Məhkəmə qərarları › İş №e-2(004)-5456/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-5456/2025

07.01.2026 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-5456/2025 07.01.2026 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı artıq ödənilmiş alimentin qaytarılması tələbinə dair iddiasına dair mülki iş üzrə (açar sözlər: alimentin qaytarılması) Hakim Əsədzadə Aytəkin Aqil oğlunun sədrliyi, Əhmədli Qəndab Ruslan qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı artıq ödənilmiş alimentin qaytarılması tələbi ilə bağlı iddiasına dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(004)- 3118/2017 nömrəli icra sənədinə əsasən borclu İddiaçı 136 manat sabit pul məbləğdə aliment tutularaq tələbkar Cavabdeh ödənilməlidir.

2. Bakı şəhəri Yasamal Rayon məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(004)-83/2025 nömrəli qərardadına əsasən Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(004)-3118/2017 nömrəli icra sənədi üzrə alimentin məbləği ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 1,17 misli həddində indeksasiya olunmuşdur.

3. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(004)- 4559/2025 nömrəli qətnaməsinə əsasən Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(004)-3118/2017 nömrəli qətnaməsi və Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(004)-83/2025 nömrəli qərardadı əsasında xx.xx.2012-ci il təvəllüdlü X1 üçün Cavabdeh xeyrinə tutulan alimentin miqdarı azaldılmış, İddiaçı xx.xx.2012-ci il təvəllüdlü X1 üçün hər ay sonrakı artımlar nəzərə alınmaqla 2025-ci il üçün müəyyən olunmuş minimum əmək haqqının 0,62 misli həddində sabit pul məbləğində alimentin tutularaq Cavabdeh xeyrinə ödənilməsi qət edilmişdir.

4. Şərur rayon İcra şöbəsinin xx.xx.2025-ci il tarixli qərarına əsasən Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(004)-3118/2017 nömrəli icra sənədi üzrə aliment borcunun 2252 manat olduğu müəyyən edilmişdir.

5. Naxçıvan MR Şərur Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 8(110)-139/2025 nömrəli qərardadına əsasən İddiaçı Şərur rayon İcra və Probasiya şöbəsinin qəbul etdiyi xx.xx.2025-ci il tarixli aliment məbləğinin hesablanması haqqında qərarından şikayəti təmin edilməmiş və qərarın dəyişdirilməməsi qərara alınmışdır.

6. Şərur rayon İcra şöbəsinin xx.xx.2025-ci il tarixli qərarına əsasən Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3118/2017 nömrəli xx.xx.2017-ci il tarixli icra sənədi icra olunması üçün Bakı şəhəri Nizami rayon İcra şöbəsinə göndərilməsi qərara alınmışdır.

7. Bakı şəhəri Nizami rayon İcra şöbəsinin xx.xx.2025-ci il tarixli məktubuna əsasən İddiaçı tərəfindən Cavabdeh xeyrinə xx.xx.2025-ci il tarixdə 1000 manat aliment pulu ödənilmiş, 2250 manat aliment borcu isə hər ay əlavə olaraq 100 manat ödəməklə aradan qaldırılacağı barədə Nizami rayon İcra şöbəsinə ərizə ilə müraciət etmişdir.

İddia tələbinin və ona etirazın dəlilləri, məhkəmə icraat iştirakçılarının izahatları

a) iddia tələbi

8. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, artıq ödənilmiş 2629 manat aliment məbləğinin cavbadehdən tutularaq iddiaçıya verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

9. İddianın əsaslarına görə, qətnamə və qərardad üzrə icra vərəqələri Şərur rayon İcra şöbəsinin icraatına daxil olmuş və xx.xx.2017-ci il tarixdə iş üzrə icraata başlanılmışdır. Həmin tarixdən xx.xx.2025-ci il tarixə kimi hər ay Cavabdeh aid Kapital bank hesabina (4169 7388 0076 4254,4169 7332 1336 0089, 4169 7332 1292 7102 və 4169 7388 0076 42 57) xx-xx-2021-ci il tarixində 180 manat, xx-xx-2021-ci il tarixində 180 manat ,xx-xx-2021-ci il tarixində 180 manat,xx-xx-2022-ci il tarixində 180 manat, 07-02- 2022-ci il tarixində 180 manat, xx-xx-2022-ci il tarixində 180 manat,xx-xx-2022-ci il tarixində 180 manat,xx-xx-2022-ci il tarixində 180 manat,xx-xx-2022-ci il tarixində 200 manat 10 xx-xx-2022-ci il tarixində 180 manat,xx-xx-2022-ci il tarixində 195 manat,xx-xx- 2022-ci il tarixində 190 manat ,xx-xx-2022-ci il tarixində 190 manat,xx-xx-2022-ci il tarixində 230 manat,xx-xx-2023-cü il tarixində 180 manat,13-02- 2023-cü il tarixində 200 manat,xx-xx-2023-cü il tarixində 200 manat,xx-xx-2023-cü il tarixində 200 manat,xx-xx- 2023-cü il tarixində 200 manat,xx-xx-2023-cü il tarixində 200 manat xx-xx-2023-cü il tarixində 200 manat ,xx-xx-2023-cü il tarixində 200 manat,xx-xx-2023-cü il tarixində 200 manat 24 xx-xx-2023-cü il tarixində 180 manat 25 xx-xx-2023-cü il tarixində 200 manat ,26 xx-xx-2023-cü il tarixində 200 manat,xx-xx-2023-ci il tarixində 200 manat ,xx-xx-2023-cü il tarixində 200 manat,xx-xx-2024-cü il tarixində 200 manat,xx-xx-2024-ci il tarixində 100 manat,xx-xx-2024-cü il tarixində 200 manat,xx-xx-2024-cü il tarixində 200 manat xx-xx- 2024-cü il tarixində 200 manat,11-05- 2024-cü il tarixində 200 manat,xx-xx-2024-cü il tarixində 200 manat,xx-xx-2024-cü il tarixində 200 manat ,xx-xx-2024 cü il tarixində 200 manat,xx-xx-2024 cü il tarixində 200 manat,xx-xx-2025 ci il tarixində 250 manat,xx-xx- 2025 ci il tarixində 200 manat,xx.xx.2025-ci il tarixində 200 manat, xx.xx.2025-ci il tarixində 200 manat, xx.xx.2025-ci il tarixində 250 manat ümumi 8025 manat aliment ödənişləri edilmişdir. Halbuki, o cavabdehə 5576 manat aliment ödəməli olduğu halda artıq olaraq 2629 manat aliment ödəmişdir. Cavabdeh artıq ödənişlər əsasında əsasız varlanmışdır. Göründüyü kimi cavabdeh qeyd etdiyi ödədiyi artıq aliment öddənişlərini geri qaytarmalıdır.

b) iddiaya qarşı etiraz

10. İddia tələbinə qarşı yazılı etiraz daxil olmamışdır.

c) məhkəmə icraat iştirakçılarının izahatları

11. Məhkəmə iclasında iştirak edən iddiaçı bildirmişdir ki, iddia tələbi təmin olunmalı və artıq ödənilmiş aliment cavabdehdən tutularaq ona ödənilməlidir.

12. Əvvəlki Məhkəmə iclasında iştirak edən cavabdeh bildirmişdir ki, əslində iddiaçının aliment borcu var.

Tətbiq edilən hüquq

13. Azərbaycan Respublikası Ailə Məcəlləsi: Maddə 75.1. valideynlər uşaqlarını saxlamağa borcludurlar; Maddə 75.4. valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur; Maddə 78.1. valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər; Maddə 78.2. sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir; Maddə 109.1. Aliment başqa qarşılıqlı tələblərlə hesablaşmaya cəlb edilə bilməz; Maddə 109.2. Aşağıdakı hallar istisna olmaqla, alimentin ödənilmiş məbləği geri tələb oluna bilməz: 109.2.1. aliment ödənilməsi barədə saziş aliment ödəyən tərəfi aldatma, ona hədəqorxu gəlmə və ya zor tətbiq etmə nəticəsində bağlandığına görə etibarsız hesab edildikdə; 109.2.2. məhkəmənin qətnaməsinin, aliment ödənilməsi barədə saziş və ya icra vərəqəsinin saxtalaşdırılması faktı məhkəmə hökmü ilə təsdiq olunduqda; 109.2.3. aliment alan tərəfindən yalan məlumatların verilməsi və ya saxta sənədlərin təqdim edilməsi ilə əlaqədar aliment tutulması haqqında məhkəmə qətnaməsi ləğv olunduqda; 109.3. Bu Məcəllənin 109.2.1–109.2.3-cü maddələrində göstərilən hərəkətlər uşağın və ya yetkinlik yaşına çatan fəaliyyət qabiliyyəti olmayan şəxsin nümayəndəsi tərəfindən edilmişsə, aliment geri tələb olunmur, lakin alimentin ödənilmiş məbləği aliment ödəmiş şəxsin iddiası əsasında təqsirkar nümayəndədən tutulur.

14. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir; Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 52.2. Cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə 119. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; Maddə 234.2. Aşağıdakı qətnamələr dərhal icra olunur: 234.2.1. şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında.

Məhkəmə baxışının hədləri

15. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

Məhkəmənin mövqeyi

16. İşin faktiki hallarına maddi hüquqi əsaslar baxımından qiymət verən məhkəmə hesab edir ki, iddia təmin edilməməlidir.

17. Belə ki,tərəflər arasında nikah bağlanmış və birgə nikahdan tərəflərin bir uşağı doğulmuşdur. Tərəflər arasında bağlanmış nikah məhkəmə qətnaməsi ilə pozulmuşdur. Həmin qətnaməyə əsasən uşaq ananın yanında saxlanmış, iddiaçıdan uşağın saxlanması üçün 136 manat sabit pul məbləğdə alimentin tutularaq cavabdehə ödənilməsi qət edilmişdir. Daha sonra məhkəmə qərarı ilə alimentin məbləği ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 1,17 misli həddində indeksasiya olunmuşdur.

18. Daha sonra iddiaçının tələbi əsasında aliment məbləği azaldılaraq hər ay sonrakı artımlar nəzərə alınmaqla 2025-ci il üçün müəyyən olunmuş minimum əmək haqqının 0,62 misli həddində sabit pul məbləğində alimentin tutulması qət edilmişdir.

19. Məhkəmə aktları qəbul edildikdən sonra iddiaçı artıq ödənilmiş 2629 manat aliment məbləğinin olduğunu bildirir. Lakin, bu hal işdəki sübutlarla təkzib olunur. Bakı şəhəri Nizami rayon İcra şöbəsinin məlumatından görünür ki, iddiaçı nəinki arıtq aliment ödəmişdir, əksinə 2250 manat aliment borcu mövcuddur.

20. Digər tərəfdən ödənilmiş aliment məbləğinin qaytarılması yolverilməzdir və Ailə Məcəlləsinin 109-cu maddəsində sadalanan hallar istisna olmaqla, ödənilmiş aliment məbləği qaytarıla bilməz. İddiaçı tərəfindən isə bu halların heç birinə istinad edilməmişdir.

21. Beləliklə, qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməməlidir.

22. Göstərilənlərə əsasən və MPM-in 119, 216-220, 227, 233, 358, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

qət etdi:

İddiaçı Cavabdeh qarşı artıq ödənilmiş alimentin qaytarılması tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

HAKİM Aytəkin Əsədzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar