Məhkəmə qərarları › İş №e-2(004)-5416/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №e-2(004)-5416/2021

20.08.2021 · Əmr icraatı - Müqavilə tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(004)-5416/2021 20.08.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Mən, hakim Xəlilova Təhminə Cəmil qızı iddiaçı Kreditor MMC-nin məhkəmə əmri haqqında ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: İddiaçı Kreditor MMC cavabdeh Borclu qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi tələbinə dair məhkəmə əmri haqqında ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizəyə əlavə edilmiş sənədlərdən görünür ki, ərizə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin tələblərinə riayət edilməməklə verilmişdir. Belə ki, tələbi təsdiq edən sübutlar məhkəməyə təqdim edilməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 279.2.2-ci maddəsinə əsasən verilmiş tələbi təsdiq edən sənədlər təqdim olunmamışdırsa, məhkəmə əmrinin verilməsi haqqında ərizənin qəbul olunmasından imtina edilir. Azərbaycan Respublikası MPM-nin 279.4-cü maddəsinə əsasən, ərizənin qəbul edilməsindən imtina olunması ərizəçinin həmin tələb üzrə iddia icraatı qaydasında iddia verməsinə mane olmur. Bu halda ərizəçi tərəfindən ödənilmiş dövlət rüsumu ödənilməli olan dövlət rüsumuna hesablanır. Göstərilənlərə əsasən, hesab edirəm ki, ərizəçi tərəfindən verilmiş tələbi təsdiq edən sənədlər təqdim olunmadığından verilən ərizənin qəbul olunmasından imtina olunmalı və ərizəçiyə izah olunmalıdır ki, ərizənin qəbul edilməsindən imtina olunması ərizəçinin həmin tələb üzrə iddia icraatı qaydasında iddia verməsinə mane olmur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 279, 263 və 264-cü maddələrini rəhbər tutaraq QƏRARA ALDİM: Məhkəmə əmri haqqında ərizənin qəbul olunmasından imtina edilsin. Ərizəçiyə izah edilsin ki, ərizənin qəbul edilməsindən imtina olunması ərizənin həmin tələb üzrə iddia icraatı qaydasında iddia verməsinə mane olmur. Ərizəni qəbul etməkdən imtina barədə qərardaddan şikayət verilə bilməz. Hakim Təhminə Xəlilova İş № 2(004)-5416/2021 MƏHKƏMƏDƏN KƏNAR AYRİCA PROSESSUAL HƏRƏKƏT BARƏDƏ PROTOKOL Yasamal rayon məhkəməsi Mən, Yasamal Rayon Məhkəməsinin hakimi Xəlilova Təhminə Cəmil qızı iddiaçı Kreditor MMC cavabdeh Borclu qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi tələbinə dair məhkəmə əmri haqqında ərizəsini 20 avqust 2021-ci il tarixdə saat 10:00-da Bakı şəhərində, məhkəmənin binasında nəzərdən keçirərək məhkəmədən kənar ayrıca prosessual hərəkət edərək, məhkəmə əmri haqqında ərizənin qəbul olunmasından imtina edilməsi barədə qərardad qəbul etdim Prosessual hərəkət saat 10:20-də başa çatdı. Protokol 20 avqust 2021-ci il tarixdə tərtib olunmuşdur. Hakim Təhminə Xəlilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar