Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(004)-5454/2021 20.08.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əyyubov Fərid İlham oğlunun sədrliyi ilə, Kreditor MMC-nin Borclu qarşı sadələşdirilmiş icraat qaydasında borcun silinməsi tələbinə dair ərizəsinə baxaraq, MÜƏYYƏN ETDİ: Kreditor MMC Borclu qarşı borcun silinməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə Kreditor MMC-nin məhkəməyə təqdim etdiyi ərizəni və mülki işin materiallarını tədqiq edərək hesab edir ki, ərizənin əsaslandığı tələb etmə hüququ barədə mübahisə olduğundan iddia ərizəsinin icraata qəbulundan imtina edilməlidir. Belə ki, kreditor ərizəsində borclu kimi Borclu qeyd etsə də ərizəyə əlavə edilmiş müqavilə və digər sənədlərdə borclu digər bir şəxs qeyd olunmuşdur. Azərbaycan Respublikası MPM-nin 275-ci maddəsinə əsasən müəyyən pul məbləğinin ödənilməsi tələbləri və ya əmlakın tələb edilməsi üzrə işlərə baxılmasının bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydasına yol verilir. Bu işlər üzrə hakimin aktı məhkəmə əmri formasında çıxarılır və bu akt icra sənədi hesab edilir. Azərbaycan Respublikası MPM-nin 279.2.3-cü maddəsinə əsasən məhkəmə, ərizənin əsaslandığı tələb etmə hüququ barədə mübahisə vardırsa məhkəmə əmrinin verilməsi haqqında ərizənin qəbul olunmasından imtina edir. Azərbaycan Respublikası MPM-nin 279.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 3 gün müddətində məhkəmə ərizənin qəbul edilməsindən imtina haqqında qərardad çıxarır. Bu qərardaddan şikayət verilə bilməz. Həmin maddənin 4-cü bəndinə əsasən məhkəmə əmrinin verilməsi haqqında ərizənin qəbul edilməsindən imtina olunması kreditorun həmin tələb üzrə iddia icraatı qaydasında iddia verməsinə mane olmur. Bu halda kreditor tərəfindən ödənilmiş dövlət rüsumu ödənilməli olan dövlət rüsumuna hesablanır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin, 263-264, 275, 279-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Kreditor MMC-nin Borclu qarşı sadələşdirilmiş icraat qaydasında borcun silinməsi tələbinə dair ərizəsinin qəbul edilməsindən imtina edilsin. Kreditora izah edilsin ki, ərizənin qəbul edilməsindən imtina olunması onun həmin tələb üzrə iddia icraatı qaydasında iddia verməsinə mane olmur. Bu halda kreditor tərəfindən ödənilmiş dövlət rüsumu ödənilməli olan dövlət rüsumuna hesablanır. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: Fərid Əyyubov
Məhkəmə qərarları › İş №e-2(004)-5454/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №e-2(004)-5454/2021
20.08.2021 · Əmr icraatı - Müqavilə tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver