüdlü X5 bildirmişdir ki, onun 13 yaşı vardır, məktəblidir. 2023-cü ilin avqust ayından bacısı ilə birlikdə atasının yanında qalır. Məhkəmə qətnaməsinə əsasən bacısı ilə, anasının himayəsinə verilsə də, o uzun müddətdir ki, atası ilə qalır və atasının yanında da, qalmaq istəyir. Məhkəmə iclasında dindirilmiş xx.xx.2013-cü il təvəllüdlü X6 bildirmişdir ki, onun 11 yaşı vardır, məktəblidir və orta məktəbin 5-ci sinif şagirdidir. Dərslərini yaxşı oxuyur. 2023cü ilin avqust ayından bacısı ilə birlikdə atasının yanında qalır. Məhkəmə qətnaməsinə əsasən bacısı ilə anasının himayəsinə verilsə də, o atasının yanında qalmaq istəyir. Belə ki, iş materiallarında olan: - AZE seriyalı, 12588022 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X5 xx.xx.2010-cu il tarixdə Bakı şəhərində anadan olmuşdur. - AZE seriyalı, 12588013 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X6 xx.xx.2013-cü il tarixdə Bakı şəhərində anadan olmuşdur. - Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-787/2021 nömrəli, xx.xx.2021ci il tarixli icra vərəqəsindən görünür ki, xx.xx.2010-cu il təvəllüdlü X3 və xx.xx.2013-cü il təvəllüdlü X4 yetkinlik yaşlarına çatana kimi saxlanılmaları üçün 04 noyabr 2020-ci il tarixdən başlayaraq hər ay İddiaçı qazancının 1/3 hissəsi məbləğində aliment tutularaq Cavabdeh ödənilməsi qət edilmişdir. - Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3489/2021 nömrəli, xx.xx.2021ci il tarixli qətnaməsindən görünür ki, iddiaçı Cavabdeh İddiaçı qarşı “nikahın pozulması tələbinə dair” iddiası təmin edilərək, iddiaçı Cavabdeh ilə cavabdeh İddiaçı arasında xx.xx.2010-cu il tarixdə Bakı Nikah Evində bağlanmış və 332 saylı akt qeydi ilə rəsmiləşdirilmiş nikahın pozulması; yetkinlik yaşına çatmayan xx.xx.2010-cu il təvəllüdlü X3 və xx.xx.2013-cü il təvəllüdlü X4 anaları Cavabdeh yanında qalmaları qət edilmişdir. - Azərbaycan Respublikası Milli Aviadaşıyıcısı "xxxx" QSC-nin xx.xx.2023-cü il tarixli məktubuna əsasən Cavabdeh hazırda "xxxx" QSC-də təyyarə bələdçisi vəzifəsində çalışır. Təyyarə bələdçisi vəzifəsi üzrə aylıq gəliri 2750 manat təşkil edir. - Azərbaycan Respublikası Bakı şəhəri Yasamal rayonu İcra Hakimiyyəti nəzdində fəaliyyət göstərən Qəyyumluq və Himayəçilik Komissiyasının 5-21/2-169/24 nömrəli, xx.xx.2024-cü il tarixli rəyindən görünür ki, Qəyyumluq və Himayəçilik Komissiyası təqdim olunan iş materiallarını, uşaqların psixoloji durumunu, mənafelərini, qüvvədə olan qanunvericiliyi nəzərə alaraq, xx.xx.2010-cu il təvəllüdlü X3 və xx.xx.2013-cü il təvəllüdlü X4 anadan alınaraq ataları İddiaçı himayəsinə verilməsini məqsədəuyğun hesab edilmişdir. Beləliklə məhkəmə iclasında işin halları ilə müəyyən edilmişdir ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3489/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə iddiaçı Cavabdeh İddiaçı qarşı “nikahın pozulması tələbinə dair” iddiası təmin edilərək, iddiaçı Cavabdeh ilə cavabdeh İddiaçı arasında xx.xx.2010-cu il tarixdə Bakı Nikah Evində bağlanmış və 332 saylı akt qeydi ilə rəsmiləşdirilmiş nikahın pozulması; yetkinlik yaşına çatmayan xx.xx.2010-cu il təvəllüdlü X3 və xx.xx.2013-cü il təvəllüdlü X4 anaları Cavabdeh yanında qalmaları qət edilmişdir. Məhkəmə qətnaməsi ilə uşaqlar ananın himayəsinə verilməsinə baxmayaraq, 2023-cü ilin avqust ayından atalarının yanında qalırlar. İddiaçı xx.xx.2010-cu il təvəllüdlü X3 və xx.xx.2013-cü il təvəllüdlü X4 təlim, təhsil və tərbiyyəsi ilə məşqul olmaq, onların bütün maddi və mənəvi ehtiyaclarını ödəməklə övaladlarının onun himayəsinə veriməsini istəyir, cavabdeh iddia tələbinə etiraz edir. Məhkəmə baxışı zamanı dinlənilmiş xx.xx.2010-cu il təvəllüdlü X5 və xx.xx.2013-cü il təvəllüdlü X6 atasının yanında qalmasını istədiklərini bildirmişlər. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə əsasən valideynlərin uşaqların tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümum bəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbtlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Valideynlərin uşaqlar barəsində hüquq və vəzifələrinin həyata keçirilməsinə dövlət orqanlarının qarşmasınayalnız qanunla nəzərdə tutulmuş hallarda və uşağın maraqları naminə yol verilə bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 49.1-ci maddəsinə əsasən 18 yaşına (yetkinlik yaşına) çatmayan və tam fəaliyyət qabiliyyəti əldə etməyən şəxslər uşaq hesab olunurlar. Həmin Məcəllənin 49.2-ci maddəsinə əsasən hər bir uşaq ailədə yaşamaq və tərbiyə almaq, öz valideynlərini tanımaq və onların qayğısından istifadə etmək, uşağın maraqlarına zidd olan hallar istisna olmaqla, onlarla birgə yaşamaq hüququna malikdir. Həmin Məcəllənin 49.3-cü maddəsinə əsasən uşaq öz valideynləri tərəfindən tərbiyə olunmaq, öz maraqlarının təmin olunması, hərtərəfli inkişafı, onun ləyaqətinə hörmət olunması hüququna malikdir. Həmin Məcəllənin 51-ci maddəsinə əsasən uşaq öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi hüququna malikdir. Uşağın hüquqlarının və qanuni mənafelərinin müdafiəsi valideynlər (onları əvəz edən şəxslər) bu Məcəllə ilə nəzərdə tutulmuş hallarda isə müvafiq icra hakimiyyəti orqanı və məhkəmə tərəfindən həyata keçirilir. Qanunvericiliyə uyğun olaraq yetkinlik yaşına çatana qədər tam fəaliyyət qabiliyyətli hesab edilən şəxslər öz hüquq və vəzifələrini, o cümlədən müdafiə hüququnu müstəqil həyata keçirirlər. Uşağın valideynləri (onları əvəz edən şəxslər) tərəfindən sui-istifadə etmə hallarından müdafiə olunmaq hüququ vardır. Uşağın hüquqları və qanuni mənafeləri pozulduqda, o cümlədən valideynləri (onlardan biri) uşağın təhsili, tərbiyəsi üzrə vəzifələrini yerinə yetirmədikdə və ya valideynlik hüquqlarından sui-istifadə etdikdə, uşaq öz hüquqlarını qorumaq üçün müvafiq icra hakimiyyəti orqanına, 14 yaşına çatdıqda isə məhkəməyə müraciət etmək hüququna malikdir. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən uşaq ailədə onun maraqlarına toxunan istənilən məsələnin həlli zamanı öz fikrini bildirmək, habelə məhkəmə istintaqı və inzibati araşdırmaların gedişində dinlənilmək hüququna malikdir. Onun maraqlarına zidd olan hallar istisna olunmaqla, 10 yaşına çatmış uşağın fikri mütləq nəzərə alınmalıdır. Bu Məcəllə ilə nəzərdə tutulmuş hallarda məhkəmə və ya qəyyumluq və himayə orqanı yalnız 10 yaşına çatmış uşağın razılığı ilə qərar qəbul edə, habelə qərar qəbul edərkən 7 yaşına çatmış uşağın fikrini öyrənə və nəzərə ala bilər. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarının qüvvədən düşmüş hesab edilməsi və bəzi qərarlarına əlavə və dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumununun xx.xx.2020-ci il tarixli qərarına əsasən, məhkəmə qərar qəbul edərkən həmçinin 7 yaşına çatmış uşağın fikrini öyrənə və nəzərə ala bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 60-cı maddəsinə görə valideynlik hüquqları uşaqların mənafeyinə zidd həyata keçirilə bilməz. Valideynlik hüquqlarını həyata keçirərkən valideynlər uşaqların mənəvi inkişafına, fiziki və psixi sağlamlığına xələl yetirməməlidirlər. Uşaqların tərbiyəsində onların istismarına, təhqir edilməsinə, mənəviyyatının alçaldılmasına, qəddarlığa, kobudluğa, biganəliyə yol verilə bilməz. Valideynlik hüquqlarını həyata keçirərkən uşaqların hüquq və mənafelərinə ziyan vuran valideynlər qanunvericiliklə müəyyən olunmuş qaydada məsuliyyət daşıyırlar. Uşaqların tərbiyə və təhsilinə aid olan bütün məsələlər uşaqların hüquq və mənafeləri, onların rəyi nəzərə alınmaqla, valideynlərin qarşılıqlı razılığı əsasında həll olunur. Valideynlər (onlardan biri) öz aralarında olan narazılığı həll etmək üçün müvafiq icra hakimiyyəti orqanına və ya məhkəməyə müraciət edə bilərlər. Valideynlər ayrı yaşadıqda uşaqların yaşayış yeri onların razılığı ilə həll edilir. Valideynlər arasında razılıq olmadıqda məhkəmə mübahisəni uşaqların hüquq və mənafelərini, onların rəyini və sair halları (uşaqların qardaş və bacılarına, valideynlərdən hər birinə olan bağlılığı, valideynlərin əxlaqi və digər şəxsi keyfiyyətləri, uşağın yaşı, onun inkişafı və tərbiyəsi üçün şərait yaradılması) nəzərə almaqla həll edir. Azərbaycan Respublikasının 2002-ci ildə qoşulduğu, BMT-in “Uşaq hüquqları Haqqında” Konvensiyasının (12 noyabr 1989-cu ildə qəbul edilib) 3-cü maddəsində şərh edilir ki, uşaq barəsində bütün tədbirlərdə onun mənafeyi tam nəzərə alınmalıdır. Əgər uşağa müvafiq qayğı üçün məsuliyyət daşıyan valideynlər və ya digər şəxslər bu qayğını göstərmirlərsə, onda dövlət uşağı hər bir qayğı ilə təmin etməlidir. Həmin Konvensiyanın 9-cu maddəsində göstərilir ki, uşaq öz valideynləri ilə yaşamaq hüququna malikdir. Bir şərtlə ki, bu ən yaxşı halda uşağın mənafeyinə zidd olmasın. Uşaq valideynlərinin hər biri ilə və ya hər ikisi ilə ayrılıqda əlaqə saxlamaq hüququna malikdir. BMT Baş Assambleyasının xx.xx.1959-cu il tarixli 1386 (XİV) saylı qətnaməsi ilə elan edilmiş «Uşaq hüquqları bəyənnaməsi»nin Preambulasının 9-u Prinsində göstərilmişdir ki, uşaq laqeyd münasibət, qəddarlıq və istismarın bütün formalarından müdafiə edilməlidir. O, hər hansı bir formada alver obyekti olmamalıdır. Məhkəmə həmçinin qeyd edir ki, qanunvericiliyin mənasına görə uşaqların inkişafı və tərbiyəsi üçün normal şəraiti dedikdə təkcə yaşayış şəraiti, maddi vəziyyətinin normal, sabit olmalı olması deyil, həm də onların himayəsində olduğu şəxsin sağlamlığı, əxlaqi, mənəvi keyfiyyətləri də azyaşlı uşaqların maraqları baxmından mütləq nəzərə alınmalıdır. Məhkəmə eyni zamanda iddia tələbini təmin edərkən, Qəyyumluq və Himayəçilik Komissiyasının rəyini də nəzərə alır. Məhkəmə yuxarıda qeyd edilənlərlə yanaşı bildirir ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3489/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə birgə nikahdan olan uşaqlar analarının himayəsinə verilsələr də, həmin dövrdən xeyli müddət keçmiş və o zaman xx.xx.2010-cu il təvəllüdlü X5 və xx.xx.2013-cü il təvəllüdlü X4 müvafiq qətnamə qəbul edilərkən işdirakları təmin edilmədiyindən fikirləri nəzərə alınmamış, lakin hal-hazırda isə xx.xx.2010-cu il təvəllüdlü X3 13 yaşı, xx.xx.2013-cü il təvəllüdlü X4 isə 11 yaşı olduğundan qanunvericiliyin tələblərinə əsasən, onların istəkləri nəzərə alınmaqla və məhkəmə iclasında dindirilməklə uşaqların yaşayış yerinin müəyyən edilməsi məsələsinə yenidən baxılması mümkündür. Qeyd olunalara əsasən məhkəmə hesab edir ki, iddia tələbi xx.xx.2010-cu il təvəllüdlü X5 və xx.xx.2013-cü il təvəllüdlü X6 Cavabdeh himayəsindən alınaraq atası İddiaçı himayəsinə verilməsi hissəsində iddia tələbi təmin edilməlidir. Məhkəmə iddia tələbinin cavabdeh X1 xx.xx.2010-cu il təvəllüdlü X3 və xx.xx.2013cü il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanması üçün 2023-cü ilin sentyabr ayından qazancın (başqa gəlirlərin) üçdə bir hissəsində aliment tutularaq ona verilməsi hissəsi ilə bağlı qeyd edir ki, iddia tələbi bu hissədə qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 22.1-ci maddəsinə əsasən nikah məhkəmə qaydasında pozularkən, ər-arvad məhkəməyə yetkinlik yaşına çatmayan uşaqlarının kiminlə qaldığını, uşaqların və (və ya) ehtiyacı olan və əmək qabiliyyəti olmayan ərin (arvadın) saxlanması üçün vəsaitin ödənilmə qaydasını, bu vəsaitin miqdarını və ər-arvadın ümumi birgə mülkiyyətinin bölünməsini müəyyən edən saziş təqdim edə bilərlər. Həmin Məcəllənin 22.2-ci maddəsinə əsasən bu Məcəllənin 22.1-ci maddəsində göstərilən məsələlər üzrə ər-arvad arasında saziş olmadıqda, eləcə də bu saziş uşaqların və ya tərəflərdən birinin marağını pozduqda, məhkəmə: boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərindən hansının yanında qaldığını, uşaqlar üçün alimentin hansı valideyndən və hansı miqdarda tutulduğunu müəyyən etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. «Uşaq hüquqları» haqqında Azərbaycan Respublikasının Qanununun 19-cu maddəsinə əsasən valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər. Valideynlər bu Məcəllənin 16-cı fəslinə uyğun olaraq yetkinlik yaşına çatmayan uşaqlarını saxlamaq barədə saziş (aliment ödənilməsi barədə saziş) bağlamaq hüququna malikdirlər. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən isə sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 76.1.2-ci maddəsinə əsasən, 2 uşağa görə - qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin üçdə bir hissəsi miqdarında aliment tutulur. Məhkəmə həmçinin qeyd edir ki, alimentin vaxtı məhkəmə qətnaməsi qanuni qüvvəyə mindiyi tarixdən hesablanmalıdır. Belə ki, iş materiallarında olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- 787/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən xx.xx.2010-cu il təvəllüdlü X3 və xx.xx.2013-cü il təvəllüdlü X4 yetkinlik yaşlarına çatana kimi saxlanılmaları üçün 04 noyabr 2020-ci il tarixdən başlayaraq hər ay İddiaçı qazancının 1/3 hissəsi məbləğində aliment tutularaq Cavabdeh ödənilməsi qət edilmişdir. Məhkəmə hesab edir ki, işin halları ilə uşaqların faktiki olaraq 2023-cü ilin sentyabr ayından ataları İddiaçı himayəsində olması müəyyən edilsə də, uşaqların ananın himayəsinə verilməsi və iddiaçıdan aliment tutulmasl ilə bağlı artıq qüvvədə olan məhkəmə qətnaməsi mövcud olduğundan, hazırki iddia tələbi üzrə alimentin tutulma vaxtı məhkəmə qətnaməsi qanuni qüvvəyə mindiyi tarixdən hesablanmalı, iddiaçıya uşaqların onun himayəsində olduğu dövrlə bağlı hesablanmış və yiğılmış aliment borcunun silinmısi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüququnun olması izah edilməlidir. Belə ki, “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 8- 2/2016 saylı 28 mart 2016-cı il tarixli Qərarında qeyd edilir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Eyni zamanda məhkəmə iddia tələbini, xx.xx.2010-cu il təvəllüdlü X5 və xx.xx.2013cü il təvəllüdlü X4 Cavabdeh himayəsindən alınaraq atası İddiaçı himayəsinə verilməsi hissəsində təmin edərkən, uşaqların artıq atanın yanında olmasını və onunla yaşamalarını nəzərə alaraq, uşaqların fiziki olaraq anadan alınaraq ataya verilməsi məsələsinin müzakirəsini məqsədə müvafiq saymır. Beləliklə məhkəmə, məhkəmə iclasında tədqiq edilmiş sübutları və qanunvericiliyin göstərilən müddəalarını rəhbər tuturaq, uşaqların fikrini, istəyini nəzərə alaraq, eləcə də Qəyyumluq və Himayəçilik Komissiyasının müvafiq rəyinə əsasən hesab edir ki, iddia qismən təmin edilməli, xx.xx.2010-cu il təvəllüdlü X5 və xx.xx.2013-cü il təvəllüdlü X6 Cavabdeh himayəsindən alınaraq atası İddiaçı himayəsinə verilməli, xx.xx.2010-cu il təvəllüdlü X3 və xx.xx.2013-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün Cavabdeh qazancının və başqa gəlirlərinin 1/3 miqdarında aliment tutularaq İddiaçı verilməlidir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 235, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. xx.xx.2010-cu il təvəllüdlü X5 və xx.xx.2013-cü il təvəllüdlü X6 Cavabdeh himayəsindən alınaraq atası İddiaçı himayəsinə verilsin. xx.xx.2010-cu il təvəllüdlü X3 və xx.xx.2013-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün Cavabdeh qazancının və başqa gəlirlərinin 1/3 miqdarında aliment tutularaq İddiaçı verilsin. Alimentin tutulma vaxtı məhkəmə qətnaməsi qanuni qüvvəyə mindiyi tarixdən hesablansın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Toğrul Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar